Tovuz Rayon Mərkəzi Xəstəxanası

Tovuz Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

25/04/2026

TƏBİB-in fəaliyyətində ana məqsəd vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın gücləndirilməsidir.

Daha ətraflı Real TV-nin hazırladığı videoreportajda.

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilibAprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) pu...
14/04/2026

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Bağırsaq mikrobiotası: sağlamlığın görünməyən qoruyucusuBağırsaq mikrobiotası bakteriyalar, viruslar və göbələklərdən ib...
06/04/2026

Bağırsaq mikrobiotası: sağlamlığın görünməyən qoruyucusu

Bağırsaq mikrobiotası bakteriyalar, viruslar və göbələklərdən ibarət trilyonlarla mikroorqanizmin yaratdığı mürəkkəb ekosistemdir. Bu mikroorqanizmlərin daşıdığı genetik material isə mikrobiom adlanır. Bağırsaqlarda yerləşən bu mikroorqanizmlərin sayı insan bədənindəki hüceyrələrin sayından dəfələrlə çoxdur.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-qastroenteroloqu Yasəmən Məmmədovanın sözlərinə görə, bağırsaq mikroflorasının böyük hissəsini faydalı bakteriyalar təşkil edir və onlar orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir:

“Bağırsaq mikrobiotası qəbul etdiyimiz qidaların həzmində mühüm rol oynayır. B qrupu vitaminləri və K vitamini kimi vacib maddələrin sintezinə kömək edir. Eyni zamanda dəmir, maqnezium, kalsium kimi mineralların sorulmasında iştirak edir və öd turşularının metabolizmini tənzimləyir. Sağlam bağırsaq mikrobiotası immun sisteminin qorunmasında da böyük rol oynayır və orqanizmin müxtəlif infeksiyalara qarşı müdafiəsini gücləndirir. Mikrofloranın balansı pozulduqda isə həm həzm sistemi problemləri, həm də iltihabi, allergik və autoimmun xəstəliklərin yaranma riski artır.

Antibiotiklərin qəbulu, alkoqollu içkilər, yarimfabrikat və konservləşdirilmiş qidalar, stres, yuxusuzluq və s. bağırsaq florasının pozulmasına, yəni disbioza səbəb olur. Bu, ilkin olaraq ishal, köp, şişkinlik, qarında sancı, qəbizlik və s. kimi həzm sistemi problemləri ilə özünü göstərir. Disbioz zamanı bağırsaq keçiriciliyi pozulduğu üçün iltihabi, allergik, autoimmun xəstəliklərin əmələ gəlməsi üçün münbit şərait yaranır”.

Xətai Tibb Mərkəzinin həkim-infeksionisti Aysel Musayeva isə qeyd edir ki, bağırsaq mikrobiotası ilə immun sistemi arasında sıx və qarşılıqlı əlaqə mövcuddur:

“Bağırsaqlarda yerləşən limfoid toxuma immun sisteminin vacib komponentlərindən biridir. Bu toxuma B və T limfositlərin yaranmasını təmin edir və həmin hüceyrələr viruslar, bakteriyalar və digər yad mikroorqanizmlərə qarşı müdafiəni təşkil edir. Buna görə də bağırsaq mikrobiotasının balansı qorunduqda orqanizmin infeksiyalara qarşı müqaviməti də daha güclü olur”.

Aysel Musayeva əlavə edir ki, bağırsaq sağlamlığı insanın psixoemosional vəziyyəti ilə də sıx əlaqəlidir:

“Beyin-bağırsaq əlaqəsi vasitəsilə stres hormonları olan kortizol və adrenalin artdıqda həzm sisteminin fəaliyyəti dəyişə bilər. Bu isə bağırsaq keçiriciliyinin artmasına və mikrobiota balansının pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, xoşbəxtlik hormonu kimi tanınan serotonin və yuxunu tənzimləyən melatonin hormonlarının ifrazı da bağırsaq mikroflorası ilə sıx bağlıdır. Bu səbəbdən bağırsaq sağlamlığının pozulması bəzən əhvali-ruhiyyə dəyişiklikləri, narahatlıq və yuxu problemləri ilə də müşayiət oluna bilər”.

Həkimlər bildirirlər ki, stres də bağırsaq sağlamlığına təsir edən mühüm amillərdəndir. Beyin-bağırsaq əlaqəsi vasitəsilə stres hormonlarının artması mikrobiota balansını pozaraq həzm sistemində müxtəlif problemlərə yol aça bilər. Bundan əlavə, bağırsaq mikroflorası serotonin və melatonin kimi hormonların ifrazı ilə də əlaqəlidir ki, bu da insanın əhvali-ruhiyyəsinə və yuxu rejiminə təsir göstərir.

Mütəxəssislər bağırsaq mikrobiotasının qorunması üçün gündəlik qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. Rasionda liflə zəngin tərəvəz və meyvələrin, tamtaxıllı məhsulların artırılması, probiotiklərlə zəngin qatıq, kefir və fermentasiya olunan qidaların qəbul edilməsi faydalı bakteriyaların çoxalmasına kömək edir.
Eyni zamanda antibiotiklərin yalnız həkim təyinatı ilə qəbulu, kifayət qədər su içilməsi, fiziki aktivliyin artırılması və müntəzəm yuxu rejiminin qorunması bağırsaq sağlamlığının saxlanmasında mühüm rol oynayır.

Həkimlər vurğulayırlar ki, bağırsaq mikrobiotası insan orqanizmində görünməyən, lakin sağlamlıq üçün son dərəcə vacib bir sistemdir və onun balansının qorunması həm həzm sisteminin, həm də immun müdafiənin güclü qalmasına əhəmiyyətli töhfə verir.

Tovuz Rayon Mərkəzi Xəstəxanasında "Elektron reseptə keçid" mövzusunda təlim təşkil olunub.Təlimin keçirilməsində əsas m...
06/04/2026

Tovuz Rayon Mərkəzi Xəstəxanasında "Elektron reseptə keçid" mövzusunda təlim təşkil olunub.
Təlimin keçirilməsində əsas məqsəd elektron düzgün reseptin tərtibatı, düzgün istifadəsi və faydaları haqqında məlumatlandırmaq olub. Elektron reseptdən daha rahat QR kod vasitəsi ilə istifadə etmək haqqında video çarx nümayiş etdirilib və praktiki izah olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Dərin kədər hissi ilə bildiririk ki,  uzun illər səhiyyə sahəsinin inkişafına töhfə verən Yanıxlı ASM-nin bölmə müdiri Q...
06/04/2026

Dərin kədər hissi ilə bildiririk ki, uzun illər səhiyyə sahəsinin inkişafına töhfə verən Yanıxlı ASM-nin bölmə müdiri Qurbanov Mayıl İsax oğlu vəfat edib.
Mayıl doktorun vəfatı hər birimizi dərindən kədərləndirdi. Tovuz Rayon Mərkəzi Xəstəxanasının heyəti adından mərhumun ailəsinə və yaxınlarına səbir diləyir, dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!

03/04/2026

rubrikası bu günə uyğun olaraq autizm spektr pozuntusuna həsr olunub
Məlumat üçün bildirək ki, 2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür.

31/03/2026

Bəzən eyni süfrə arxasında olsaq da, bir-birimizdən uzaq düşürük.
Ailədə sağlam münasibətlərin təməli həm də birgə keçirilən vaxt və ünsiyyətdən başlayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!
31/03/2026

31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edirik!

31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

31/03/2026
Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra təd...
19/03/2026

Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.

https://president.az/az/articles/view/71960

Address

Tovuz
AZ6000

Telephone

+994223153178

Website

Alerts

Be the first to know and let us send you an email when Tovuz Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tovuz Rayon Mərkəzi Xəstəxanası:

Share