Samux rayon Sarıqamış kənd tam orta məktəb

Samux rayon Sarıqamış kənd tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samux rayon Sarıqamış kənd tam orta məktəb, Government Organization, Hoboken, NJ.

09/15/2026
09/15/2026
09/15/2026

86 mindən çox şagirdlə yeni tədris ilinə başlanılır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 2026–2027-ci tədris ili üzrə hazırlıq işləri tamamlanıb. Yeni tədris ilində region üzrə ümumi təhsil müəssisələrində 86 816 şagirdin təhsil alması gözlənilir.

Onlardan 6801-i I sinif, 7937-si IX sinif, 7007-si isə XI sinif şagirdləridir.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarına 4613 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

Məktəbəqədər təhsil istiqamətində də yeni tədris ilinə hazırlıq işləri həyata keçirilib. Belə ki, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 6656 uşaq cəlb olunub.

Hazırda regionun ümumi təhsil müəssisələrində 7659 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 531 tərbiyəçi-müəllim təlim-tərbiyə prosesinin həyata keçirilməsinə cəlb olunub.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə 376 təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni tədris ilində Gəncə-Daşkəsən regionunda təhsilin keyfiyyətinin artırılması və şagirdlərin gələcək təhsil istiqamətlərinə daha məqsədyönlü hazırlanması baxımından mühüm yeniliklərdən biri Yeni təmayüllü tədris modelinin tətbiqidir.

Yeni model çərçivəsində 5 ümumi təhsil müəssisəsində 1083 şagird tədris prosesinə cəlb edilib və onların təhsilinə 83 müəllim cəlb olunub. Yeni təmayüllü tədris modelinin əsas məqsədi yuxarı sinif şagirdlərinin seçdikləri istiqamətlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, ali təhsilə hazırlıq imkanlarının genişləndirilməsi və yüksək təhsil nəticələrinin əldə olunmasına dəstək göstərilməsidir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yeni tədris ilində də regionda təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil imkanlarının genişləndirilməsi və şagirdlərin hərtərəfli inkişafının təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Yeni tədris ili münasibətilə bütün şagirdləri, müəllimləri, valideynləri və təhsil ictimaiyyətini təbrik edir, hər bir təhsil iştirakçısına uğurlar və yeni nailiyyətlərlə zəngin tədris ili arzulayırıq.

Yeni tədris iliniz mübarək!

Pedoqoji Şura İclası.Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin ilk Pedaqoji Şura İclası k...
09/14/2026

Pedoqoji Şura İclası.

Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin ilk Pedaqoji Şura İclası keçirildi. İclasın gündəliyində aşağıdakı məsələlər müzakira olundu.

• Pedaqoji Şuranın katibinin seçilməsi
• 2026-2027-ci tədris ilinə hazırlıqla bağlı işlərin icra vəziyyəti
• 2025-2026-ci tədris ilində IV,VI sinif şagirdlərinin monitorinq imtahan nəticələrinin müqayisəli tahlili
• Sinif komplektlərinin təşkili
• Sinif komplektlərinin sayına görə müəllimlər arasında dərs bölgüsünün aparılması
Şagirdlərin sayına görə dərsdənkənar
məşğələlərin fənlər üzrə təşkil olunması
• Valideynlərlə işin səmərəli təşkili üçün
valideyn komitəsinin yaradılması
• Məktəbdə təhlükəsizlik tədbirlərinin görülməsi
• Şagirdlərin dərsliklərlə taminatı
• Və digər məsələlər.

09/12/2026

📢 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün ikinci iş yeri üzrə işə qəbul elan edilir!

Hörmətli müəllimlər! Müəllimlərin mövcud dərs yükünün artırılması, vakant dərs saatlarının ixtisaslı pedaqoji kadrlar hesabına komplektləşdirilməsi, kadr potensialından səmərəli istifadə və tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müəllimlərin işə qəbulu həyata keçiriləcəkdir. İkinci iş yeri üzrə işləmək istəyən müəllimlər aşağıda qeyd olunan link vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link
https://docs.google.com/forms/d/1nEM-sob2HVhV8jkTUS3vSwRrpJxvinZ8GXM2Z5HbK1k/edit

Namizədlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaqdır:

🔹Nəticə göstəricisi: Namizədlərin üstünlüyü müəyyən edilərkən müəllimin sertifikatlaşdırmanın test imtahanı mərhələsində, sertifikatlaşdırmanın aparılmadığı fənlər üzrə diaqnostik qiymətləndirmədə, eləcə də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində göstərdiyi nəticə nəzərə alınacaqdır.Gəncə şəhəri üzrə: 85 faiz və daha yüksək nəticə göstərənlər;Rayon mərkəzləri, kənd və qəsəbələr üzrə: 70 faiz və daha yüksək nəticə göstərən namizədlərin müraciətləri nəzərə alınacaqdır.

