Zərdab Rayon Gənclər və Idman Idarəsi

Zərdab Rayon Gənclər və Idman Idarəsi Zərdab rayonu üzrə gənclər və idman sektorunun rəsmi səhifəsi

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən  Dünya çempionatında 400 metr məsafəyə qaçış...
18/07/2023

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatında 400 metr məsafəyə qaçışda 55,34 saniyə nəticə göstərərək qızıl medal və XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Təbrik edirik!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü ilin iyulun 1...
07/07/2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü ilin iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən ölkəmizin digər bölgələrində olduğu kimi Zərdab rayonunda da gənclərimiz hərbi xidmətə yola salınıb.

Qalib ölkənin qalib gəncliyi yolunuz açıq olsun, vətəni qorumaq kimi müqəddəs, məsuliyyətli və şərəfli vəzifənizdə sizlərə uğurlar arzulayırıq.

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Mariana Vasilevanın doğum günüdür. Bu münasibətlə Z...
06/07/2023

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Mariana Vasilevanın doğum günüdür. Bu münasibətlə Zərdab rayon Gənclər və İdman İdarəsinin kollektivi adından Mariana xanımı səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq !

✅ Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 3-9 iyul 🔷 Zərdab rayonu - Karate üzrə rayon birinciliyi - 7 iyul, saat 15:00 (...
04/07/2023

✅ Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 3-9 iyul

🔷 Zərdab rayonu
- Karate üzrə rayon birinciliyi - 7 iyul, saat 15:00 (Qəsəbə Mədəniyyət Evi)

❗️ Gənclər və idman naziri Fərid Qayıbovun növbəti qeydlərini nəzərinizə çatdırırıq.Nazirin Nöqteyi-Nəzəri N°22"Məhsulda...
03/07/2023

❗️ Gənclər və idman naziri Fərid Qayıbovun növbəti qeydlərini nəzərinizə çatdırırıq.
Nazirin Nöqteyi-Nəzəri N°22
"Məhsuldar iyun"
📝Ətraflı: https://shorturl.at/fgnLX

🤼‍♂️ Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış edirlər. İdmançı...
18/06/2023

🤼‍♂️ Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış edirlər. İdmançımız🥇Yusif Dursunov (110 kq) finalda ermənistanlı Henrik Haykyana qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionu oldu. Daha bir güləşçimiz🥇Hacı Kərimov (55 kq) finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək ölkəmizə növbəti qızıl medalı qazandırıb.🥉Mirzəağa Axundov (65 kq) isə qitə çempionatının bürünc medalına sahib oldu.
Təbrik edirik!👏🏻

Azərbaycan Güləş Federasiyası - Azerbaijan Wrestling Federation

📌İyunun 16-da Zərdab rayon Gənclər və İdman idarəsinin, Zərdab Gənclər evi SXM-nin və Zərdab rayon Heydər Əliyev Mərkəzi...
16/06/2023

📌İyunun 16-da Zərdab rayon Gənclər və İdman idarəsinin, Zərdab Gənclər evi SXM-nin və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları və multikultural dəyərlər" mövzusunda toplantı keçirildi.

✅ Tədbirdə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Zərdab Gənclər evi SXM-nin əməkdaşları Cəlal Mecidli və Cəvahir Murtuzayeva çıxış edərək ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, Azərbaycanda tolerantlıq, multikulturalizm dəyərlərinə böyük hörmətlə yanaşılmasından bəhs etdilər.






📌 İyunun 13-də Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Fövqəladə hallar zamanı nə etməli?" mövzusun...
14/06/2023

📌 İyunun 13-də Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Fövqəladə hallar zamanı nə etməli?" mövzusunda təlim keçirildi.

✅ Təlim zamanı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Səid Məmməfov tərəfindən

🟢 Fövqəladə hadisələr zamanı davranış qaydaları

🟢 Fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları

🟢 Yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunması haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırdı.




Gənclər və idman naziri Fərid Qayıbov iyunun 12-də İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edi...
13/06/2023

Gənclər və idman naziri Fərid Qayıbov iyunun 12-də İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə İmişli şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

İmişli şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

🥀Allah rəhmət eləsin! Zərdab rayon Gənclər və İdman idarəsinin kollektivi Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi ...
11/06/2023

🥀Allah rəhmət eləsin!

Zərdab rayon Gənclər və İdman idarəsinin kollektivi Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Address

Heydər Əliyev Parkı
Zardob
AZE6300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Zərdab Rayon Gənclər və Idman Idarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zərdab Rayon Gənclər və Idman Idarəsi:

Share