Zərdab şəhər Uşaq İncəsənət Məktəbi

Zərdab şəhər Uşaq İncəsənət Məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zərdab şəhər Uşaq İncəsənət Məktəbi, Government Organization, Zardob.

Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 18 sentyab 2025-ci il tarixində dahi Azərbaycan bəstəkarı, böyük musiqişünas-alim...
19/09/2025

Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 18 sentyab 2025-ci il tarixində dahi Azərbaycan bəstəkarı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar "Daimayaşar ölməz bəstəkar" başlığı altında tədbir keçirilib.

18 sentyabr 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 18 sentyabr 2025-ci il tarixində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasinin 140 illiyi ilə əlaqədar "Daima yaşar ölməz bəstəkar" başlığı altında tədbir keçirilib.

Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı nəzəriyyə şöbəsinin müəllimi Mətanət Namazova tədbiri açıq elan edərək Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışaraq onun çoxşaxəli yaradıcılığından və Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoyması haqda çıxış etdi.
Sonra isə Xalq Çalğı Alətləri şöbəsinin müdiri İlkin Kərimlinin müəllim və şagirdlərinin iştirakı ilə hazırladığı "Daima yaşar ölməz bəstəkar” adlı konsert proqramı ilə tədbir davam edib.

Azərdabyac Respublkası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya ...
21/05/2025

Azərdabyac Respublkası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Zərdab şəhər Uşaq İncəsənət Məktəbində tədbir keçirilib

21 may 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində Zərdab rayon Prokrorluğunun müstəntiqi l dərəcəli hüquqşunas Qasım Məmmədlinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Zərdab rayon üzrə nümayəndə Urfan Əhmədovun, Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin ditektoru Nicat Əlifinin və məktəb kollektivinin iştirakı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbir keçirilib.

Bülbül adına orta ixtisas musiqi məktəbində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı al...
08/05/2025

Bülbül adına orta ixtisas musiqi məktəbində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisasları üzrə keçirilən Respublika müsabiqəsində fəal iştirakına görə Zərdab şəhər Uşaq İncəsənət məktəbinin xanəndəlik ixtisasının Ill sinif şagirdi Yunisli Bünyamin Taleh oğlu DİPLOMA laiq görülmüşdür.
Bütün kollektiv adından təbrik edirik.
Müəllimi Təranə Xəlilova

Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaq...
07/05/2025

Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar "Azərbaycanın Memarı" başlığı altında tədbir keçirilib.

7 may 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasinin 102 il dönümü ilə əlaqədar "Azərbaycanın Memarı" başlığı altında tədbir keçirilib.

Tədbirdə ilk olaraq şəhidlərimizin və Ümummilli liderimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı nəzəriyyə şöbəsinin müəllimi Mətanət Namazova tədbiri açıq elan edərək Ümummilli liderin həyat və fəaliyyətindən danışaraq onun müstəqil Azərbaycanın qurucusu, memarı olduğunu tədbir iştirakçılarına çatdırıb.Sonra isə Xalq Çalğı Alətləri şöbəsinin müdiri İlkin Kərimlinin müəllim və şagirdlərinin iştirakı ilə hazırladığı "Azərbaycanın Memarı” adlı konsert proqramı ilə tədbir davam edib.

Bülbül adına orta ixtisas musiqi məktəbində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı al...
06/05/2025

Bülbül adına orta ixtisas musiqi məktəbində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisasları üzrə keçirilən Respublika müsabiqəsində fəal iştirakına görə Zərdab şəhər Uşaq İncəsənət məktəbinin kamança ixtisasının II sinif şagirdi Mustafalı Yusif Amil oğlu TƏRİFNAMƏYƏ laiq görülmüşdür.
Müəllimi Nərmin Niftalıyeva

Bülbül adına orta ixtisas musiqi məktəbində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı al...
08/04/2025

Bülbül adına orta ixtisas musiqi məktəbində Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilmiş Xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisasları üzrə keçirilən Respublika müsabiqəsində fəal iştirakına görə Zərdab şəhər Uşaq İncəsənət məktəbinin tar ixtisasının III sinif şagirdi Kərimzadə İbrahim Hikmət oğlu TƏRİFNAMƏYƏ laiq görülmüşdür.
Müəllimi Asif Şərifov

18 mart 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində Bahar bayramına həsr olunmuş “Xoş gəldin Bahar” başl...
18/03/2025

18 mart 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində Bahar bayramına həsr olunmuş “Xoş gəldin Bahar” başlığı altında tərbir keçirilib.
Tədbirdə məktəbin müəllim kollektivi,şagird kollektivi və eyni zamanda valideyinlər iştirak ediblər.
Tədbir məktəbin həyətyanı ərazisində təşkil edilib.

