Oğuz rayon MKS-nin Tayıflı kənd kitabxanası

Oğuz rayon MKS-nin Tayıflı kənd kitabxanası Oğuz rayon MKS-nin Tayıflı kənd kitabxanası

06/04/2026

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

12/03/2026

Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək

Bu aydan etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. Xatırladaq ki, layihənin ilk tədbirləri 2025-ci ilin sonundan başlanıb.

Təşəbbüsün əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın daha da canlandırılması və yüksək səviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığının artırılmasıdır. Layihə həmçinin paytaxt ilə bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli incəsənətin regionlarda daha geniş təqdim olunmasına və gənclərin mədəni həyata fəal cəlb edilməsinə xidmət edir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün ölkənin mədəni həyatında geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.

Proqram çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən bədii kollektivlər ölkənin müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Tamaşaçılara simfonik və kamera musiqisi, muğam, xalq çalğı alətləri musiqisi, xor və rəqs sənətinin seçilmiş nümunələri təqdim olunacaq. Bu proqram klassik musiqi irsinin qorunması, milli musiqi ənənələrinin təbliği və müasir ifaçılıq mədəniyyətinin geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qastrol səfərlərinin Bakı, Naxçıvan Muxtar Respublikası, Ağdam, Laçın, Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt, Quba, Xaçmaz, Şəki, Qəbələ, Zaqatala, Balakən, Sabirabad, Şamaxı və digər şəhər və rayonları əhatə etməsi planlaşdırılır.

Layihə regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri və yaradıcı kollektivlərlə əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına və yeni yaradıcılıq platformalarının formalaşmasına da töhfə verəcək. Eyni zamanda proqram tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə imkan yaradacaq, regionların mədəni cəlbediciliyini artıracaq və ölkə daxilində mədəni turizmin inkişafına əlavə stimul verəcək.

Qeyd edək ki, bu təşəbbüs “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

25/02/2026
22/02/2026

21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində silsilə tədbirlər - ədəbi-bədii gecələr, dəyirmi masalar, müsabiqələr keçirilib, kitab sərgiləri təşkil...

31/05/2025

Səhnəmizə parlaq bir ulduz gəlir! 😍

Azərbaycanın xalq artisti, sevilən ifaçı Faiq Ağayev 1 iyun tarixində UIF Fest səhnəsində çıxış edəcək.

Sizi də gözləyirik – bu anları qaçırmayın! 🌟

31/05/2025

UIF Fest səhnəsində gənc nəslin sevimlisi, istedadlı ifaçı Azad Şabanov! 😍

Onun enerjili ifası, səmimi ünsiyyəti və sevgi dolu musiqisi festivalımıza xüsusi ab-hava qatacaq. ✨

31/05/2025

Özünəməxsus ifası, səmimi enerjisi və klassik musiqi duyumu ilə Manana bu dəfə uşaqların sevinci ilə bir araya gəlir! ✨

Festivalın ən emosional anlarından biri onun səhnəyə çıxışı olacaq. 😉

31/05/2025

UIF Fest səhnəsində zərif səsi və möhtəşəm səhnə enerjisi ilə tanınan İlhamə Qasımova! 😍

Uşaq İncəsənət Festivalına yaraşan bu çıxış, musiqi dolu duyğular və yüksək estetik zövqlə müşayiət olunacaq. 💫

08/04/2025
26/02/2025

Address

Tayıflı Kəndi
Vartashen
4800

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Oğuz rayon MKS-nin Tayıflı kənd kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category