Nigar Clinic Hospital

Nigar Clinic Hospital "Nigar Clinic Hospital" artıq yenilendi!!! Daha mükəmməl, daha müasir xidmətlərimiz və personalımızla xidmətinizdəyik!!!

Yüksәklik xәstәliyi — dаğ müһitindә һаvаnın sеyrәklәşmәsi nəticəsində оrqаnizmdə yаrаnаn pаtоlоji һаldır. Оksigеn çаtışm...
10/11/2016

Yüksәklik xәstәliyi — dаğ müһitindә һаvаnın sеyrәklәşmәsi nəticəsində оrqаnizmdə yаrаnаn pаtоlоji һаldır. Оksigеn çаtışmаzlığındаn sinir, tənəffüs, ürәk-dаmаr sistеmlәrinin fәаliyyәti pоzulur və һipоksiyа əlаmətləri yаrаnır. Dağ xəstəliyi zаmаnı tәngənәfәslik, bаşgicәllәnmə, ürәk döyüntüsu, qulаqlаrdа küy, әzәlә zәifliyi, burundаn qаnаxmа, ürəkbulаnmа və s. əlаmətlər ola bilər.
Fiziki, еmоsiоnаl gәrginlik, ifrаt sоyumа, ultrаbənövşәyi rаdiаsiyalı iоnlаşmış һаvа xəstəliyin bаş vermәsi üçün şәrаit yаrаdır. Dağ xəstəliyi mаşındа, piyаdа dаğ yüksәkliklәrinə tеz qаlxаrkәn bаş vеrə bilər.Əsаsən 4000 m (zәif insаnlаrda 1000 m) və dаһа yuxаrı sәviyyәdә bаşlayır. 2000 m yüksəklikdə bəzən һәyәcаnlаnmа, 3000 m-dә оksigеn çatışmаzlığı, təngənəfəslik, ürək döyüntüsünün аrtmаsı və s. 4000 m yuksəklikdən bаşlаyаrаq nitq pоzğunluğu, 5000 m yüksəklikdə isə kоmаtоz ürək-dаmаr çаtışmаzlığı һаllаrı оlа bilər.
Müаlicəsi – ilk növbədə tоxumа və һücеyrәlәrin оksigеn tәcһizаtının yаxşılаşdırılmаsınа yönәldilməlidir. Dağ xəstəliyinə məruz qаlmış şəxsə оksigеn, yаxud оksigеn ilə karbоn qаzının (kаrbоgеn) qаtışığını vеrmək lаzımdır. Süstlüyü аrаdаn qаldırmаq üçün tünd kоfе, yаxud çаy içilir. Tәnәffüsü tənzimlәmәk məqsədilə nаşаtır spirtindən (iylәmәk) istifаdə edilir.
Prоfilаktikаsı – аdаptаsiya məqsədi ilə bаrоkаmеrаlаrlа mәşğələlər аpаrmаq, dаğа qаlxаrkən оksikеn nəfəs аlmаq lazımdır. Fiziki məşğələlərin uzadılmаsı mәslәһәt görülür.

09/11/2016
1)Qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir.Aşağıda göstərilən analizlər...
08/11/2016

