Ucar rayon M.Vəliyev adına Küçəkənd kənd tam orta məktəb

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu.2026-cı il iyunun 1-də Bakı Enerji Hə...
02/06/2026

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu.

2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev tədbirin təkcə Azərbaycan üçün deyil, bütövlükdə qlobal enerji gündəliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu gün dünyanın aparıcı enerji platformalarından biri hesab olunan Bakı Enerji Həftəsinin təməlində məhz Xəzər Neft və Qaz Sərgisi dayanır.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ölkənin zəngin enerji resurslarını beynəlxalq əməkdaşlıq üçün açmaq idi. Həmin dövrdə təşkil edilən Xəzər Neft və Qaz Sərgisi qısa zamanda regionun ən nüfuzlu enerji tədbirlərindən birinə çevrildi. Zaman keçdikcə sərginin əhatə dairəsi genişləndi, yeni forumlar, konfranslar və işgüzar görüşlər əlavə olundu və nəticədə bu təşəbbüs “Bakı Enerji Həftəsi” adı altında daha böyük beynəlxalq platformaya çevrildi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın qaz sənayesinin inkişafında dönüş nöqtəsi hesab edilən “Şahdəniz” layihəsi ilə bağlı oldu. Dövlət başçısı xatırlatdı ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilə düz 30 il əvvəl – 1996-cı ilin iyun ayında imzalanıb. Bu müqavilə Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin gələcəkdə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinin əsasını qoydu. Bu gün Azərbaycan qazı müxtəlif istiqamətlər üzrə onlarla bazara çatdırılır və ölkənin enerji diplomatiyasının mühüm alətinə çevrilib. Məhz “Şahdəniz” layihəsi Azərbaycanın qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirərək ölkəyə yeni iqtisadi imkanlar qazandırdı. Sonrakı illərdə reallaşdırılan Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr də həmin strateji qərarın məntiqi davamı oldu. Bakı Enerji Həftəsinin beynəlxalq nüfuzunu göstərən əsas məqamlardan biri dünyanın aparıcı siyasi liderlərinin tədbirə diqqətidir. Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktubu xüsusi qeyd edərək buna görə təşəkkürünü bildirdi. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmerin də tədbirə təbrik məktubları göndərməsinin Bakı Enerji Həftəsinin beynəlxalq statusunu bir daha təsdiqlədiyini vurğuladı.
Bu gün Bakı Enerji Həftəsi yalnız enerji şirkətlərinin görüş yeri deyil. Burada enerji təhlükəsizliyi, yaşıl keçid, investisiya imkanları, regional əməkdaşlıq və yeni texnologiyalar kimi məsələlər müzakirə edilir. Tədbir müxtəlif ölkələrin hökumətlərini, beynəlxalq təşkilatları, maliyyə institutlarını və aparıcı enerji şirkətlərini bir araya gətirərək əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Azərbaycanın enerji siyasətinin uğurlarını nəzərə aldıqda Bakı Enerji Həftəsinin keçdiyi inkişaf yolu ölkənin ümumi inkişaf modelinin də bir hissəsi kimi qiymətləndirilə bilər. Vaxtilə regional sərgi kimi fəaliyyətə başlayan tədbirin qlobal enerji platformasına çevrilməsi Azərbaycanın beynəlxalq enerji bazarında qazandığı mövqenin və etibarlı tərəfdaş imicinin nəticəsidir. Məhz buna görə Bakı Enerji Həftəsi bu gün yalnız Azərbaycanın deyil, Avrasiya məkanının ən mühüm enerji tədbirlərindən biri hesab edilir. Burada qəbul edilən qərarlar və əldə olunan razılaşmalar regionun enerji gələcəyinə təsir göstərən mühüm amillər sırasındadır.

Ucar rayon Mübariz Vəliyev adına Küçəkənd kənd tam orta ümumtəhsil məktəbin fizika müəllimi -Ağamalıyeva Türkan

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assamble...
01/06/2026

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib.

29/05/2026

Məktəbimizin musiqi müəllimi Abdullayev Rusifin ifası

29/05/2026
Təbiət fənn aylığı çərçivəsinə uyğun olaraq məktəbin 5-ci sinif şagirdləri fənn müəllimi Qəhrəmanova Qərənfil müəllimin ...
29/05/2026

Təbiət fənn aylığı çərçivəsinə uyğun olaraq məktəbin 5-ci sinif şagirdləri fənn müəllimi Qəhrəmanova Qərənfil müəllimin təşkilatçılığı ilə İsmayıllı rayonuna ekskursiya təşkil etdilər

28 May Azərbaycanın milli bayramı - Müstəqillik Günüdür.Bu münasibətlö məktəbimizdə tədbir təşkil edildi
26/05/2026

28 May Azərbaycanın milli bayramı - Müstəqillik Günüdür.Bu münasibətlö məktəbimizdə tədbir təşkil edildi

26/05/2026
Məktəbəhazırlıq qrupunun son dərs günü münasibətilə sinif  tədbiri təşkil edildi .Uşaqlara sertifikatlar təqdim edilərək...
25/05/2026

Məktəbəhazırlıq qrupunun son dərs günü münasibətilə sinif tədbiri təşkil edildi .Uşaqlara sertifikatlar təqdim edilərək,növbəti tədris ilində uğurlar arzulandı.Qrup rəhbəri : İbrahimovova Billurə

Address

Ucar Rayon Küçəkənd Kəndi
Ucar
6117

Telephone

+994503677172

Website

Alerts

Be the first to know and let us send you an email when Ucar rayon M.Vəliyev adına Küçəkənd kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ucar rayon M.Vəliyev adına Küçəkənd kənd tam orta məktəb:

Share