Şabran rayonu üzrə gənclər və idman sektoru

Şabran rayonu üzrə gənclər və idman sektoru Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru Şabran rayonu üzrə gənclər və idman sektoru

15 iyun tarixində Qubada keçiriləcək Gilas Yarımarafonu və 1/4 Marafonunda,  və  -nın təşkilatçılığı ilə möhtəşəm bir qa...
01/06/2026

15 iyun tarixində Qubada keçiriləcək Gilas Yarımarafonu və 1/4 Marafonunda
, və -nın təşkilatçılığı ilə möhtəşəm bir qaçış təcrübəsi sizi gözləyir!

Marşrutun sonu – Gilas bağı
Finişə çatan hər bir iştirakçıya xüsusi medal 🏅, qaliblərə isə pul mükafatı 💸, hədiyyələr 🎁, medal 🥇 və diplom 📜 təqdim olunacaq!

Finişdə sizi nələr gözləyir?

⬇️⬇️⬇️⬇️

🍒 Limitsiz təzə meyvə
🍵 Samovar çayı
🥤 Sərinləşdirici içkilər
🥪 Yüngül qəlyanaltılar
🎶 Canlı musiqi və əyləncə

Qeydiyyat üçün: https://zafarrunclub.az

1 iyun 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz ...
01/06/2026

1 iyun 2026-cı il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş gənc rəssam Əfsanə Qədimova və onun şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilmişdir.

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün qeyd olunması, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi, onların yaradıcılıq potensialının təbliği məqsədilə təşkil edilən tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, əməkdaşları, gənclər və uşaqlar iştirak etmişlər.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə uşaqları və gəncləri təbrik etmiş, sərgidə nümayiş olunan əsərlər haqqında xoş təəssüratlarını bölüşmüş, gənc rəssam Əfsanə Qədimovaya və onun şagirdlərinə gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulamışlar.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, nümayiş etdirilən rəsm əsərləri yüksək qiymətləndirilmişdir.

31 may 2026-cı il tarixində Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında Şabran rayon Gənclər və ...
01/06/2026

31 may 2026-cı il tarixində Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında Şabran rayon Gənclər və İdman Sektorunun dəstəyi, Şabran Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri keçirilmişdir.

Yarışdan əvvəl idmançılar və müəllimlər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.

Yarışın açılış mərasimində Şabran rayon Gənclər və İdman Sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Sahib Tağıyev və Şabran UGİŞM-nin direktor vəzifəsini icra edən Xəqani Camalov iştirak edərək idmançılara uğurlar arzulamışlar.

Turnirdə Şabran, Şamaxı və Qobustan rayonlarından olmaqla 5 komanda üzrə ümumilikdə 70 idmançı mübarizə aparmışdır.

Yarışın sonunda qalib və mükafatçılar Şabran UGİŞM-nin müvafiq dərəcəli diplom və medalları, həmçinin “Evim Elşad Ucuzluq” mağazası tərəfindən təqdim olunan qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
̇i̇

26 may 2026-cı il tarixində Şabran şəhəri Heydər Parkında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu...
26/05/2026

26 may 2026-cı il tarixində Şabran şəhəri Heydər Parkında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “28 May - Müstəqillik Günü”nə həsr olunmuş yeniyetmələr, gənclər və kişilər arasında qol güləşi idman növü üzrə Şabran rayon turniri keçirilmişdir.
“28 May - Müstəqillik Günü”nün qeyd edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünə yeniyetmə və gənclərin marağının artırılması, perspektivli idmançıların aşkar edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə keçirilən yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, qol güləşi üzrə respublika birinciliklərinin qalibi Elşad Salmanlı və 60 nəfər həvəskar idmançı iştirak etmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunmuşlar.

22 may 2026-cı il tarixində Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyində Quba-Xaçmaz ...
23/05/2026

22 may 2026-cı il tarixində Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun və Şabran Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Dostunu seç, narkotiki yox” adlı maarifləndirici görüş keçirilmişdir.