1)Qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir.
Aşağıda göstərilən analizlər tam ac qarına (qida qəbulundan 12 saat keçdikdən sonra) verilməlidir:
- Paratireoid hormon - saat 11-ə kimi
- C-peptid, insulin
- kalsitonin
- immunoqramma
- Koaquloqramma
- Biokimyəvi tədqiqatlar (qlükoza, lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər).
2) Su qəbulu analizlərə təsir etmir.
3) Qan analizindən 1 (bir) gün əvvəl alkoqol qəbulundan, yüksək fiziki gərginlikdən, güclü psixiemosional stresslerdən, qida qəbulunda və gündəlik rejimdə ciddi dəyişikliklərdən çəkinmək lazımdır.
4) Analizdən 2 saat əvvəl siqaret çəkmək olmaz.
5) Rentgenoqrafiya, rektal müayinə və fizioterapevtik prosedurlardan sonra qan analizi vermək olmaz.
6) Qan dərman preparatları (məsələn, antibakterial və kimyəviterapevtik) qəbulundan əvvəl və ya 10-14 keçdikdən sonra verilməlidir. Analiz istisna hallar kimi dərman preparatlarının (məsələn, valproik turşusu, antikonvulsantlar) qanda konsentrasiyasını öyrənmək lazım olduqda verilə bilər. Əgər siz dərman preparatları qəbul edirsinizsə, bunu mütləq müalicə həkiminə bildirməlisiniz.
7) Reproduktiv funksiyanın tədqiqi zamanı: hormonlar (FSH, LH, prolaktin, estradiol, testosteron, DHEA-S, progesteron) menstrual tsiklin günündən asılı olaraq ac qarına verilməlidir
1.Qanın ümumi analizi
Qanın ümumi analizi ac qarına verilməlidir.
2.Biokimyəvi müayinələr
-lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər, qlükoza, qanın elektrolitləri - tam ac qarına verilir (qida qəbulundan 12-14 saat keçdikdən sonra).
- Sidik turşusunun səviyyəsinini müəyyən etmək üçün 2-3gün əvvəl purinlərlə (qaraciyər, böyrəklər) zəngin olan qida qəbul edilməməlidir. Ət, balıq, kofe və çayın istifadəsi məhdudlaşdırılır.
- Həddən artıq fiziki iş əks göstərişdir.
3.Hemostaz sistemi (koaquloqramma)
Analiz tam ac qarına verilir. Qan verilməzdən öncə həkimə əkslaxtalanma preparatlarının qəbulu haqqında məlumat vermək lazımdır.
4. Qan qrupu, qrup və resuz əkscismlərinin təyini
Analizə xüsusi hazırlıq tələb olunmur.
5. Hipofiz - böyrəküstü sistemin funksional vəziyyəti
AKTH və kortizol üçün qan verməzdən əvvəl sakitləşmək lazımdır (stress qanda hormonların artmasına və nəticələrin yüksəlməsinənə təsir göstərir).
6.Qalxanabənzər və qalxanabənzər ətraf vəzin funksiyası
Qalxanabənzər vəz hormonları aybaşı tsiklindən asılı olmayaraq ac qarına verilir. Paratireoid hormanlar səhər saat 11:00 kimi tam ac qarına verilə bilər.
7.Reproduksiya markerləri
Qadınlarda fiziologiyasından asılı olaraq menstrual tsiklin günləri tədqiqatların nəticələrinə təsir edir. Buna görə də FSH, LH, prolaktin, estriol, estradiol, progesteron, DHEA-S, testosteron hormonlarının müayinəsinə hazırlıq zamanı menstrual tsiklin fazasını göstərmək lazımdır. Cinsi hormonların tədqiqatlarının aparılması zamanı müalicə həkiminin təyinatına əməl edərək menstrual tsiklin günlərinə uyğun qan vermək vacibdir.
8. Hipofizin somototrop funksiyası
Analizə xüsusi hazırlıq tələb olunmur.
9. Mədəaltı vəzin funksiyası
İnsulin, C-peptid analizləri tam ac qarına verilir.
10. Autoimmun xəstəliklərin diaqnostikası
Qliadin və insulinə qarşı əkscisimlər, revmotoid faktor tam ac qarına verilir.
11. Miokard zədələnməsi markerləri
Analizə xüsusi hazırlıq tələb olunmur.
12. İnfeksiyon xəstəliklər
İnfeksiyalara qarşı tədqiqatlar aparan zaman nəzərə almaq lazımdır ki, yoluxma dövründən və immun sistemin vəziyyətindən asılı olaraq mənfi nəticələr alına bilər. Buna baxmayaraq, mənfi nəticə infeksiyanın olduğunu inkar etmir. Əgər mənfi nəticələr alınıbsa, testin 2 (iki) həftə sonra təkrar verilməsi məsləhət görülür.
QİÇS, siflis, hepatit müayinələri zamanı şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

