Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon İcra Hakimiyyəti
Ünvan: Xaçmaz şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 10

Beynəlxalq yarışlarda medal və kubok qazanan xaçmazlı idmançılarla görüş keçirilibXaçmaz Rayon İcra Hakimiyyətinin başçı...
02/06/2026

Beynəlxalq yarışlarda medal və kubok qazanan xaçmazlı idmançılarla görüş keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən gənc idmançılar və onların məşqçiləri ilə görüş keçirib. Tədbirdə son dövrlərdə nüfuzlu yarışlarda qazanılan uğurlar vurğulanıb, idmançılara rayon rəhbərliyi adından “Təşəkkürnamə”lər təqdim edilib. İcra başçısı gənc pəhləvanlara gələcək yarışlarda da yeni qələbələr arzulayıb.

Qeyd edək ki, sərbəst güləşçi Yusuf Vüqar oğlu Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında 38 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Çimərlik güləşi üzrə Elvin Hacıquliyev isə Xorvatiyanın Poreç şəhərində təşkil olunan U-17 Avropa çempionatında 80 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Uşu idman növü ilə məşğul olan Nicat Ramin oğlu Nəcəfov da Yunanıstanın Afina şəhərində keçirilən “Acropolis Open” beynəlxalq turnirində kubokun qalibi adını qazanıb.

İdmançılar və məşqçilər yaradılan şəraitə və göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.Mən nəzakətli məktubuna görə Prezi...
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.

Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.
Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

01/06/2026
“Nağıl” Uşaq İstirahət Parkı istifadəyə verilibXaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 1 İyun – Uşaql...
01/06/2026

“Nağıl” Uşaq İstirahət Parkı istifadəyə verilib

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün nəzərdə tutulmuş “Nağıl” istirahət parkı istifadəyə verilib.

Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli sahibkarlar, şəhid ailələri, qazilər və uşaqlar iştirak ediblər.

Park rayonun ictimai həyatında fəal iştirak edən sahibkar Qasım Muradovun maliyyə dəstəyi ilə inşa edilib. Ərazidə uşaqların sağlam istirahəti, fiziki və intellektual inkişafı üçün müxtəlif attraksionlar, müasir oyun qurğuları, rahat oturacaqlar və yaşıllıq zonaları yaradılıb. Parkın ərsəyə gəlməsində peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin də zəhməti olub, onların əldə etdikləri bilik və bacarıqlardan parkın ayrı-ayrı elementlərinin hazırlanmasında istifadə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər rəsmi qonaqlar parkda yaradılan şəraitlə tanış olub, uşaqları bayram münasibətilə təbrik ediblər. Elnur Rzayev qeyd edib ki, uşaqların qayğısına qalmaq və onlara layiqli gələcək bəxş etmək dövlətimizin prioritet vəzifələrindəndir. Belə sosial layihələr uşaqların inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm zəmin yaradır.

Xaçmaz sakinləri rayonda həyata keçirilən quruculuq və abadlıq işlərinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir mədəni-kütləvi proqramla davam edib. Körpələr evi-uşaq bağçalarının kollektivləri və məktəblilər müxtəlif bədii kompozisiyalarla çıxış ediblər. Sonda şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Qurban bayramı münasibətilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə bir sıra yaşayış məntəqələrində Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev tərəfindən 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, eləcə də ...

Müqəddəs Qurban bayramı ərəfəsində kəsim məntəqələrinə baxış keçirilib və iclas təşkil olunubMüqəddəs Qurban bayramı ərə...
26/05/2026

Müqəddəs Qurban bayramı ərəfəsində kəsim məntəqələrinə baxış keçirilib və iclas təşkil olunub

Müqəddəs Qurban bayramı ərəfəsində Xaçmaz rayonunda kəsim məntəqələrinə kompleks baxış keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov, Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin məsul əməkdaşları iştirak edərək sanitariya və baytarlıq qaydalarına riayət olunması məsələlərini yerində yoxlayıblar.

Daha sonra Rayon İcra Hakimiyyətində İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının və digər məsul şəxslərin iştirakı ilə iclas təşkil olunub.

İclasda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu çıxış edərək qurbanlıq heyvanların yalnız rəsmi qeydiyyata alınmış məntəqələrdə kəsilməsi, sanitar-baytarlıq tələblərinə ciddi əməl edilməsi və ət məhsullarının təhlükəsiz daşınması barədə tapşırıqlar verib.

Vətəndaşlardan bayram ərəfəsində yalnız rəsmi kəsim məntəqələrindən istifadə etmələri, ictimai asayiş və sağlamlıq qaydalarına riayət etmələri xahiş olunur.

Address

Hacı Zeynalabdin Tağıyev Küçəsi Ev 10
Xaçmaz
2700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233253226

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xaçmaz Rayon İcra Hakimiyyəti:

Share