BiZ Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von BiZ, Hamburg.

19/03/2026

Proses başladı...
Martın 30-dan bir antimilli ünsür Fransadan Azərbaycana gətirilir...
Davamı da olacaq, gözləyək...

AXCP trolları dünəndən Ramiz Mehdiyevlə birgə dövlət çevirilişinə cəhd etmiş Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-d...
13/03/2026

AXCP trolları dünəndən Ramiz Mehdiyevlə birgə dövlət çevirilişinə cəhd etmiş Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ-da senator Peter Welch ilə görüşünü paylaşırlar. Pafosla da yazırlar ki, Türkel Kərimli amerikalı senatorla görüşüb və bla...bla...bla...

Lakin biri də araşdırmır ki, bu senator kimdir, hansı lobbi qruplarına bağlıdır və nə məqsədlə Əli Kərimlinin oğlu ilə görüşür? Görünür, sadəcə reallığı inkar etmək, dəvəquşu kimi başlarını torpağa salmaq AXCP rəhbərliyinin və üzvlərinin həyat fəlsəfəsidir...

Amma BİZ qısa araşdırma ilə fotofakt təqdim edirik. Belə ki, Türkel Kərimlinin görüşüb şikayətləndiyi ABŞ senatoru Frank Pellone kimi Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal dəstəkçisidir. Hətta, qondarma "erməni soyqırımı" ilə bağlı bəyanat imzalayan senator Azərbaycan əleyhinə aparılan siyasi kampaniyalarda da aktiv iştirak edir...

Maraqlıdır, görərən, AXCP-ni erməni lobbisi, onun bu cür senatorları ilə bağlayan səbəblər hansılardır? Nə üçün AXCP hər zaman erməni lobbisinin ətəyindən yapışır? Cəbhəçilər həqiqətənmi inanırlar ki, erməni lobbisinə bağlı biriləri onların maraqlarını təmin edəcək? Bəlkə, AXCP ermənilərdən bu cür "ayı xidməti" qarşılığında maliyyə alır?

P.S. Əgər sabah bu senator "Azərbaycanda insan haqları pozulur", "Əli Kərimli kimilər siyasi məhbusdur" desə heç də təəccüblənməyin. Çünki erməni lobbisi hər zaman bir fürsət axtarır ki, Azərbaycanı ləkələsin. Görünür, ermənilər də AXCP-dən və cəbhəçilərdən bu məqsədlə çox gözəl bir şəkil istifadə etməyi bacarır. Yaxud da, AXCP və cəbhəçilər özərini "siyasi satış"a çıxarmaqla ermənilərin istifadəsinə verirlər...

11/03/2026

Mehman Hüseynov bu videosunda etiraf edir ki, onun Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı var. ANCA-nın maliyyəsi ilə ABŞ-da yaşayan və antiAzərbaycan cəbhəsində yer alan Beytulla Manafovla söhbəti zamanı Mehman Hüseynov bildirir ki, ona Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları "Telegram" üzərindən yazıblar və "iş birliyi" təklif ediblər...

Bu, əslində uzun müddətdir mövcud olan əməkdaşlığın etirafı olsa da, Mehman Hüseynov danışığı zamanı başa düşə bilmədiyi məqamları ifşa edib. Mehman Hüseynov "paçan" olduğu üçün düşünür ki, ona qulaq asanlar bu "mif"ə inanancaqlar. Amma bir məqamı nəzərdən qaçırır...

Xüsusi xidmət orqanı əməkdaşları obyekt ilə ilk ünsiyyətini niyə telegram üzərindən qursun ki?
Əgər qurursa:
1. Demək, münasibətlər istidir, ortada "etibar" var və bu, ilk sifariş deyil.
2. Demək, ortada bir alış-veriş də yoxdur. Sadəcə sifariş və onun materialları var.
3. Sifariş varsa, onun xidmət haqqısı da var.

Bir sözlə, Mehman Hüseynov, əslində həyatı boyu gördüyü işlərin sifarişçisini ifşa edib. Görünür, elə Rusiya xüsusi xidmət orqanları da gizli iş görmək istəmir. Ona görə də, bu "paçanı" necə kəllə-paça vəziyyətində "verbovka" edibsə, onun məqamlarını özləri açıq vəziyyətdə qoyurlar...

Erməni kökənli iki qardaş soydaşları ilə birgə görüntülənib. Harri Kasparovun "peşkalığını" edən Emin və Mehman Hüseynov...
23/02/2026

Erməni kökənli iki qardaş soydaşları ilə birgə görüntülənib. Harri Kasparovun "peşkalığını" edən Emin və Mehman Hüseynovlar hazırda ermənilərin nəzarətində olan fondda çalışırlar. Bəs, deyirdilər "hüseynova bacıları" Azərbaycan xalqının maraqları üçün çalışır? Separatçılardan, terrorçulardan tapşırıq alanlar necə milli ola bilər?