1. Autoimmun astma.Autoimmun astma ağciyər toxumasının antigenə qarşı xəstənin sensibilizasiyası nəticəsində baş verir. ...
07/11/2016

1. Autoimmun astma.
Autoimmun astma ağciyər toxumasının antigenə qarşı xəstənin sensibilizasiyası nəticəsində baş verir. Bu hal bronxial astma xəstələrinin 1%-ində rast gəlinir. Xəstəliyə diaqnoz qoymaq üçün əsas kriteriyalar aşağıdakılardan ibarətdir:
– ağır, fasiləsiz, residivləşən gediş
– xəstələrdə hormonal asılılığın və qlükokortikosteroid rezistenliyinin formalaşması
– qan zərdabı və turşu fosfotazası aktivliyinin artması.
Autoimmun bronxial astmaya nadir hallarda rast gəlinir.
2. “Aspirin” bronxial astması.
Boğulma tutması asetilsalisil qəbulundan sonra baş verir. Xəstələrə asetilsalisil sınağı aparılır və diaqnoz təsdiq edilir.
3. Ahıllarda bronxial astma.
Ahıl xəstələrdə bronxial astmanın gedişini və diaqnostikasını qiymətləndirmək çətin olur. Çünki ahıl şəxslərdə başqa xəstəliklərində olması, bronxit əlamətlərinə bənzər əlamətlər verir.
4. Peşə bronxial astması
Peşə bronxial astması, astma xəstələrinin 2%-ini təşkil edir. İstehsalatda bronxial astma xəstəliyinin əmələ gəlməsinə səbəb ola biləcək 200 maddə mövcuddur. İzosianid, platin duzları, müxtəlif bitki kompleksləri, heyvan mənşəli məhsullar, müxtəlif sənaye tullantıları və bir çox vasitələr bronxial astmanın əmələ gəlməsinə səbəb ola bilirlər. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə isə xəstəni həmin mühitdən uzaqlaşdırmaqdan ibarətdir.
5. Fəsil (sezon) bronxial astması.
Bu zaman bronxial astma xəstəliyi ilin müəyyən fəslində əmələ gəlir və fəsil dəyişdikdə keçib gedir.
6. Bronxial astmanın gənə variantı.
Xəstəliyin yeganə və tək əlaməti quru tutmaşəkilli öskürək hesab edilir. Belə öskürək adətən gecələr baş verir və fitverici xırıltılarla müşahidə edilir. Xəstəliyin əmələ gəlməsində gənələrin rolu olduğu söylənilir.
Müalicə:
Bronxial astma sağalmaz xəstəlikdir. Müalicənin əsas məqsədi xəstənin fiziki aktivliyini və normal həyat fəaliyyətinin keyfiyyətini saxlamaqdan ibarətdir.
immunitet.az

Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Anca...
06/11/2016

Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Ancaq immunitet insan orqanizmini onun üçün genetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrundən) qoruyur.
İmmunologiya (immunitet barədə olan elm) – cavan hesab edilən elmlərdən olub hal-hazırda inkişaf etməkdə davam etsə də, insanın immun sisteminin bir çox sirləri hələ də gizli olaraq qalmaqdadır.
İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır. Ona görə də immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı.
İnsanın daxili təhlükəsizliyini təmin etmək üçün orqanizmin daxilində “gəzən” – hərəkət edən bir sıra xüsusi hüceyrələr mövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin “molekulyar pasportunu” yoxlayaraq “yad” hüceyrələri aşkar edib onları məhv edirlər. Bu proseslər bizim iradəmizdən asılı olmayaraq baş verir və əksər hallarda biz bunları hiss etmirik. Bu çox vacib olan bir proseslərdir. Çünki, hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər, toksinlər və s.) daxil olur ki, bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza da təhlükə yaradırlar.
Bəzi hallarda bizim orqanimimizdə xarici düşmənlərdən əlavə daxili düşmənlər də yaranır. Bildiyimiz kimi insan orqanizmindəki hüceyrələr daim yenilənir – “qocalmış” köhnə hüceyrələr ölür və onların yerinə isə yeni “cavan” hüceyrələr yaranır. Məhz bu yenilənmə prosesi zamanı bölünən hüceyrələrin genetik aparatında müəyyən “səhvə” yol verilir. Hüceyrələrin hər 10000 bölünməsi zamanı 1 belə “səhvə” yol verilə bilər. Xarici və daxili mühitin zərərli faktorların təsiri nəticəsində (radiasiya, bəzi dərmanların uzun müddət ərzində qəbul edilməsi və s.) belə “səhvlərin” sayı arta bilər. Bu “səhvlər” nəticəsində yaranmış hüceyrələr ya məhv olurlar, ya da dəyişilərək bədxassəli (xərçəng) hüceyrələrinə də çevrilə bilərlər. Məhz bu zaman, sağlam insanın immuniteti növbəti “yoxlama” zamanı bu dəyişilmiş hüceyrələri taparaq məhv edir.
Ancaq müxtəlf xəstəliklər, stesslər, natamam qidalanma, radiasiya, yaşın artması və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun da nəticəsində immun sistemi də müəyyən dərəcədə zədələnmiş olur. Bu isə, “səhv” bölünmə nəticəsində yaranmış patoloji hüceyrələrin aşkar edilməməsi ehtimalını xeyli dərəcədə artırır. Bu “mutant-hüceyrə” isə bölünməyə başlayaraq özünə bənzər hüceyrələrin yaranmasına səbəb ola bilər ki, bu da sonda xərçəngin inkişaf etməsi ilə nəticələnə bilər!
Bəzi hallarda, müəyyən olunmayan səbəblər nəticəsində, immun sisteminin hüceyrələri orqanizmin sağlam hüceyrələrini “yad” kimi qəbul edərək məhv etməyə başlayırlar. Bu proses - “autoimmun patologiya” adlanır.
Bəzi hallarda isə, immun sistemi tamamilə zərərsiz maddələri “düşmən” kimi qəbul edərək onlarla “vuruşmağa” başlayır. Bu halda orqanizmdə allergik reaksiya baş verir və nəticədə insan orqanizmi xeyli zərər çəkir.
Beləliklə, insanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyan...
05/11/2016

