Oyan Hərəkatı - Wake up

Oyan Hərəkatı - Wake up “Oyan” (Wake up) xaricdə yaşayan bir qrup peşəkar azərbaycanlıların təşkilatçılığı ilə yaradılmış siyasi Hərəkatdır. Sual: Bəs bunu kim etməlidir?

Azərbaycanda nələr baş verir və bu nə ilə nəticələnəcək?
İstənilən qeyri demokratik dövlətlərdə strateji dinc mübarizə 3 şərt təmin olunduqda qalib gəlir: 1. Hökümətin əsas dayaqları olan institutlar- polis, media, ordu- fəaliyyət qabiliyyətini itirdikdə (Gürcüstan), 2. Əhali aktiv şəkildə siyasi proseslərə qatıldıqda (Ukrayna), 3. Əhalini səfərbər edə bilən mükəmməl bir ideologiya və ya institut

olduqda (Ərəb baharında bu funksiyanı İslam yerinə yetirdi). Azərbaycanda bu şərtlərin heç biri təmin olunmadığından hadisələr fərqli ssenari üzrə inkişaf edə bilər. İqtisadi cəhətdən səfalət içində yaşayan əhali rejimə və onun nümayəndələrinə nifrət etsə də, siyasi tələbləri gündəmə gətirməkdən çəkinir. Bu, bir daha əhalinin siyasi dəyişikliklərə hazır olmadığını və ya çıxış yolunu siyasi mübarizədə görmədiyini təsdiq edir. Digər tərəfdən, əhalinin siyasi proseslərə cəlb olunmadığını anlayan hökumət, gərginliyi müəyyən dərəcədə azaltmaq üçün bir neçə icra başçısını işdən çıxartmağı, kredit borclarını ləvğ etməyi nəzərdən keçirə bilər (bu addımlar dərhal hiss olunan addımlardır), bu addımlar effect vermədiyi təqdirdə isə ən qəddar vasitələrə belə müraciət edə bilər. Bu da siyasi rejimin daha çox radikallaşmasına və hətta dinc əhaliyə qarşı odlu silahdan belə istifadə etməsinə zəmin yaradacaqdır. Hətta düşünürəm ki, buna hazırlıqlar gedir. Lakin, mənzərə o qədər də ürəkağrıdan deyil. Çıxış yolu mövcuddur. İlk öncə qeyd edim ki, hökumət institutları rejimin legitimliyi əsasında çalışır. Bu legitimlik sarsıldığı halda heç bir polis əlinə silah və ya dəyənək götürərək sadə xalqın üzərinə gedə bilməz. Strateji dinc mübarizənin ilk hədəfi bu legitimliyi sarsıtmağın yollarını tapmaq və bu yolların tədbiqetmə metodlarını müəyyənləşdirmək olmalıdır. Paradoksal görünsə də, hökümət özü xalqa qarşı despotic davranışla bu prosesə dəstək olur. Sadəcə bundan düzgün istifadə etmək lazımdır. Bununla yanaşı, əhalini yüksək sürətlə siyasi proseslərə cəlb etmək tələb olunur. Əhalinin kütləvi olaraq siyasi proseslərə cəlb edilməsi rejimin legitimliyinə bir başa zərbə vurur. Bu məqsədlə tətbiq olunacaq taktiki gedişlər düzgün seçilməli və hədəf qrupları düzgün müəyyənləşdirilməlidir. Hər bir hədəf qrupu üçün fərqli format və fərqli metodlar seçilməlidir. Bütün bunlar abstract və ya qeyri real görünə bilər, lakin, həyatda mümkün olmayan çox az şey var. Əsas odur ki, inam və istək olsun. Bu cür yaradıcılıq və peşəkarlıq tələb edən mübarizənin Azərbaycanda əsasını qoyanlar və ya qoymaq istəyənlər indi ya özləri həbsxanadadır, ya mühacirətdədir və ya da bütün silahdaşları həbs edilərək özünə də “səriştəsiz müxalifətçi” damğası vurulmuşdur. Bütün bunları nəzərə alaraq, Azərbaycanda ədalətsizliyə qarşı şərəflə mübarizə aparan insanlara dəstək olmaq məqsədilə xaricdə yaşayan bir qrup gəncin təşkilatçılığı ilə “OYAN” (Wake up) adlı hərəkat yaradılmışdır. Bu təşkilatın əsas məqsədi güc strukturlarına və müasir təbliğat mexanizmlərinə malik olan rejimə qarşı mübarizədə strateji dinc mübarizə strategiyasını tətbit qetməkdir. Bir məsələni xüsusi olaraq qeyd etmək istərdim ki, “OYAN” hərəkatı rejimə qarşı mübarizəni komanda işi (team work) formatında həyata keçirməyi planlaşdırır. Xalqı bu böhrandan çıxartmaq uğrunda mübarizədə xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutmağı bacaran insanlar bizə qoşularaq bu prosesə dəstək ola bilərlər. Hər birinizin “OYAN” hərəkatına qoşulmağınız xalqı qələbəyə sürətlə yaxınlaşdırır.

05/01/2022

Bu gün Oyan Hərəkatının konsullarından biri Toğrul İsaoğlu hərəkatın rəhbərliyindən və üzvlükdən istefa verdiyini açıqladı.

Toğrul bəy Oyan üçün çox işlər görmüş, Oyanın daha peşəkar müstəviyə gəlməsində müstəsna xidmətləri olmuş dəyərli bir bəyimizdir. Toğrul bəyə həyatında uğurlar arzulayırıq.

31/12/2021

Hər birinizi Dünya Azərbaycanlıları Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik, sizlərə uzun ömür, firavan həyat və ədalətli siyasi sistem arzulayırıq.

