Yevlax Suvarma Sistemləri İdarəsi

Yevlax Suvarma Sistemləri İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yevlax Suvarma Sistemləri İdarəsi, Government Official, Yevlakh.

04/04/2022

Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş müdrik siyasət.

Öz əməlləri ilə xalqın və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 18 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir. Ölkəmizin inkişafı göstərir ki Prezident İlham Əliyevin bütövlükdə 18 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın uğurlu inkişafı və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir.

Telman Əsədov
YAP Yevlax Rayon Təşkilatı "Aran 1" ərazi partiya təşkilatının sədri, Yevlax Suvarma Sistemləri İdarəsinin rəisi.

Ermənistan cinayətkar dövlətdirMüstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçiril...
20/10/2021

Ermənistan cinayətkar dövlətdir

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarını geniş şəkildə bir daha müdafiə etdi.
İclasda Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi çıxış etdi. Bölgədəki mövcud durumu MDB dövlət başçılarına, ümumilikdə isə bütün dünyaya çatdırdı. Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi arxada qalıb və bu konteksdə irəliyə baxmaq lazımdır. Təbii ki, kommunikasiya xətlərinin açılması, eyni zamanda, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası olduqca vacibdir. Delimitasiya Azərbaycanın və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağı halda əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Ermənistanla bağlı çıxış edərkən təəssüflə qeyd etdi ki, hələ də minalanmış ərazilərin tam xəritələri Azərbaycana təhvil verilməyib. Dəqiqliyi cəmi 25 faiz olan bir neçə xəritənin verilməsi irəliyə doğru atılmış addım deyil. Bir il ərzində 150-dən çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya xəsarət alıb.
Eyni zamanda, dövlətimizin başçısı azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, qismən dağıdılmış qalan iki məsciddə isə inək və donuz saxlanıldığını da görüş iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışın əsas və maraqlı hissələrindən biri İran-Ermənistan əməkdaşlığına toxunulmasıdır. Bildirilib ki, işğal vaxtı təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Bundan əlavə, həmin dövrlərdə evlərin, binaların kərpiclərinin sökülərək Ermənistan və İrana satılıb.
Bütün baş verənlərə və Azərbaycan qalib dövlət olmasına baxmayaraq, ölkəmiz öz humanizmini və sülhsevərliyini nümayiş etdirərək üçtərəfli Bəyanata uyğun olaraq hərbi əsirlərini Ermənistana təhvil verdi. Hazırda isə Azərbaycanda həbsdə olanlar heç bir halda hərbi əsir sayıla bilməzlər. Çünki onlar üçtərəfli Bəyanatdan sonra Ermənistanın Şirak regionundan Azərbaycan ərazisinə məqsədyönlü şəkildə daxil olmuş diversant və terrorçulardır.
Ümumilikdə isə MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyan faktiki olaraq təslimçilik mövqeyini bir daha nümayiş etdirdi, Azərbaycanın tələblərinin, kommunikasiyalarla bağlı şərtlərinin yerinə yetiriləcəyini bildirdi. Bundan sonra təbii ki, önəmli olan məqam tez bir zamanda üçtərəfli Bəyanatı reallaşdırmaq və bölgəyə yeni nəfəs verməkdir.

Beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıQoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin i...
15/10/2021

Beynəlxalq münasibətlər sisteminin önəmli təsisatı

Qoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə Belqradda təsis olunub. Təşkilatın hazırda 120 üzvü var. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır.
Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.
4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur.
Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Həmçinin, Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb və qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Bununla yanaşı, ölkəmizin başçısı hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırır.
Mövzuyla bağlı digər çıxışlarında olduğu kimi 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantıda ölkə başçımız bir daha “peyvənd millətçiliyi” mövzusuna toxunaraq ölkələrin öz əhalisini qorumaq imkanından məhrum edildiyini bildirmişdir.

https://www.facebook.com/441030086064910/posts/2034131923421377/
15/10/2021

https://www.facebook.com/441030086064910/posts/2034131923421377/

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtətəm Prezidentimiz Cənab İlham Əliyev

Azərbaycan bu günkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik etmiş dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.
Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Prezidentliyinin ilk ilindən etibarən ölkə başçımız dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı.
XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş müdrik xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq ötən 18 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.
Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.
Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 15 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi” nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırmışdır. Eyni zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ölkə iqtisadiyyatında qeyri-neft sektorunun da inkişafı ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi.Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasınamühüm töhfələr verdi.
Hazırda Azərbaycanda prioritet istiqamətlərdən biri də sosial siyasətdir. Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyalardan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına imkan verir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - VI Bakı Beynəlxalq Humanitar Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, VII Qlobal Bakı Forumu və s. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Ötən 18 ildə Azərbaycanın müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan ən əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daimi olaraq artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi.
44 günlük Vətən müharibəsi isə ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Doğrudur, 2016-cı ilin aprelində və bu ilin iyulunda qısamüddətli döyüşlər baş vermişdi. Həmin vaxtlarda ordumuz işğalçıya sarsıdıcı zərbələr endirərək, onu geri çəkilməyə məcbur etmişdi. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Dövlətimizin başçısı mütəmadi olaraq bu ərazilərə səfər edir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın bu ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu torpaqlarda yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Buster dozasının əhəmiyyəti Koronavirus infeksiyasına qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra qanda bu virusa qarşı ...
13/10/2021

Buster dozasının əhəmiyyəti
Koronavirus infeksiyasına qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra qanda bu virusa qarşı qoruyuculuq azalır. Yenidən bu virusa qarşı anticismləri yüksək tutmaq üçün isə mütləq 3-cü, yəni buster dozada vaksin vurdurmaq lazımdır.
Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur. Həmçinin buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bununla yanaşı, bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür.
Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var. Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.
Koronavirusun yeni ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir.
Aparılan elmi araşdırmalar və təhlillər göstərir ki, buster doza xəstəliyə yoluxmanın qarşısını almaqda effektiv rol oynayır. Xüsusilə də “Pfizer” vaksini yüksək qoruyuculuğu təmin edir. Bir çox ölkələrdə, eləcə də Azərbaycanda qüvvətləndirici dozanın vurulması ilk növbədə yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Buster dozanın insan sağlamlığı üçün ciddi fəsadı qeydə alınmayıb. Hətta tədqiqatlara görə buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. İlk iki dozasından asılı olmayaraq vətəndaş 6 aydan sonra üçüncü və müəyyən aralıqdan sonra dördüncü dozanı istənilən vaksin növündən istifadə edə bilər.
Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən tədqiqatlar nəticəsində buster dozanın effektivliyi sübut olunub.

Uğurlu  Hadrut əməliyyatıİkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan ordusunun qarşısında duran əsas vəzifəl...
13/10/2021

Uğurlu Hadrut əməliyyatı

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan ordusunun qarşısında duran əsas vəzifələrdən biri, birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutun, ona bitişik kənd və yüksəkliklərin düşmən tapdağından azad edilməsi idi. Strateji cəhətdən əlverişli ərazidə yerləşən və bir neçə hakim yüksəkliklərlə əhatə olunmuş qəsəbənin azad olunması Vətən Müharibəsinin müqəddəratına, hadisələrin gələcək inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmək imkanına malik idi. Bu ərazinin əhəmiyyətini başa düşən düşmən Hadrutun müdafiəsinə xüsusi onəm verir və mövqeləndikləri ətraf yüksəklikləri əldən verməməyə çalışırdılar.
Hadrutun azad olunmasınin əhəmiyyətini bilən Ali Baş Komandan rəhbərliyi altında ordumuz bu qəsəbənin və onun ətrafında olan digər işğal altında olan ərazilərimizə nəzarət etmək imkanı verən hakim yüksəkliklərin azad olunması üçün hərəkətə keçdi. Ermənstan ordusu və Ermənstan rəhbərliyi Azərbaycan ordusunu bu istiqamətdən gözləmirdi və bu düşünülmüş addım, hərbi manevr Vətən Müharibəsinin taleyinə əhəmiyyətli təsir göstərdi. Hadrutun düşmən tapdağından azad olunmasında böyük rolu olan xüsusi təyinatlılarımız yüksək peşəkarlıq və döyüş qabiliyyəti nümayiş etdirərək düşmənin dərinliklərinə sizaraq Hadrut ətrafındakı yüksəkliklərdə düşmən mövqelərinin olmasına baxmayaraq Hadrut qəsəbəsinə daxil oldular və uğurlu əməliyyatlar icra etdilər. Hadrut döyüşü İkinci Qarabağ Müharibəsində keçən ən ağır və qanlı döyüşlərdən biri idi. 2-3 gün gedən qanlı döyüşlərdən sonra düşmən müqavimət göstərməyə cəhd etsə də, qəhrəman ordumuzün qətiyyəti və gücü qarşısında tab gətirə bilmədi və ordumuz Hadrut qəsəbəsinə tam nəzarəti öz əlinə götürdü.
Hadrutun işğaldan azad edilməsi həm Ermənistan ordusu, həm də Ermənistan rəhbərliyi və xalqı arasında güclü mənəvi-psixoloji sarsıntı yaratdı. Bu məğlubiyyətin orduya və xalqa göstərəcəyi mənfi təsiri başa düşən Ermənistan rəhbərliyi öz mətbuatında bir müddət Hadrutla bağlı yalan,təzadlı informasiyalar, məlumatlar yaydı. Ancaq həm Ermənistan rəhbərliy və həm də Ermənistan xalqı gözəl anlayır və başa düşürdülər ki, Azərbaycan xalqı üçün vətənin hər qarış torpaşı müqəddəsdir, əzizdir. Və nə qədər ki, işğalçı Ermənistan ordusu işğal altında saxladığı torpaqlarımızı öz xoşu ilə tərk etməyəcək, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz onları silah gücü ilə, öz qanı və canı bahasına bu torpaqlardan təmizləyəcək.
9 oktyabr 2020-ci il şanlı tariximizə qədim Azərbaycan torpağı olan Hadrutun düşmən tapdağından azad olunduğu gün kimi yazıldı.Ordumuzun qəhrəman əsgərləri müqqəddəs uç rəngli bayrağımızı növbəti dəfə Hadrutda-Xocavənddə dalğalandırdı.

Yevlax SSİ tərəfindən Salahlı kəndində "Salahlı" kanalında beton üzlüyə alınma işləri davam etdirilir.
02/06/2021

Yevlax SSİ tərəfindən Salahlı kəndində "Salahlı" kanalında beton üzlüyə alınma işləri davam etdirilir.

Yevlax SSİ tərəfindən "Salahlı" kanalında əsaslı təmir işləri davam etdirilir.
24/05/2021

Yevlax SSİ tərəfindən "Salahlı" kanalında əsaslı təmir işləri davam etdirilir.

Yevlax rayon Salahlı kəndində "salahlı" beton kanalında Yevlax SSİ tərəfindən əsaslı təmir işləri davam etdirilir.
20/05/2021

Yevlax rayon Salahlı kəndində "salahlı" beton kanalında Yevlax SSİ tərəfindən əsaslı təmir işləri davam etdirilir.

15/03/2021
18/11/2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə noyabrın 15-də Balakən şəhərind....

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu iliin payız əkin möv...
13/11/2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu iliin payız əkin mövsümündə Yevlax rayon Aran qəsəbəsində Yevlax Suvarma Sistemləri İdarəsinin işçiləri tərəfindən 200 ədəd müxtəlif yerli meyvə agacları əkilmiş, suvarma suyu ilə təmin edilmişdir.

Address

Yevlakh

Website

Alerts

Be the first to know and let us send you an email when Yevlax Suvarma Sistemləri İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share