Yevlax Şəhər İcra Hakimiyyəti

Yevlax Şəhər İcra Hakimiyyəti Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi.

Yevlaxda 5 iyun-Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı günü qeyd olunubYevlax Şəhər İcra Hakimiyyətinin ...
05/06/2026

Yevlaxda 5 iyun-Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı günü qeyd olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, eləcə də rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya idarələrinin rəhbərləri və kollektivləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov və Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov çıxış edərək su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsinin inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin rəhbərliyi dövründə ölkədə genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilmiş, yeni suvarma sistemləri yaradılmış, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Bu məqsədyönlü siyasət kənd təsərrüfatının inkişafına və regionların sosial-iqtisadi tərəqqisinə mühüm təkan vermişdir.
Natiqlər qeyd ediblər ki, bu gün Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin su təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli idarə edilməsi, müasir meliorasiya və irriqasiya infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə istifadəyə verilən su anbarları, magistral kanallar, nasos stansiyaları və digər mühüm infrastruktur layihələri aqrar sektorun inkişafına, əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Çıxış edənlər bildiriblər ki, Möhtərəm Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində su təsərrüfatı və meliorasiya sisteminin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, sahə əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu qayğı su təsərrüfatı işçilərini daha məsuliyyətlə çalışmağa, qarşıya qoyulan vəzifələrin icrasında yüksək nəticələr əldə etməyə ruhlandırır.
Çıxışlarda o da qeyd olunub ki, su təsərrüfatı və meliorasiya işçiləri öz peşə fəaliyyətləri ilə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatının inkişafına və ekoloji tarazlığın qorunmasına mühüm xidmət göstərirlər. Bu baxımdan onların əməyinin yüksək qiymətləndirilməsi və peşə bayramlarının qeyd olunması xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyət göstərən bir qrup əməkdaş fəxri fərmanla təltif olunub,Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.

Ərəş kəndində səyyar qəbul keçirilibYevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Ərəş kəndində vətəndaş...
04/06/2026

Ərəş kəndində səyyar qəbul keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Ərəş kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları,rayonun hüquq-mühafizə orqanlarının və xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciət və təklifləri dinlənilib, onları narahat edən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, həlli vaxt tələb edən müraciətlərin isə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün tapşırıqlar verilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı kümçülük təsərrüfatına baxış keçiribYevlax Şəhər İcra Hakimiyyətinin Başçısı An...
03/06/2026

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı kümçülük təsərrüfatına baxış keçirib

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Tanrıqulular kəndində kümçülük təsərrüfatına baş çəkib, barama qurdlarının bəslənilməsi vəziyyəti ilə yerində tanış olaraq müvafiq tapşırıq və tövsiyələrini verib.

"ASAN xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 24 gün ərzində Yevlax rayon sakinlərinə səy...
02/06/2026

"ASAN xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu 24 gün ərzində Yevlax rayon sakinlərinə səyyar xidmət göstərəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Şəki regional "ASAN xidmət" mərkəzinin səyyar xidmət avtobusu 02.06.2026-cı il tarixindən 25.06.2026-cı il tarixinədək Yevlax sakinlərinə xidmət göstərəcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
* Tibb xidməti (qan qrupu, boy və göz rəngi barədə arayışların verilməsi);
* Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
* Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;
* Əmək pensiyalarının təyin edilməsi;
* Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
* Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, eyni zamanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;
* Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
* Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
* Notariat fəaliyyəti.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
Ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 1 (Yevlax şəhəri Mərkəzi poçtun qarşısı)

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyduAzərbaycan artıq, sadəcə, xammal ixrac...
02/06/2026

