Qaraqaya Kənd Tam Orta Məktəbi

Qaraqaya Kənd Tam Orta Məktəbi Yardımlı rayonu Qaraqaya kənd tam orta məktəbi

Ümumi türk, islam arealında mühüm coğrafi mövqeyə malik olan Azərbaycan da tarixi İpək yolunun üzərində yerləşir. Sovetl...
11/11/2023

Ümumi türk, islam arealında mühüm coğrafi mövqeyə malik olan Azərbaycan da tarixi İpək yolunun üzərində yerləşir. Sovetlər birliyinin süqutundan sonra Azərbaycan və özbək xalqları özlərinin əzəli arzularına qovuşmuş və onların arasında bərabərhüquqlu münasibətlər bərqərar olmuşdur. Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Şübhəsiz, bu iki xalq arasında sıx və etibarlı münasibətlərin qurulması yaxın milli adət və ənənələrə, ümumi dil qrupuna, mədəniyyət və din birliyinə əsaslanır.
Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Həm də bu iki xalq bərk günlərin dostlarıdır. Belə ki, 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak etmişdilər. Böyük perspektivlərə malik olan Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hökm sürən sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. Bu iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasındakı münasibətlərin inkişafı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Belə ki, qarşılıqlı siyasi münasibətlər hüquq bərabərliyi prinsipləri əsasında, milli maraqları və prioritetləri nəzərə almaqla yeni məzmun kəsb etmişdir.
Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ oldu. Daha sonralar Prezident İlham Əliyevin qardaş Özbəkistana rəsmi səfərləri gedişində isə dövlətlər, hökumətlər və müxtəlif şirkətlər arasında sənədlərin imzalanması əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdı. Nəticədə indiyədək ikitərəfli münasibətləri hərtərəfli şəkildə tənzimləyən 120-dən çox normativ-hüquqi sənəd imzalanmışdır. Ötən illər ərzində tərəflər müxtəlif məsələlərdə bir-birinə qarşılıqlı dəstək verməklə prinsipial yanaşma nümayiş etdirirlər. Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh və siyasi yolla həllinin tərəfdarıdır və münaqişənin həllinin əsas şərtinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin qorunması olduğunu hesab edir. Bu vaxta qədər Özbəkistan Ermənistanda səfirlik belə açmayıb. Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT-nin Baş Assambleyasında müzakirə olunarkən, səsvermə zamanı Rusiya Ermənistanı dəstəklədi, KTMT-yə daxil olan Qazaxıstan, Qırğızıstan, Tacikistan bitərəf qaldı, Özbəkistan isə, KTMT üzvü olmasına baxmayaraq, açıq şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Beynəlxalq qurumların zirvə toplantılarında Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verir. Digər tərəfdən regional problemlərlə münasibətdə Özbəkistanın təşəbbüslərinə Azərbaycanın dəstək verməsini rəsmi Daşkənd yüksək dəyərləndirir.

09/11/2023
Bu gün məktəbimizdə  Zəfər günü münasibətilə tədbir keçirildi.
07/11/2023

Bu gün məktəbimizdə Zəfər günü münasibətilə tədbir keçirildi.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını ...
05/11/2023

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi. Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr və “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarları ilə 100 min azərbaycanlı 1948-1950-ci illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana köçürülməli idi. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdirilmiş, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürülmüşdür. Onların Azərbaycanın əsasən Aran bölgəsində (Zərdab, Əli-Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı) yerləşdirilməsi nəticəsində hər üç nəfərdən biri yeni şəraitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyərək aclıq və xəstəlikdən ölmüşdür. 1988-ci ildə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı 230 min nəfər (49928 ailə) olmuşdur. Bakıda və SSRİ-nin başqa şəhərlərində təhsil alanlar, təhsil alıb təyinatla işləməyə göndərilənlər, SSRİ-nin müxtəlif şəhərlərində hərbi xidmətdə olanlar da nəzərə alınarsa, deportasiya olunanların sayı 300 min nəfərə yaxın olmuşdur.

04/11/2023
03/11/2023
31/10/2023
Bu gün məktəbimizdə 18 Oktyabr -Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirildi.Tədbirdə müstəqilliyin qazanılm...
18/10/2023

Bu gün məktəbimizdə 18 Oktyabr -Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirildi.Tədbirdə müstəqilliyin qazanılması tarixindən danışıldı və şagirdlərin ifasında müstəqilliyə aid şeir nümunələri səsləndirildi.

15/10/2023

20 il öncə - 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi.

Prezident İlham Əliyev ölkəmizi qüdrətli, sürətlə inkişaf edən, daim güclənən, beynəlxalq aləmdə nüfuzu durmadan artan bir dövlətə çevirməklə Ulu Öndərimizin arzularını reallaşdırdı.

Prezident İlham Əliyev 20 il ərzində xalqa layiqincə xidmət edərək, verdiyi vədləri bütünlüklə yerinə yetirdi, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsinə və əsrin qalib ölkəsinə çevrilməsinə nail oldu.

Address

Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi , Yardımlı Rayonu , Qaraqaya Kənd Tam Orta Məktəbi
Yardımlı

Website

Alerts

Be the first to know and let us send you an email when Qaraqaya Kənd Tam Orta Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category