Allianz der Aserbaidschaner in Deutschland

Allianz der Aserbaidschaner in Deutschland Almaniya Azərbaycanlıları Alyansı

11/06/2026

Diaspora iş üzrə dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü, Ştuttgart Azərbaycan evinin sədri Günay Mirzəyevanın təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibətiylə təşkil olunmuş bayram tədbirində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqının tarixindəki rolu haqda geniş söhbət açıldı. Onun təməlini qoyduğu Diaspora hərəkatı bugün yüksəliş dövrünü yaşayır. Almaniya Azərbaycanlıları Alyansının fəaliyyətinin əsasını bu yolun inamla davam etdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması təşkil edir.




Almaniyanın Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu çərçivəsində müxtəlif möv...
11/06/2026

Almaniyanın Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələri aparılıb. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, ERG S.p.A. (Edoardo Raffinerie Garrone) şirkətində külək enerjisi layihələri üzrə menecer Nurlan Rəhimlinin moderatoru olduğu panel “Smart City və şəhərsalmada Avropa təcrübəsi” mövzusuna həsr edilib. Paneldə Fraunhofer İnstitutunun süni intellektlə bağlı araşdırma qrupunun rəhbəri, Brandenburq Texniki Universitetinin professoru Konstanse Çöpe “Fraunhofer İnstitutunda tədqiqatlar və irəliyə baxış”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov “Patentləşdirmə və əqli mülkiyyət”, CC7 MART®️ şirkətinin meneceri Asif Məmmədov “Yaşıl şəhərlərdə tullantı axınlarının dövriyyəliliyi”, “Holcim Germany” şirkətinin meneceri Alim Quliyev “Plant of the Future – ORT Ağıllı şəhər və şəhərətrafı ərazilərin ayrılmaz elementi kimi”, “Kim Engineering GbR” şirkətinin mühəndisi Elçin Abdullayev “Süngər şəhər konsepti – intensiv yağışlar və ekstremal istilər üçün həll yolu”, Massaçusets Universitetində elektrik mühəndisliyi üzrə təhsil alan Kamran Ağayev isə “PUA təhlükəsizliyi üçün süni intellekt əsaslı sağlamlıq monitorinqi uçuş nəzarətçisi” mövzularında çıxış ediblər. “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev şirkətin Şuşada inşa etdiyi məscidlər, eləcə də Qarabağda həyata keçirdiyi tikinti və bərpa layihələrindən danışıb.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/avropada-yasayan-azerbaycanli-muhendislerin-iii-forumunda-panel-muzakireleri-kecirilib-7151





Almaniyanın Hamburg şəhərində keçirilən Avropada yaşayan azərbaycanlı mühəndislərin 3 cü Forumu və Forum çərçivəsində Co...
11/06/2026

Almaniyanın Hamburg şəhərində keçirilən Avropada yaşayan azərbaycanlı mühəndislərin 3 cü Forumu və Forum çərçivəsində Cottbus şəhərində təşkil edilmiş “Smart Education in smart Cities” mövzusunda elmi-praktiki konfransın yayımlanmasında yüksək səviyyədə iştirak etmiş və Forum iştirakçılarından maraqlı müsahibələr almış Forumun media partnyoru Planet FM’ə verdiyi dəstək və fəal iştirak üçün Alyans adından təşəkkür edirik.



İyunun 6-da Almaniyanın Hamburq şəhərində Avropada yaşayan Azərbayc...

Almaniyanın Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu çərçivəsində müxtəlif möv...
10/06/2026