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu

Azərbaycan artıq, sadəcə, xammal ixrac edən ölkə statusundan çıxaraq, planetar miqyasda enerji siyasətinin istiqamətini təyin edən qlobal bir aktora çevrilib. Bu reallıq Bakı Enerji Həftəsində bir daha öz təsdiqini tapdı. Dünyada ekoloji təmiz texnologiyalara keçidin sürətləndiyi bir vaxtda, Bakının bu qlobal dialoqa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı siyasi və iqtisadi nüfuzunun birbaşa göstəricisidir.
Əldə olunan nailiyyətlərin kökündə ölkə rəhbərliyinin uzaqgörən və çoxşaxəli inkişaf strategiyası dayanır. Azərbaycan karbohidrogen ehtiyatlarını səmərəli idarə etməklə bərabər, gələcəyə hesablanmış addımlar atır. Məsələn, "Şahdəniz" layihəsinin 30 illik təkamülü və yataqdan kommersiya qazının çıxarılmasının 20 illiyi ölkəmizin qlobal bazarda nə dərəcədə güvənilən bir tərəfdaş olduğunu sübut edir.
Müasir dünyamızda enerji təhlükəsizliyi artıq təkcə resurs bolluğu demək deyil. Bu anlayış həm də alternativ marşrutların mövcudluğunu, ekoloji öhdəlikləri və fasiləsiz təchizatı özündə birləşdirir. Azərbaycan məhz bu prinsiplərlə hərəkət edərək Avropanın enerji şaxələndirilməsinə unikal töhfələr verir və regional əməkdaşlıq mühitini gücləndirir.
Son illərdə alternativ enerji sektoruna yönələn irihəcmli investisiyalar ölkəmizin energetika tarixində yeni səhifə açır. Beynəlxalq tərəfdaşlarla birgə icra edilən külək və günəş elektrik stansiyaları layihələri, habelə azad edilmiş torpaqlarımızda tətbiq olunan "yaşıl enerji zonası" modeli ölkəmizin gələcək iqtisadi vizyonunu əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən bu proqramlar yalnız yaşıl enerji istehsalını hədəfləmir, həm də ekoloji cəhətdən təmiz, müasir ekosistemin qurulmasına xidmət edir.
Ölkəmizin strategiyasının ən güclü tərəfi isə ənənəvi resurslarla (neft, təbii qaz) alternativ enerji mənbələri arasında mükəmməl bir balansın qurulmasıdır. Mavi yanacaq ixracını artırmaqla bərabər, yaşıl layihələri paralel şəkildə sürətləndirmək Azərbaycanın qlobal iqlim hədəflərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma həm daxili iqtisadi dayanıqlığı qoruyur, həm də beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrasını təmin edir.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində qət etdiyi tarixi yolu yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkəmizin enerji strategiyasının bu gün özünün ən p*k nöqtəsinə çatdığını vurğulayaraq, atılan addımların dünya miqyaslı əhəmiyyətinə diqqət çəkib.
Müasir dünyada hər bir dövlət üçün enerji resurslarına çıxış və onların təhlükəsizliyi həyatı əhəmiyyət kəsb edir. Qazıntı yanacağı olmadan sənayenin fəaliyyəti, infrastrukturun qorunması və əhalinin normal yaşayış ritmini təmin etmək qeyri-mümkündür. Bununla paralel olaraq, ekoloji fəlakətlərin qarşısını almaq və iqlim böhranını həll etmək üçün bərpa olunan enerjiyə keçid qaçılmazdır. Prezidentin çıxışından da göründüyü kimi, Azərbaycan bu iki istiqamət arasında optimal keçid strategiyası formalaşdırıb.
Ölkəmizin vizyonu, sadəcə, enerji sektoru ilə məhdudlaşmır. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də xüsusi yer tutur. Yeni dəmir və avtomobil yollarının inşasına, logistik infrastruktura böyük sərmayələr qoyulur. Uğurla işləyən Şərq-Qərb dəhlizinin mühüm seqmenti olacaq Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra ölkəmizin tranzit imkanlarını daha da artıracaq və regiona böyük dividend gətirəcək.
Bununla yanaşı, elektroenergetika sahəsində də regional şəbəkələşmə prosesi sürətlənir. Azərbaycandan Gürcüstana, oradan isə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq "Qara Dəniz Yaşıl Enerji" kabel layihəsi qitələrarası inteqrasiyanı gücləndirir. Bu nəhəng infrastruktur layihəsi həm ölkələr arası münasibətləri dərinləşdirir, həm də Avropanın enerji təhlükəsizliyinə yeni nəfəs verir.
Azərbaycan bu gün artıq qlobal layihələrin investora çevrilib. Ölkəmiz sərmayə coğrafiyasını genişləndirməklə yanaşı, beynəlxalq enerji arxitekturasının təhlükəsizliyinə birbaşa zəmanət verir. Bakı Enerji Həftəsi də göstərir ki, Azərbaycan yaxın gələcəkdə də dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq platformalarında yeni təşəbbüslərin müəllifi olaraq qalacaq.

