DİM-in Xaçmaz Regional Bölməsi

DİM-in Xaçmaz Regional Bölməsi Azərbaycan Respublikası
Dövlət İmtahan Mərkəzinin
Xaçmaz regional bölməsi Bilik qiymətləndirilir

26/09/2025

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən şəxslərin nəzərinə!

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi 15 sentyabr 2025-ci il tarixində baş...
16/09/2025

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi 15 sentyabr 2025-ci il tarixində başlayıb və 6 oktyabr 2025-ci il tarixində başa çatır.
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan şəxslərdən iş yeri tələb olunmur), yaşı 22-45 arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün namizədlər aşağıdakı mərhələləri keçməlidirlər:
qeydiyyat, sənədlərin qəbulu və müsahibə;
ümumi intellekt səviyyəsinin və situasiya mühakimə bacarıqlarının yoxlanılması üçün test imtahanı;
təlimlər;
imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı.
Prosesdə iştirak etmək üçün qeydiyyat və sənədlərin qəbulu onlayn qaydada həyata keçirilir və 6 oktyabr 2025-ci il tarixində başa çatacaq.
Ətraflı: https://short-url.org/1eLmG

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 11-dən başlanıb və 19-dək davam ed...
15/08/2025

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 11-dən başlanıb və 19-dək davam edəcək. Bu tarixlərdə öncədən razılaşdırılmış qrafikə əsasən, DİM-in rəsmi saytında elan olunmuş cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərilməkdədir. Cari həftənin müəyyən günlərində bu tip mərkəzlər Quba, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərmiş, sonuncu Mərkəz isə avqustun 19-da Qusarda (Qusar RTS-də) fəaliyyət göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, abituriyentlərə kömək etmək məqsədilə DİM-Xaçmaz regional bölməsində yaradılmış “Abituriyent Məsləhət Mərkəzi” isə həftəsonu – 16 və 17 avqust tarixlərində də fəaliyyət göstərəcəkdir.

Address

Xaçmaz şəh. , M. Ə. Rəsulzadə Küç. 7 B
Xaçmaz
AZ2700,KHACHMAZ,

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233250121

Alerts

Be the first to know and let us send you an email when DİM-in Xaçmaz Regional Bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DİM-in Xaçmaz Regional Bölməsi:

Share