Almaniyanın Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələri aparılıb. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, ERG S.p.A. (Edoardo Raffinerie Garrone) şirkətində külək enerjisi layihələri üzrə menecer Nurlan Rəhimlinin moderatoru olduğu panel “Smart City və şəhərsalmada Avropa təcrübəsi” mövzusuna həsr edilib. Paneldə Fraunhofer İnstitutunun süni intellektlə bağlı araşdırma qrupunun rəhbəri, Brandenburq Texniki Universitetinin professoru Konstanse Çöpe “Fraunhofer İnstitutunda tədqiqatlar və irəliyə baxış”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov “Patentləşdirmə və əqli mülkiyyət”, CC7 MART®️ şirkətinin meneceri Asif Məmmədov “Yaşıl şəhərlərdə tullantı axınlarının dövriyyəliliyi”, “Holcim Germany” şirkətinin meneceri Alim Quliyev “Plant of the Future – ORT Ağıllı şəhər və şəhərətrafı ərazilərin ayrılmaz elementi kimi”, “Kim Engineering GbR” şirkətinin mühəndisi Elçin Abdullayev “Süngər şəhər konsepti – intensiv yağışlar və ekstremal istilər üçün həll yolu”, Massaçusets Universitetində elektrik mühəndisliyi üzrə təhsil alan Kamran Ağayev isə “PUA təhlükəsizliyi üçün süni intellekt əsaslı sağlamlıq monitorinqi uçuş nəzarətçisi” mövzularında çıxış ediblər. “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev şirkətin Şuşada inşa etdiyi məscidlər, eləcə də Qarabağda həyata keçirdiyi tikinti və bərpa layihələrindən danışıb.

Almaniyanın Düsseldorf şəhərində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir təşkil olunub. “Səmaların s...
08/06/2026

Almaniyanın Düsseldorf şəhərində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir təşkil olunub. “Səmaların sədası” adlı tədbirdə yüzlərlə soydaşımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Tariximizin bu mühüm mərhələsinə həsr olunan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarxı iştirakçılar böyük maraqla izləyiblər. “Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində dövlətimiz daha da qüdrətlənib və torpaqlarımız işğaldan azad olunub. Biz bu gün qalib xalqıq və xaricdəki soydaşlarımız güclü Azərbaycanla fəxr edir”, – bu fikirləri tədbirdə iştirak edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı səsləndirib. Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və xaricdəki icma üzvlərinin müasir tariximizlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaları barədə danışıb.

Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/almaniyada-15-iyun-milli-qurtulus-gunu-munasibetile-tenteneli-tedbir-teskil-olunub-7142





Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilibAlmaniyanın Hamburq şəhərində “Şəhərsalma və Memarlıq İl...
07/06/2026

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

Almaniyanın Hamburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu” keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusunda təşkil olunub.
Tədbirdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mühəndislər, memarlar, şəhərsalma üzrə azərbaycanlı və xarici mütəxəssislər, elm və biznes nümayəndələri iştirak edib. Forumun əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, eləcə də xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.
Açılış mərasimi Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmli bu günə kimi keçirilən forumların nəticələri barədə məlumat verib, perspektivə dair fikirlərini səsləndirib. Almaniyanın Rur Universitetinin dosenti, professor Elxan Sadıqzadə Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin forumlarının əsas nəticələri haqqında qısa məruzə ilə çıxış edib.
“Xaricdə fəaliyyət göstərən və eyni sahəni təmsil edən mütəxəssislərin forumlarının təşkili artıq ənənəyə çevrilib. Əldə olunan uğurlar göstərir ki, belə forumlar bilik və təcrübə mübadiləsi üçün unikal və daha dayanıqlı imkanlar yaradır”, - bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı bildirib.
Sədr, həmçinin komitənin strateji layihələri barədə geniş məlumat verib, dünya azərbaycanlılarının fəaliyyətinin daim Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında forumların yalnız müzakirə platforması deyil, həm də intellektual kəşflərin və yaradıcı ilhamın formalaşdığı dinamik bir mühit olduğunu qeyd edib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Ruhlan Nəbiyev forumun uğurlu perspektiv vəd etdiyinə əminlik ifadə edib, azərbaycanlı və xarici mühəndislər arasında əməkdaşlığın dərinləşməsi üçün təkliflərini səsləndiriblər.
Avropanın 11 ölkəsindən, Almaniyanın 40-dan çox şəhərindən yüzlərlə mütəxəssisin qatıldığı forumda mühəndislik elminin inkişaf tarixini, eləcə də bundan əvvəlki forumların nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə geniş məlumat verilib. Mühəndislər rəqəmsal transformasiya, dayanıqlı şəhər inkişafı, süni intellektin şəhər idarəçiliyində tətbiqi, enerji səmərəliliyi, ağıllı nəqliyyat sistemləri və ekoloji həllər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətlərdə qısamüddətli və uzunmüddətli planları barədə fikirlərini səsləndiriblər.
Forumda Almaniyanın Ruhr Universitetinin dosenti, adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil olan Elxan Riçard Sadıq-Zadəyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən forum müxtəlif panel müzakirələri, təqdimatlar və şəbəkələşmə görüşləri ilə davam edib. Panel müzakirələri “Smart City və şəhərsalmada Avropa təcrübəsi”, “Gələcəyin şəhərləri, inşaat, rəqəmsallaşma və dayanıqlılıq” mövzularında olub.
Qonaqlar forumun keçirildiyi məkanda təşkil olunan Azərbaycandakı alman abidələrinin şəkillərindən ibarət sərgiyə böyük maraq göstəriblər.
Forum çərçivəsində Almaniyanın Brandenburq Texnologiya Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında “Gələcək elmi araşdırmalar və tədqiqatlar sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Xatırladaq ki, 22 iyun 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Almaniyanın Berlin şəhərində baş tutan “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu”, eləcə də 1 noyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Almaniyanın Köln şəhərində keçirilən “Avropada yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu” bu layihənin davamlılığında və təməl prinsiplərinin müəyyən olunmasında əvəzsiz rol oynayıb.

*Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafov ilə görüş keçirilib*Berlindəki Azərbaycan Mə...
27/04/2026

*Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafov ilə görüş keçirilib*

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun Almaniyada yaşayan soydaşlarımızla görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə təşkil olunan görüş xaricdə yaşayan azərbaycanlıların milli-mədəni bağlarının möhkəmləndirilməsi və Azərbaycan incəsənətinin təbliği baxımından əlamətdar hadisə olub. Görüş, eyni zamanda, mədəniyyətin coğrafi sərhədləri aşaraq milli kimliyin qorunmasında oynadığı rolu bir daha nümayiş etdirib.

Tədbir Fəxrəddin Manafovun rol aldığı film və tamaşalardan müxtəlif fraqmentləri əks etdirən videomaterialların nümayişi ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Emin Salayev çıxışında bildirib ki, belə görüşlərin təşkili xaricdə yaşayan azərbaycanlılar arasında milli birliyin və mədəni bağların daha da möhkəmlənməsinə xidmət edir. Fəxrəddin Manafov kimi görkəmli sənətkarlarla birbaşa ünsiyyət həm diasporumuzun üzvlərinin fəallığını, həm də gənc nəslin Azərbaycan mədəniyyətinə və incəsənətinə marağını artırır.

Görüşdə Xalq artisti Fəxrəddin Manafov yarım əsrə yaxın yaradıcılıq yoluna nəzər salaraq Azərbaycan kino və teatr məktəbinin formalaşmasında iştirak etdiyi mərhələlərdən bəhs edib, sənətin yalnız estetik deyil, həm də mənəvi məsuliyyət daşıdığını xüsusi vurğulayıb. O bildirib ki, səhnədə və ekran qarşısında qazanılan uğurun əsasında sənətə sədaqət, peşəyə hörmət və daim öz üzərində çalışmaq dayanır. Sənətkar iştirakçıların suallarını cavablandıraraq müxtəlif obrazların yaradılması prosesindən, aktyor sənətinin incəliklərindən və bu yolun daxili intizam tələb edən tərəflərindən söz açıb.

Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Samir Rzayev, tədbirin təşkilndə iştirak edən diaspor fəalı Bella Salayeva çıxışlarında belə görüşlərin diaspor mühitində milli-mədəni yaddaşın qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bu cür görüşlərin Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə canlı ünsiyyət üçün imkan yaratdığı və onun xaricdə daha geniş tanıdılmasına töhfə verdiyi vurğulanıb.

Səmimi və işgüzar mühitdə keçən görüşdə Fəxrəddin Manafov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Adresse

Neusser Str 723
Cologne
50737

Öffnungszeiten

Montag 09:00 - 17:00
Dienstag 09:00 - 17:00
Mittwoch 09:00 - 17:00
Donnerstag 09:00 - 17:00
Freitag 09:00 - 17:00

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Allianz der Aserbaidschaner in Deutschland erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen