Zaqatala rayon Heydər Əliyev Mərkəzi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəsil arasında geniş təbliği və öyr...
02/06/2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəsil arasında geniş təbliği və öyrənilməsi məqsədilə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən növbəti maarifləndirici tədbir reallaşdırılıb.

Mərkəzin əməkdaşları Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasında məruzə oxunuşu həyata keçiriblər. Ulu Öndərin fəaliyyətinə və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə həsr olunmuş məruzə gimnaziyanın kollektivi və şagirdləri tərəfindən böyük maraqla dinlənilib.

Eyni zamanda, tədbir çərçivəsində dahi rəhbərin həyat və siyasi irsini əks etdirən geniş kitab sərgisi də təşkil olunub. Sərgi uşaqların mütaliəyə olan marağının artırılması və dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətini daha yaxından öyrənmələri üçün əhəmiyyətli platformaya çevrilib. Bu cür tədbirlərin keçirilməsi böyüyən nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması və Ulu Öndərin ölməz ideyalarının gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbəqədər təhsil mü...
01/06/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Quraq, yaradaq, xoşbəxt yaşayaq" adlı bayram şənliyi keçirilib.

​Tədbirdə balaca fidanlarımızın ifasında nümayiş olunan rəngarəng mahnılar, füsunkar rəqslər və bir-birindən maraqlı səhnəciklər bayrama xüsusi rəng qatıb. Uşaqların böyük coşqu və istedadla hazırladıqları kompozisiyalar hər kəsə unudulmaz anlar yaşadıb və üzlərdə xoş təbəssüm yaradıb.

​Bu gözəl gündə uşaqlarımıza sonsuz sevinc bəxş edən, əməyi keçən hər kəsə təşəkkür edir, dünyamızın bəzəyi olan bütün uşaqları ürəkdən təbrik edirik! Bayramınız mübarək, əziz uşaqlar!

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Bütöv, Müstəqil Azərbaycan” adlı tədbi...
26/05/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Bütöv, Müstəqil Azərbaycan” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildiriblər.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra müstəqillik tariximizi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və müasir inkişaf yolumuzu əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən natiqlər 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən, bu müstəqilliyin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq qələbələrdən bəhs ediblər.

25/05/2026

28 may 1918-ci ildə Azərbaycan xalqı öz tarixi taleyinə sahib çıxaraq, Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını-Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla xalqımızın müstəqillik əzmini, siyasi iradəsini, öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan vətəndaşlığı institutu təsis olundu, Milli Ordu formalaşdırıldı, dövlətin hüquqi əsasları yaradıldı. Eyni zamanda irqi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanındı. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli olduğunu bir daha göstərdi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Daxili qarşıdurmaların, dərin siyasi böhranın və torpaqlarımızın işğal təhlükəsinin p*k həddə çatdığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu tarixi qayıdış dövlət müstəqilliyimizin əbədiliyini təmin etdi və müasir Azərbaycanın inkişafının, həmçinin torpaqlarımızın işğaldan azad olunmasının təməlini qoydu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Milli müstəqillik yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir mərhələyə qədəm qoymuş, həyata keçirilən sistemli islahatlar Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün artıq işğaldan azad olunmuş torpaqlarda azadlıq və suverenliyin simvolu kimi dalğalanır. Bu, yalnız hərbi-siyasi qələbənin yox, həm də dövlətçilik əmanətinə sadiqliyin göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə sadiqliyinin mühüm göstəricilərindən biri də 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsidir. Bu tarixi sənədin rəmzi olaraq əbədiləşdirilməsi Prezident İlham Əliyevin milli yaddaşın formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm parçasıdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunması Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun sübutudur.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Yaşasın güclü, müstəqil Azərbaycan!

Famil Rəhimov
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə Şıxəli Qurbanov adına şəhər 3 saylı tam o...
25/05/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə Şıxəli Qurbanov adına şəhər 3 saylı tam orta məktəbin kollektivinin iştirakı ilə tədbir keçirilib.

Məktəblilər öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərkəz əməkdaşları və məktəbin müəllimləri çıxış edərək 28 Mayın tariximizdəki əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu dövlətçilik ənənələrindən və bu müstəqilliyin qorunub saxlanılmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Sonda məktəblilər üçün günün anlam və əhəmiyyətini, həmçinin müstəqillik tariximizi əks etdirən sənədli film nümayiş olunub.

22 may 2026-cı il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Kebeloba kənd tam orta məktəbində Ulu Ön...
22/05/2026

22 may 2026-cı il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Kebeloba kənd tam orta məktəbində Ulu Öndərin zəngin irsinin təbliği ilə əlaqədar görüş keçiriblər.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru qonaqları salamlayaraq, gənc nəslin vətənpərvər ruhda böyüməsində bu cür maarifləndirici görüşlərin və dahi şəxsiyyətin irsinin öyrənilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.

Mərkəzin əməkdaşları öz çıxışlarında Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, onun müasir dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin irsi hər bir gənc üçün əsl həyat məktəbidir.

Məktəbin müəllimi də öz növbəsində mövzu ilə bağlı çıxış edərək, Heydər Əliyev ideyalarının təhsil sistemində və gənclərin dünyagörüşünün formalaşmasında hər zaman rəhbər tutulduğunu diqqətə çatdırıb.

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Muzeylər və mədəni irs” mövzusun...
18/05/2026

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Muzeylər və mədəni irs” mövzusunda tədbir keçirilib. Tədbirdə Danaçı kənd 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

​Tədbir çərçivəsində Mərkəzin əməkdaşı çıxış edərək bu günün tarixi əhəmiyyətindən, muzeylərin cəmiyyətin mənəvi inkişafındakı rolundan və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə çatdırılmasının vacibliyindən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyev mərkəzləri müasir dövrün canlı muzeyləri kimi milli-mənəvi dəyərlərin qorunmasında xüsusi yer tutur.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunmuş kitab sərgisi davam edir. Mə...
15/05/2026

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin irsinə həsr olunmuş kitab sərgisi davam edir. Mərkəzi ziyarət edən məktəblilər dahi şəxsiyyətin həyat yolunu işıqlandıran kitablarla tanış olub, maraqlı məlumatlar əldə ediblər.

​Gələcəyimiz olan gənclərin tariximizə və dahi liderimizin irsinə olan marağı qürurvericidir!

15 May – Beynəlxalq Ailə Günü münasibəti ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Xoşbəxt ailə - uğurlu gələcək" adl...
15/05/2026

15 May – Beynəlxalq Ailə Günü münasibəti ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Xoşbəxt ailə - uğurlu gələcək" adlı tədbir keçirilib.

15 may 2026-cı il tarixində Zaqatala Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş "Xoşbəxt ailə - uğurlu gələcək" adlı tədbir keçirilib.

​Tədbir çərçivəsində çıxış edən natiqlər ailənin cəmiyyətdəki mühüm rolundan, milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsində ailə institutunun əhəmiyyətindən bəhs ediblər.

​ Daha sonra mövzuya uyğun film nümayiş etdirilib. Sonda iştirakçılarla birlikdə ailə bağlarının möhkəmləndirilməsi və müasir dövrdə ailə dəyərlərinin qarşısında duran çağırışlar ətrafında geniş müzakirələr aparılıb.

Address

Zaqatala Rayonu Car Küçəsi № 1
Zaqatala

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994242252132

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zaqatala rayon Heydər Əliyev Mərkəzi:

Share