Kəlbəcər rayon Şahin Çıraqov adına 36 nömrəli tam orta məktəb

Kəlbəcər rayon Şahin Çıraqov adına 36 nömrəli tam orta məktəb Kəlbəcər rayon 36 nömrəli tam orta məktəb-Azərbaycan Respublikasının Tərtər rayonunda ümumi təhsil müəssisəsi

Bu gün Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım ...
26/02/2026

Bu gün Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.Tədbirdən görüntülər:

Bu gün Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində  "Oxu dəqiqələri" layihəsi çərçivəsində III sinifdə Azə...
05/02/2026

Bu gün Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində "Oxu dəqiqələri" layihəsi çərçivəsində III sinifdə Azərbaycan dili dərslərində şagirdlərin yaş və sinif səviyyələrinə uyğun bədii ədəbiyyat nümunələrinin mütaliəsi təşkil edildi.
"Oxu dəqiqələri" kitaba marağın artırılmasına, mütaliə mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Nihad Cəfərli MELISSA FIGHT idman klubunun ...
04/02/2026

Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Nihad Cəfərli MELISSA FIGHT idman klubunun " KIKBOKSINQ" idman növü üzrə Bakı şəhərində keçirilən klublararası açıq turnirində 60 kq çəki dərəcəsində 1-ci yer tutmuşdur. Nihadı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir!  Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məkt...
19/01/2026

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir!
Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadalarının rayon turunda işti...
16/01/2026

Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadalarının rayon turunda iştirak edəcək şagirdlərə imtahana buraxılış vərəqələri təqdim edildi.
Şagirdlərimizə zehin açıqlığı və uğurlar arzulayıqıq.

Ş.Çıraqov  adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində 30.12.2025-ci il tarixdə 31 dekabr Dünya Azərbaycanlılarının ...
30/12/2025

Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində 30.12.2025-ci il tarixdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş tədbirdən görüntülər...

22 Dekabr 2025-ci il. Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində IV sinif şagirdlərinin oxuyub-anlama və ...
23/12/2025

22 Dekabr 2025-ci il. Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində IV sinif şagirdlərinin oxuyub-anlama və riyazi analitik bacarıqlarının qiymətləndirilməsi məqsədilə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə məktəbdaxili monitorinqi təşkil edildi.

26 Noyabr 2025-ci il tarixdə Kəlbəcər rayonu Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində VIII-IX sinif şag...
26/11/2025

26 Noyabr 2025-ci il tarixdə Kəlbəcər rayonu Ş.Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində VIII-IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici söhbət aparıldı. Tədbirdə məktəbin biologiya müəllimi G.Quliyeva reproduktiv sağlamlıq haqqında şagirdlərə geniş məlumat verərək, onlara sanitar-gigiyena qaydalarına əməl etməyi və hər cür zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi.

Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində "Vətən Müharibəsi"ndəki qələbəmizin beşinci ildönüm...
07/11/2025

Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində "Vətən Müharibəsi"ndəki qələbəmizin beşinci ildönümü, " 8 Noyabr Zəfər Günü" münasibətilə tədbir keçirildi.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış edən məktəb direktoru A.Ocaqova torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dərin ehtiramını bildirib,qazilərimizə Allahdan şəfa diləyərək bu Zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Sonda şagirdlərin ifasında Zəfər Gününə həsr edilmiş şeirlər səsləndirildi və milli rəqslər nümayiş etdirildi.

Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində 27-sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirildi...
26/09/2025

Bu gün Şahin Çıraqov adına 36 nömrəli tam orta ümumtəhsil məktəbində 27-sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdən görüntülər:

Tələbə adı qazanmış məzunlarımızı təbrik edirik.Uğurları davamlı olsun!1.Aliyə Ələkbərli - Mingəçevir Dövlət Universitet...
23/08/2025

Tələbə adı qazanmış məzunlarımızı təbrik edirik.Uğurları davamlı olsun!
1.Aliyə Ələkbərli - Mingəçevir Dövlət Universiteti.
2.Cavad Cavadlı - Azərbaycan Turizm və Menecment Universiteti.
3.Zeynəb Yolçulu - Gəncə Dövlət Universiteti.
4.Səma Məmişova - Azərbaycan Universiteti.

23 iyun 2025-ci il tarixdə Ş.Çıraqov adına tam orta məktəb üzrə 2024-2025-ci tədris ilində məzun olan 11-ci sinif şagird...
24/06/2025

23 iyun 2025-ci il tarixdə Ş.Çıraqov adına tam orta məktəb üzrə 2024-2025-ci tədris ilində məzun olan 11-ci sinif şagirdlərinə tam orta təhsil haqqında attestatlar təqdim edildi.
Məzunları təbrik edir və uğurlar arzulayırıq.

Address

Yeni Qəsəbə
Terter

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994516210091

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon Şahin Çıraqov adına 36 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kəlbəcər rayon Şahin Çıraqov adına 36 nömrəli tam orta məktəb:

Share