Sumqayıt Bələdiyyəsi

Sumqayıt Bələdiyyəsi Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 10-cu mikrorayon ərazisində növbəti səyyar qəbul-görüş ...
05/09/2026

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 10-cu mikrorayon ərazisində növbəti səyyar qəbul-görüş keçirib.

11 il, 111 yenilik: Sumqayıt necə dəyişdi?Bəzi şəhərlərin dəyişimini yalnız yeni binalar, yollar və abadlaşdırılan küçəl...
03/09/2026

11 il, 111 yenilik: Sumqayıt necə dəyişdi?

Bəzi şəhərlərin dəyişimini yalnız yeni binalar, yollar və abadlaşdırılan küçələrlə ölçmək mümkün deyil. Əsl dəyişiklik şəhərin ritmində, insanların gündəlik həyatında, iqtisadi imkanlarında, görünüşündə və gələcəyə baxışında hiss olunur. Son 11 ildə Sumqayıtda baş verən dəyişiklik də məhz bu baxımdan diqqət çəkir.

1949-cu ildə şəhər statusu alan Sumqayıt uzun illər Azərbaycanın əsas sənaye mərkəzlərindən biri kimi tanınıb. Lakin son dövr şəhərin tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalıb. Sumqayıt artıq yalnız sənaye şəhəri deyil. Bu gün o, genişlənən iqtisadi imkanları, yenilənən şəhər infrastrukturu, müasir ictimai məkanları, inkişaf edən sosial həyatı və dəyişən memarlıq siması ilə Azərbaycanın ən dinamik şəhərlərindən birinə çevrilməkdədir.

Bu dəyişimin arxasında isə ardıcıl dövlət siyasəti, Prezident İlham Əliyevin Sumqayıtın inkişafına göstərdiyi xüsusi diqqət və şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr dayanır. Son 11 il ərzində Sumqayıtda sənayedən ekologiyaya, təhsildən səhiyyəyə, yollardan sosial infrastruktura, şəhərsalma və abadlıqdan mədəni həyata qədər demək olar ki, bütün istiqamətlər üzrə mühüm yeniliklər həyata keçirilib.

2015-ci il sentyabrın 2-də Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması isə şəhərin inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezidentin etimadı və dəstəyi, şəhər rəhbərliyinin Sumqayıtın inkişafına yönəlmiş ardıcıl fəaliyyəti nəticəsində ötən illər ərzində şəhərin siması və imkanları əhəmiyyətli dərəcədə dəyişib.

Bu gün, 11 il sonra geriyə baxanda bir sual ortaya çıxır: Sumqayıt bu müddətdə konkret olaraq necə dəyişib?

Bu sualın cavabını yalnız ümumi ifadələrlə vermək mümkün deyil. Çünki son 11 ildə şəhərdə həyata keçirilən işlərin miqyası yüzlərlə layihə, obyekt, infrastruktur yeniliyi və sosial təşəbbüsü əhatə edir. Məhz buna görə Sumqayıtın son 11 illik inkişaf yoluna fərqli formatda nəzər salmaq qərarına gəldik.

“11 il, 111 yenilik” adlı məqalədə Sumqayıtın 2015–2026-cı illər ərzində keçdiyi inkişaf yolunu 111 əsas layihə və yenilik üzərindən təqdim edəcəyik.

Bu, sadəcə görülən işlərin siyahısı deyil. Bu, bir şəhərin son 11 ildə dəyişən siması, yenilənən infrastrukturu, genişlənən imkanları və formalaşan yeni inkişaf mərhələsi haqqında hekayədir.

Silsilənin hər bir hissəsində Sumqayıtın müxtəlif sahələr üzrə inkişafını – iqtisadiyyat və sənayedən sosial layihələrə, təhsil və səhiyyədən mədəniyyətə, ekologiyadan abadlıq və şəhərsalma proseslərinə qədər – konkret faktlar və həyata keçirilən yeniliklər əsasında nəzərdən keçirəcəyik.

11 il. 111 yenilik. Bir şəhərin dəyişən hekayəsi.

11 il, 111 yenilik: Sumqayıt necə dəyişdi?
02/09/2026

11 il, 111 yenilik: Sumqayıt necə dəyişdi?