Erməni kökənli Emin və Mehman Hüseynovların rus kəşfiyyatı və erməni lobbisi ilə əməkdaşlığının daha bir sübutu üzə çıxı...
21/02/2026

Erməni kökənli Emin və Mehman Hüseynovların rus kəşfiyyatı və erməni lobbisi ilə əməkdaşlığının daha bir sübutu üzə çıxıb.
Belə ki, təqdim olunan sənəddən göründüyü kimi Emin Hüseynov Danimarkada fəaliyyət göstərən və əsasən qondarma Dağlıq Qarabağ ilə bağlı humanitar və ictimai fəaliyyəti dəstəkləyən "Arsax Fondu" ilə 2019-cu ildə müqavilə imzalayıb.
Müqaviləyə əsasən Emin Hüseynov peşəkar məsləhətçi xidməti göstərməli idi.
Görünən odur ki, bu iki qardaşın həqiqətən də sponsoru və göstəriş verəni erməni lobbisidir. Qanı erməni olandan başqa nə gözləmək olardı ki?

17/02/2026

İsveçrə səfirliyinin Emin Hüseynovun qaçırılması üçün həyata keçirdiyi "Qadın paltarında" əməliyyatının təfərrüatları...

16/02/2026

Tural Sadıqlının canlı yayımda Əli Kərimli-Ramiz Mehdiyev cütlüyünün tör-töküntüsü olan Fuad Qəhrəmanlını "təmizə" çıxarmağa çalışarkən alınan səhnə... 🤣🤣🤣

Emin Hüseynovu müdafiə edən bəzi "ağıllılar" üçün maraqlı suallarımız var...1. Emin Hüseynovu guya müdafiə edənlər ABŞ, ...
16/02/2026

Emin Hüseynovu müdafiə edən bəzi "ağıllılar" üçün maraqlı suallarımız var...

1. Emin Hüseynovu guya müdafiə edənlər ABŞ, İsveçrə, Polşa səfirliklərinə rahat şəkildə girib-çıxa bilərlərmi?
2. Viza almaq üçün belə elektron müraciət qəbul edən bu səfirliklər hansı səbəbdən bir nəfər üçün beynəlxalq diplomatik ssenari qursun?
3. Bir ölkənin səfirliyi 300 min vergi borcuna görə həbsdən yayıyan cinayətkarı hansı səbəbdən 10 ay öz binasında gizlətsin? Hansı səbəbə görə ona özəl bazarlıqlar etsin, xüsusi yeməklər bişirsin, hətta İsveçrədən qızlar gətirsin?
4. Nə üçün hansısa Azərbaycan vətəndaşını İsveçrə Xarici İşlər Nazirliyinin rəhbər şəxsi Didye Burkhalter şəxsi təyyarəsi ilə İsveçrəyə qaçırsın?
5. Bu ciddi himayə və xüsusi münasibət Emin Hüseynovun hansı xidmətlərinə görədir?
6. Blinkenə sadiq agent olaraq təqdim edilən Emin Hüseynov hansı statusu daşıyır?

Bir sözlə, suallar çoxdur. Cavab tapmaq istəyənlər üçün mənbələr açıqdır. Afrikada, Asiyada, xüsusilə də Qəzzada acından ölən, hər gün güllələnən, öldürülən insanların hüquqlarını müdafiə etməyən İsveçrə üçün Emin Hüseynov faktoru hansı mənanı kəsb edir, özünüz düşünün...

Mehman Hüseynovun qardaşı Emin Hüseynovun qadın paltarında sərgüzəştləri...
15/02/2026

Mehman Hüseynovun qardaşı Emin Hüseynovun qadın paltarında sərgüzəştləri...

15/02/2026

Münxen Təhlükəsizlik Konfransı zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan bloqer Emin Hüseynova verdiyi cavab gündəm olub. Emin Hüseynovun Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualına Mehriban xanım ustalıqla cavab verib: “Qadın paltarında səfirlikdə gizlənən insan siz idiniz? Sizə cansağlığı arzulayıram".

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən Mehman Hüseynovun qardaşı Emin Hüseynov rəhbərlik etdiy...
15/02/2026

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən Mehman Hüseynovun qardaşı Emin Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik “amerikalı hərbçi xanımla evli olan” Hüseynovun bu istəyini rədd edir.
Sonra o, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, qadın paltarı geyindi. Emin Hüseynov hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı.
Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.
Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.
Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan E.Hüseynov hazırda da İsveçrədə yaşayır.

Adresse

Hamburg

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von BiZ erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen