Azərbaycan, Yardımlı, Yolocaq

Azərbaycan, Yardımlı, Yolocaq Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan, Yardımlı, Yolocaq, Landmark & historical place, Azərbaycan Respublikası, Yardımlı rayonu, Yolocaq, Yardımlı.

05/02/2025

Россия нам говорит, что они сами нас создали, и мы являемся их форпостом. Мы должны признать, что оккупационные войска России преобразовали Иреванское ханств...

02/06/2024

Yardımlıda hal necədi deyən dost!
Vallah, indi çox işimiz çətindi.
Yaz gəlibdi, baş qarışıb işlərə,
Hər günümüz ot yığmaqdı, biçindi.
***
Su quruyub,toz çıxıbdı lap dizə
Soruşan yox,nə əkirsiz biçirsiz?
"İcraçılar" qapı açmır heç kimə,
Deyən yoxdu nə yeyirsiz, içirsiz?
***
"Metrə odun" qalxıb otuz manata,
Pul tapmırıq barı gedib almağa.
Bu minvalla necə sürək xoş həyat?
Hamı köçür şəhərlərə qalmağa.
***
Subayların sayı olub yüz əlli,
Qız da yoxdur daha gedib alasan.
Eşidənlər özün qoyub karlığa,
Kimə uyub hansı yerdə qalasan?
***
Ülvinin də dövlətindən sözü var,
Dözə bilmir,qələm çəkir dərdlərə.
Qəlbi yanır,haray çəkir hər yerə,
Səsi çatar bir gün axır mərdlərə.

Müəllif:-Ülvi Aydın

29/03/2024
20/03/2024

НЕЛЮДИ, А ШАКАЛЫ!

08/11/2023
Sizə qurban,Şəhidlər.------------------------------------Bütün Şəhidlərimizə ithaf edirəm.Doğulduz Vətən üçün,Sizə qurba...
27/09/2023

Sizə qurban,Şəhidlər.
------------------------------------
Bütün Şəhidlərimizə ithaf edirəm.

Doğulduz Vətən üçün,
Sizə qurban,Şəhidlər.
Şöhrətiz dağdan böyük,
Sizə qurban,Şəhidlər.

Haqsızlar gör,neylədi?
Bağrım başın teylədi.
Dağlar ağı söylədi,
Sizə qurban,Şəhidlər.

Siz igid,qorxmaz,zirək,
Olduz Vətənə gərək.
Güllərdən xalı sərək,
Sizə qurban,Şəhidlər.

Əməliz Şahdağ oldu,
Hər tərəfiz bağ oldu.
Şükür,üzüz ağ oldu,
Sizə qurban,Şəhidlər.

Siz Günəşsiz,siz Aysız,
Allahdan gələn paysız.
Ölümü heçə saydız,
Sizə qurban,Şəhidlər.

Qırdız neçə səyi siz,
Xalqımın ürəyisiz.
Siz cənnət mələyisiz,
Sizə qurban,Şəhidlər.

Sizlər ali nəsildi,
Haqqa qulaq asıldı.
Qarı düşmən basıldı,
Sizə qurban,Şəhidlər.

Arzum budur dünyada,
Yox olsun döyüş,qada.
Ucaldlz yüksək ada,
Sizə qurban,Şəhidlər.

Qara şal bağlamasın,
Qəlbimi dağlamasın.
Analar ağlamasın,
Sizə qurban,Şəhidlər.

Dediz bu candan keçək,
Şəhid şərbətin içək.
Hamınız gözəl,göyçək,
Sizə qurban,Şəhidlər.

Bayrağa büküldünüz,
Torpağa əkildiniz.
Göylərə çəkildiniz,
Sizə qurban,Şəhidlər.
Sizə qurban,Şəhidlər!

Alıcan İsgəndərli.
------------------------------
18.11.2022.

ALLAHın Salamı olsun Sizlərə mənim əziz, dostlar, qardaşlar.Hər vaxtınız xeyirli və uğurlu olsun.Bu gün Müqəddəs Ramazan...
23/03/2023

ALLAHın Salamı olsun Sizlərə mənim əziz, dostlar, qardaşlar.
Hər vaxtınız xeyirli və uğurlu olsun.
Bu gün Müqəddəs Ramazan ayının ilk gününə qədəm qoyduq.
Böyük ALLAH bütün ibadətlərinizi, arzu və dualarınızı qəbul eləsin, AMİN İnşəAllah!

Körpə ana bətnində Allahdan soruşur:- İlahi, mənim yeməyim, içməyim, havam göbəyimlə gəlir. Mənə verdiyin ağız, burun ni...
26/03/2022

Körpə ana bətnində Allahdan soruşur:
- İlahi, mənim yeməyim, içməyim, havam göbəyimlə gəlir. Mənə verdiyin ağız, burun niyə lazımdı? Mənə ayaqlar vermisən. Bu balaca yerdə onlar mənim nəyimə gərəkdir? Əllər vermisən. Onlarla nəyi tutacağam? Gözlər vermisən. Bir haldakı hər tərəf qaranlıqdır. Onlarla hara baxacağam? Qulaqlar vermisən. Onlarla nəyi eşidəcəyəm? Mənə gərək olan bir tək göbəyim deyilmi? O, mənim bütün ehtiyaclarımı ödəmirmi?

Allah cavab verir:
- Tələsmə, insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacağam ki, bugün lazımsız bildiyin şeylər orada sənin ən zəruri orqanlarına çevriləcəklər. Bugün gərəkli hesab etdiyin göbəyi isə kəsib tullantı kimi torpaqda basdıracaqlar.

İnsan övladı dünyaya gəldikdən bir qədər sonra Allah ona ibadət etməyi və bununla ruhunu inkişaf etdirməyi, mənəviyyatlı olmağı əmr edir.

İnsan yenə Allaha sual verir:
- İlahi, mənim yaşamağım üçün gərək olan hər şeyi vermisən. Görən gözüm, eşidən qulağım, tutan əlim,gəzən ayağım, yeməyə ağzım, nəfəs almağa burnum var. Bunlar mənə kifayət deyilmi? Xoşbəxt olmağım üçün bədənim bəs deyilmi? Ruhumun inkişafı, mənəviyyat mənim nəyimə gərəkdir?

Allah cavab verir:
- Tələsmə ey insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacağam ki, bu dünyada gərəksiz bildiyin mənəviyyat, ruhi yüksəliş sənin ən gərəkli orqanlarına çevriləcəklər.
Gərəkli hesab etdiyin bədəni isə tullantı kimi torpağa basdıracaqlar.

Address

Azərbaycan Respublikası, Yardımlı Rayonu, Yolocaq
Yardımlı

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan, Yardımlı, Yolocaq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share