Shusha City - Şuşa Şəhəri

Shusha City - Şuşa Şəhəri Official account of Shusha City State Reserve/Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi səhifəsi QARABAĞIN İNCİSİ ŞUŞA!

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini veribdir. Şuş

anın işğaldan azad edilməsi Azərbaycan siyasi, hərbi və mənəvi qələbəsini tamamladı. Cənab Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət beşiyi və Qarabağın baş tacı olan Şuşanın mədəniyyət paytaxtı elan edilməsi beynəlxalq arenada strateji baxımdan böyük önəmə malikdir.

Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb
30/05/2026

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb

28/05/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşübAzərbaycan Respub...
28/05/2026

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.

Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.

İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.

Müstəqillik günün mübarək, Azərbaycan!28 May - Dövlət Müstəqilliyi günü Azərbaycan xalqının tarixində ən mühüm və qürurv...
28/05/2026

Müstəqillik günün mübarək, Azərbaycan!

28 May - Dövlət Müstəqilliyi günü Azərbaycan xalqının tarixində ən mühüm və qürurverici günlərdən biridir. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlıdır. Məhz həmin gün Azərbaycan xalqı Şərqdə ilk demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quraraq öz müstəqilliyini elan etmişdir.
Bu gün biz 28 May – Müstəqillik Gününü böyük qürur hissi ilə qeyd edirik. Müstəqillik bizim ən böyük sərvətimizdir və onu qorumaq hər birimizin borcudur.
Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun!
̇

Qurban bayramı münasibəti ilə Şuşada qurban payları verildiMilli-mənəvi birliyin, xeyirxah əməllərin carçısı olan Qurban...
27/05/2026

Qurban bayramı münasibəti ilə Şuşada qurban payları verildi
Milli-mənəvi birliyin, xeyirxah əməllərin carçısı olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Şuşa şəhərində də yüksək təntənə ilə qeyd edilib. Qurbanlar kəsilərək, sakinlərimizə əmin-amanlıq, cansağlığı və bol ruzi-bərəkət arzulanıb. Şəhid ailələrinə, qazilərə. müharibə veteranlarına və aztəminatlı ailələrə bayram payları evlərində təqdim olunub.

27/05/2026
Şuşada bayram namazı qılınıbMay ayının 27-28-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə Şuşa şəhərində b...
27/05/2026

Şuşada bayram namazı qılınıb

May ayının 27-28-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə Şuşa şəhərində bayram namazı qılınıb. Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Bayram namazında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub.
Əziz həmvətənlərimiz!
Qurban bayramınız mübarək olsun! ̇

As part of 13th Session of the United Nations ( ) World Urban Forum ( ) in Baku an event titled: "Building Back Better: ...
21/05/2026

As part of 13th Session of the United Nations ( ) World Urban Forum ( ) in Baku an event titled: "Building Back Better: How Urban Reconstruction Created an Innovation Lab for Urban Transformation in " was held

During the “Local & Regional Governments” round table discussion, Aydin Karimov, Special Representative of the President...
19/05/2026

During the “Local & Regional Governments” round table discussion, Aydin Karimov, Special Representative of the President of Azerbaijan in the Shusha district noted that more than 80,000 people currently live and work in the liberated territories. At the same time Aydin Karimov, highlighted the details of the Great Return Programme, comprehensive urban planning initiatives, and the ongoing restoration process.

"Post-conflict Urban Development: Restoring a Destroyed Identity and Rebuilding an Integrated Future" panel session     ...
19/05/2026

"Post-conflict Urban Development: Restoring a Destroyed Identity and Rebuilding an Integrated Future" panel session

Address

Ул. Панахали хана
Susa
AZ5800

Website

Alerts

Be the first to know and let us send you an email when Shusha City - Şuşa Şəhəri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share