Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Social service, Zərdab şəhəri, Heydər Əliyev prospekti/9, Zardob.

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf - RİİB-in birgə təşkilatçılığı ilə bölgələrdə ...
04/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf - RİİB-in birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Qusar rayonunda ailələr arasında təşkil olunan “Fibonaççi” intellektual yarışından görüntüləri təqdim edirik.

📌Ailəm Könüllüləri Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.  ℹSəfər zamanı könüllülər Komitə nəzdində fəa...
04/06/2026

📌Ailəm Könüllüləri Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.

ℹSəfər zamanı könüllülər Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, mərkəzin mütəxəssisləri ilə müxtəlif sosial məsələlər üzrə real keysləri müzakirə ediblər.

🖇️ https://family.gov.az/az/news/ailem-konulluleri-qebele-usaq-ve-ailelere-destek-merkezine-sefer-edibler

📆📌4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür.Bu gün müharibə, zorakılıq və aqressiya nəticəsində zərər g...
04/06/2026

📆📌4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür.

Bu gün müharibə, zorakılıq və aqressiya nəticəsində zərər görmüş uşaqların hüquqlarının müdafiəsinin vacibliyini bir daha xatırladır.

✨Bütün uşaqlara sülh və əmin-amanlıq dolu, təhlükəsiz dünyada yaşamağı arzulayırıq.

📌 “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfransdan görüntüləri təqdim edirik.
04/06/2026

📌 “Ailəmiz - ən güclü dəyərimiz” adlı konfransdan görüntüləri təqdim edirik.

🎈1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub📌1 İyun – Uşaqların Beynəlxalq Mü...
04/06/2026

🎈1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub

📌1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiya xidmətlərindən yararlanan uşaqlar üçün bayram proqramı təşkil edilib.

✅Tədbir çərçivəsində uşaqların emosional rifahının və sosial bacarıqlarının inkişafına dəstək məqsədilə qrup terapiyası fəaliyyətləri keçirilib, mərkəzdə bayram ab-havası yaradılıb və uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

✅Bayram proqramı çərçivəsində uşaqlar Sea Breeze ərazisində təşkil olunan əyləncəli tədbirdə də iştirak ediblər. Burada onlar müxtəlif oyun və əyləncə fəaliyyətlərinə qoşularaq asudə vaxtlarını səmərəli keçirib, yaşıdları ilə ünsiyyət qurublar.

📌"Dövlətimizin həyata keçirdiyi bütün proqramların mərkəzində uşaqların rifahı dayanır".🔹Bu sözləri Ailə, Qadın və Uşaq ...
04/06/2026

📌"Dövlətimizin həyata keçirdiyi bütün proqramların mərkəzində uşaqların rifahı dayanır".

🔹Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edlimiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfransda çıxışı zamanı deyib.

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gün...
04/06/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda konfrans keçirilib.

📍1 iyun 2026-cı il tarixində keçirilən tədbirdə Uşaq Səfirlər Məclisinin Bakı və region nümayəndələrindən ibarət 100 uşaq iştirak edib.

🔹Konfrans çərçivəsində Uşaq Səfirlər Məclisinin Bakı şəhəri və regionlar üzrə illik fəaliyyət hesabatları təqdim olunub.

🔹Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin məzun üzvləri tərəfindən təsis edilmiş Azərbaycan Uşaqlarının İnkişaf Platformasının illik fəaliyyətinə dair təqdimat keçirilib.

🔹Konfransın növbəti hissəsində uşaqları maraqlandıran aktual mövzular üzrə çıxışlar dinlənilib.

🖇️ https://family.gov.az/az/news/menim-sesim-menim-huquqlarim-movzusunda-konfrans-kecirilib

📍Şuşada vətəndaş qəbulu keçiriləcək. 📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 iy...
04/06/2026

📍Şuşada vətəndaş qəbulu keçiriləcək.

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 iyun 2026-cı il tarixində, saat 10:00-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşki...
04/06/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 03 iyun 2026-cı il tarixində Zərdab şəhər 4 nömrəli ümumi orta məktəbdə şagirdlərin iştirakı ilə Şəhərsalma və Memarlıq İli çərçivəsində “Bizim bölgə” adlı interaktiv tədbir keçirilib.
Tədbirin məqsədi uşaqlarda doğma bölgəyə marağın artırılması, rayonun tarixi, coğrafiyası və mədəni irsi haqqında biliklərinin genişləndirilməsi, həmçinin vətənpərvərlik hisslərinin gücləndirilməsi olub.
Tədbirdə çıxış edən mərkəzin sosial pedaqoqu Əsli Hümmətli və sosial iş üzrə mütəxəssisi Tamara Cəbrayılova iştirakçılara Zərdab rayonunun tarixi, ərazisi, inzibati bölgüsü, kənd və qəsəbələrinin sayı, əhalisi, coğrafi mövqeyi, tarixi-mədəni abidələri, görməli yerləri, tanınmış şəxsiyyətləri və Vətən uğrunda canlarından keçmiş şəhidlər barədə ətraflı məlumat veriblər.
İnteraktiv formatda təşkil olunan tədbirdə uşaqlar müxtəlif sualları cavablandırıb, rayon haqqında biliklərini nümayiş etdirib, fikir və təəssüratlarını bölüşüblər. Eyni zamanda iştirakçılar doğma bölgənin inkişafı, memarlıq xüsusiyyətləri və gələcəyi ilə bağlı öz baxışlarını ifadə ediblər.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşki...
03/06/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayonunun Lələağacı kənd ümumi orta məktəbində məktəblər arasında keçirilmiş “Ən yaxşı ssenari müsabiqəsi” nin yekun mərasimi baş tutub. Tədbirdə Mərkəzin sosial pedaqoqu Əsli Hümmətli çıxış edərək müsabiqənin məqsədi, uşaq hüquqlarının müdafiəsi, erkən və qohum evliliklərin mənfi təsirləri, sağlam həyat tərzinin təşviqi, əlilliyi olan şəxslərə göstərilən qayğı, ailədaxili münasibətlər və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra müsabiqədə I yerə layiq görülmüş Lələağacı kənd ümumi orta məktəbinin “Sağlam həyat tərzi” ssenarisi əsasında hazırlanmış səhnəcik nümayiş etdirilib. Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.Yekunda qaliblər mükafatlandırılıb, iştirakçılara təhsildə uğurlar arzulanıb.

Address

Zərdab şəhəri, Heydər Əliyev Prospekti/9
Zardob

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category