GİKM-in Mərkəzi Aran regional nümayəndəliyi

GİKM-in Mərkəzi Aran regional nümayəndəliyi Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Zərdab və Kürdəmir gənclərinin aktiv fəaliyyətini işıqlandırır.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağdaş gəncləri balaca dostlarımızı sevindirib! 🎈✨​Yaradıcı gən...
01/06/2026

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağdaş gəncləri balaca dostlarımızı sevindirib! 🎈✨

​Yaradıcı gənclərimiz rəngarəng şarlarla uşaqlara bayram hədiyyələri bəxş ediblər. Reallaşan bu xoş fəaliyyət balacaların üzündə səmimi təbəssüm yaradıb və onlara unudulmaz bayram sevinci yaşadıb.

​Uşaqlar bizim gələcəyimiz, dünyamızın ən parlaq rəngləridir! 🤍

Ağdaş rayon Heydər Əliyev Mərkəzi və bölməmizin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir...
28/05/2026

Ağdaş rayon Heydər Əliyev Mərkəzi və bölməmizin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

​Tədbirdə mövzu ətrafında geniş məruzələr dinlənilib, müstəqillik tariximizin önəmli məqamları vurğulanıb. 🇦🇿

​Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿
28/05/2026

Yaşasın müstəqil, qüdrətli, suveren Azərbaycan! 🇦🇿

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!
27/05/2026

Birlik, paylaşma və yardımsevərlik ruhunu yaşadan Qurban bayramınız mübarək!

III İnkişaf və Təcrübə Akademiyasının növbəti görüşü keçirilib.​Akademiyanın fəaliyyət planına uyğun olaraq gənclərin iş...
24/05/2026

III İnkişaf və Təcrübə Akademiyasının növbəti görüşü keçirilib.

​Akademiyanın fəaliyyət planına uyğun olaraq gənclərin iştirakı ilə növbəti görüş təşkil edilib. Görüş zamanı iştirakçılara müasir standartlara uyğun CV-lərin hazırlanması, məlumatların düzgün strukturlaşdırılması və dizayn formaları haqqında ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Sonda gənclər öyrəndiklərini praktiki olaraq tətbiq edib, şəxsi CV nümunələrini hazırlayıblar.

22/05/2026

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir!

🎯Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin milli-mənəvi dəyərlərə sadiq, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənclərin formalaşmasına töhfə verməkdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:
🔹Milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf;
🔹️Gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi;
🔹️Sosial inklüzivlik və bərabər imkanların təşviqi;
🔹️Rəqəmsal gələcək, innovasiya və süni intellekt;
🔹️Yaradıcı sənaye və mədəni innovasiyalar;
🔹️Regionlarda gənclərin iştirakçılığı və ictimai fəallıq;
🔹️Dayanıqlı inkişaf və gənclərin ekoloji məsuliyyəti.

Qrantların maksimum məbləğləri:
👤 Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5 000 AZN;
👥 Gənclər təşkilatlarının yerli layihələri üzrə – 10 000 AZN;
🌍 Gənclər təşkilatlarının beynəlxalq layihələri üzrə – 15 000 AZN.

Müsabiqənin müddəti:
• Başlanma tarixi: 22 may 2026-cı il
• Son müraciət tarixi: 22 iyun 2026-cı il saat 18:00

📌Qrant müsabiqəsi haqqında ətraflı məlumat: https://youthfoundation.az/192976/

İngilis dilini öyrənən   faydalı xəbərimiz var.
18/05/2026

İngilis dilini öyrənən faydalı xəbərimiz var.

III İnkişaf və Təcrübə Akademiyasının növbəti görüşü keçirilib.​Akademiyanın fəaliyyət planına uyğun olaraq gənclərin iş...
11/05/2026

III İnkişaf və Təcrübə Akademiyasının növbəti görüşü keçirilib.

​Akademiyanın fəaliyyət planına uyğun olaraq gənclərin iştirakı ilə növbəti görüş təşkil edilib. Görüş zamanı iştirakçılara müasir dizayn sahəsi və bu sahədə istifadə olunan proqramlar haqqında ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Sonda gənclər öyrəndiklərini praktiki olaraq tətbiq edib, müxtəlif dizaynlar hazırlayıblar.

🇦🇿 Ağdaşda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü anılıb.​Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev...
10/05/2026

🇦🇿 Ağdaşda Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü anılıb.

​Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ağdaşda keçirilən tədbirlər çərçivəsində gənclər dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Həmçinin Heydər Əliyev Mərkəzinə ekskursiya edilib, ardınca təşkil olunan dəyirmi masada Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Görüş zamanı dahi şəxsiyyətə həsr edilmiş, tanınmış insanların xatirələrindən bəhs edən film izlənilib və Ümummilli Liderin zəngin fəaliyyəti barədə geniş çıxışlar edilib.

🇦🇿

Gənclərə daim qayğı və diqqət göstərən Ulu Öndər Heydər Əliyevi 103-cü ildönümündə hörmətlə anırıq.
10/05/2026

Gənclərə daim qayğı və diqqət göstərən Ulu Öndər Heydər Əliyevi 103-cü ildönümündə hörmətlə anırıq.

Address

Nizami Pr. , 61
Yevlakh
AZ6600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994223361800

Alerts

Be the first to know and let us send you an email when GİKM-in Mərkəzi Aran regional nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GİKM-in Mərkəzi Aran regional nümayəndəliyi:

Share