26/05/2026
Məktəbimizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli istiqlal tariximizin dərindən öyrənilməsi və Məmməd Əmin Rəsulzadə irsinə sadiqlik hisslərinin aşılanması məqsədilə xüsusi tədbir fəaliyyəti həyata keçirilmişdir. Bu çərçivədə şagirdlərimiz öz fərdi bacarıqlarını və yaradıcılıqlarını ortaya qoyaraq tamamilə öz qüvvələri ilə maraqlı bir video-layihə ərsəyə gətiriblər.
Videoda jurnalist rolunda çıxış edən şagirdimiz əlində mikrofonla yoldaşlarına müraciət edərək onlara müstəqilliyimizin mahiyyəti, "Azərbaycan" sözünün onlar üçün ifadə etdiyi rəmzi məna və vətənimizin işıqlı gələcəyi barədə müxtəlif suallar ünvanlayır. Sorğuda iştirak edən şagirdlərimiz isə öz növbələrində milli ruhda, rəsmi və dolğun cavablar verərək azadlığımızın dəyərini necə yüksək tutduqlarını nümayiş etdirirlər.