Mərkəzi Aran Regional Təhsil İdarəsi

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi "Facebook" səhifəsi
(1)

03/06/2026
26 aprel tarixində keçirilmiş IX sinif buraxılış imtahanında ən yüksək bal toplayan şagirdlərimizi təbrik edir, onlara g...
03/06/2026

26 aprel tarixində keçirilmiş IX sinif buraxılış imtahanında ən yüksək bal toplayan şagirdlərimizi təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq!





Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgi...
02/06/2026

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir.

Ümumi təhsil müəssisələrində fənn aylıqlarının keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, həyat bilgisi-təbiət aylığı çərçivəsində şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, kommunikativ səriştələrinin artırılması və fənnə marağın gücləndirilməsi məqsədilə müxtəlif maarifləndirici və interaktiv tədbirlər həyata keçirilmişdir.

Aylıq çərçivəsində dərsdənkənar məşğələlər, açıq dərslər, intellektual oyunlar, müsabiqələr, təqdimatlar və digər metodiki fəaliyyətlər təşkil olunmuşdur.

Həyata keçirilən tədbirlər həyat bilgisi-təbiət fənlərinin tədris keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bilik və bacarıqlarının praktik tətbiqinə geniş imkanlar yaratmışdır.

Aylıq çərçivəsində təşkil olunan əsas fəaliyyətlərdən bəzilərini təqdim edirik.

02/06/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

🗓️ 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

02/06/2026

“İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb

Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında təşkil olunan “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi yekunlaşıb. Bu mərhələdə ölkə üzrə 95 məktəbdən 292 şagird iştirak edib.

Açıq və qapalı tipli suallardan ibarət imtahanda məktəblilər iqtisadiyyat sahəsi üzrə nəzəri biliklərini, eləcə də analitik düşünmə bacarıqlarını nümayiş etdiriblər.

“Milli tur”un nəticələrinə əsasən uğur qazanan şagirdlər Yunanıstanda keçiriləcək “Beynəlxalq Final Tur”da ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edəcək gənclərin müəyyənləşdirilməsidir.

01/06/2026

📢 Şəhid ailəsi üzvləri üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olundu

Şəhid ailəsi üzvləri üçün 21-22 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil m...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində bir sıra silsilə tədbirlər həyata keçirilib. Tədbirlər uşaqların hüquqlarının müdafiəsinə, onların hərtərəfli inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinə may ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinə dair statistik məlumat.——2026...
01/06/2026

Mərkəzi Aran Regional Təhsil İdarəsinə may ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinə dair statistik məlumat.
——
2026-cı ilin may ayı ərzində Mərkəzi Aran Regional Təhsil İdarəsinə müxtəlif əlaqə vasitələri ilə daxil olmuş vətəndaş müraciətləri üzrə statistik təhlil aparılmışdır.

Qeyd edirik ki,vətəndaş məmnuniyyətinin təmin olunması İdarənin əsas fəaliyyət istiqamətlərindən biri olaraq prioritet təşkil edir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

Address

Yevlakh
AZ6600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Mərkəzi Aran Regional Təhsil İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mərkəzi Aran Regional Təhsil İdarəsi:

Share