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir. Ateroskleroz Qərb ölkələrində ölüm hallarının 50 faizini təşkil edir. Bu göstərici xərçəngdən ölənlərdən iki dəfə çoxdur.
Damar sərtliyi damarda daralma və tıxanma yaradaraq infakt, iflic, böyrək çatışmazlığı və ayaq itkisinə səbəb olur.Damar sərtliyi səbəbindən infakt keçirən insanların boyun şah damarında da səssiz, lakin irəliləyən damar sərtliyi ola bilər. Bu isə qəfil iflicə gətirib çıxarır. Ayaq atar damarlarında damar sərtliyi olan və yeriməkdə çətinlik çəkən xəstələrin bir çoxunda ürək və şah damarlarında da daralmalar müşahidə edilə bilər. Damarlarla bağlı bütün bu problemlərin müayinə edilməsi və vaxtında diaqnoz qoyulması lazımdır.
Damar sərtliyinin yaranmasına təsir edən faktorlar.
Damar sərtliyi uzun müddət içində bir və ya bir çox risk faktorunun həmin insanda olması nəticəsində meydana gəlir. Bu risk faktorlarının bir hissəsi genetik, bir hissəsi isə ekoloji amillərlə bağlıdır: “Damar sərtliyi əsasən 50 yaşdan və sonra kliniki olaraq müşahidə edilsə də, bu xəstəlik səssiz olaraq daha erkən yaşlarda başlayır. Damarlarının iç hissəsinin qalınlaşması, daha sonra qalınlaşan hissələrdə iç təbəqənin altında kiçik damar sərtliyi düyünlərinin əmələ gəlməsi, onların vaxt keçdikcə böyüməsi, düyünlərin deşilərək damar tıxanması yaratması və ya bu düyünlərdən qopan hissələrin qan dövranına mane olması və digər damarların da tıxanması prosesi uzun illər davam edir. Vaxtında diaqnoz bu proseslərin vaxtında dayandırılmasına səbəb olar”.
Damar sərtliyinə səbəb olan risk faktorlarını bu cür sıralanır:
1. Genetik faktor (ana və atanın erkən yaşlarda infakt, iflic keçirməsi və ya ölümü).
2. Xolesterol yüksəkliyi.
3. Siqaretdən istifadə.
4. Yüksək təzyiq.
5. Diabet (şəkər xəstəliyi).
Risk faktorlarının sayı artdıqca xəstəlik daha gənc yaşlarda və ciddi formada meydana gəlir. Bu hallar kişilərdə daha tez-tez rast gəlinir. Həkim bildirir ki, risk faktorlarının bir hissəsini p*s vərdişlərdən xilas olaraq, həyat tərzini və qidalanmanı dəyişməklə, bir qismini də dərmanlar vasitəsilə azaltmaq olar: “Damar sərtliyi olmayan insanlar yuxarıda sadalanan risk faktorlarını heçə endirməlidirlər. Bu, həmin insanları damar sərtliyi xəstəliyindən azad edəcək. Sağlam qidalanaraq, nizamlı məşqlər edərək bu risk faktorlarının da qarşısını ala bilərsiniz. Lakin bu da hər zaman mümkün olmur. Belə hallarda isə həkim nəzarəti altında dərmandan istifadə edərək risk faktorlarının (xolesterol yüksəkliyi, yüksək təzyiq, şəkər xəstəliyi) müalicəsinə ehtiyac yaranır”.
Xəstəlik yaranmadan görüləcək tədbirlər
Əvvəlcə bunu qeyd etmək lazımdır ki, xəstəlik yaranmazdan əvvəl görüləcək tədbirlərlə xəstəlik yarandıqdan sonra görüləcək tədbirlər arasında fərq çoxdur. Hər iki halı birləşdirənsə ideal çəkiyə sahib olmaqdır. Həkim ideal çəkinin qorunub saxlanması üçün nizamlı olaraq məşq etmək və sağlam qidalanmağı məsləhət görür: “Qan təzyiqinin dərman və dərmansız 120/80 mm Hg-da olması və qan şəkərinin normal səviyyədə saxlanılması vacibdir. LDL deyilən p*s xolestrol səviyyəsi üçün məqsəd isə xəstəlik başlamamış təzyiqin ən yuxarı 160 mg/dl və ondan aşağı səviyyədə saxlanmasıdır. Belə hallarda bir çox faktorlar səbəbindən dərman müalicəsi aparılır. Xəstəliyi olan və xüsusən damar sərtliyindən şikayət edənlər LDL-i 70 mg-da saxlamaq üçün ömür boyu xolesterol salan dərman atmalıdırlar. Bəzənsə bu cür dərmanlar da kömək etmir və əks təsirlərlə nəticələnir”.
Sağlam qidalanma bir çox xəstəliklər kimi damar sərtliyinin qarşısını almaq baxımından da vacibdir.Gündəlik enerji miqdarı lazım olduğundan çox qəbul edilməməlidir. Meyvə-tərəvəzə üstünlük verilməlidir. Bununla yanaşı, az və çox balıq yemək, üstəlik, vaxtlı-vaxtında idman etmək sizi bəladan xilas edəcək. Onu da qeyd etmək lazımdır ki, bəzi qidaları bəlli miqdarda yemək, bəzilərindən imtina etmək də bəzən damar sərtliyinin qarşısını ala bilmir. Bu zamansa həkim aşağıdakıları məsləhət görür:
1. İdeal çəki (az kalori)
2. Qan təzyiqi 120/80 mm Hg-dan az (az kalori, az düz)
3. Normal qan şəkəri (az kalori, az şəkər)
4. Aşağı LDL (az kalori, az yağ, daha çox zeytun yağı, müxtəlif meyvə-tərəvəzlə qidalanma, az ət, bol balıq, fındıq, qoz)
Damar cərrahı sonda siqaretdən imtina etməyi xüsusilə əlavə edir. Bununla yanaşı, spirtli, qazlı, şirin içkilər, təbii olmayan hazır qidalar, şəkər tozu, un və un məmulatlarından mümkün qədər az yeməyi məsləhət görür. Gündəlik enerji miqdarını aşağıya endirərək çəkini ideal saxlamaq, nizamlı məşqlər etmək, lazım olan hallarda yüksək təzyiq, diabet və xolesterol yüksəkliyi üçün dərman atmaq da damar sərtliyinin meydana gəlməsi və irəliləməsinə mane olacaq.
Lent.az

