Yardımlı rayonu üzrə təhsil sektoru

Yardımlı rayonu üzrə təhsil sektoru Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Yardımlı rayon təhsil sektorunun rəsmi səhifəsidir.

26 fevral 2025-ci il tarixində Yardımlı rayon Şəhidlər Xiyabanında Xocalı soyqırımının qurbanları anıldı.Xocalı soyqırım...
26/02/2025

26 fevral 2025-ci il tarixində Yardımlı rayon Şəhidlər Xiyabanında Xocalı soyqırımının qurbanları anıldı.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun kollektivi, sektorun əhatə dairəsinə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları Yardımlı rayonunda Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə tər gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.

Qeyd edək ki, erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri bəşər tarixinin ən dəhşətli cinayəti 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 487 nəfər yaralanıb, 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


13/02/2025
🇦🇿 Gənclər Gününüz mübarək!2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yardımlı RİHB-nin...
02/02/2025

🇦🇿 Gənclər Gününüz mübarək!

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Yardımlı RİHB-nin müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin sədri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektorunun müdiri və rayonunda fəaliyyətləri ilə fərqlənən bir qrup gənc iştirak ediblər.

Çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti müxtəlif sahələrdə gənclərin potensialının üzə çıxarılmasında böyük rol oynayıb. Müasir dövrdə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların tətbiqi gənclərimiz üçün əsas hədəflərdən biridir. Təhsil isə bu yolda ən vacib amildir. Ölkəmizdə həyata keçirilən islahatlar, müasir məktəblərin və ali təhsil ocaqlarının yaradılması, xaricdə təhsil proqramları, müxtəlif təqaüd layihələri və gənclərə verilən dəstək savadlı və vətənpərvər gəncliyin formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncləri öz potensialını tam şəkildə reallaşdırmaq, təhsil almaq, yeniliklərə imza atmaq və ölkəmizin inkişafına töhfə vermək imkanı qazanır.

Tədbirdə həmçinin rayonda səmərəli fəaliyyəti ilə fərqlənən gənc təhsil işçilərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilmişdir.
Rədbirin sonunda birlikdə xatirə şəkli çəkdirilib.


29/01/2025

✍🏻 RFO-nun rayon (şəhər) turunda
maksimum nəticə göstərən şagirdlərimiz uğur hekayələrini Azərbaycan müəllimi ilə bölüşüblər.

Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin 945 şagirdi iştirak hüququ qazanıb. Onların 9-u olimpiadanın rayon (şəhər) turunda 100% nəticə göstərib.

“Azərbaycan müəllimi” həmin şagirdlərlə həmsöhbət olub. Maraqlı müsahibələri oxumaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
1️⃣ https://shorturl.at/dX3or
2️⃣ https://shorturl.at/Vjc5S
3️⃣ https://shorturl.at/pLnlG

🇦🇿 20 Yanvar - Ümumxalq Hüzn Günündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun r...
20/01/2025

🇦🇿 20 Yanvar - Ümumxalq Hüzn Günündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə təhsil sektorunun rəhbərliyi, əməkdaşları ilə birlikdə sektorun əhatə dairəsinə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin kollektivi Yardımlı rayonunda Şəhidlər xiyabanını ziyarət edərək, vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, abidə önünə tər qərənfillər düzmüşlər.





17/01/2025

📢 İşə qəbul üzrə müsabiqəyə start verilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 17-31 yanvar tarixlərində, həftə içi 5 gün saat 09:00-dan 17:00-dək müvafiq rayon üzrə təhsil sektoruna yaxınlaşaraq sənədlərini (şəxsiyyət vəsiqəsi bütün vəzifələr üzrə, diplom və əmək kitabçası isə müvafiq ixtisas və ya staj tələb olunan vəzifələr üzrə) təqdim etməklə qeydiyyatdan keçə və imtahana buraxılış vərəqəsi əldə edə bilərlər.

🔗 Həmçinin namizədlər qeyd olunmuş https://shorturl.at/M1mAH linkə daxil olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

Vəzifələr üzrə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkür suallarına cavab verərək ən yüksək bal toplamış namizədlər birbaşa vəzifəyə təyin olunacaqlar.

🔗 Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://shorturl.at/LdtXA

Qeyd edək ki, test imtahanı fevral ayında Lənkəran şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək. İmtahanın dəqiq vaxtı və vəzifələr üzrə seansların saatı İdarənin sosial media hesablarında elan ediləcək.

Müsabiqədə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

14/01/2025

📢 Eksternat qaydada imtahan keçiriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 26 yanvar 2025-ci il tarixdə eksternat qaydada imtahan təşkil edəcək.

Eksternat qaydada aralıq imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyərək müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.

📌 İmtahan mərkəzi: Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi (Ünvan: İskəndər Səmədzadə küçəsi 6)
📌 İmtahan tarixi: 26 yanvar 2025-ci il
📌 İmtahanın başlama vaxtı: 11:00

❗ İmtahana gələcək vətəndaşlar 10:00-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən eksternlər imtahana buraxılmayacaq.

Aralıq imtahanda uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.

☎️ Əlavə sualı olan vətəndaşlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin 146-0-5 Çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərlər.

Qeydiyyat müddətində imtahanda iştirak üçün ümumi orta təhsil sənədi (IX) üzrə 125, tam orta təhsil sənədi (XI) üzrə 388 nəfər, ümumilikdə isə 513 nəfər ərizə ilə müraciət edib.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Address

Yardımlı
AZ6500

Alerts

Be the first to know and let us send you an email when Yardımlı rayonu üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yardımlı rayonu üzrə təhsil sektoru:

Share