Kiçik bir araşdırmamız göstərdi ki, SİPRİ-in hesabatı da Rusiyadan alınan silahların bir çoxunun, əsasən də helikopterlə...
07/12/2021

Kiçik bir araşdırmamız göstərdi ki, SİPRİ-in hesabatı da Rusiyadan alınan silahların bir çoxunun, əsasən də helikopterlərin 2-ci əl olduğunu ehtimal edir.

Bundan əlavə, Azərbaycan rəsmilərinin məlumatına görə, qəzaya uğramış helikopter təzə helikopterdir. Amma məlumatlar göstərir ki, bu helikopterlər 2010-cu ildə sifariş verilib, 2010-2015-ci illərdə Azərbaycana gətirilib. Yəni, ən yaxşı halda bu helikopterlər 6 ildir Rusiyadan alınıb. Helikopterlərin Rusiya ordusunda istifadə olunma müddəti və ya istehsal tarixi bizə məlum deyil.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hər il dövlətlər arasında baş tutan silah alqı-satqısına dair hesabatla...
06/12/2021

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hər il dövlətlər arasında baş tutan silah alqı-satqısına dair hesabatlar yayır. Həmin hesabatlardan aldığımız nəticə bir qədər maraqlı nüanslar ortaya çıxarda bildi.

Belə ki, qrafadan da gördüyünüz kimi, Azərbaycan Rusiyadan hər il müəyyən silahlar alır. Amma qrafada gördüyünüz 2 hadisə diqqətimizi çəkdi. Belə ki, alınan silahların məbləği 2011 və 2014-cü illərdə digər illərə nisbətən daha çoxdur. Bu illər Azərbaycanda seçkidən sonrakı illərə təsadüf edir. 2010-cu ildə parlament seçkiləri, 2013-cü ildə isə ölkədə prezident seçkiləri həyata keçirilib. İlkin ehtimal bundan ibarətdir ki, bu vəsait Putinə loyallığını göstərmək üçün İlham Əliyev tərəfindən rüşvət olaraq verilib və əvəzində də istifadəyə yararsız silah-sursat alınıb. Onun da əziyyətini bu xalq qurban verərək çəkir.

Bunu dəqiq yoxlamaq mümkün olmadığından sadəcə bu ehtimalı irəli sürə bilirik.

Baxmağı və paylaşmağı unutmayın!
03/12/2021

Baxmağı və paylaşmağı unutmayın!

18/11/2021

Bir neçə gün öncə, hakimiyyətə qarşı sərt tənqidləri ilə seçilən Aqil Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edildi. Oyan hərəkatı olaraq, eyniylə istər Saleh Rüstəmovun, istər Saməddin Məmmədovun, istər Niyaməddin Əhmədovun barəsində seçilmiş həbs qərarlarını qərəzli hesab edir, onlara və digər siyasi məhbuslara azadlıq tələb edirik!

Bu şəxslərə ağır cəzaların verilməsi, bəlkə də neçə potensial siyasi fəal vətəndaşları gələcək mübarizədən çəkindirəcək. Çünki, onların həbs olunmasında əsas məqsəd budur.

Odur ki, az sayda insanın açıq şəkildə tənqid səsləndirməsi gözlənilən effekti vermədiyi qənaətindəyik. Hakimiyyət təhlükəli saydığı insanları ünvanına qədər tanıdıqda, xüsusilə onların sayı az olduqda, onları istədiyi zaman zərərsizləşdirə bilir.

Bu səbəbdən Oyan Hərəkatı olaraq ilk öncə mariflənməyi və ardından gizlin olaraq təşkilatlanaraq gücə çevrildikdən sonra, konkret məqsədlər uğrunda mübarizəyə başlamanı daha doğru hesab edirik.

31/10/2021

Bu gün Oyan Akademiyası efirə getməyəcək. Üzrlü sayın.

Baxmağı unutmayın!
23/10/2021

Baxmağı unutmayın!

Bu gün dövlət müstəqilliyindən 30 il keçir. 30 il bundan qabaq biz müstəqil bir ölkənin vətəndaşları olduq. Bu münasibət...
18/10/2021

Bu gün dövlət müstəqilliyindən 30 il keçir. 30 il bundan qabaq biz müstəqil bir ölkənin vətəndaşları olduq. Bu münasibətlə hər kəsi təbrik edirik. Qısa zamanda cumhuriyyət dəyərlərini bərpa etmək ümidi ilə...

Oyan Hərəkatı olaraq, torpaqlarımızın geri alınması uğrunda mübarizə aparan və bu yolda canından keçən şəhidlərimizin ru...
27/09/2021

Oyan Hərəkatı olaraq, torpaqlarımızın geri alınması uğrunda mübarizə aparan və bu yolda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimiz başda olmaqla, bütün Azərbaycan ordusu ilə qürur duyuruq və onların daha yaxşı şərtlər altında yaşaması üçün mübarizəmizi davam etdiririk.

Ordu, şəhid ailələri və qazilərin yaşam şərtləri Azərbaycan dövlətinin bir-başa nəzarətində olmalı, onların qayğıları dövlət tərəfindən həll edilməlidir. Dövlət onlara borcludur. Bu şəxslərin üzləşdiyi sosial problemlərlə bağlı sosial şəbəkələrdə yayılan videolar isə məyusedici və utancvericidir. Oyan Hərəkatı olaraq, ümid edirik ki, bu problemlər tezliklə həll olunacaq və yuxarıda qeyd edilən şəxslər layiq olduqları dövlət qayğısı ilə təmin ediləcəklər.

Adres

The Hague

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer Oyan Hərəkatı - Wake up nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Contact De Organisatie

Stuur een bericht naar Oyan Hərəkatı - Wake up:

Delen