01/06/2026
📌 𝗨𝗰𝗮𝗿 𝗚ə𝗻𝗰𝗹ə𝗿 𝗲𝘃𝗶𝗻𝗱ə 𝟭 i𝘆𝘂𝗻 – 𝗨𝘀̧𝗮𝗾𝗹𝗮𝗿ı𝗻 𝗕𝗲𝘆𝗻ə𝗹𝘅𝗮𝗹𝗾 𝗠𝘂̈𝗱𝗮𝗳𝗶ə𝘀𝗶 𝗚𝘂̈𝗻𝘂̈ 𝗺𝘂̈𝗻𝗮𝘀𝗶𝗯ə𝘁𝗶𝗹ə 𝘁ə𝗱𝗯𝗶𝗿 𝗸𝗲𝗰̧𝗶𝗿𝗶𝗹𝗶𝗯.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ucar şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Xəlilovanın sinif rəhbəri olduğu 1 “A” sinfinin şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onların istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, eyni zamanda bayram əhval-ruhiyyəsi formalaşdırmaq olub.
Şagirdlər müxtəlif çıxışlar, şeirlər və maraqlı təqdimatlarla tədbirə rəng qataraq xoş anlar yaşadıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
🌸 Uşaqların simasında gələcəyimizin daha parlaq və uğurlu olacağına inanır, bütün balacaları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edirik!
Tədbirin yüksək əhval-ruhiyədə təşkil olunmasından dolayı Zülfiyyə müəlliməyə təşəkkür edirik!
🎉👧🧒✨