Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Government Organization, Ucar rayonu, Boyat kəndi, Udzhary.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir.          Azərbaycan artıq, sadəcə, xammal ixrac edən ölkə statusu...
02/06/2026

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir.

Azərbaycan artıq, sadəcə, xammal ixrac edən ölkə statusundan çıxaraq, planetar miqyasda enerji siyasətinin istiqamətini təyin edən qlobal bir aktora çevrilib. Bu reallıq Bakı Enerji Həftəsində bir daha öz təsdiqini tapdı. Dünyada ekoloji təmiz texnologiyalara keçidin sürətləndiyi bir vaxtda, Bakının bu qlobal dialoqa ev sahibliyi etməsi ölkəmizin beynəlxalq arenadakı siyasi və iqtisadi nüfuzunun birbaşa göstəricisidir.
Əldə olunan nailiyyətlərin kökündə ölkə rəhbərliyinin uzaqgörən və çoxşaxəli inkişaf strategiyası dayanır. Azərbaycan karbohidrogen ehtiyatlarını səmərəli idarə etməklə bərabər, gələcəyə hesablanmış addımlar atır. Məsələn, "Şahdəniz" layihəsinin 30 illik təkamülü və yataqdan kommersiya qazının çıxarılmasının 20 illiyi ölkəmizin qlobal bazarda nə dərəcədə güvənilən bir tərəfdaş olduğunu sübut edir.
Müasir dünyamızda enerji təhlükəsizliyi artıq təkcə resurs bolluğu demək deyil. Bu anlayış həm də alternativ marşrutların mövcudluğunu, ekoloji öhdəlikləri və fasiləsiz təchizatı özündə birləşdirir. Azərbaycan məhz bu prinsiplərlə hərəkət edərək Avropanın enerji şaxələndirilməsinə unikal töhfələr verir və regional əməkdaşlıq mühitini gücləndirir.
Son illərdə alternativ enerji sektoruna yönələn irihəcmli investisiyalar ölkəmizin energetika tarixində yeni səhifə açır. Beynəlxalq tərəfdaşlarla birgə icra edilən külək və günəş elektrik stansiyaları layihələri, habelə azad edilmiş torpaqlarımızda tətbiq olunan "yaşıl enerji zonası" modeli ölkəmizin gələcək iqtisadi vizyonunu əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşən bu proqramlar yalnız yaşıl enerji istehsalını hədəfləmir, həm də ekoloji cəhətdən təmiz, müasir ekosistemin qurulmasına xidmət edir.
Ölkəmizin strategiyasının ən güclü tərəfi isə ənənəvi resurslarla (neft, təbii qaz) alternativ enerji mənbələri arasında mükəmməl bir balansın qurulmasıdır. Mavi yanacaq ixracını artırmaqla bərabər, yaşıl layihələri paralel şəkildə sürətləndirmək Azərbaycanın qlobal iqlim hədəflərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma həm daxili iqtisadi dayanıqlığı qoruyur, həm də beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrasını təmin edir.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində qət etdiyi tarixi yolu yüksək qiymətləndirib. Dövlətimizin başçısı ölkəmizin enerji strategiyasının bu gün özünün ən p*k nöqtəsinə çatdığını vurğulayaraq, atılan addımların dünya miqyaslı əhəmiyyətinə diqqət çəkib.
Müasir dünyada hər bir dövlət üçün enerji resurslarına çıxış və onların təhlükəsizliyi həyatı əhəmiyyət kəsb edir. Qazıntı yanacağı olmadan sənayenin fəaliyyəti, infrastrukturun qorunması və əhalinin normal yaşayış ritmini təmin etmək qeyri-mümkündür. Bununla paralel olaraq, ekoloji fəlakətlərin qarşısını almaq və iqlim böhranını həll etmək üçün bərpa olunan enerjiyə keçid qaçılmazdır. Prezidentin çıxışından da göründüyü kimi, Azərbaycan bu iki istiqamət arasında optimal keçid strategiyası formalaşdırıb.
Ölkəmizin vizyonu, sadəcə, enerji sektoru ilə məhdudlaşmır. Burada nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də xüsusi yer tutur. Yeni dəmir və avtomobil yollarının inşasına, logistik infrastruktura böyük sərmayələr qoyulur. Uğurla işləyən Şərq-Qərb dəhlizinin mühüm seqmenti olacaq Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra ölkəmizin tranzit imkanlarını daha da artıracaq və regiona böyük dividend gətirəcək.
Bununla yanaşı, elektroenergetika sahəsində də regional şəbəkələşmə prosesi sürətlənir. Azərbaycandan Gürcüstana, oradan isə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana qədər uzanacaq "Qara Dəniz Yaşıl Enerji" kabel layihəsi qitələrarası inteqrasiyanı gücləndirir. Bu nəhəng infrastruktur layihəsi həm ölkələr arası münasibətləri dərinləşdirir, həm də Avropanın enerji təhlükəsizliyinə yeni nəfəs verir.
Azərbaycan bu gün artıq qlobal layihələrin investoruna çevrilib. Ölkəmiz sərmayə coğrafiyasını genişləndirməklə yanaşı, beynəlxalq enerji arxitekturasının təhlükəsizliyinə birbaşa zəmanət verir. Bakı Enerji Həftəsi də göstərir ki, Azərbaycan yaxın gələcəkdə də dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq platformalarında yeni təşəbbüslərin müəllifi olaraq qalacaq.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə – Vidadi Cəbiyev

Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermi...
26/05/2026

Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir

Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatı son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət dəstəyi, müasir infrastruktur layihələri və aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində bu sektor həm daxili bazarın təminatında, həm də ixrac imkanlarının genişlənməsində mühüm rol oynamağa başlayıb. Bu baxımdan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir.
Kənd təsərrüfatının inkişafı Azərbaycanda uzun illərdir həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət Başçısı öz çıxışında bu məsələyə toxunaraq hələ 2004-cü ildə ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən birinin regional inkişaf proqramı və onun da tərkib hissəsi kimi kənd təsərrüfatının inkişafı, kənd yerlərində məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi olduğunu qeyd etdi.
Cənab Prezident həmçinin bildirdi ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi. Məhz buna görə də sonrakı illərdə ardıcıl olaraq yeni regional inkişaf proqramları qəbul edildi və həyata keçirildi. Bu proqramlar çərçivəsində elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Nəticədə regionlarda iqtisadi fəallıq artdı, minlərlə yeni iş yeri yaradıldı, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı əhəmiyyətli dərəcədə genişləndi.
Möhtərəm Prezidentin bu fikirləri bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır.
Ölkə Başçısı müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulayaraq Azərbaycan fermerlərə göstərilən dəstəyin həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələrdən biri olduğunu,bu gün aqrar sektorda tətbiq olunan subsidiya siyasəti kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, onların xərclərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət etdiyini qeyd etdi.Cənab Prezident tərəfindən o da vurğulandı ki,hazırda fermerlərə yanacaq və motor yağlarına görə güzəştlər verilir, mineral gübrələrin alınması dövlət tərəfindən subsidiyalaşdırılır, kənd təsərrüfatı texnikasının əldə olunmasına dəstək göstərilir. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaqla yanaşı, onların daha çox məhsul istehsal etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradır.
Bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır. Bununla yanaşı, fermerlər yalnız maliyyə dəstəyi ilə deyil, həm də metodiki və texniki tövsiyələrlə təmin olunurlar. Müasir aqrotexniki qaydaların tətbiqi, məhsuldar toxum və tinglərdən istifadə, suvarma texnologiyalarının düzgün qurulması kimi məsələlər üzrə verilən məsləhətlər kənd təsərrüfatında səmərəliliyin artırılmasına mühüm töhfə verir. Aqrar xidmətlərin genişləndirilməsi fermerlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır.
Müşavirənin Əsas Mesajları və Hədəflər Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayaraq, bir sıra vacib məqamlara toxunub.
Dövlət başçısı aqrar sahədə məhsuldarlığın artırılmasının əsas hədəf olduğunu bildirib. Məsələn, taxılçılıqda hər hektardan götürülən məhsuldarlığın 5 tona çatdırılması qarşıya konkret hədəf kimi qoyulub.
Bu qərarlar, həm fermerlər, həm də aqrar sahibkarlıqla məşğul olan şirkətlər üçün növbəti beş ildə fəaliyyətlərini daha müasir, texnoloji və gəlirli istiqamətdə qurmaq üçün geniş imkanlar açır.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.           Rusiyada baş vermiş 1917-ci il fevral inqilabın...
21/05/2026

