Zaqatala Tarix-Mədəniyyət qoruğu

Zaqatala Tarix-Mədəniyyət qoruğu Zaqatala Qalası-1830 cu ildə rus komandanı feld-marşal Paskeviçin əmri ilə tikilmisdir. Qalanın tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü.
1. Z.

ZAQATALA QALASI

Zaqatala Azərbaycanın Şimal-qərbində , Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx – Əyriçay vadisində yerləşir. Rayonun ərazisi 1348 kv km olub dağlıq və düzənlik sahədən ibarətdir. Əhalisi 130 min nəfərdir. Zaqatala şimaldan Rusiya Federasiyası ilə, cənubdan Gürcüstan Respublikası ilə ,şərqdən Azərbaycan Respublikasının

Qax rayonu ilə , qərbdən Azərbaycan Respublikasının Balakən rayonu ilə həmsərhəddir. Keçmiş Car – Balakən ərazisi hərbi – strateji cəhətdən çox əlverişli idi. Belə ki, Azərbaycanın şərqinə Şəki – Şamaxı – Bakı istiqamətlərinə və Dağıstana gedən yollar buradan keçirdi. Əlverişli hərbi – strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb etmişdir. Car – Balakən qəzası Rusiyanın təəbəliyinə keçdikdən sonra ( 1804-cü il ) onun hərbi – strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi. Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general feld-marşal Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün əlverişli olan yer Paskeviç tərəfindən seçilmiş və burada yaşayan əhali başqa yerə köçürülmüşdür. Rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı.
2. Dağıstanı cənubdan tutmaq üçün. Artıq 1830-cu il böyük qüvvələr qarşısında tab gətirə bilən Zaqatala qalasının divarlarının tikintisinə başlanıldı. .
Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədi ilə hasarın çöl tərəfindən eni 10 metr dərinliyi 5 metr olan xəndək qazılmışdır. Qalanın sahəsi 11,5 hektardır, divarların uzunluğu 3000 metr, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük qapısı var.
1. ŞƏRQ QAPISI. Zabit qapısı adlanır. Bu qapıdan rus ordusunun komandir heyəti istifadə edirdi. Qapı Zaqatala şəhərinə açılır.
2. ŞİMAL QAPISI. Əsgər qapısı adlanır. Əsgərlər təlim keçmək üçün bu qapıdan qaladüzünə çıxırmışlar.
3. ŞİMAL-QƏRB QAPISI. Nəqliyyat qapısı adlanır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah, hərbi sursat bu qapıdan daşınırdı. Qalada daimi olaraq 2500 əsgər, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman Zaqatala qalasında 8-10 minə qədər əsgər yerləşdirilmişdir
Zaqatala qalası XIX əvvəllərində tikilsədə köhnə sistemli qaladır. Qalanın şimal- qərb bürcü müşahidə bürcü olumuşdur. Bürc iki mərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır.Onun altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir. Qala XIX əsr tikilisi olmasına baxmayaraq orta əsr qalalarında olduğu kimi mühasirədən çıxmaq üçün qalanın altından yeraltı iki yol çəkilmişdir. Yeraltı yollar qalanın altı ilə iki istiqamətdə uzanır.
1. Qala ərazisindəki kilsənin yanından şəhərə doğru.
2. Qalanın ərazisindən şimala qaladüzü istiqamətinə gedir. Müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlasalarda onu ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədi ilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçdi. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözlədilər. Qalani hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəldi. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırdılar.
Şeyx Şamil hərəkatı dövründə ( 1834-1859 ) qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə Şamil 15 minlik qoşunla Cara gəldi. Onun məqsədi Zaqatala qalasını tutub vilayətdəki rus qoşununu məhv etmək idi. Lakin qalanı tutmaq bu məhşur sərkərdəyə də nəsib olmadı.
1863-cü il Zaqatalada böyük üsyan baş verdi. Üsyana keçmiş çar zabiti əslən Balakənli olan Hacı Murtuzun və Kebeloba kəndindən Zəngi Əfəndinin başçılığı altında üsyançı dəstələr Zaqatala qalası üzərinə hücuma keçdi. Üsyanın başlıca siması Zəngi Əfəndi idi. Şiddətli top atəşləri onları pərən-pərən saldı. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı başlanmiş daha bir azadlıq mübarizəsi yatırıldı. Üsyan yatırıldıqdan sonra üsyanın başçıları hesab olunan 18 nəfər qala qüzü ərazisində edam olunur, onların içərisində Zəngi Əfəndi də vardı.
