30/05/2026
✨ Tədbirin rəsmi hissəsi Azərbaycan–Meksika dostluğunun və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin parlaq ifadəsinə çevrildi.
Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevin, həmçinin fəxri qonaq qismində iştirak edən Meksika xarici işlər nazirinin müavini Mariya Teresa Merkado və Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarnerosun səmimi və dəyərli fikirləri tədbirə xüsusi dəyər qatdı. 🇦🇿🇲🇽
Nazir müavini Mariya Teresa Merkado Azərbaycan xalqını və hökumətini Meksika Xarici İşlər Nazirliyi adından Müstəqillik Günü münasibətilə təbrik edərək, Meksikanın Azərbaycanı beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaş kimi gördüyünü vurğulayıb. O bildirib ki, əməkdaşlıq, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlər artıq 30 ildən çoxdur ölkələrimizi birləşdirən möhkəm dostluq körpüsünə çevrilib.
Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarneros isə çıxışında ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyətini xüsusi qeyd edərək, bu dostluğun gələcək illərdə daha da güclənəcəyinə əminliyini ifadə edib.
Bu əlamətdar gündə bizimlə olan və Azərbaycan–Meksika dostluğuna dəyərli töhfə verən hər kəsə dərin təşəkkürümüzü bildiririk. 🇦🇿🇲🇽
✨ La parte oficial del evento se convirtió en una brillante expresión de la amistad entre y , basada en el respeto mutuo y la cooperación.
Las intervenciones del Embajador de Azerbaiyán en México, Seymur Fataliyev, así como de la invitada de honor, la Subsecretaria de Relaciones Exteriores de México, Excma. Embajadora María Teresa Mercado, y de la presidenta del Grupo de Amistad México–Azerbaiyán, diputada Dulce María Villegas Guarneros, otorgaron un significado especial y gran valor al evento. 🇦🇿🇲🇽
La subsecretaria María Teresa Mercado felicitó al pueblo y al Gobierno de Azerbaiyán, en nombre de la Secretaría de Relaciones Exteriores de México, con motivo del Día de la Independencia, destacando que México considera a Azerbaiyán un socio activo, confiable y constructivo en la arena internacional. Asimismo, señaló que las relaciones basadas en la cooperación, el respeto mutuo y la soberanía se han convertido, desde hace más de 30 años, en un sólido puente de amistad entre nuestros países.
Por su parte, la diputada Dulce María Villegas Guarneros subrayó la importancia del desarrollo de las relaciones entre ambos países y expresó su confianza en que esta amistad continuará fortaleciéndose en los próximos años.