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.

Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.
Bu baxımdan 28 may – Müstəqillik Günü müstəqillik tariximizdə müstəsna rola malikdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycanda güclü ordu yaradıldı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.
44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son illər həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə – Vidadi Cəbiyev

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir.          Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessi...
21/05/2026

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda təşkil edilməsi təsadüf deyildi. Bu, ölkənin beynəlxalq arenada qazandığı etimadın, etibarlı tərəfdaş statusunun və idarəetmə potensialının rəsmi tanınmasıdır. Dünya Şəhərsalma Forumu, BMT-nin Yaşayış Məntəqələri Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir keçirilən ən nüfuzlu qlobal şəhərsalma platformasıdır. Onlarca ölkədən dövlət başçıları, nazirlər, şəhər planlaşdırıcıları, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi bu forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal gündəm formalaşdırmaq iqtidarında olan bir dövlət kimi tanındığını sübut edir. Müasir urbanizasiya ilə tarixi-mədəni irsin qorunması bir-birini istisna edən deyil, əksinə, bir-birini tamamlayan proseslərdir. Azərbaycan bu sahədə özünəməxsus bir balans modeli işləyib hazırlamışdır. Bir tərəfdən Bakının tarixi mərkəzi olan İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısında qorunur, digər tərəfdən isə şəhər sürətlə müasirləşir, yeni infrastruktur layihələri həyata keçirilir, ağıllı şəhər texnologiyaları tətbiq edilir. Bu sintez, postsovet məkanında nadir rastlanan bir idarəetmə uğurudur.
Forumda önə çəkilən önəmli məsələlərdən biri də şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərinə həsr edilmiş blok idi. Azərbaycanın postmünaqişə yenidənqurmasında dünya praktikasına inteqrasiya edilə biləcək sistemli bir model qurduğunu bütün detalları ilə izah edildi. Azadlıq Şuşadan başladı, amma tikinti işləri ilə yanaşı, bir ideologiya da bərpa edildi: bu torpaqlar təkcə fiziki mənada deyil, texnoloji, ekoloji və sosial mənada da yenidən qurulur. "Ağıllı şəhər" konsepsiyası çərçivəsində Ağdam, Füzuli, Zəngilan kimi şəhərlərdə yalnız binalar inşa edilmir — rəqəmsal idarəetmə sistemləri, enerji effektivliyi standartları, müasir nəqliyyat şəbəkələri, bərpaolunan enerji infrastrukturu eyni vaxtda layihələndirilir və qurulur. Bu, dünyada az sayda dövlətin belə miqyasda tətbiq etdiyi inteqrativ yenidənqurma yanaşmasıdır. "Ağıllı kənd" konsepsiyası isə kənd icmalarını da bu modernləşmə dalğasına qoşur. Fermerlərə rəqəmsal texnologiyalara çıxış, bərpaolunan enerji ilə işləyən infrastruktur, müasir aqrar texnologiyalar təqdim edilir. Bu model, kənd-şəhər ikiliyi problemini aradan qaldırmağa yönəlmiş mütərəqqi bir siyasi seçimdir.
Prezident İlham Əliyev forumda çıxışı zamanı vurğuladı ki, azad edilmiş ərazilərdə bütün infrastruktur sahələri paralel şəkildə inşa edilir. Yollar, tunellər, körpülər, elektrik şəbəkələri, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri — bunların hamısı ardıcıl yox, eyni vaxtda tikilir. Bu yanaşma, ənənəvi yenidənqurma modellərindən kökündən fərqlənir. Adətən münaqişə sonrası dövrdə əvvəlcə yollar, sonra evlər, daha sonra sosial infrastruktur qurulur. Azərbaycan isə bütün bu sahələri sinxron şəkildə inkişaf etdirir ki, insanlar qayıdarkən tam funksional bir mühitə qovuşsunlar. Xüsusi diqqəti cəlb edən məqam budur: Laçın, Füzuli, Zəngilan hava limanlarının qısa müddətdə istifadəyə verilməsi, Zəngilan-Ağbənd avtomobil yolunun tamamlanması, Ağdam dəmir yolunun bərpası — bütün bu infrastruktur layihələri Azərbaycanın bərpanı nə qədər ciddi surətdə planlaşdırdığını nümayiş etdirir.
Ölkəmizin başçısısının çıxışının bir hissəsi Azərbaycanın Avropa enerji bazarındakı artan roluna həsr edildi. Bu mövzu, müasir geosiyasi şəraitdə xüsusilə aktualdır. Cənub Qaz Dəhlizi — TANAP-TAP boru kəmər sistemi — Xəzər hövzəsindən Avropaya uzanan strateji bir enerji arteriyasıdır. Prezident İlham Əliyev bu dəhliz vasitəsilə qaz ixrac edilən Avropa ölkələrinin sayının durmadan artdığını bildirdi. Bu, Azərbaycanın artıq ayrı-ayrı ölkələrə deyil, bir sistem kimi Avropa enerji bazarına inteqrasiya olunduğunu göstərir.
Çıxışında regional və qlobal geosiyasi proseslərə toxunan Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini açıq şəkildə ifadə etdi. Yaxın Şərqdə baş verən hadisələrin qlobal iqtisadiyyata ağır yük vurduğunu qeyd edən dövlət başçısı, bu fonda diplomatik vasitələrin və çoxtərəfli əməkdaşlığın əvəzsiz əhəmiyyətini vurğuladı. Bu balans siyasəti bir zəiflik yox, bilinərəkdən seçilmiş strateji bir gücdür.
Prezident İlham Əliyevin forumda çıxışı bir neçə fundamental mesajı özündə ehtiva edir. Birincisi, postmünaqişə yenidənqurması yalnız texniki bir infrastruktur məsələsi deyil — o, dövlətin siyasi iradəsinin, iqtisadi imkanlarının və uzaqgörən planlaşdırmasının birlikdə sınağa çəkildiyi mürəkkəb bir prosesdir. Azərbaycan bu sınaqdan uğurla çıxır. İkincisi, enerji sektoru artıq neft ixracatı üzərində qurulmuş köhnə modeldən çox daha geniş, çoxşaxəli, müasir texnologiyalara əsaslanan bir arxitekturaya söykənir. Üçüncüsü, Azərbaycanın beynəlxalq nüfuzu — WUF13 kimi forumların Bakıda keçirilməsi, enerji tərəfdaşlıqlarının genişlənməsi, regional diplomatiyada artan rol — artıq müzakirə mövzusu yox, sabit bir reallıqdır. Nəhayət, Prezident İlham Əliyevin özü vurğuladığı kimi, Azərbaycanın bu təcrübəsi gələcəkdə başqa dövlətlər üçün həqiqi bir nümunə ola bilər. Bu, boş bir iddia deyil — bu, konkret nəticələrlə, ölçülə bilən göstəricilərlə, beynəlxalq ictimaiyyətin tanıdığı uğurlarla əsaslandırılmış bir reallığın etirafıdır.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.          2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İ...
05/05/2026

Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir.

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında Bakıda keçirilmiş görüş və mətbuata verilən bəyanat Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi və siyasi əlaqələrin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycan və İtaliya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və bu münasibətlərin hüquqi bazasını 2014 və 2020-ci illərdə imzalanmış mühüm sənədlər təşkil edir. Bu sənədlərdə əks olunan müddəaların real həyatda uğurla icra olunması iki ölkə arasında əməkdaşlığın dərin və qarşılıqlı etimada əsaslandığını göstərir. İtaliya Baş nazirinin Ermənistan səfərindən dərhal sonra Azərbaycana gəlməsi isə rəmzi və siyasi baxımdan mühüm mesaj kimi qiymətləndirilmiş, bu addım Azərbaycana göstərilən hörmətin və dost münasibətin təzahürü kimi dəyərləndirilmişdir. Siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlərin də yüksək səviyyədə olduğu diqqətə çatdırılmışdır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı kimi çıxış edir və iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollara çatmışdır. Energetika sahəsində əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ön sıralarda yer alır. Xüsusilə, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Bu kontekstdə Trans Adriatik Boru Kəməri layihəsinin genişləndirilməsi məsələsi də müzakirə olunmuş və gələcəkdə qaz ixracının artırılması üçün mühüm addım kimi qiymətləndirilmişdir.
Bəyanatda yeni əməkdaşlıq istiqamətlərindən biri kimi hərbi-texniki sahə də xüsusi vurğulanmışdır. Bu sahədə birgə layihələrin həyata keçirilməsi, istehsalın təşkili və texnologiya mübadiləsi ilə bağlı konkret təşəbbüslərin irəli sürülməsi münasibətlərin daha da şaxələndirilməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın investisiya siyasəti çərçivəsində Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına yatırılan təxminən 3 milyard dollarlıq sərmayə iqtisadi əməkdaşlığın qarşılıqlı xarakter daşıdığını göstərir. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti də geniş miqyas almışdır. Hazırda 130-a yaxın İtaliya şirkəti müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzur – həyata keçirilən layihələrdə İtaliya şirkətlərinin fəal iştirakı diqqətəlayiqdir. Bu layihələr regionun bərpası və inkişafı baxımından mühüm rol oynayır.
Humanitar sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmamışdır. 2025-ci ildə Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına mühüm töhfə verir. Artıq yüzlərlə tələbənin təhsil aldığı bu ali təhsil müəssisəsi gələcəkdə peşəkar kadrların yetişdirilməsinə və iki xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–İtaliya münasibətləri çoxşaxəli və dinamik inkişaf edən strateji tərəfdaşlıq modelinə əsaslanır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya qoyuluşu və humanitar əlaqələr bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Bu səfər və verilən mesajlar isə gələcək əməkdaşlıq üçün yeni imkanların açıldığını və münasibətlərin daha da güclənəcəyini nümayiş etdirir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə – Vidadi Cəbiyev