1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra yəni Qafqaz qəti olaraq Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Lakin belə bir qalanın həm də Rusiyanın mərkəzindən çox uzaqlarda,ucqar bir yerdə olması imperator II Nikolayın yadından çıxmamışdı: 1905-ci il inqilabı çaxnaşmaları Rusiyanın hər tərəfini bürüdüyü zaman bu qalanın mövcud olması təzədən yada düşmüşdü. “ Potyomkin “ gəmisi matroslarının üsyanı siyarətedici xəstəlik kimi imperiyanın başqa donanmalarına da yayılmışdı. Məlum olduğu kimi “ Potyomkin “ zirehli gəmisi Pumıniya hakim dairələri tərəfindən Rusiyaya qaytarıldıqdan sonra onun adını bir daha xatırlatmamaq üçün gəmiyə yeni bir ad verilmişdir: “ Svyatoy Panteleymon “. Lakin gəminin adı dəyişdirilsə də onun matroslarını dəyişdirmək mümkün olmadı.1905-1907-ci il inqilabından sonra inqilab ruhunu Rusiya mərkəzindən uzaqlaşdırmaq və matrosların qəlbindən çıxarmaq üçün imperator Zaqatala qalasını münasib bildi. Bu matrosların inqilabi ruhunu boğmaq, onları diz çökdürmək, Xarkov ətrafında öz qəddarlığı ilə məşhur olan kapitan Dobrovolskiyə tapşırıldı. İnqilabçı matrosların Zaqatalaya sürgün edilməsi Zaqatala qalasının adını bir daha tarixə yazdı.Qalada 201-ci Lebedinski ehtiyat polkunun II batalyonu yerləşdirilmişdi. Dobrovolskiyə podpolkovnik rütbəsi , və külli ixtiyar verildi. Dobrovolski imperatorun qarşısında diz çöküb and içdi ki,bütün qüvvəsini sərf edərək matroslarda inqilab adina nə varsa hamısını son zərrəsinə qədər vurub çıxaracaq, onları imperiya qarşısında müti bir qul kimi diz çökdürəcəkdir və bu yolda heç bir şeyini əsirgəməyəcəkdir. Dobrovolskinin batalyonu yarısı piyada əsgərlərdən yarısı da əyninə boz əsgər şineli geydirilmiş Qara dəniz matroslarından ibarət idi. Sayı 400-ə çatan bu matroslara silah etibar edilmirdi.Matrosları daim nəzarət altında saxlayır, onları çox incidirdilər.Batalyonda inqilabi əhval – ruhiyyə hökm sürməkdə idi. Matroslar batalyon komandiri Dobrovolskiyə xüsusilə nifrət edirdilər.Batalyonda yaradılmış inqilabi özək Dobrovolskinin öldürülməsi haqda qərar çıxarır. Bunu matros K*k etməli idi.Ancaq satqınlıq nəticəsində o ələ keçdi. Bu işi matros Stepan Demeşko başa çatdırdı. O, 1907-ci il iyulun 10 – da axşam batalyon rotalarından birini yoxlayıb evə qayıdan Dobrovolskini qalanın zabit qapısından bir qədər aralıda qalaya qalxan yolda qüllə ilə vurub öldürdü. Hərbi məhkəmənin hökmü ilə S. Demeşko 1907-ci il sentyabrin 7-də V Plastun batalyonunun kazakları tərəfindən güllələndi. Böyük Oktyabr sosialist inqilabından sonra Çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtmalı oldular. Musavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu Musavat piyada polku yerləşdirilmişdi. Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza inqilab komitəsinin qərargahına çevrildi. Balaxlinski , F. Kutsin, S, Qocayev , M. Qocayev və başqa inqilabçılar rayondakı inqilabi mübarizəyə məhz buradan rəhbərlik edirdilər. Banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi burada yerləşirdi.Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, Tütün kombinatı, Rayon Mərkəzi xəstəxanası, 1967-ci ildən Zaqatala diyarşünaslıq muzeyi, mebel fabriki, 1№ li internat məktəbi, Gənc Texniklər Stansiyası fəaliyyət göstərmişdir. Müstəqillik elan olunduqdan sonra Daxili qoşunların N saylı hərbi hissəsi qalada yerləşirdi. Hal-hazırda Zaqatala Dövlət Rəsm qalereyası qalada yerləşir. Zaqatala qalasında “ Yenilməz batalyon” , “ Cavad xan” filmləri çəkilib. Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli 22 saylı qərarına əsasən Zaqatala qalası Tarix – mədəniyyət qoruğu elan olunmuşdur.

