Xaçmaz Tarix Diyarşünaslıq muzeyi

Xaçmaz Tarix Diyarşünaslıq muzeyi Quba -Xaçmaz Regional Mədəniyyət İdarəsi
Xaçmaz Tarix Diyarşünaslıq muzeyi 1981

1İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib. Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində 1 İyun -...
01/06/2026

1İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.

Dövlət himninin səslənməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir çıxışlarla davam edib.

Səslənən çıxışlarda uşaqların xoşbəxt və sağlam böyüməsi istiqamətində dövlət qayğısından, onların layiqli bir vətəndaş kimi yetişməsində təhsil, mədəniyyət müəssisələrinin rolundan danışılıb. Qeyd edilib ki, gələcəyimizin təməli bugünün yetişməkdə olan fidanları ilə qoyulur.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi uşaqların müdafiəsinin, hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onlarda vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirmək, eləcə də onların asudə vaxtının səmərəli təşkili olub.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Xaçmaz Rayon Ağsaqqallar Şurasının üzvü, təhsil və mədəniyyət işçiləri, məktəblilər, uşaq bağçasında tərbiyə alan balacalar iştirak ediblər.

Tədbirdə xüsusi rəssamlıq qabiliyyətinə malik, fərdi təhsil alan fiziki məhdudiyyətli və ümumrespublika təqdimat müsabiqəsinin qalibi olan məktəblilər də iştirak ediblər. Onlar muzeyin fəxri diplomu ilə mükafatlandırılıblar.

Tədbir çərçivəsində uşaqların ifasında şeirlər səsləndirilib, rəngarəng rəqslər ifa edilib, mahnılar oxunub, müxtəlif əyləncəli səhnəciklər nümayiş etdirilib.

Tədbir çərçivəsində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin təşkil etdiyi kitab sərgisinə və Xaçmaz Şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə də baxış keçirilib.

Sonda tədbirdə fəal iştirak edən uşaqlara təşəkkür edilib, onların daim xoşbəxt, sağlam və firavan böyümələri arzulanıb. Xatirə şəkilləri çəkdirilib.

🏛️ EKSKURSİYALAR ✨ Xaçmaz Tarix Diyarşünaslıq muzeyininnövbəti qonaqları  Xaçmaz rayon Uzunoba kənd tam orta ümumtəhsil ...
01/06/2026

🏛️ EKSKURSİYALAR

✨ Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin
növbəti qonaqları Xaçmaz rayon Uzunoba kənd tam orta ümumtəhsil məktəbinin 3-cü sinif şagirdləri olub.

✨ Ekskursiya 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etdiyindən məktəblilərə əlamətdar gün haqqında da məlumatlar verilib.

✨ Daha sonra məktəblilər muzeyin bələdçisi Aygün Qələmiyevanın təqdimatında muzeyin ekspozisiyası ilə tanış olublar.

✨ Məktəblilərə rayonun tarixi, qədim yaşayış məskənləri, tarixi abidələri, Azərbaycanın dövlətçilik və hərb tarixi, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, etnoqrafiya, numizmatika, xalçaçılıq və Şəhidlər bölmələri haqqında geniş məlumat verilib.




01/06/2026
28 May Müstəqillik gününə həsr olunmuş tarixi dərs keçirilibMayın 26-da Xaçmaz-Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrə...
01/06/2026

28 May Müstəqillik gününə həsr olunmuş tarixi dərs keçirilib

Mayın 26-da Xaçmaz-Tarix Diyarşünaslıq muzeyinin Döyüş Şöhrəti muzey filialının əməkdaşları tərəfindən Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli liseyin 5 b sinifində 28 May Müstəqillik gününə həsr olunmuş "Azərbaycan Cumhuriyyəti-dövlətçilik tariximiz" adlı
tarixi dərs keçirilib.

Muzeyin kiçik elmi işçisi Gülzar Yusifova "Müstəqilliyə aparan yol" adlı mühazirə
ilə çıxış edib.

Oxunan mühazirədə qeyd olunub ki, 28 May Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də türk dünyasında deyil, bütövlükdə, müsəlman şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Bu tarixin ömrü cəmi 23 ay sürsə də xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Lakin müstəqilliyin əldə edilməsi çətin olsa da onu qoruyub saxlamaq daha çətin, daha məsuliyyətlidir.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

Tarixi dərs şagirdlərlə diskusiya formasında davam edib və 28 May Müstəqillik günü ilə əlaqədar kitab və jurnallardan ibarət sərgiyə baxış keçirilib.


28/05/2026

28 May - Müstəqillik Günüdür

26/05/2026

Qurban bayramınız mübarək!

28 May Müstəqillik gününə həsr olunmuş tarixi dərs keçirilib Xaçmaz şəhəri Mehman Məmmədov adına 4 saylı tam orta məktəb...
25/05/2026

28 May Müstəqillik gününə həsr olunmuş tarixi dərs keçirilib

Xaçmaz şəhəri Mehman Məmmədov adına
4 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri üçün Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş maarifləndirici dərs və sərgi təşkil olunub.

Tarixi dərsdə muzeyin kiçik elmi
işçisi Xumar Əsədova tərəfindən
“Azərbaycan Xalq Cümhuriyyəti – İstiqlal tariximizin şanlı səhifəsi” mövzusunda mühazirə oxunub.

Mühazirədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxaran tarixi şərait, 1918-ci il 28 May istiqlalının xalqımızın həyatında əhəmiyyəti, dövlət quruculuğu sahəsində görülən mühüm işlər və Cümhuriyyətin milli dövlətçilik tariximizdə tutduğu xüsusi yer barədə şagirdlərə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika olmaqla xalqımızın azadlıq və müstəqillik ideallarının təcəssümünə çevrilib.

Cümhuriyyət dövründə yaradılmış parlament, qəbul olunmuş dövlət atributları, milli ordunun formalaşdırılması və maarifçilik istiqamətində həyata keçirilən tədbirlər dövlətçilik tariximizin mühüm mərhələsi kimi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən tarixi materiallar, fotoşəkillər və məlumat xarakterli eksponatlar nümayiş etdirilib.

Tarixi dərs şagirdlərin fəal iştirakı ilə keçirilib.



🏛️ EKSKURSİYALAR ✨ Xaçmaz Tarix Diyarşünaslıq muzeyininnövbəti qonaqları  Xaçmaz rayon Uzunoba kənd tam orta ümumtəhsil ...
25/05/2026

🏛️ EKSKURSİYALAR

✨ Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin
növbəti qonaqları Xaçmaz rayon Uzunoba kənd tam orta ümumtəhsil məktəbinin 3-cü sinif şagirdləri olub.

✨ Muzeyin bələdçisi Aygün Qələmiyevanın təqdimatında məktəblilər muzeyin ekspozisiyası ilə tanış olublar.

✨ Məktəblilərə rayonun tarixi, qədim yaşayış məskənləri, tarixi abidələri, Azərbaycanın dövlətçilik və hərb tarixi, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, etnoqrafiya, numizmatika, xalçaçılıq və Şəhidlər bölmələri haqqında geniş məlumat verilib.




🏛️ EKSKURSİYALAR ✨ Xaçmaz Tarix Diyarşünaslıq muzeyininnövbəti qonaqları  Xaçmaz rayon Gülalan kənd tam orta ümumtəhsil ...
21/05/2026

🏛️ EKSKURSİYALAR

✨ Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin
növbəti qonaqları Xaçmaz rayon Gülalan kənd tam orta ümumtəhsil məktəbinin 6-cı sinif şagirdləri olub.

✨ Muzeyin bələdçisi Aygün Qələmiyevanın təqdimatında məktəblilər muzeyin ekspozisiyası ilə tanış olublar.

✨ Məktəblilərə rayonun tarixi, qədim yaşayış məskənləri, tarixi abidələri, Azərbaycanın dövlətçilik və hərb tarixi, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, etnoqrafiya, numizmatika, xalçaçılıq və Şəhidlər bölmələri haqqında geniş məlumat verilib.




🏛️EKSKURSİYALAR:✨Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialının qonaqları  Xaçmaz şəhər Çingiz Abdullayev ...
21/05/2026

🏛️EKSKURSİYALAR:

✨Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialının qonaqları Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 nömrəli orta məktəbin 3-cü sinif şagirdləri olub.

✨Şagirdlərə Azərbaycanda mövcud olan xalçaçılıq qrupları, ayrı ayrı bölgələrin xalça elementləri, toxunuş texnikaları, xalçaçılığın yaranma və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir. Eyni zamanda şagirdlərə Xaçmaz xalçaçılıq məktəbi, uzun illər fəaliyyət göstərən xalça sexi, peşəkar xalçaçılar haqqında məlumat verilib.

✨Şagirdlər həm də Döyüş Şöhrəti muzeyinin sərgisi ilə də tanış olmuş, Azərbaycanın və rayonumuzun hərb tarixi ilə bağlı məlumatlar almışlar.




Address

Xaçmaz şəhəri Heydər Əliyev Prospekti 1
Xaçmaz
[email protected]

Telephone

233252946

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Tarix Diyarşünaslıq muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share