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.          ...
05/05/2026

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda sülh prosesi, əməkdaşlıq imkanları və Avropa institutları ilə münasibətlərə dair mühüm mesajlar verdi. Bu çıxış həm regional, həm də beynəlxalq siyasi gündəmin aktual məsələlərini əhatə etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident çıxışında qeyd etdi ki, Ermənistan Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünə ev sahibliyi etməsini dəstəkləyib. Bu fakt Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülh mühitinin real göstəricisi kimi qiymətləndirildi. Dövlət başçısı vurğuladı ki, tərəflər artıq doqquz aydır sülh şəraitində yaşamağa başlayıb və bu proses qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. 2028-ci ildə Azərbaycanda keçiriləcək Zirvə görüşü regionda sabitliyin və əməkdaşlığın daha da güclənməsinə töhfə verə bilər. Sülh prosesinin konkret nəticələrindən danışan Prezident bildirdi ki, Azərbaycan Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində mühüm addımlar atıb. Ölkəmiz 1990-cı illərdən tətbiq olunan tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldıraraq Ermənistan ərazisinə 28 min ton yükün daşınmasına imkan yaradıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməyə başlayıb və artıq 12 min ton benzin və dizel tədarük olunub. Bu addımlar regionda iqtisadi inteqrasiyanın başlanğıcı kimi qiymətləndirilir.
Çıxışda sülh prosesinin mühüm elementlərindən biri kimi nəqliyyat və logistika layihələrinə də toxunuldu. Prezident “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun Azərbaycanı Naxçıvanla birləşdirəcəyini və eyni zamanda Orta Dəhlizin bir hissəsi olacağını qeyd etdi. Bu layihə region ölkələri üçün yeni iqtisadi imkanlar açmaqla yanaşı, sülhün praktiki nəticələrini də nümayiş etdirir.
Bununla yanaşı, Prezident bəzi Avropa institutlarının mövqeyini tənqid etdi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən nümayiş etdirilən yanaşmanın konstruktiv olmadığı və ikili standartlara əsaslandığı bildirildi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan 2001-ci ildən Avropa Şurası üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən tətbiq edilən sanksiyalar ədalətsiz yanaşmanın nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərinki ilə eyni dərəcədə qiymətləndirilməlidir və bu məsələdə ayrı-seçkilik yolverilməzdir. Eyni zamanda, Avropa Parlamentinin fəaliyyətinə toxunan Prezident bu qurumun əsas problemlərə fokuslanmaq əvəzinə Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul etdiyini vurğuladı. Bildirildi ki, son beş il ərzində Azərbaycanla bağlı 14 belə qətnamə qəbul edilib və bu, münasibətlərə mənfi təsir göstərir. Buna cavab olaraq Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması istiqamətində qərarlar qəbul edib.
Prezident İlham Əliyev çıxışının sonunda vurğuladı ki, bütün maneələrə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiq qalır. O, Ermənistanın Baş naziri Nikol Paşinyanı Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik edərək, qarşılıqlı dialoqun davam etdirilməsinin vacibliyini qeyd etdi. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş siyasi iradənin göstəricisi kimi dəyərləndirilir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır.           Bu gün Azərbaycan Prezidenti İlham Əl...
30/04/2026

Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan milli güləşçilərlə görüşü ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilə bilər. Dövlət başçısının çıxışı bu qələbənin yalnız idman uğuru deyil, həm də milli qürur mənbəyi olduğunu aydın şəkildə ortaya qoyur.
Tiranada keçirilən Avropa çempionatında əldə olunan komanda birinciliyi Azərbaycan güləşinin Avropa miqyasında lider mövqeyini bir daha təsdiqlədi. Bu nəticə, xüsusilə son dövrlərdə beynəlxalq arenada rəqabətin daha da sərtləşdiyi bir şəraitdə, idmançılarımızın yüksək peşəkarlığının göstəricisidir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yarışların gedişi göstərdi ki, Azərbaycan güləşçiləri rəqiblərini ədalətli və prinsipial mübarizədə məğlub edərək öz üstünlüklərini təsdiqləyiblər. Bu isə həm fiziki hazırlığın, həm də taktiki düşüncənin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Azərbaycan güləşinin zəngin ənənələri bu uğurların əsasını təşkil edir. Bu ənənələrin qorunması və inkişaf etdirilməsi nəticəsində idman sahəsində davamlı nailiyyətlər əldə olunur.
Xüsusilə diqqət çəkən məqamlardan biri isə gənc güləşçilərin də uğurlu çıxışlarıdır. Bu fakt ölkədə seleksiya və məşq prosesinin düzgün qurulduğunu və gələcək üçün güclü idmançı bazasının formalaşdığını göstərir.
Federasiya, məşqçilər və idmançılar arasında koordinasiyalı fəaliyyət bu uğurların əldə olunmasında mühüm rol oynayır. Bu baxımdan Prezident tərəfindən bütün bu tərəflərin təbrik olunması onların əməyinə verilən yüksək qiymətin göstəricisidir.
Milli bayrağın beynəlxalq arenada ucaldılması hər bir vətəndaşda qürur hissi yaradır və bu uğurlar cəmiyyətin bütün təbəqələrində müsbət emosional təsir formalaşdırır. İdman nailiyyətləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və idmanın sosial funksiyasını daha da gücləndirir. Əldə olunan bu qələbə Azərbaycan güləşinin inkişaf strategiyasının uğurla həyata keçirildiyini və milli idman ənənələrinin davamlı şəkildə yaşadıldığını bir daha sübut edir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə – Vidadi Cəbiyev