04/11/2016

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindən əziyyət çəkir.
Bildiyimiz kimi insan qanı plazmadan və formalı elementlərdən ( yəni qan hüceyrələrindən) ibarətdir. 3 cür qan hüceyrələri mövcuddur.
1. Leykositlər - bu formalı elementlər iltihabda, immunitet reaksiyalarında iştirak edirlər.
2. Eritrositlər - bu formalı elementlərin tərkibində dəmir daşıyıcısı olan hemoqlobin (Hb) mövcuddur və onların funksiyası ağciyərdən toxumalara oksigeni daşımaqdır.
3. Trombositlər - laxtalanmada iştirak edir. Anemiya (qanazlığı) dedikdə məhz eritrositlər və hemoqlobin çatışmazlığına aid xəstəliklər nəzərdə tutulur.
Əmələ gəlmək mexanizminə görə anemiyalar bölünür:
1. Qanaxma nəticəsində yaranan anemiyalar(posthemorragik anemiyalar): • Kəskin • Xroniki
2. Qanyaranmanın pozulması nəticəsində yaranan anemiyalar: • Defisit anemiyalar ( dəmir defisitli, B12 defisitli və s.) • Porfirin mübadiləsinin pozulması nəticəsində yaranan anemiyalar (anadangəlmə, aplastik və s.)
3. Qanın parçalanmasının artması nəticəsində yaranan anemiyalar (hemolitik anemiyalar): • Anadangəlmə (irsi) • Qazanılmış
Dəmir defisitli anemiyalar:
Dəmir defisitli anemiyalar orqanizmdə dəmirin çatışmazlığı nəticəsində əmələ gəlir və bütün anemiyaların 80%-ni təşkil edir. Səbəbləri: Mədə-bağırsaq sistemin xəstəlikləri(qastrit, mədə və ya yoğun bağırsağın şişləri, qurd xəstəlikləri və s.), hamiləlik, qidada dəmirin çatışmazlığı və s. Bundan başqa orqanizmdə baş verən xroniki qanaxmalar (uzun müddət davam edən gur aybaşı, uşaqlıq qanaxmaları, babasil,mədə xorasının gizli qanaması və s.) dəmir defisitli anemiyaya səbəb ola bilər.
Əlamətləri: Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə, öz önündə qaraltı, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir(taxikardiya), təngnəfəs olur, arterial təzyiq aşağıya meylli olur. Xəstənin dırnaqları tez sınır, dırnağın üzəri köndələn xətli, qaşığabənzər formada olur, saçları ucları haçalanır, tökülür. Dəri quru olur, çətin qaralır. Bərk, kobud qidaları udmaq çətinləşir, anqulyar stomatit(ağızın kənarlarında yara) əmələ gələ bilər. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dəyişməsi baş verir - xəstə tabaşir, torpaq, kömür yeməyə cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə başlayır. Mədə bağırsaq sistemində distrofik, atrofik proseslər gedir. Hemoqrammada qanda hemoqlobinin miqdarı(Hb), rəng göstəricisi azalmış olur. Eritrositlərin sayı azalmışvə ya dəyişilməmiş ola bilər. Mikrositoz və poykilositoz olur.Qan plazmasında dəmirin miqdarı azalır, serumun ümumi dəmirbağlama qabiliyyəti artır, serum ferritini aşağı düşür. Diaqnoz sümük iliyində depo dəmirin miqdarının azalmasına əsaslanaraq qoyulur.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindən əziyyət çəkir.Bildiy...
04/11/2016

