03/06/2026
📌03.06.2026-cı il tarixində Yevlax Olimpiya İdman Kompleksində Yevlax rayonu üzrə gənclər və idman sektoru, Yevlax UGİM-in birgə təşkilatçılığı ilə velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında veloyürüş keçirilmişdir.
✅Veloyürüşün keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında “3 İyun - Dünya Velosiped Günü”nün qeyd olunması, velosiped idman növünə olan marağın artırılması, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliğindən ibarətdir.