Tərtər Rayon İcra Hakimiyyəti

Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon İcra Hakimiyyəti

Qaynaq kənd sakinlərinin müraciəti həll olunubAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və töv...
28/11/2025

Qaynaq kənd sakinlərinin müraciəti həll olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon Qaynaq kənd sakinləri müraciət edərək yolun kənarından keçən suvarma arxının təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxı təmizlənərək sakinlərin müraciəti təmin edilib.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtər şəhəri ərazisində yol nişanlarının və nişanlanma xətlərinin bərpası davam etdirilirTərtər Rayon İcra Hakimiyyəti ...
28/11/2025

Tərtər şəhəri ərazisində yol nişanlarının və nişanlanma xətlərinin bərpası davam etdirilir

Tərtər Rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 2025-ci il tarixli məktubunun icrası ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Tərtər şəhərinin insanların sıx olduğu bəzi küçə və prospektlərində, ümumtəhsil müəssələrinin qarşısında movcud olan yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.

Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədi ilə yol-cizgi işarələrinin, silinmiş nişanlanma xətlərinin bərpası həyata keçirilir.

Görülən işlər vətəndaşlar tərəfindən böyük məmuniyyətlə qarşılanıb.

Cəmilli kənd sakininin müraciəti həll olunubAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsi...
28/11/2025

Cəmilli kənd sakininin müraciəti həll olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon Cəmilli kənd sakini Kərimov Teymur Xudayət oğlu müraciət edərək küçələrindən keçən suvarma arxının daşaraq yolu basdığını bildirib və onun təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxı təmizlənib və yola suyun daşmasının qarşısı alınıb.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Tərtər şəhəri ərazisində iməclik və ağacəkmə aksiyası keçirilibPrezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il...
28/11/2025

Tərtər şəhəri ərazisində iməclik və ağacəkmə aksiyası keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində iməclik və ağacəkmə aksiyası keçirilib.
İməclikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində Tərtər şəhəri ərazisində 80 ədəd eldar şamı əkilib, alaq otları biçilərək təmizlənib, ağacların dibləri bellənərək yumşaldılıb, mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan tullantılar toplanaraq götürülüb.
İməcliyin və ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Tərtər rayon icra hakimiyyəti başçısının 2025-ci ilin dekabr ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səy...
28/11/2025

Tərtər rayon icra hakimiyyəti başçısının 2025-ci ilin dekabr ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir

Tərtər rayonunda fövqəladə hallar komissiyasının müşavirəsi keçirilibSon günlər ölkənin müxtəlif bölgələrində baş verən ...
27/11/2025

Tərtər rayonunda fövqəladə hallar komissiyasının müşavirəsi keçirilib

Son günlər ölkənin müxtəlif bölgələrində baş verən fövqəladə hadisələr fonunda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Tərtər rayon Fövqəladə Hallar Komissiyasının müşavirəsi keçirilib.

YAP Tərtər Rayon Təşkilatının inzibati binasında keçirilən müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, FHN-nin Qarabağ Regional Mərkəzinin Ərazi Orqanları ilə İş şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elvin Əlizadə, FHN-nin Qarabağ Regional Mərkəzinin Ərazi Orqanları ilə İş şöbəsinin baş zabiti, daxili xidmət leytenantı Ceyhun Səlimov və rayon Fövqəlada Hallar Komissiyasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mövcud təhlükəsizlik məsələlərinin aktuallığını qeyd edərək, çoxmənzilli yaşayış binalarına və zirzəmilərinin vəziyyətinə baxış keçirilməsi, binaların ətrafındakı əlavə tikililərin təhlükəsizlik baxımından qiymətləndirilməsi, həmçinin qaz xətlərinin texniki durumunun operativ şəkildə yoxlanılması barədə tapşırıqlar verib. Bildirib ki, baş verəcək fövqaladə halların qarşısının alınması üçün potensial risklər vaxtında müəyyənləşdirilərək müvafiq tədbirlər görülməlidir.

İclasda çıxış edən FHN-nin Qarabağ Regional Mərkəzinin Ərazi Orqanları ilə İş şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elvin Əlizadə və fövqəladə hallar komissiyasının üzvləri də təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, fövqəladə hallar zamanı operativ fəaliyyətin təmin olunması və qurumlararası koordinasiyanın artırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, lazımi monitorinqlər mütəmadi şəkildə aparılmalı, aşkar edilən nöqsanlar barədə komissiyaya operativ məlumat verilməli və zəruri profilaktik tədbirlər görülməlidir.