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada milyonlarla insan anemiya xəstəliyindən əziyyət çəkir.
Bildiyimiz kimi insan qanı plazmadan və formalı elementlərdən ( yəni qan hüceyrələrindən) ibarətdir. 3 cür qan hüceyrələri mövcuddur.
1. Leykositlər - bu formalı elementlər iltihabda, immunitet reaksiyalarında iştirak edirlər.
2. Eritrositlər - bu formalı elementlərin tərkibində dəmir daşıyıcısı olan hemoqlobin (Hb) mövcuddur və onların funksiyası ağciyərdən toxumalara oksigeni daşımaqdır.
3. Trombositlər - laxtalanmada iştirak edir. Anemiya (qanazlığı) dedikdə məhz eritrositlər və hemoqlobin çatışmazlığına aid xəstəliklər nəzərdə tutulur.
Əmələ gəlmək mexanizminə görə anemiyalar bölünür:
1. Qanaxma nəticəsində yaranan anemiyalar(posthemorragik anemiyalar): • Kəskin • Xroniki
2. Qanyaranmanın pozulması nəticəsində yaranan anemiyalar: • Defisit anemiyalar ( dəmir defisitli, B12 defisitli və s.) • Porfirin mübadiləsinin pozulması nəticəsində yaranan anemiyalar (anadangəlmə, aplastik və s.)
3. Qanın parçalanmasının artması nəticəsində yaranan anemiyalar (hemolitik anemiyalar): • Anadangəlmə (irsi) • Qazanılmış
Dəmir defisitli anemiyalar:
Dəmir defisitli anemiyalar orqanizmdə dəmirin çatışmazlığı nəticəsində əmələ gəlir və bütün anemiyaların 80%-ni təşkil edir. Səbəbləri: Mədə-bağırsaq sistemin xəstəlikləri(qastrit, mədə və ya yoğun bağırsağın şişləri, qurd xəstəlikləri və s.), hamiləlik, qidada dəmirin çatışmazlığı və s. Bundan başqa orqanizmdə baş verən xroniki qanaxmalar (uzun müddət davam edən gur aybaşı, uşaqlıq qanaxmaları, babasil,mədə xorasının gizli qanaması və s.) dəmir defisitli anemiyaya səbəb ola bilər.
Əlamətləri: Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə, öz önündə qaraltı, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir(taxikardiya), təngnəfəs olur, arterial təzyiq aşağıya meylli olur. Xəstənin dırnaqları tez sınır, dırnağın üzəri köndələn xətli, qaşığabənzər formada olur, saçları ucları haçalanır, tökülür. Dəri quru olur, çətin qaralır. Bərk, kobud qidaları udmaq çətinləşir, anqulyar stomatit(ağızın kənarlarında yara) əmələ gələ bilər. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dəyişməsi baş verir - xəstə tabaşir, torpaq, kömür yeməyə cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə başlayır. Mədə bağırsaq sistemində distrofik, atrofik proseslər gedir. Hemoqrammada qanda hemoqlobinin miqdarı(Hb), rəng göstəricisi azalmış olur. Eritrositlərin sayı azalmışvə ya dəyişilməmiş ola bilər. Mikrositoz və poykilositoz olur.Qan plazmasında dəmirin miqdarı azalır, serumun ümumi dəmirbağlama qabiliyyəti artır, serum ferritini aşağı düşür. Diaqnoz sümük iliyində depo dəmirin miqdarının azalmasına əsaslanaraq qoyulur.

Alimlər bir daha quru səhər yeməyinin faydalı xassələri haqqında əfsanəni təkzib ediblər. Tədqiqatçılar müəyyənləşdiribl...
30/09/2016

Alimlər bir daha quru səhər yeməyinin faydalı xassələri haqqında əfsanəni təkzib ediblər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, bir porsiya quru dənəcikdə bir şokoladlı pirojnada olduğu qədər şəkər var. Bu o deməkdir ki, böyük insana tövsiyyə edilən gündəlik şəkər normasının dörddə biri südlə qarışdırılmış bir ovuc quru dənəciyin tərkibində mövcuddur.
Həkimlər quru səhər yeməyi alan zaman qablaşdırılmış məhsulun tərkibini diqqətlə öyrənməyi məsləhət görürlər. Şirin olmayan taxıl yarmasını seçmək daha yaxşıdır.

