Ucar Rayon Mədəniyyət Mərkəzi

Ucar Rayon Mədəniyyət Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ucar Rayon Mədəniyyət Mərkəzi, Government Organization, Ucar.

Ucarın Xələc ,Qəzyan və Təzə Şilyan kəndlərində Novruz sevinci Martın 16 -da Ucar rayonunun Xələc ,Qəzyan və Təzə Şilyan...
16/03/2026

Ucarın Xələc ,Qəzyan və Təzə Şilyan kəndlərində Novruz sevinci

Martın 16 -da Ucar rayonunun Xələc ,Qəzyan və Təzə Şilyan kəndində yerləşən kulub müəssisələri tərəfindən Novruz bayramına həsr olunmuş "Yurdumuza bahar gəlir " adlı bayram tədbirləri təşkil olunub.
Tədbirlər çərçivəsində Novruzun qədim adət-ənənələri nümayiş etdirilib, şeirlər səsləndirilib və bayram ab-havasını əks etdirən çıxışlar təqdim olunub.
Keçirilən tədbirlərdə idarə müəssisə təşkilatların əməkdaşları və kənd sakinləri iştirak edib.
Səmimi və yaddaqalan anlarla dolu olan tədbirlər iştirakçılarda xoş təəssüratlar yaradıb.

Ucarın Qarabörk kəndində Novruz ruhuMartın 14-də Ucar rayon Mədəniyyət Mərkəzinin Qarabörk kənd Folklor evində Novruz ba...
14/03/2026

Ucarın Qarabörk kəndində Novruz ruhu

Martın 14-də Ucar rayon Mədəniyyət Mərkəzinin Qarabörk kənd Folklor evində Novruz bayramına həsr olunmuş "Yurdumuza bahar gəlir" adlı tədbir təşkil olunub.
Tədbir çərçivəsində Novruzun qədim adət-ənənələri nümayiş etdirilib, şeirlər səsləndirilib və bayram ab-havasını əks etdirən çıxışlar təqdim olunub.
Səmimi və yaddaqalan anlarla dolu olan tədbir iştirakçılarda xoş təəssürat yaradıb.

Ucar rayon mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələ...
08/03/2026

Ucar rayon mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunub.

1 mart-"Ümumdünya Mülkü Müdafiə Günü"münasibətilə tədbir keçirildi.Ucar rayon Mədəniyyət Mərkəzində Ucar rayon Mədəniyyə...
27/02/2026

1 mart-"Ümumdünya Mülkü Müdafiə Günü"münasibətilə tədbir keçirildi.

Ucar rayon Mədəniyyət Mərkəzində Ucar rayon Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ucar rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Ümumdünya Mülkü Müdafiə Günü" münasibətilə tədbir keçirildi.
Tədbirdə MİHİ Ucar rayon Komitəsinin sədri Mirqələm Əliyev məruzə ilə çıxış edərək qeyd etdi ki,Beynəlxalq Mülkü Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il
1 mart bütün ölkələrdə "Ümumdünya Mülkü Müdafiə"günü kimi qeyd edilir.
O qeyd etdi ki,Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 1993-cü ildə Azərbaycan Respublikası Beynəlxalq Mülkü Müdafiə Təşkilatının üzvlüyünə qəbul olunmuşdur.Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmana əsasən Respublikamızda"Mülkü Müdafiə Haqqında Qanun"qəbul edilmişdir.
M.Əliyev vurğuladı ki,Mülkü Müdafiə - dinc və müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyət orqanları,hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Tədbirdə çıxış edənlər,Ucar rayon Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadə,Qaradağlı kənd Folklor Evinin bədii rəhbəri Xavər İsayeva,Qarabörk kənd Folklor Evinin bədii rəhbəri Aygün İsayeva oz çıxışlarında Mülkü Müdafiənin əsas məqsədi və vəzifələrindən,dövlət hakimiyyəti və idarəetmə orqanlarının,ictimai təşkilatların,məsul şəxslərin və vətəndaşların vəzifələrindən danışdılar.

MİHİ Ucar rayon Komitəsi tərəfindən Sakin Zülfüqarovun 65 illik yubileyi qeyd edildi.27 fevral 2026-cı il tarixində Mədə...
27/02/2026

MİHİ Ucar rayon Komitəsi tərəfindən Sakin Zülfüqarovun 65 illik yubileyi qeyd edildi.

27 fevral 2026-cı il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ucar rayon Komitəsinin təşkilatçılığı ilə Ucar rayon Mədəniyyət Mərkəzində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəliyinin böyük mühasibi Zülfüqarov Sakin Həsən oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə MİHİ Ucar rayon Komitəsinin sədri Mirqələm Əliyev,Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi vəzifəsini icra edən,Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova,Ucar şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Könül Kərimova,Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova,Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova,Ucar rayon Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadə,Qaradağlı kənd Folklor Evinin bədii rəhbəri Xavər İsayeva,Qazıqumlaq kənd Diyarşünaslıq Evinin bədii rəhbəri Vəfa Manafova,Ucar rayon Mədəniyyət Mərkəzinin metodisti Laçın Məmmədova,Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Aynur Əliyeva çıxış edərək yubilyarı təbrik etdilər və gələcək illərində ona sağlam həyat,sevincli günlər arzuladılar.

Tədbirin sonunda Sakin Zülfüqarov MİHİ Ucar rayon Komitəsi tərəfindən uzun illik səmərəli əmək fəaliyyəti və 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilərək xatirə hədiyyəsi ilə mükafatlandırıldı.

Fevralın 26-da Ucar  rayonu üzrə mədəniyyət müəssisələrinin  birgə təşkilatçılığı ilə rejissor İlqar Safatın “Doğma torp...
27/02/2026

Fevralın 26-da Ucar rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rejissor İlqar Safatın “Doğma torpaq” bədii filminin nümayişi baş tutub.
Filmdə vətənə bağlılıq, torpaq yaddaşı və insan taleləri bədii ekran dili ilə təqdim olunur. Qarabağ mövzusuna fərdi baxış bucağı gətirən ekran əsəri tamaşaçıya həm tarixi həqiqətləri xatırladır, həm də doğma yurda qayıdışın mənəvi dəyərini hiss etdirir.
Film nümayişində Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb, film vasitəsilə tarixi yaddaşımızın yaşadılmasının vacibliyi vurğulanıb.

24 fecvral 2026-cı il tarixində  Ucar rayon Qazyan kənd Mədəniyyət evində ,Xocalının harayı,adlı tədbir keçirildi .
25/02/2026

24 fecvral 2026-cı il tarixində Ucar rayon Qazyan kənd Mədəniyyət evində ,Xocalının harayı,adlı tədbir keçirildi .

25 fevral 2026 -cı il tarixində Ucar rayon Mədəniyyəy Mərkəzində 26 fevral Xocalı soyırıımına həsr olunmuş anım tədbiri ...
25/02/2026

25 fevral 2026 -cı il tarixində Ucar rayon Mədəniyyəy Mərkəzində 26 fevral Xocalı soyırıımına həsr olunmuş anım tədbiri keçirildi .
İlk öncə tədbir iştirakçıları Şəhidlər xiyabanında yerləşən Xocalı soyqırımını özündə əks etdirən abidəni ziyarət etdilər, tədbir boyu çıxış edənlər Xocalı hadisələri haqqında məlumat verdilər və Rayon Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri Xocalıya həsr olunmuş şeirlər söylədilər .

24 fevral 2026-cı il tarixində Ucar rayon Pirkən kənd klubunda Uşaq dramaturgiyasının banisi, yazıçı Abdulla Şaiqin 145-...
25/02/2026

24 fevral 2026-cı il tarixində Ucar rayon Pirkən kənd klubunda Uşaq dramaturgiyasının banisi, yazıçı Abdulla Şaiqin 145-illiyinə həsr edilmiş dəyirmi masa keçirildi .

24 fevral 2026 - cı il tarixində Ucar rayon Xələc kənd  Mədəniyyət evində  Xələc kənd Mədəniyyət evinin  və Xələc kənd K...
25/02/2026

24 fevral 2026 - cı il tarixində Ucar rayon Xələc kənd Mədəniyyət evində Xələc kənd Mədəniyyət evinin və Xələc kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Xocali soyqrımına həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirildi.

21 fevral 2026-cı il tarixində Ucar rayon Xələc kənd tam orta Məktəbində Mədəniyyət evinin işçiləri və Kitabxana  işçilə...
21/02/2026

21 fevral 2026-cı il tarixində Ucar rayon Xələc kənd tam orta Məktəbində Mədəniyyət evinin işçiləri və Kitabxana işçilərinin birgə təşkilatçılığı ilə Beynəlxalq ana - dili günü münasibətilə "Ana dilim - Qürur mənbəyim" adli ədəbi- bədii gecə keçirildi.

15 yanvar 2026-cı il tarixində Ucar rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə   A...
16/01/2026

15 yanvar 2026-cı il tarixində Ucar rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində mühüm yer tutan 20 Yanvar faciəsinə həsr edilmiş” 20 yanvar faciəsinə Heydər Əliyevin siyasi və tarixi qiyməti”adlı tədbir keçirilib.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, faciənin Azərbaycan xalqının müstəqillik yolunda dönməzliyini nümayiş etdirdiyi xüsusi vurğulanmışdır.
Tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi və tarixi qiymətin mahiyyətini iştirakçılara çatdırmaq, bu faciənin milli yaddaşımızdakı yerini bir daha xatırlatmaq olmuşdur.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı hadisələrin Azərbaycan xalqına qarşı ağır cinayət olduğunu vurğulamış, həmin dövrdə xalqın səsini dünyaya çatdıran yeganə siyasi lider kimi Heydər Əliyevin cəsarətli mövqeyini xüsusi qeyd etmişlər. Bildirilmişdir ki, Ümummilli Liderin 21 yanvar 1990-cı ildə Moskva şəhərində Azərbaycan nümayəndəliyində verdiyi bəyanat 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət olmuşdur.
Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verilmiş, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Tədbirin sonunda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Address

Ucar

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar Rayon Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share