Bizim indi çox fəal siyasi dialoqumuz var           2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babiş arasında keçi...
29/04/2026

Bizim indi çox fəal siyasi dialoqumuz var

2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babiş arasında keçirilmiş görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Çexiya münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini əhatə edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycan ilə Çexiya arasında siyasi dialoq hazırda çox fəal mərhələdədir. Bu görüş tərəflər arasında ilk rəsmi təmas olsa da, müzakirələrin məhsuldar keçməsi və geniş spektrli məsələlərin əhatə olunması münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Regional, ikitərəfli və qlobal məsələlər ətrafında aparılan fikir mübadiləsi tərəflərin beynəlxalq gündəlikdə də ortaq maraqlara malik olduğunu göstərir.
İqtisadi əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri olmuşdur. Prezident qeyd etmişdir ki, Çexiyadan Azərbaycana iş adamlarının geniş heyətinin səfəri və biznes forumun təşkili yeni tərəfdaşlıqların qurulmasına şərait yaradacaqdır. Hal-hazırda iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dollardan artıqdır. Bununla belə, ticarətin əsas hissəsinin Azərbaycan neftinin ixracı hesabına formalaşması balanslı iqtisadi əlaqələrin qurulmasını zəruri edir. Bu baxımdan tərəflər ticarət strukturunun şaxələndirilməsi və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret layihələri müzakirə etmişlər.
Energetika sahəsi Azərbaycan–Çexiya əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir və ölkəyə ixrac edilən neft Çexiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın Avropa enerji bazarındakı rolu getdikcə artır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Görüş zamanı tərəflər enerji əməkdaşlığına daha geniş prizma ilə yanaşdıqlarını ifadə etmişlər. Bu əməkdaşlıq yalnız enerji resurslarının ixracı ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli və kompleks iqtisadi tərəfdaşlıq modelini əhatə edir. Bu yanaşma iki ölkə arasında münasibətlərin davamlı və dayanıqlı inkişafını təmin etməyə yönəlmişdir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə olunan mühüm istiqamətlərdən biri olmuşdur. Azərbaycan uzun müddətdir ki, Çexiyadan hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsal layihələri üzərində danışıqlar aparılır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və yerli istehsal potensialının artırılmasına xidmət edir. Çexiyanın bu sahədə zəngin təcrübəsi isə birgə layihələrin uğurla həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır. Bundan əlavə, hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və yaxın zamanda növbəti iclasın keçirilməsi məsələsi də gündəmdə olmuşdur. Bu mexanizm iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın koordinasiyası və inkişafı baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Çexiya münasibətləri dinamik inkişaf mərhələsindədir və qarşılıqlı maraqlara əsaslanan geniş əməkdaşlıq perspektivlərinə malikdir. Siyasi dialoqun fəallığı, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və müdafiə sahələrində strateji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Bu səfər iki ölkə arasında dostluq və tərəfdaşlığın daha da möhkəmlənməsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə vermişdir.

Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – Əsgər Hüseynov

Address

Ucar Rayonu, Boyat Kəndi
Udzhary
AZ6115

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994202165348

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ucar RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi:

Share