Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəb

Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəb, Government Organization, Tanrıqulular kəndi, Yevlakh.

Məktəbimizin 7b sinif şagirdi Hacıyev Nail Şamil oğlu biologiya fənni üzrə Respublika fənn müsabiqəsinin final mərhələsi...
27/05/2026

Məktəbimizin 7b sinif şagirdi Hacıyev Nail Şamil oğlu biologiya fənni üzrə Respublika fənn müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb💪.
31 may 2026- cı il tarixində final mərhələsi Gəncə şəhər 22 saylı tam orta ümumtəhsil məktəbində keçiriləcək və bununla bağlı məktəb rəhbərliyi tərəfindən ona buraxılış vərəqəsi təqdim olundu.
Şagirdimizə kollektiv adından uğurlar arzulayırıq👏

PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB.__________________________________26 may 2026- cı il tarixində Yevlax rayon Mehman Kərimo...
27/05/2026

PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB.
__________________________________
26 may 2026- cı il tarixində Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta ümumtəhsil məktəbində növbəti pedaqoji şura iclası keçirilmişdir.
İclasın əvvəlində məktəbin direktoru Bəxtiyar Mahmudovun , tədris işləri üzrə direktor müavini Samirə Mustafayevanın gündəlikdə duran əsas məsəlalər barədə çıxışları dinlənilmişdir.
İclasda ll yarımildə BSQ-lərin keçirilməsi ilə bağlı mövzular müzakirə edilmiş, qiymətləndirmə prosesinin şəffaf və obyektiv təşkili, vaxtında və düzgün aparılması, nizam-intizam qaydalarına əməl olunması, həmçinin sənədləşmə işlərinin düzgün və səliqəli aparılması ilə bağlı müəllimlərə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Məktəbimizin şagirdləri "Createach" inkişaf mərkəzinin keçirdiyi sınaq imtahanında yüksək nəticə göstərmişlər.👏Ayşə Məmm...
25/05/2026

Məktəbimizin şagirdləri "Createach" inkişaf mərkəzinin keçirdiyi sınaq imtahanında yüksək nəticə göstərmişlər.👏

Ayşə Məmmədli-446 bal
Gülsüm Məmmədli-467 bal
Adəm Məmmədli-545 bal🏆

28 May - Müstəqillik Günü ilə əlaqədarŞərqdə və müsəlman dünyasında ilk demokratik dövlət - Şərqin ilk demokratik, hüquq...
22/05/2026

28 May - Müstəqillik Günü ilə əlaqədar

Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət

- Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb;

- İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi;

- Demokratik ənənələrin təməlinin qoyulması.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır;

- Milli dövlətçilik ənənələrinin yeni səhifəsi.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur;

- Diplomatik əlaqələrin yaradılması.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı;

- Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytardı.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi;

- 23 ay ərzində əldə olunmuş mühüm nailiyyətlər.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi
əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
Ulu Öndər Heydər Əliyev

Hazırladı Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin tarix müəllimi Məmmədli Aytən.

🌎 Təbiət və Həyat Bilgisi aylığı 🌏____________________________________19.05.2026 tarixində məktəbin müəllimi Aidə Nağıye...
21/05/2026

🌎 Təbiət və Həyat Bilgisi aylığı 🌏
____________________________________
19.05.2026 tarixində məktəbin müəllimi Aidə Nağıyeva lX a sinfində həyat bilgisi fənnindən açıq dərs keçmişdir.

12. 05. 2026-cı il tarixində YYÇPİTQ-nun baş inspektoru Fazil Məmmədov,YYÇPİTQ-nun inspektoru, polis leytenantı Cəmilzad...
13/05/2026

12. 05. 2026-cı il tarixində YYÇPİTQ-nun baş inspektoru Fazil Məmmədov,
YYÇPİTQ-nun inspektoru, polis leytenantı Cəmilzadə Mübariz İlham oğlu ötən tədris ilində 9- cu sinifi bitirib, təhsilini davam etdirməyən şagirdlərin valideynləri ilə görüş təşkil edildi.
Görüşdə"Narkomaniyaya yox deyək" ,Dini Radikalizm və erkən nigah, onun fəsadları mövzusunda maarifləndirici söhbətlər aparıldı.
Görüş zamanı şagirdlərə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarșı mübarizə, yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi, həmçinin 18 yaşına çatmadan qeyri
rəsmi erkən nikaha daxil olma hallarina və
kibercinayətkarlığa qarşı mübarizə barəsində dolğun məlumatlar verildi.

Təbiət fənn aylığı🌳🍃🌊🌄🏞️🌧️🌏🌛Tədbirlər planına əsasən Fənn aylıqları çərçivəsində 12.05.2026-cı il tarixdə Təbiət müəllim...
13/05/2026

Təbiət fənn aylığı🌳🍃🌊🌄🏞️🌧️🌏🌛
Tədbirlər planına əsasən Fənn aylıqları çərçivəsində 12.05.2026-cı il tarixdə Təbiət müəllimləri Arzu Həsənova , Nəzakət Abdullayeva 6a sinif şagirdləri ilə"Təbiəti qoruyaq " mövzusunda maarifləndirici söhbətlər aparmışdılar.


Məktəbimizin 7b sinif şagirdi Hacıyev Nail Şamil oğlu RFM biologiya fənni üzrə final mərhələsinə vəsiqə qazanmışdır🏆.Şag...
13/05/2026

Məktəbimizin 7b sinif şagirdi Hacıyev Nail Şamil oğlu RFM biologiya fənni üzrə final mərhələsinə vəsiqə qazanmışdır🏆.
Şagirdimizi və əməyi keçən müəllimlərimizi təbrik edirik👏

08.05.2026 tarixində məktəbdə "Unudulmaz şəxsiyyət " mövzusunda  7-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keç...
09/05/2026

08.05.2026 tarixində məktəbdə "Unudulmaz şəxsiyyət " mövzusunda 7-ci sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirildi.

08.05.2026 tarixində məktəbin UBTR-Tərana İsmayılovanın təşkilatçılığı, məktəbin psixoloqu Gülər Mustafayevanın dəstəyi ...
08/05/2026

08.05.2026 tarixində məktəbin UBTR-Tərana İsmayılovanın təşkilatçılığı, məktəbin psixoloqu Gülər Mustafayevanın dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsi ilə əlaqədar şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Öncə iştirakçılar Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri əks etdirən eksponatlar və fotostendlər haqqında ətraflı məlumat verilib. Sonda Ulu Öndərin müstəsna xidmətlərini özündə əks etdirən film nümayiş olunub.

Address

Tanrıqulular Kəndi
Yevlakh

Telephone

+994223355165

Website

Alerts

Be the first to know and let us send you an email when Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yevlax rayon Mehman Kərimov adına Tanrıqulular kənd tam orta məktəb:

Share