Zaqatala rayon Mədəniyyət Mərkəzi

Zaqatala rayon Mədəniyyət Mərkəzi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi
Zaqatala rayon Mədəniyyət Mərkəzi

26/05/2026

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident öz çıxışında 2004-cü ildən başlanan Regional İnkişaf proqramlarının tarixi bəhrələrini xatırladaraq kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. Son 20 ildə aqrar sahənin inkişafı üçün yaradılmış fundamental şəraiti diqqətə çatdıran prezident İlham Əliyev bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük təkan verdiyini, pambıqçılıq, baramaçılıq və bir çox istiqa¬mətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olduğunu diqqətə çatdırıb. Ancaq buna baxmayaraq, kənd təsərrüfatı istehsalındakı cari dinamikanın qənaətbəxş olmadığını vurğulayan dövlət başçısı bu sahənin köklü şəkildə yenidən qurulması üçün hökumət və fermerlər qarşısında mühüm vəzifələr qoyub.
Müşavirədə şəhərlərdən kəndlərə qayıdış prosesinin başlanmasının vacibliyini qeyd edən prezident İlham Əliyev bu amilin - Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də öz əksini tapdığını və bunun təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyil olduğunu bildirib.
Azərbaycanın daxili bazarı yerli məhsullarla təmin etmək imkanlarının genişləndirilməsi müşavirənin ana xəttini təşkil edib. İstehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmləri açıqlayan Prezident İlham Əliyev bildirib ki, “Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.”
Müşavirədə cənab prezident tor¬¬paq¬lardan səmərəli istifadə olunmasının, hər bir əkin üçün yararlı torpaq sa¬həsinin öz pasportu olmasını, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin, gübrə is¬teh¬salının artırılmasının zəruriliyini də diq¬qətə çat¬dırıb. Dövlətimizin başçısı iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini qeyd edərək, su anbarlarında toplanan suyun bu il kənd təsərrüfatı üçün yaradacağı imkanları vurğulayıb.
Müasir suvarma sistemlərinin genişləndirilməsinin məhsuldarlığın artırılmasında həlledici olacağını qeyd edən prezident İlham Əliyev bildirib ki, “Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, -130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.”
Azərbaycan Respublukasının Prezidenti İlham Əliyev müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Hökumətin, Prezident Administrasiyasının, İqtisadiyyat Nazirliyinin və digər qurumla¬rın fəal işləməsinin zəruriliyini də qeyd edib.
Müşavirənin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir. Genişmiqyaslı dəyişiklikləri hədəfləyən bu proqram özəl sektorun aqrar sahəyə marağını daha da artıracaq. Bununla yanaşı sahə üzrə istehsalın ixtisaslaşmasını və rəqabətə davamlılığını təmin edəcək.
Dövlət başçısının nümayiş etdirdiyi qətiyyətli mövqe, tənqidi və real yanaşma, eləcə də qarşıya qoyulan aydın vəzifələr yaxın illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin tam təmin olunmasına, modern və rəqəmsal kənd təsərrüfatının formalaşmasına rəvac verəcəkdir.

Vaqif Şabanov
Zaqatala DAİM direktoru

25/05/2026

28 may 1918-ci ildə Azərbaycan xalqı öz tarixi taleyinə sahib çıxaraq, Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını-Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla xalqımızın müstəqillik əzmini, siyasi iradəsini, öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan vətəndaşlığı institutu təsis olundu, Milli Ordu formalaşdırıldı, dövlətin hüquqi əsasları yaradıldı. Eyni zamanda irqi, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanındı. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli olduğunu bir daha göstərdi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Daxili qarşıdurmaların, dərin siyasi böhranın və torpaqlarımızın işğal təhlükəsinin p*k həddə çatdığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu tarixi qayıdış dövlət müstəqilliyimizin əbədiliyini təmin etdi və müasir Azərbaycanın inkişafının, həmçinin torpaqlarımızın işğaldan azad olunmasının təməlini qoydu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Milli müstəqillik yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir mərhələyə qədəm qoymuş, həyata keçirilən sistemli islahatlar Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün artıq işğaldan azad olunmuş torpaqlarda azadlıq və suverenliyin simvolu kimi dalğalanır. Bu, yalnız hərbi-siyasi qələbənin yox, həm də dövlətçilik əmanətinə sadiqliyin göstəricisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə sadiqliyinin mühüm göstəricilərindən biri də 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış İstiqlal Bəyannaməsi abidəsidir. Bu tarixi sənədin rəmzi olaraq əbədiləşdirilməsi Prezident İlham Əliyevin milli yaddaşın formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm parçasıdır. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı”nın təsis olunması Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun sübutudur.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Yaşasın güclü, müstəqil Azərbaycan!

Famil Rəhimov
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru

Zaqatalada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqənin yekun konserti və...
22/05/2026

Zaqatalada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqənin yekun konserti və mükafatlandırma mərasimi keçirilib

22 may 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mədəniyyət Mərkəzində Zaqatala rayon Mədəniyyət Mərkəzi və Zaqatala rayon Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının birgə təşkilatçılığı ilə "Uşaqlar bizim gələcəyimizdir,gələcəyimiz sabahımızdır" adlı konsert və mükafatladırma mərasimi keçirilib.
Əvvəlcə müsabiqədə fərqlənən çıxışlar nümayiş olunub,daha sonra mükafatların təqdim edilməsi baş tutub.

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

07/05/2026

Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulan İtaliya-Azərbaycan münasibətləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti, praqmatik yanaşması və güclü liderliyi sayəsində daha da dərinləşərək çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Onun təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, humanitar və mədəni sahələrdə də faydalı əməkdaşlıq mühiti yaradılıb.
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də ölkəmizə səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Prezident İlham Əliyev səfərin yekunu ilə bağlı mətbuata bəyanatında Azərbaycan–İtaliya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, bu münasibətlərin uzunmüddətli sabitlik və qarşılıqlı etimad üzərində qurulduğunu qeyd edib. Ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirən Prezident İlham Əliyev keçən il bizim ticarət dövriyyəmizin təxminən 12 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb.
İki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən birinin energetika sahəsində tərəfdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, “Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir və bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir və bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq.”
Prezident İlham Əliyevin bəyanatında diqqətçəkən məqamlardan biri də iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində atılan addımlardır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bir çox layihələr həyata keçirir.
Bəli, İtaliya-Azərbaycan münasibətləri yeni sahələri də əhatə edir. Hərbi-texniki əməkdaşlıq, birgə istehsal və texnologiya mübadiləsi istiqamətləri inkişaf etdirilir. Bununla yanaşı, tərəflər arasında mədəni-humanitar əlaqələrin inkişafı da diqqət mərkəzindədir. Təhsil sahəsində isə İtaliya Azərbaycan Universiteti iki ölkə arasında insan kapitalı və bilik əlaqələrini daha da gücləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Keçən il böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti Bakıda açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri olacaq, töhfəsi olacaq.”
Beləliklə, Azərbaycan-İtaliya münasibətlərinin gələcək inkişafına yeni təkan verəcək mühüm hadisə kimi tarixə düşən bu səfər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Araz Əliyev
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun müdiri

07/05/2026

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Tədbirdə videobağlantı formatında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları beynəlxalq auditoriyanın diqqətinə çatdırıb.
“Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təşəkkürünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, “Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon derLyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu.” “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edən dövlətimizin başçısı Ermənistanın namizədliyimizi dəstəkləməsini iki ölkə arasında sülhün real olmasının aydın göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev ötən ilin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən sonra, Ermənistanla sülh şəraitində yaşadığımız bu müddət ərzində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd edib. Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunan dövlət başçısı indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını və 12 min ton neft məhsullarının ixrac olunduğunu bildirib.
Prezident İlham Əliyev öz çıxışında bəzi Avropa institutlarının mövqeyinə toxunaraq Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe nümayiş etdirmədiklərini, əksinə ikili standartlar siyasəti yürütdüklərini diqqətə çatdırıb və haqlı olaraq vurğulayıb ki, “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.”
Avropa Parlamentinin son beş ildə Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi də Prezident cənab İlham Əliyev tərəfindən sərt şəkildə tənqid olunub. Avropa Parlamentinin ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə almasını qeyd edən ölkə başçısı, cavab olaraq Azərbaycan parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul etdiyini bildirib.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında Bakıdan verdiyi mühüm mesajlar Azərbaycanın regional təhlükəsizliyə və sabitliyə, geniş əməkdaşlığa sadiqliyinin təzahürü olmaqla yanaşı, dövlət başçısının müəyyən etdiyi sülh gündəliyini öz siyasi iradəsi ilə reallaşdırmaq niyyətini əks etdirib.

Ramin Həsənov
Zaqatala RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər sektorunun müdiri

Zaqatalada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqə keçirilib6 may 2026-...
06/05/2026

Zaqatalada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqə keçirilib

6 may 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mədəniyyət Mərkəzində Zaqatala rayon Mədəniyyət Mərkəzi və Zaqatala rayon Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycanın qurucusu və memarı" adlı şeir, mahnı, rəsm və iş işləri müsabiqəsi keçirilib.

01/05/2026

Azərbaycanda idmanın inkişafı hər zaman dövlətin siyasətinin prioritet istiqamətlərindən olub. Məhz dövlətin diqqət və qayğısı sayəsində bu inkişaf modeli institusional xarakter alıb. Azərbaycanın mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın əldə etdiyi uğurlar ölkəmizin bu sahədə formalaşdırdığı dövlət siyasətinin effektivliyini göstərir. Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında milli komandamızın birinci olması uzunmüddətli strateji yanaşmanın real nəticəsidir.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüşdə çıxış edən dövlətimizin başçısı milli komandamızı qazandığı böyük qələbə münasibətilə təbrik edib.
Tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimizin də böyük nəticələr əldə etdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur.”
Prezident İlham Əliyev federasiyanın fəaliyyətinə toxunaraq bu qurumun rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış idmançıların təmsil olunduğunu diqqətə çatdırıb. Nəsillərarası keçid məsələsinə xüsusi yer verən Prezident qeyd edib ki, nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları dəyişməz olaraq qalır.
Bununla yanaşı, bölgələrdə idmanın inkişafı məsələsinə də diqqət çəkən prezident İlham Əliyev ölkənin müxtəlif regionlarında yaradılmış Olimpiya idman kompleksləri və güləş zallarının gələcək uğurların əsasını təşkil edən mühüm amillər olduğunu bildirib.
Çıxışında tanınmış idmançıların daim cəmiyyətin diqqət mərkəzində olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, “İdmançılarımızın həm cəmiyyətdə, həm də məişətdə özlərini layiqincə aparmaları məni medallardan da çox sevindirir.” Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliyin dünya çempionatlarına nisbətən daha çox olduğunu vurğulayan prezident İlham Əliyev bildirib ki, “Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir.
Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir.”
Bəli, müasir dövrdə idman sahəsində rəqabət getdikcə güclənir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Avropa çempionatlarında bəzi hallarda qərəzli yanaşmalar müşahidə olunur. Bu reallıq Azərbaycan idmançıları üçün əlavə psixoloji və peşəkar hazırlıq tələb edir.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər Azərbaycan idmanının keçdiyi yolun və qazandığı nüfuzun aydın ifadəsidir. İdman uğurları dövlətimizin ümumi inkişafının mühüm göstəricilərindən biridir. Əldə edilən hər bir nailiyyət xalqımızın gücünün və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

Səfər Şabanov
Şəki-Zaqarala Regional Gənclər və İdman İdarəsinin
Zaqatala rayonu üzrə Sektorunun baş məsləhətçisi

Zaqatalada "Milli və mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək" mövzusunda mədəniyyət işçiləri ilə görüş keçirilib1 ma...
01/05/2026

Zaqatalada "Milli və mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək" mövzusunda mədəniyyət işçiləri ilə görüş keçirilib

1 may 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Mədəniyyət Mərkəzində Zaqatala rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə mədəniyyət sahəsində çalışan əməkdaşlarla görüş keçirilib.Görüşdə milli-mənəvi dəyərlərin yaşadılmasından,onların qorunub yeni nəsillərə çatdırılmasından,eləcədə erkən nikahın fəsadlarından,dini radikalizm və fanatizmin yayılmasından və ondan qorunmaq yollarından bəhs edilib.Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

01/05/2026

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi önəmli yer tutur. 2026-cı ilin aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri Azərbaycanın qlobal siyasətdəki yerinin möhkəmlənməsinin və nüfuzlu tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir. Bu səfər Azərbaycanın yalnız Çexiya üçün deyil, bütövlükdə Avropa Birliyi üçün vacib ölkə olduğunun təsdiqidir.
Azərbaycan və Çexiya arasındakı münasibətlər tarixi köklərə və müasir strateji tərəfdaşlığa söykənir. Çex Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncam ilə Azərbaycanın Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib. 2015-ci ildə imzalanmış "Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib. Görüşlərdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata bəyanat zamanı bu səfərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olduğunu qeyd edən prezident İlham Əliyev bu gün həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Azərbaycanın ticarət dövriyyəsinin daha yüksək səviyyəyə çatdırılacağına ümid etdiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, “Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.”
Əməkdaşlığımızın böyük hissəsinin energetika sektoruna aid olduğunu vurğulayan prezident İlham Əliyev bəyan edib ki, “Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.”
Bəli, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir.
Azərbaycan Prezidenti əlavə edib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır: "Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq".
Bəli, cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır. Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu və Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sabitlik modelinin Avropa üçün strateji məna daşıdığını bir daha sübut etdi.

Fəxrəddin Qurbanov
Rayon Statistika idarəsinin rəisi

Address

Nizami Küçəsi
Zaqatala
AZ6200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994242252550

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala rayon Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Zaqatala rayon Mədəniyyət Mərkəzi:

Share