02/09/2026

Sumqayıt şəhərində 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlar iştirak ediblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək Sumqayıt şəhərinin ötən tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul nəticələrindən danışıb. Bildirib ki, 2025–2026-cı tədris ili Sumqayıt təhsilinin uğurlu nəticələri ilə yadda qalıb. Sumqayıt məktəblərinin 237 məzunu 600-dən yuxarı, onlardan 91-i isə 650 və daha yüksək bal toplayıb. Bu göstəricilər şəhər üzrə təhsil sahəsində həyata keçirilən məqsədyönlü işlərin, müəllim və şagird əməyinin, eləcə də valideynlərin göstərdiyi diqqət və qayğının nəticəsidir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan gəncləri, onların valideynlərini və müəllimlərini səmimi qəlbdən təbrik edib, məzunlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

Şəhər rəhbəri qeyd edib ki, təhsil hər bir dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması gənclərin bilikli, savadlı və vətənpərvər vətəndaş kimi formalaşmasına geniş imkanlar açır.

Zakir Fərəcov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı daim prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Dövlət başçısının təhsilə, müəllim əməyinə və gənclərin hərtərəfli inkişafına göstərdiyi yüksək diqqət bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaradıb. Sumqayıtda da son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirən şəhər rəhbəri qeyd edib ki, yeni məktəb binaları inşa olunub, mövcud təhsil müəssisələri əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir görkəm alıb, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün zəruri şərait yaradılıb.

Zakir Fərəcov əldə olunan yüksək nəticələrin Sumqayıtın təhsil ənənələrinin və şəhərin intellektual potensialının növbəti göstəricisi olduğunu bildirib. Şəhər rəhbəri gənclərə müraciət edərək onların gələcək təhsil illərində də yüksək nəticələr əldə etmələrini, seçdikləri ixtisaslara dərindən yiyələnərək Azərbaycanın inkişafına töhfə verən savadlı və peşəkar mütəxəssislər kimi yetişmələrini arzulayıb.

Görüş zamanı Sumqayıt təhsilinin ötən tədris ilində əldə etdiyi digər mühüm nailiyyətlər də diqqətə çatdırılıb. Qeyd olunub ki, II ixtisas qrupu üzrə Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Kərimov Zamin Ramin oğlu 690 bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərən məzunlar sırasında yer alıb.

III ixtisas qrupu üzrə Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı 690 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərən məzunlardan biri olub.

IV ixtisas qrupu üzrə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu 700 bal toplayaraq ən yüksək nəticəyə imza atıb. Həmin gimnaziyanın digər məzunu Əliyeva Aysu Rauf qızı 693,6 bal toplayıb. Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu isə qəbul imtahanlarının II mərhələsində 400 bal toplayan məzunlar sırasında yer alıb.

Beləliklə, II, III və IV ixtisas qrupları üzrə ölkə səviyyəsində ən yüksək nəticələr sırasında Sumqayıt məktəblərinin məzunlarının yer alması şəhərin təhsil sahəsində qazandığı mühüm nailiyyətlərdən biri kimi qeyd olunub.

Tədbirdə həmçinin Təbiət Elmləri Təmayüllü Gimnaziyanın, 12 nömrəli və 35 nömrəli tam orta məktəblərin yüksək nəticələri ilə xüsusi fərqləndiyi bildirilib.

Tədbirin sonunda ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlara qiymətli hədiyyələr, təhsil sahəsində səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisinə isə fəxri fərmanlar təqdim olunub.

31/08/2026

Sumqayıt Bələdiyyəsinin əməkdaşı Hamlet Məmmədovun həyat yoldaşı Gülşən Məmmədovanın vəfat etməsi xəbəri bizi dərindən kədərləndirdi.
Sumqayıt Bələdiyyəsinin rəhbərliyi və Bələdiyyə Aparatının əməkdaşları adından mərhumənin ailəsinə, yaxınlarına, xüsusilə də əməkdaşımız Hamlet Məmmədova dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.
Allah rəhmət eləsin!

Sumqayıtda işsizlər üçün yeni imkan yaradıldı - FOTOLARSumqayıtda iş axtaran vətəndaşlar üçün yeni məşğulluq imkanları y...
28/08/2026

Sumqayıtda işsizlər üçün yeni imkan yaradıldı - FOTOLAR

Sumqayıtda iş axtaran vətəndaşlar üçün yeni məşğulluq imkanları yaradılıb.

Denmedia.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentinin Sumqayıt Mühafizə Bölməsi tərəfindən vakansiyalarla bağlı Açıq Qapı Günü keçirilib.

Tədbir Sumqayıt Bələdiyyəsinin binasında təşkil olunub . Sumqayıt Bələdiyyəsinin və Məşğulluq idarəsinin əməkdaçlarının da iştirak etdiyi Açıq Qapı Günündə vətəndaşlara Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentində mövcud olan vakansiyalar barədə məlumat verilib, işə qəbul üçün müraciət imkanları yaradılıb.