Tədbirdə ilk olaraq Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məktəbin direktoru çıxış edərək bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir.Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsini qeyd etməklə tədbiri açıq elan etmişdir.

Tədbir məktəbin müəllim və şagidlərinin iştirakı ilə hazırlanmış "Xoş gəldin Bahar" başlıqlı konsert proqramı ilə davam etmiş, biri-birindən maraqlı ifalar bayram şənliyinin iştirakçılarına xoş ovqat qatmışdır

07 mart 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dü...
08/03/2025

07 mart 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dünyamıza Yaraşıqdır Qadınlar” başlığı altında tərbir keçirilib.
Tədbirdə məktəbin qadın kollektivi və şagirdlər iştirak ediblər.

İlk olaraq Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məktəbin tədris işləri üzrə direktor müavini Nazim Əzizov çıxış edərək məktəbin qadın kollektivini, o cümlədən bütün qadınları bu gözəl gün münasibəti ilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayaraq tədbiri açıq elan etmişdir.

Tədbir məktəbin müəllim və şagidlərinin iştirakı ilə hazırlanmış "Dünyamıza yaraşıqdır qadınlar" başlıqlı konsert proqramı ilə davam etdirilib.

25 fevral 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 26 fevral Xocalı faciəsi ilə əlaqədar “Bəşəriyyətə...
25/02/2025

25 fevral 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 26 fevral Xocalı faciəsi ilə əlaqədar “Bəşəriyyətə dəhşət saçan faciə” başlığı altında ədəbi-bədii kompozisiya keçirilib.
Tədbirdə ilk əvvəl Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımı ilə bağlı hadisələrdən söz açmış, Ulu öndər Heydər Əliyevin baş vermiş faciəyə verdiyi qiymətdən danışmışdırlar.
Daha sonra məktəbin şagirdləri tərəfindən hadisələrlə bağlı şeirlər səsləndirilmişdir.

Sonda məktəbin rəssamlıq ixtisası üzrə şagirdlərinin əl işlərindən ibarət Xocalı həqiqətlərini əks etdirən rəsm sərgisinə baxış keçirilib.

1 fevral 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ...
02/02/2025

1 fevral 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gələcəyimizi quran gənclik" başlığı altında tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və onların valideyinlər iştirak ediblər.

İlk olaraq Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məktəbin tədris işləri üzrə direktor müavini Nazim Əzizov çıxış edərək gənclərin Azərbaycan mədəniyyətinin gələcəyini formalaşdıran əsas qüvvə olduğunundan, gənc musiqiçilərin Azərbaycan milli kimliyinin və mədəni irsinin təbliğində xüsusi rol oynadığından və eyni zamanda 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışmış və tədbiri açıq elan etmişdir.

Tədbir məktəbin müəllim və şagirdlərinin iştirakı ilə hazırlanmış “Gələcəyimizi quran gənclik” başlıqlı konsert proqramı ilə davam etdirilib.

18 yanvar 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş “Daima Yaşar Şəhi...
18/01/2025

18 yanvar 2025-ci il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş “Daima Yaşar Şəhidlər” başlığı altında ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə ilk öncə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə "20 Yanvar" hadisələri ilə bağlı hadisələrdən söz açılmış,Ulu öndər Heydər Əliyevin baş vermiş faciəyə verdiyi qiymətdən danışılmışdır.Şagirdlərin ifasında hadisələri xarakterizə edən əsərlərin ifası ilə yanaşı,şagirdlər tərəfindən hadisələrlə bağlı şerlər səsləndirilmişdir.

Sonda məktəbin rəssamlıq ixtisası şagirdlərinin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

12 dekabr 2024-cü il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr o...
12/12/2024

12 dekabr 2024-cü il tarixində Zərdab şəhər Uşaq İncəsənət Məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədi lider" başlığı altında tədbir keçirilib.

Tədbirdə ilk olaraq Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir açıq elan edildikdən sonra Müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edilib.
Daha sonra Ümummilli liderimizə ithaf edilmiş şerlər məktəbin şagirdləri tərəfindən səsləndirilmişdir.
Sonda rəsm şagirdlərinin hazırladıqları rəsm işlərinə baxış keçirilmişdir.

Address

Zardob

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202966239

Website

Alerts

Be the first to know and let us send you an email when Zərdab şəhər Uşaq İncəsənət Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zərdab şəhər Uşaq İncəsənət Məktəbi:

Share