Narkomaniyanın qarşısının alınması, ona qarşı mübarizə yolları haqqında məlumatlılığın artırılması və narkomaniyanın törətdiyi fəsadlar haqqında gənclərin maarifləndirilməsi, onların narkotikdən uzaq olmaqla yanaşı idmana marağının artırılması məqsədilə keçirilmiş tədbirdə Şabran Rayon Polis Şöbəsinin inspektor qrupunun baş inspektoru polis polkovnik-leytenantı Rauf İsmayılov, Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis baş leytenantı Gülnur Dadaşova, Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyinin direktoru Xatirə Ağayeva, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Mətləb Güliyev çıxış edərək narkomaniyanın törətdiyi zərərlər və onun yaratdığı təhlükələr barədə gənclərə geniş məlumat vermiş və gənclərimizin narkomaniyadan, alkoqolizmdən və digər zərərli vərdişlərdən uzaq olması, idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği istiqamətində fikir və tövsiyyələrini bildirmişlər.
Maarifləndirici tədbirdə Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyinin IX-X sinif şagirdlərindən ibarət 30 nəfər gənc iştirak etmişdir.

20 may 2026-cı il tarixində Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında “İd...
20/05/2026

20 may 2026-cı il tarixində Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

İdman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, voleybol idman növü üzrə məşqçi-müəllimlər Alı İbrahimov, Camal İsgəndərli və 25 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

İdman tədbirinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin voleybol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, idmanın bu növünün yeniyetmə və gənclər arasında təbliğ olunması və perspektivli idmançıların aşkar edilməsidir.

🏆13-17 may 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” WAKO Kikboks üzrə Dünya Kubokun...
18/05/2026

🏆13-17 may 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” WAKO Kikboks üzrə Dünya Kubokunda əslən Şabran rayonundan olan Daxili İşlər Nazirliyinin İC-nin idmançısı Qasımova Nəzrin 60 kq çəki dərəcəsində 🥉III yerə layiq görülüb.

İdmançımızı və onun məşqçisini təbrik edir gələcək yarışlarda uğurlar arzu edirik.

15 may 2026-cı il tarixində Şabran şəhəri Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabr...
16/05/2026

15 may 2026-cı il tarixində Şabran şəhəri Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektorunun və Şabran şəhəri Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev kuboku-103” adlı Şabran rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

Gənclərin və məktəblilərin bilik səviyyəsinin, məntiqi düşünmə qabiliyyətinin və dünyagörüşünün inkişaf etdirilməsi, məktəblilərin intellektual səviyyəsinin və dünyagörüşünün artırılması, qabiliyyət və bacarıqlarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, intellektual oyunların məktəblilər arasında təbliğ olunması, istedadlı gənclərin aşkara çıxarılması və tanıdılması, zona və respublika səviyyəli yarışlarda iştirakını təmin etmək üçün rayon komandasının tərkibinin müəyyən edilməsi məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, sektorun əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev və 40 nəfər intellektual gənc iştirak etmişdir.
8 komandanın qatıldığı yarışın sonunda Şabran şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin “İntibah” komandası l yeri, Şabran şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyin “Kainat” komandası ll yeri, şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin “Everest” komandası isə lll yeri qazanmışdır.
Qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilmişdir.

11 may 2026-cı il tarixində Şabran şəhər 1 nömrəli tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman...
12/05/2026

11 may 2026-cı il tarixində Şabran şəhər 1 nömrəli tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Yeniyetmələrin boks idman növünə marağının artırılması, Şabran rayonunda idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclər arasında idmanın bu növünün təbliğ olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Mətləb Güliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində UGİŞM-nin məşqçi-müəllimi Tural Məmmədov və yeniyetmə idmançılar iştirak etmişdir.
̇i̇

11/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Şabran rayon turnirinə yekun vurulub.

Address

Şabran, Məmməd Əmin Rasulzadə, 39
Deveci
AZ1700

Website

Alerts

Be the first to know and let us send you an email when Şabran rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şabran rayonu üzrə gənclər və idman sektoru:

Share