🔹 Yüksək bal üstünlüyü: Eyni vakant yer üzrə bir neçə namizəd müraciət etdikdə daha yüksək qiymətləndirmə nəticəsinə malik namizədə üstünlük veriləcəkdir.

🔹 Dərs yükü meyarı: Qiymətləndirmə nəticələri bərabər olduqda əsas iş yeri üzrə dərs yükü daha az olan namizədə üstünlük veriləcəkdir.

🔹 Ərazi prinsipi: Qiymətləndirmə nəticəsi və əsas iş yeri üzrə dərs yükü eyni olduqda vakant yerin yerləşdiyi şəhər və ya rayon üzrə fəaliyyət göstərən namizədə üstünlük veriləcəkdir. (Qeyd: Ərazi üzrə üstünlük ayrıca seçim meyarı kimi deyil, namizədlərin qiymətləndirmə nəticələri və dərs yükü nəzərə alındıqdan sonra bərabər göstəricilərə malik namizədlər arasında tətbiq ediləcəkdir).

⚠️ Vacib qeyd: Qeydiyyat zamanı təqdim edilən məlumatların düzgün və tam qeyd olunması xahiş olunur.

Qeydiyyat üçün son tarix 14 sentyabr saat 23:59-dur.

Valideyn iclası keçirildi.Samux rayonu Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin təlim-tərbiyə prosesini...
09/11/2026

Valideyn iclası keçirildi.

Samux rayonu Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin təlim-tərbiyə prosesinin səmərəli təşkili, təlim nəticələrinin yüksəldilməsi və məktəb-valideyn əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə valideyn iclası keçirilib.
İclas zamanı şagirdlərin dərsə davamiyyəti, nizam-intizamı, məktəbli forması, təlim nailiyyətləri və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Valideynlərin təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirə aparıldı

Direktoryanı Müşavirə keçirildi.Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinə hazı...
09/11/2026

Direktoryanı Müşavirə keçirildi.

Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinə hazırlıq məqsədilə Direktoryanı Müşavirə keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olunub.
1. Təhsilverənlərin etik davranış qaydaları;
2. Təhsilverənlərin məktəbdə geyim forması.
Müzakirələr zamanı təhsilverənlərin peşə etikası, müəllim nüfuzunun qorunması, kollektivdə sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılması, həmçinin məktəb mühitində müəllimlərin xarici görünüşünə və geyim tərzinə dair tələblər ətrafında fikir mübadiləsi aparıldı.
Çıxışlarda müəllimin məktəb mühitində nümunəvi davranışı, peşə məsuliyyəti, pedaqoji etikanın qorunması və şagirdlər üçün müsbət nümunə olması xüsusi vurğulandı.
İclasın sonunda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi və qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Vətəndaş qəbulu həyata keçirildi.Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində məktəbin direktoru  Elnur Qoc...
09/10/2026

Vətəndaş qəbulu həyata keçirildi.

Samux rayon Sarıqamış kənd tam orta ümumtəhsil məktəbində məktəbin direktoru Elnur Qocayev müəyyən olunmuş qrafik üzrə vətəndaş qəbulunu həyata keçirdi.

Vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq, onları dinləmək və problemlərinin həllinə dəstək olmaq prioritetlərimizdəndir. Vətəndaş məmnunluğu isə gördüyümüz işlərin əsas hədəfidir.

Nəzərinizə çatdıraq ki, qrafikə əsasən vətəndaş qəbulu hər həftənin Çərşənbə axşamı günü saat 14:30-dan 16:30-dək olan saatda keçiriləcəkdir.





Address

Hoboken, NJ
AZ5128

Website

Alerts

Be the first to know and let us send you an email when Samux rayon Sarıqamış kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share