2 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi

2 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 2 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Government Organization, Tovuz şəhəri Rövşən Məmmədov küçəsi 1, Tovuz.

27/05/2026
12 may 2026-cı il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi,...
13/05/2026

12 may 2026-cı il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tovuz rayon bölməsi, Tovuz Gənclər Evi, Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun nümayəndələrinin iştirakı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində Şəhərsalma fəaliyyətinin və iqlim dəyişmələrinin təbii lantşafta təsirləri, həmçinin nadir flora növlərinin areallarının mühafizəsi, “ASAN müraciət” proqramının təşviqi mövzularında 60 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi Şəhərsalma və ekoloji problemlərin rəqəmsal həll yollarının təşviqi, “ASAN müraciət” tətbiqinin tanıdılması, vətəndaş müraciətlərinin daha operativ və effektiv şəkildə çatdırılması olub. Mövzuya uyğun Tovuz regional “ASAN xidmət” mərkəzinin könüllülərinin hazırladığı sərgi nümayiş etdirilib.
“ASAN müraciət” tətbiqinin şəhərsalma və ekoloji problemlərin operativ həllindəki rolu geniş şəkildə müzakirə olunub.
İştirakçıların rəy və innovativ təklifləri xüsusi QR kod vasitəsilə toplanılıb.
Vətəndaş məsuliyyətinin artırılması, gənclərin ictimai təşəbbüslərdə fəal iştirakının dəstəklənməsi və şəhərlərimizin gələcəyinin rəqəmsal həllərlə daha müasir və təhlükəsiz şəkildəki qorunması istiqamətində fəaliyyətlərin davam etdirilməsi bildirilib.

07.05.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  əməkdaşları tərəfindən  "Şəhərsalma ...
07/05/2026

07.05.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən "Şəhərsalma və Memarlıq ili”çərçivəsində, Tovuz Rayon Əlibəyli Kənd Həkim Məntəqəsində "Tibbi tullantıların idarə olunması qaydaları haqqında 10 nəfərin iştirakı ilə təlim keçirilib. Təlimdə iştirakçılara sözügedən mövzularla bağlı geniş məlumat verilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

06.05.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  əməkdaşları tərəfindən Şəmkir rayon ...
06/05/2026

06.05.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayon Zəyəm Cırdaxan bələdiyyəsində "Şəhərsalma və Memarlıq ili”çərçivəsində, yaşılıqların mühafizəsi üçotunun aparılması qaydaları, şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər üzrə 13 nəfərin iştirakı ilə içtimai dinləmələr həyata keçirilmişdir. Həmin tarixdə Şəmkir rayon Zəyəm Cırdaxan Həkim Məntəqəsində "Tibbi tullantıların idarə olunması qaydaları haqqında 9 nəfərin iştirakı ilə təlim keçirilib. Tədbirdə iştirakçılara sözügedən mövzularla bağlı geniş məlumat verilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

🌍 Bu gün Yer Günüdür22 aprel dünyada Yer Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına diqqəti ...
22/04/2026

🌍 Bu gün Yer Günüdür

22 aprel dünyada Yer Günü kimi qeyd olunur.

Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına diqqəti artırmaq, ekoloji maarifləndirməni genişləndirmək və gələcək nəsillər üçün daha sağlam, davamlı həyat tərzini təşviq etməkdir.

1970-ci ildən etibarən milyonlarla insan Yer Günü çərçivəsində bir araya gələrək ağacəkmə, təmizlik kampaniyaları və maarifləndirmə tədbirlərində iştirak edir.

2026-cı ilin mövzusu olan “Bizim gücümüz, bizim planetimiz” şüarı hər bir fərdin ətraf mühitin qorunmasında mühüm rol oynadığını vurğulayır. Planetimizin gələcəyi hər birimizin gündəlik həyatında etdiyi seçimlərdən və atdığı addımlardan asılıdır.

Yer bizim evimizdir və onu qorumaq hər birimizin məsuliyyətidir. 🌱

10.04.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  əməkdaşları tərəfindən   Şəmkir rayo...
13/04/2026

10.04.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayon Bayramlı kənd tam orta ümumtəhsil məktəbində "Şəhərsalma və Memarlıq ili çərçivəsində, Uşaqların Ekoloji sahədə ictimai maarifləndirilməsi, tullantıların çeşidlənməsi və idarə olnması qaydaları, bərpa olunan enerji mənbələrinin əhəmiyyəti, təbii sərvətlərdən qənaət ilə isdifadə qaydaları, 7 aprel - Ekoloji biliklər günü və həmçinin 7 aprel Ümumdünya sağlamlığın qorunma günü münasibıtiylə Narkotik vasitələrin insan sağlamlığına mənfi təsirləri" mövzularında maarifləndirici tədbir keçirilmişdir. Ümumilikdə 38 nəfərin iştirakı ilə keçirilən tədbirdə şagirdlərə sözügedən mövzularla bağlı geniş məlumat verilmişdir. Məktəbdə şagirdlərin tullantılardan hazırladıqları layihələr nümayiş edilmiş. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
13.04.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bitki Mühafizə və Fümiqasiya mərkəzinin Tovuz Rayon təşkilatında "Şəhərsalma və Memarlıq ili çərçivəsində,bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə, yaşılıqların mühafizəsi qaydaları mövzularında maarifləndirici tədbir keçirilmişdir. Ümumilikdə 15 nəfərin iştirakı ilə keçirilən tədbirdə iştirakçılarıa sözügedən mövzularla bağlı geniş məlumat verilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

03.04.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  əməkdaşları tərəfindən   Tovuz rayon...
03/04/2026

03.04.2026- ci il tarixdə 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Tovuz rayon Firudin Qasımov adına Xatınlı kənd tam orta məktəbində "Uşaqların Ekoloji sahədə içtimai maarifləndirilməsi, 1 aprel -Beynəlxalq quşlar günü, 7 aprel - Ekoloji biliklər günü və Narkotik vasitələrin insan sağlamlığına mənfi təsirləri" mövzularında maarifləndirici tədbir keçirilmişdir. Ümumilikdə 48 nəfərin iştirakı ilə keçirilən tədbirdə şagirdlərə sözügedən mövzularla bağlı geniş məlumat verilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

01/04/2026

1 aprel - Beynəlxalq Quşlar Günüdür

🐦‍⬛ Quşların mühafizəsinə və onların yaşayış mühitinin qorunmasına diqqət çəkmək məqsədi ilə hər il 1 aprel tarixi Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. Bu gün 1906-cı ildə Quşların Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın imzalanması ilə əlaqədar təsis olunub.

Quşlar sadəcə təbiətin bir hissəsi deyil, ekosistemin tarazlığını qoruyan canlılardır. Beynəlxalq Quşlar Günü insanların quşların ekosistemlərdəki mühüm rolunu daha yaxşı anlamasına, biomüxtəlifliyin qorunmasına və təbiətə daha məsuliyyətli yanaşmasına çağırış edir.

30/03/2026

♻️ 30 mart – Beynəlxalq Sıfır Tullantı Günüdür

2023-cü ildən başlayaraq hər il 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edilir. 14 dekabr 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyası sıfır tullantı təşəbbüslərinin əhəmiyyətini rəsmi olaraq qəbul edib. Türkiyə tərəfindən irəli sürülən təşəbbüsə 105 ölkə qoşulub.

Beynəlxalq Sıfır Tullantı Günü BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunur. Bu gün dünyada tullantıların idarə edilməsinin gücləndirilməsinin, ətraf mühitin tullantılarla çirklənməsinin qarşısının alınmasının və davamlı istehlak və istehsal modellərinin təşviq edilməsinin vacibliyini vurğulayır.

2026-cı ildə Beynəlxalq Sıfır Tullantı Günü “Qida tullantısı” devizi altında keçirilir. Bu mövzu qida tullantılarının qarşısının alınmasını, resursların səmərəli istifadəsini və sıfır tullantı yanaşmalarına uyğun sistem dəyişikliyini təşviq edən praktik iqlim həllərinin əhəmiyyətini önə çıxarır.

19 mart 2026-cı il tarixində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qazax Rayon Heyvan Sağlamlığı və ...
19/03/2026

19 mart 2026-cı il tarixində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə Qazax rayonu ərazisində vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası məqsədilə vaksinasiya tədbiri həyata keçirilmişdir.

Tədbir çərçivəsində vəhşi heyvanların məskunlaşdığı ərazilərə tərkibində quduzluğa qarşı vaksin olan xüsusi yemlər səpilmiş, beləliklə xəstəliyin yayılma riskinin azaldılması istiqamətində müvafiq epizootoloji nəzarət tədbirləri təmin edilmişdir.

Address

Tovuz şəhəri Rövşən Məmmədov Küçəsi 1
Tovuz

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when 2 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share