Açıq Qapı Günü çərçivəsində atıcı və səyyar atıcı (H.Z. Tağıyev) vəzifələri üzrə müraciətlər qəbul edilib. İşlə maraqlanan vətəndaşlar tələb olunan sənədləri təqdim edərək qeydiyyata alınıblar.
Müraciət edən şəxslərin sənədləri qəbul olunub və onların işlə bağlı məlumatları qeydiyyata götürülüb. Belə tədbirlərin keçirilməsi iş axtaran vətəndaşların birbaşa aidiyyəti qurumlara müraciət etməsinə və mövcud vakansiyalar barədə ətraflı məlumat əldə etməsinə şərait yaradır.

Qeyd edək ki, son illər Sumqayıt şəhərinin siması sürətlə dəyişir. Şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, yenilənən infrastruktur layihələri və müxtəlif sahələrdə yaradılan imkanlar Sumqayıtın müasir, dinamik və rahat yaşayış məkanına çevrilməsinə mühüm töhfə verir.
Şəhərin inkişafı ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş imkanlarının yaradılması da diqqət mərkəzində saxlanılır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi tərəfindən əhalinin rifahının yüksəldilməsi, sosial şəraitinin yaxşılaşdırılması və məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Bu baxımdan, müxtəlif dövlət və özəl qurumların Sumqayıtda vakansiyalarla bağlı təqdimat və Açıq Qapı Günləri keçirməsi həm işəgötürənlərlə işaxtaranlar arasında əlaqələrin gücləndirilməsi, həm də şəhər sakinlərinin yeni əmək imkanlarından yararlanması baxımından əhəmiyyətlidir.

Sumqayıtda aparılan abadlıq və quruculuq işləri ilə paralel olaraq, insanların rifahının yüksəldilməsi, məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması şəhərin inkişafının əsas istiqamətlərindən biri olaraq qalır.

27/08/2026

ELAN:

Azərbaycan Dəmir Yollarının Mühafizə Departamentinin Sumqayıt Mühafizə Bölməsində vakansiya ilə bağlı Açıq Qapı Günü keçiriləcək.
Vakansiya üzrə atıcı və səyyar atıcı (H.Z. Tağıyev) vəzifələri üçün müraciət etmək mümkündür.
📅 Tarix: 28 avqust 2026-cı il
🕑 Saat: 14:00–16:00
📍 Ünvan: Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin binası
Müraciət zamanı aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:
Şəxsiyyət vəsiqəsi;
Hərbi bilet;
Əmək kitabçası (əgər varsa).
Vakansiya ilə maraqlanan şəxslər qeyd olunan tarix və saatda müraciət edə bilərlər.

Qeyd edək ki, son illər Sumqayıtın siması sürətlə dəyişir. Şəhərdə aparılan abadlıq və quruculuq işləri, yenilənən infrastruktur və yaradılan imkanlar Sumqayıtın müasir və rahat yaşayış məkanına çevrilməsinə öz töhfəsini verir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi tərəfindən əhalinin rifahının yüksəldilməsi, sosial şəraitin yaxşılaşdırılması və yeni iş imkanlarının yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər şəhərin inkişaf dinamikasını daha da gücləndirir.

27/08/2026

Sumqayıt Bələdiyyəsinin əməkdaşı Könül Ələsgərovanın anası Almaz Paşayevanın vəfat etməsi xəbəri bizi dərindən kədərləndirdi.
Sumqayıt Bələdiyyəsinin rəhbərliyi və Bələdiyyə Aparatının əməkdaşları adından mərhumənin ailəsinə, yaxınlarına, xüsusilə də əməkdaşımız Könül Ələsgərovaya dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.
Allah rəhmət eləsin!

Laçın – tarixi keçmişdən böyük qayıdışa26 Avqust – Laçın şəhəri günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan ə...
26/08/2026

Laçın – tarixi keçmişdən böyük qayıdışa

26 Avqust – Laçın şəhəri günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan əlamətdar tarixlərdəndir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi yaradılması şəhərin tarixində mühüm mərhələlər olub. 1835 kvadratkilometr əraziyə malik Laçın zəngin təbiəti, meşələri, yaylaqları və strateji coğrafi mövqeyi ilə seçilir. Bu gün Laçın həm tarixi yaddaşın, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuğun simvollarından biridir.

