YAP Xızı Rayon Təşkilatı

YAP Xızı Rayon Təşkilatı . YAP Xızı Rayon Təşkilatı

15 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Xızı şəhər ərazi partiya təşkilatında sədr...
15/05/2026

15 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Xızı şəhər ərazi partiya təşkilatında sədr seçkisi ilə bağlı iclas keçirilib.

İclası giriş sözü ilə açan Xızı şəhər ərazi partiya təşkilatının sədr müavini Əmrah Quliyev iştirakçıları salamlayaraq gündəlikdə duran əsas məsələnin ərazi partiya təşkilatına yeni sədrin seçilməsi olduğunu bildirib. O qeyd edib ki, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi və partiya işinin səmərəli təşkili baxımından yeni rəhbərliyin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Müzakirələr zamanı sədr vəzifəsinə Zaur Zeynallının namizədliyi irəli sürülüb. Namizədlik səsverməyə çıxarılıb və səsvermənin nəticələrinə əsasən Zaur Zeynallı Xızı şəhər ərazi partiya təşkilatının sədri seçilib.

İclasın sonunda çıxış edən YAP Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli Zaur Zeynallını bu məsuliyyətli və şərəfli vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Zaur Zeynallı ona göstərilən etimada görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyasının prinsiplərinə daim sadiq qalacağını və partiyanın fəaliyyətinə hər zaman dəstək verəcəyini vurğulayıb.

10/05/2026
8 may 2026-cı il tarixində Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ...
08/05/2026

8 may 2026-cı il tarixində Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı təşkil olunub.
Əvvəlcə rayon ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndərin Xızı şəhərində ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Xızı rayon İcra başçısı Xəzər Aslanov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev, Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəal üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konsert proqramında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs olunub.

07 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı və Xızı Rayon İcra Hakimiyyətinin  birgə təşk...
07/05/2026

07 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP xızı rayon Təşkilatının sədri Ayaz Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışaraq, onun zəngin siyasi irsinin bu gün də ölkənin inkişafında mühüm rol oynadığını bildirib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Ulu Öndərin xalqın rifahı, dövlət müstəqilliyinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərin hər zaman böyük ehtiramla xatırlandığını vurğulayıb.
Daha sonra tədbirdə partiya fəalları Tural Fərəcov və Amiyət Şirinova çıxış ediblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Aprel Döyüşləri şəhidi Novruzov Ravil Elman oğlunun təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı atası Elman Novruzova və Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş gizir Quliyev Akif Bayram oğluna “Azərbaycan Bayrağı” ordeni təqdim olunub. Həmçinin rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs fəxri fərmanlarla təltif edilib.

05 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı,  Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı R...
05/05/2026

05 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı, Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektoru və Xızı rayon UGİŞM-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə Xızı rayon açıq birinciliyi keçirilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmlinin giriş nitqi ilə açıq elan olunmuşdur. Daha sonra Ümummilli Liderin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Xızı RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat sektorunun müdiri Abdulla Hüseynov, Xızı rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Məmmədov, Xızı rayon Uşaq Gənclər İdman -Şahmat Məktəbinin direktoru Xəyal Əliyev və qonaq qismində iştirak edən qazi Kamran Baxşızadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamış, bu cür tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Tədbirin əsas məqsədi gənc nəslin intellektual inkişafının dəstəklənməsi, şahmat idman növünə marağın artırılması və Ümummilli Liderin zəngin dövlətçilik irsinin təbliğidir. Yarışda rayonun müxtəlif məktəblərini təmsil edən yeniyetmələr iştirak etmiş, gərgin və maraqlı mübarizə şəraitində qaliblər müəyyən olunmuşdur.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif edilmişdir.

28 aprel 2026-cı il tarixində YAP Xızı rayon Təşkilatının, Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron – Xızı Regional Mədən...
28/04/2026

28 aprel 2026-cı il tarixində YAP Xızı rayon Təşkilatının, Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron – Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında “İşıqlı yolun davamçısı– Zərifə xanım Əliyeva” adlı tədbir keçirilmişdir. Tədbirdə idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbir zamanı çıxış edənlər bildirdilər ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiya sahəsində zəngin elmi irs yaratmış görkəmli alim və fədakar həkimdir. Qeyd olunub ki, onun elmi fəaliyyəti, insanlara qayğıkeş münasibəti, yetişdirdiyi peşəkar kadrlar və yüksək mənəvi keyfiyyətləri bu gün də örnək kimi dəyərləndirilir. Eyni zamanda, Heydar Aliyevin sədaqətli ömür-gün yoldaşı kimi ölkəmizin ictimai həyatında mühüm rol oynadığı vurğulanıb.
Sonda Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən “Zərifə xanım xatirələrdə” adlı video nümayiş etdirildi.

Aprelin 27-də Xızı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ...
27/04/2026

Aprelin 27-də Xızı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması, ekoloji mühitin qorunması və ətraf mühitin sağlamlaşdırılması məqsədilə müxtəlif növ ağac tingləri əkilib.
Aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev , partiya fəalları, rayon idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aksiya zamanı ağaclara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb. Keçirilən ağacəkmə aksiyası təbiətin qorunması, ekoloji mədəniyyətin təbliği və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatında partiyanın fəal üzvü, uzun illər təhsil sahəsində xidmətləri il...
18/04/2026

Bu gün Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatında partiyanın fəal üzvü, uzun illər təhsil sahəsində xidmətləri ilə seçilən Zeynallı Zaurun 50 illik yubileyi qeyd edilib.

17 aprel tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Altağac ərazi partiya təşkilatında sədr və sədr müa...
17/04/2026

17 aprel tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Altağac ərazi partiya təşkilatında sədr və sədr müavininin seçilməsi ilə bağlı iclas keçirilib.

İclası giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının məsləhətçisi Sərvaz Abbasov iştirakçıları salamlayaraq gündəlikdə duran əsas məsələnin ərazi partiya təşkilatına sədr və sədr müavininin seçilməsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin uğurla icrası üçün yeni rəhbərliyin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı sədr vəzifəsinə Mərdanov Qafurun namizədliyi irəli sürülüb. Namizəd səsverməyə çıxarılıb və səsvermənin nəticələrinə əsasən Mərdanov Qafur ərazi partiya təşkilatının sədri seçilib. Daha sonra sədr müavini vəzifəsinə Əzizov Rəşadın namizədliyi müzakirə olunub və keçirilən səsvermənin nəticəsinə əsasən o, sədr müavini seçilib.

İclasın sonunda çıxış edən YAP Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli seçilmiş sədr və sədr müavinini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin partiyanın veteranlarından olan Əliyeva Balaxanımı 75 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür və möhkəm cansağlığı arzulayıb, qeyd edib ki, onun zəngin təcrübəsi gənc nəsil üçün mühüm əhəmiyyət daşıyır.

Address

Xızı Rayon
Xızı

Telephone

+994702777782

Website

Alerts

Be the first to know and let us send you an email when YAP Xızı Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share