Qış mövsümündə yarana biləcək əlavə risklər də nəzərə alınaraq, fövqəladə halların qarşısının alınması istiqamətində kompleks tədbirlərin davam etdirilməsi qərara alınıb.

Konfransdan sonra Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən bir neçə çoxmənzilli yaşayış binasına baxış keçirilib, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, bu kimi tədbirlər bundan sonrada mütamadi olaraq davam etdiriləcəkdir.

Anım gününün beşinci ildönümü ilə bağlı olaraq Tərtər rayonunun Evoğlu kənd qəbristanlığında Vətən Müharibəsi şəhidi Əhm...
27/11/2025

Anım gününün beşinci ildönümü ilə bağlı olaraq Tərtər rayonunun Evoğlu kənd qəbristanlığında Vətən Müharibəsi şəhidi Əhmədzadə Mürşüd Müdahil oğlunun məzarı ziyarət olunub

Tərtərdə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilibTərtər Rayon İcra Hakimiyyətinin ...
27/11/2025

Tərtərdə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahandar Əlifzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdir vəzifəsini icra edən, tədbirin moderatoru Pərviz Eyvazov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən, tədbirin moderatoru Pərviz Eyvazov açıb, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan Böyük Qələbədən danışıb, müharibə zamanı və sonra nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin qələbədə əsas amillərdən biri olduğunu vurğulayıb.
Sonra söz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri bildirib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni artıq 5 ildir ki, böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik şücaətli Azərbaycan Ordusu, ən nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən icra başçısı Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahangir Əlifzadə çıxış edib. O, bildirib ki, istər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli ictimaiyyətə və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara, dini mərkəzlərə təqdim edildi.

Konfransda Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, şəhid Elnur Abbasovun atası Yaşar Abbasov, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova da çıxış ediblər. Çıxışçılar Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm qələbədən danışıb, qələbədə Qalib Azərbaycan xalqının milli birlik nümunəsi göstərdiklərini, Azərbaycanın multikultural ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.

Sonra mövzu barədə müzakirələr olub.

Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Narkomaniyaya yox deyək!” və “Uşaqların insan alverinin qurbanına ...
26/11/2025

Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Narkomaniyaya yox deyək!” və “Uşaqların insan alverinin qurbanına çevirilməsinin qarşısının alınması” mövzusunda tədbir keçirilib

Ş.Şikarov adına Tərtər şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Tərtər Şəhər Polis sahə rəisi Nail Cəfərli, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər rayon Mərkəzi Xəstəxanasının həkim pediatrı –narkoloq Hicran Rəhimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Tərtər rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar həkim köməkçisi İradə Həmidova, məktəbin direktoru Arzu Babayeva, müəllim kollektivi, valideyn və şagirdlər iştirak ediblər.

Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıblar.

Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən danışıb, uşaqların insan alverinin qurbanına çevirilməsinin qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən bu kimi halların araşdırıldığını, onlara lazımi hüquqi qiymət verildiyini və təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb olunduğunu bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Buruc kənd sakinlərinin müraciəti həll olunubAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövs...
26/11/2025

Buruc kənd sakinlərinin müraciəti həll olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Güləbatlı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı Buruc kənd sakinləri müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə olunan suvarma arxının lildən təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxı lildən və kol-kosdan təmizlənərək sakinlərin istfadəsinə verilib.

Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Rayon rəhbərinin Güləbatlı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıbAzərbaycan Re...
26/11/2025

Rayon rəhbərinin Güləbatlı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Güləbatlı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı kənd sakini Saleh Məmmədov müraciət edərək əkin sahələrinin suvarılmasında istifadə edilən suvarma arxının lildən təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeyd olunan suvarma arxında təmizlənmə işləri aparılıb.

Kənd sakini müraciətinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Address

Tərtər Heydər Əliyev Prospekti
Terter

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222364006

Alerts

Be the first to know and let us send you an email when Tərtər Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tərtər Rayon İcra Hakimiyyəti:

Share