1 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması inkişafı və bərpası üzrə dövlət xidmətin...
01/06/2026

1 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması inkişafı və bərpası üzrə dövlət xidmətinin tabeleyində fəaliyyət göstərən Zaqatala Tarix-Mədəniyyət Qoruğunda
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "Uşaqlar gələcəyimizin sağlam təməlidir" adlı tədbir keçirilmişdir.
Tədbir zamanı qoruğa gələn Zaqatala rayon məktəbliləri qala ilə tanış edilmiş və dəyirmi masa ətrafında onlara uşaq hüquqlarının önəmi izah edilmişdir.
Əziz uşaqlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayırıq.

01/06/2026
28/05/2026

#28 May Müstəqillik Günü

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

25/05/2026
25 May 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin...
25/05/2026

25 May 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Zaqatala Tarix mədəniyyət qoruğu və Zaqatala Tarix - Diyarşünaslıq muzeyinin birgə iştirakı ilə
"28 may Müstəqillik Günü" münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdiyini qeyd ediblər. Bildirilib ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

20/05/2026

Azərbaycanda ən böyük könüllülük platforması fəaliyyətə başlayır

Azərbaycan Respublikası yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “ ” könüllü proqramına qəbul elan edir.

“İrs Dostu” könüllü proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni irsin qorunması və təbliği sahəsində fəal iştirakının təşviqi, onların bu istiqamətdə bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, eləcə də mədəni irsə ictimai marağın daha da artırılmasına töhfə verməkdir.

Proqram Bakıda və regionlarda yerləşən struktur bölmələri, tabeli müəssisələri, həmçinin qoruq və muzeyləri əhatə etməklə, ümumilikdə ölkənin bütün regionlarında 140-dan çox müəssisədə təşkil olunacaq. Könüllülər mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirlərinin təşkili, tədqiqatların aparılması, təşkilati dəstək və digər istiqamətlər üzrə müxtəlif proseslərdə iştirak edəcəklər.

Könüllülər üçün fəaliyyət müddətində xüsusi təlimlər təşkil olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstəriləcək.

“İrs Dostu”na cəlb olunacaq könüllülər yaradılması nəzərdə tutulan “İrs Dostu” vahid şəbəkəsinin tərkib hissəsi olacaqlar. Belə ki, bu şəbəkə mədəni irsin qorunması sahəsində müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlığa əsaslanan vahid ekosistemin formalaşdırılmasını nəzərdə tutur.

Mədəni irsimizin qorunmasına töhfə vermək istəyən gənclər üçün yeni inkişaf platforması olan “İrs Dostu”na könüllülərin seçimi müsahibə əsasında həyata keçiriləcək. Müsahibə zamanı namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramlarında və komandada işləmə bacarıqları qiymətləndiriləcək.

“İrs Dostu” könüllüsü olmaq istəyən 18-35 yaş arası gənclər öz CV-lərini və motivasiya məktubu [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Mədəni irsimizin qorunmasına töhfə vermək və bu sahədə yeni təcrübə qazanmaq istəyən bütün gəncləri “İrs Dostu” proqramına qoşulmağa dəvət edirik.

19/05/2026

Address

Sulh Kucesi 12
Zaqatala
6202

Alerts

Be the first to know and let us send you an email when Zaqatala Tarix-Mədəniyyət qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zaqatala Tarix-Mədəniyyət qoruğu:

Share