TOZ KANSEROQEN VƏ DİGƏR ZƏRƏRLİ MADDƏLƏRİN MƏNBƏYİ İMİŞƏgər siz evi kifayət qədər yaxşı və ya sadəcə olaraq düzgün yığış...
30/09/2016

TOZ KANSEROQEN VƏ DİGƏR ZƏRƏRLİ MADDƏLƏRİN MƏNBƏYİ İMİŞ
Əgər siz evi kifayət qədər yaxşı və ya sadəcə olaraq düzgün yığışdırmirsınızsa, tozda kanserogenlərlə rastlaşmaq ehtimalınız var. Onların arasında ftalatlar da mövcuddur ki, bu birləşməyə qida qablaşdırmalarında, saç üçün lakda, kosmetika və sabunda rast gəlmək olar. Ftalatı dəfələrlə astma, diqqət çatışmamazlığı sindromu və menopauza dövrünün erkən başlaması ilə bağlayırlar. Bu birləşmələr havada mövcud olur və sonradan toza qarışırlar.
Alimlər tozun tərkibində onlarla digər zəhərli maddələr aşkar edblər. Ən çox ftalatlar nəzərə çarpsa da, ikinci yeri fenol (plastik əşyalarda rast gəlinir), üçüncü yeri yanmanı gecikdirən maddələr tutur. Bu maddələr nəfəslə ağciyərlərə keçə və ya toz ilə təmasda olduqda dəri vasitəsilə orqanizmə daxil ola bilər. Döşəmədə sürünən balaca uşaqlar xüsusilə təhlükəyə məruz qalırlar.
Bununla yanaşı, araşdırmaya əsasən, 45 potensial zəhərli maddələr təmizlik üçün istifadə edilən vasitələrdə, istehlak məhsulları və tikinti materiallarında, gigiyena vasitələri və interyer maddələrdə toplanır. Onların arasında TDCIPP (tridixlorpropilfosfat) kanseroqeni də mövcuddur.

Bir çoxumuzun adət etdiyimiz qəhvəni belə cəlbedici edən nədir? 600-dən çox iyli maddənin ona verdiyi təkrarsız qoxudan ...
29/09/2016

Bir çoxumuzun adət etdiyimiz qəhvəni belə cəlbedici edən nədir? 600-dən çox iyli maddənin ona verdiyi təkrarsız qoxudan savayı, kofenin tərkibi orqanik turşular və çoxlu qiymətli mikro və makroelementlərlə zəngindir. 100 qr qovrulmuş qəhvə dənəciyində 1600 mq kalium, 198 mq fosfor, 147 mq kalsium, 5.3 mq dəmir, 2 mq natrium, 17 mq nikotin turşusu, 0,2 mq vitamin B2, 0,07 mq B1 vitamini və 0,3-dən 2,5%-ə dək kofein var. Qəhvənin ən böyük üstünlüyü tərkibindəki kofeinin sayəsində həyat tonusunu qaldıran vasitə olmasıdır. Bir fincan kofedən sonra əhval-ruhiyyə yüksəlir, yorğunluq keçir, ətrafa qarşı reaksiya sürətlənir. Bundan başqa, kofein qan və qan damarlarında toplanıb qalmır və adətən bir neçə saat sonra bədəndən xaric olur.
Dərman vasitəsi kimi kofedən narkotik maddələrdən zəhərlənmə, ürək-damar çatışmamazlığı, mərkəzi sinir sisteminin yüklənməsi (fiziki və əqli iş qabiliyyətini yaxşılaşdırmaq üçün), baş-beyin damarlarının spazması, miqren zamanı istifadı edilir.

Adresse

B. Çobanzadə Küç. 24/05
Baku

Téléphone

0125202717

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Nigar Clinic Hospital publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager