Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Sistemi

Allah rəhmət eləsin 🥀
21/09/2023

Allah rəhmət eləsin 🥀

Allah bütün şəhidlərimizə rəhmət eləsin 🥀
20/09/2023

Allah bütün şəhidlərimizə rəhmət eləsin 🥀

Ermənistanın mina terroru nəticəsində şəhid olan polis əməkdaşları.Ruhunuz şad olsun!
20/09/2023

Ermənistanın mina terroru nəticəsində şəhid olan polis əməkdaşları.

Ruhunuz şad olsun!

🎵🇦🇿 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb...
18/09/2023

🎵🇦🇿 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.

Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

18 Sentyabr - Milli Musiqi Günü ilə bağlı olaraq Abşeron MKS-də sərgi təşkil olundu
18/09/2023

18 Sentyabr - Milli Musiqi Günü ilə bağlı olaraq Abşeron MKS-də sərgi təşkil olundu

Azərbaycan Milli Musiqi Günü Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli M...
18/09/2023

Azərbaycan Milli Musiqi Günü

Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.

Mədəniyyət və Turizm Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirir. Bakı musiqi akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəyovun ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Heydər Əliyev adına sarayda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir.

"Bakı Metropoliteni" QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihəni gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir.

18/09/2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının...
26/08/2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncama əsasən avqustun 26-sı Laçın şəhəri günü elan edilib

Fikrət Qoca
26/08/2023

Fikrət Qoca

✔️🗓️ 1 sentyabr 📍 Şamaxı                                                                                                ...
21/08/2023

✔️🗓️ 1 sentyabr 📍 Şamaxı
🗓️ 2-3 sentyabr 📍 Bakı
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq. Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 1-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, 2-3sentyabrda isə Bakı şəhərində davam edəcək.
Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak etmək istəyən şəxslər 25 avqust 2023-cü il tarixinədək Mədəniyyət Nazirliyinin saytında (culture.gov.az) qeydiyyatdan keçə bilərlər.

Address

Abşeron Rayonu, Xırdalan şəh. , 27 Məh. , Bina 4 A
Xirdalan

Telephone

+994123423480

Website

Alerts

Be the first to know and let us send you an email when Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Share

Category