Yevlaxda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər davam etdirilibYevlax Şəhər İcra Hak...
01/06/2026

Yevlaxda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər davam etdirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti tədbir Şəhər Yardıcılıq Evində keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Leyla Abdullayeva, təhsil, mədəniyyət işçiləri və şagirdlər iştirak ediblər.
Tədbirdə əvvəlcə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin və körpələr evi-uşaq bağçalarının körpə fidanlarının ifasında şeirlər, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri nümayiş etdirilib.
Sonda Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub.

Yevlaxda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilibYevlax Şəhər İcra Hakimiyyətinin, YAP Y...
01/06/2026

Yevlaxda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və “Yevlax City Hotel” in birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri təşkil olunub.
“Yevlax City Hotel” də təşkil olunan bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax City Hotel”in direktoru Ramin Kuruqliyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Abdullayeva, şəhid, qazi övladları və onların ailə üzvləri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax City Hotel” in direktoru Ramin Kuruqliyev çıxışlarında şəhid və qazi övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Çıxışlarda ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki,həmin siyasət bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir.
Çıxış edənlər dövlət tərəfindən vətən uğrunda canlarını fəda etmiş şəhidlərin və sağlamlıqlarını itirmiş qazilərin ailələrinə göstərilən diqqət və qayğının davam etdirildiyini bildirmiş, uşaqların xoşbəxt və firavan gələcəyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirmişlər.
Tədbir çərçivəsində Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən uşaqlar üçün maraqlı əyləncə proqramı, musiqi nömrələri və Şən klounlar tərəfindən məzəli çıxışlar müxtəlif oyunlar təqdim edilib. Bayram ab-havasında keçən tədbir iştirakçılara xoş anlar yaşadıb, uşaqların sevinc və təbəssümü tədbirə xüsusi rəng qatıb.
Sonda şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub. Şəhid ailələrinin üzvləri, qazilər onlara göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin 2026-ci ilin iyun ayında keçirəcəyi Səyyar qəbulların siyahısı
01/06/2026

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin 2026-ci ilin iyun ayında keçirəcəyi Səyyar qəbulların siyahısı

Qurban bayramı münasibətilə 18 yaşadək övladları olan şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilib“PAŞA Holding” və ...
31/05/2026

Qurban bayramı münasibətilə 18 yaşadək övladları olan şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilib

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Yevlax rayonunda 18 yaşadək övladları olan şəhid ailələrinə Qurban Bayramı münasibətilə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırıb.
Bayram sovqatları “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə təqdim olunub. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Yevlaxda "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika yarışlarının zona birinciliyi keçirilibFövqəladə Hallar Nazi...
29/05/2026

Yevlaxda "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin təskilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzində şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki, intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması, yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanması məqsədilə "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Zona birinciliyinin açılış mərasiminə həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Vidadi Murtuzayev, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi Ramin Orucov, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Fəqan Axundov, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Aran Regional Tikinti Müfəttişliyinin rəisi Orxan Şıxıyev, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Aran Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Müfəttişliyinin rəisi Elşən Mustafayev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Aran Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrinin məktəbliləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışaraq, istirakçılara uğurlar arzulayıblar. "Kombina edilmiş yanğın estafeti", "Komandaların təqdimatı" və "Gənc ekspertler” adlı üç mərhələdən ibarət yarışların yekunlarına əsasən, Naftalan şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi I yerə, Mingəçevir səhər Y.Muradov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi Il yerə, Yevlax rayon B.Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.
Qalib komanda "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının respublika birinciliyində istirak etmək hüququ qazanıb.

Address

Yevlax şəhəri Heydər Əliyev Prospekti
Yevlax
AZ6600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994223366677

Alerts

Be the first to know and let us send you an email when Yevlax Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yevlax Şəhər İcra Hakimiyyəti:

Share