Laçının tarixində ən ağrılı dövr 1992-ci il mayın 18-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə başlayıb. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından məcburi şəkildə köçkün düşüb, yüzlərlə insan həlak olub və itkin düşüb. Şəhərin və rayonun sosial, iqtisadi və mədəni infrastrukturu dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər isə Laçının taleyini dəyişdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Azadlıqdan dərhal sonra Laçında genişmiqyaslı bərpa və quruculuq layihələrinə start verildi. Məqsəd yalnız dağıdılmış şəhəri yenidən qurmaq deyil, Laçını müasir, rahat və dayanıqlı şəhərə çevirməkdir. 2025-ci ildə təsdiqlənən Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan bu məqsədlərin sistemli şəkildə həyata keçirilməsi üçün mühüm əsas yaradıb. Baş planda yaşayış məhəllələri ilə yanaşı, məktəblərin, xəstəxananın, peşə təhsili müəssisəsinin, mədəniyyət və turizm obyektlərinin yaradılması nəzərdə tutulur. “15 dəqiqəlik şəhər” prinsipi isə sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə təmin edə biləcəyi müasir şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Laçının dirçəlişinin ən mühüm göstəricisi insanların doğma yurda qayıdışıdır. 2023-cü il mayın 28-dən başlayan Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə və rayonun kəndlərinə ailələrin köçürülməsinə başlanılıb. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, Sus kəndinə 59 ailənin, Bəylik kəndinə isə 89 ailənin daimi məskunlaşması təmin edilib. Yeni yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, inzibati binalar, yollar və digər sosial obyektlər yaradılır. Beləliklə, Laçında quruculuq prosesi insanların öz doğma torpaqlarında təhlükəsiz və rahat həyatının bərpası ilə tamamlanır.

Laçında həyata keçirilən layihələrin mühüm istiqamətlərindən biri yaşıl enerjidir. Rayonda su ehtiyatlarından səmərəli istifadə etməklə çoxsaylı su elektrik stansiyalarının yaradılması istiqamətində işlər görülür. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Nəticədə Laçının 8-10 MVt həcmində elektrik tələbatı tam olaraq yaşıl enerji hesabına qarşılanır, artıq enerji isə ölkənin enerji sisteminə ötürülür. Hazırda yeni SES layihələrinin də icrası davam edir. Bu göstəricilər Laçının gələcəkdə Azərbaycanın yaşıl enerji məkanlarından birinə çevrilmək potensialını nümayiş etdirir.

Laçının inkişafında nəqliyyat və su layihələri də xüsusi yer tutur. Kəlbəcər-Laçın avtomobil yolunun inşası regionun nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edir. Uzunluğu 75,8 kilometr olan yeni yol mövcud marşrutdan daha qısa olacaq və üzərində çoxsaylı tunel və körpülər inşa edilir. Digər mühüm layihə isə “Həkəriçay” su anbarıdır. 2026-cı il iyulun 11-də təməli qoyulan layihə 100 milyon kubmetr ümumi tutuma malik su anbarının və təxminən 172 kilometrlik magistral boru kəmərinin inşasını nəzərdə tutur. Layihənin reallaşması Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında yüz minlərlə insanın içməli su təminatına mühüm töhfə verəcək.

Laçının bərpası yaşayış və sosial infrastrukturla məhdudlaşmır. Rayonda sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarının inkişafı üçün yeni müəssisələr yaradılır. Laçın Aqro-Sənaye Parkında 46 müəssisənin fəaliyyət göstərməsi planlaşdırılır. Mebel, tekstil, ayaqqabı, yeyinti və digər istehsal sahələrinin yaradılması yeni iş yerlərinin açılmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə imkan verir. Turizm istiqamətində isə “Laçın” İstirahət Kompleksi, Həkəri çayı ətrafında yaradılan istirahət məkanları və inşası davam etdirilən kanat yolu şəhərin turizm potensialını artırır. 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması da şəhərin mədəni və turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə olub.

Bu gün Laçında görülən işlər şəhərin tarixində tamamilə yeni səhifə açıldığını göstərir. İşğal dövrünün dağıntıları arxada qalır, onların yerində müasir yaşayış məhəllələri, sosial obyektlər, istehsal müəssisələri, yollar, istirahət məkanları və yaşıl enerji infrastrukturu yaradılır. Laçın şəhəri artıq təkcə azad edilmiş ərazi deyil, Azərbaycanın Böyük Qayıdış siyasətinin, quruculuq strategiyasının və yeni inkişaf modelinin mühüm ünvanlarından biridir. 26 Avqust – Laçın şəhəri günü isə bu tarixi dəyişimin, doğma yurda qayıdışın və Zəfərdən sonra başlayan böyük dirçəlişin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

Adresse

Nizami Küçəsi
Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Sumqayıt Bələdiyyəsi publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager