Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta məktəb

Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta məktəb "Təhsil millətin gələcəyidir." Heydər Əliyev

Praqa Görüşü  və Azərbaycanın Yeni Diplomatik Qələbəsi !Azərbaycan 1991-ci il oktyabr 18 də dövlət müstəqilliyini bərpa ...
10/10/2022

Praqa Görüşü və Azərbaycanın Yeni Diplomatik Qələbəsi !

Azərbaycan 1991-ci il oktyabr 18 də dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq təskilatlar ilə əməkdaslıq etməyə basladı. Belə təskilatlardan biri də Avropa İttifaqi Təşkilatıdır. Bəs, Avropa İttifaqı ilə münasibətlərimiz hansı çərçivədə inkisaf edir?
Avropa İttifaqı ilə əməkdaslığa basladiğımız ilk gündən münasibətlərimiz iqtisadi və siyasi sferada baş verən dəyisikliklərə qarsılıqlı yardım, həmcinin nəqliyyat-kommunikasiya sisteminin inkişafına dair yeni layihələrə təşəbbüs və dəstək formatında inkişaf edir.
Azərbaycan ilə əmakdaslıq Avropa İttifaqı üçün nəyə görə əhmiyyətlidir?
Məsələnin önəmli tərəfi də budur. Cunki, Azərbaycanın regiondakı istər tranzit, istərsə də nəqliyyat sahəsində əlverişli mövqeyi ölkəmizi bu ittifaq üçün əhmiyyətli edir. Xüsusən də, Azərbaycan Avropa və Asiyanın quru və hava yollarının kəsişməsində yerləşir bu da ölkəmizə diqqətin daha da artmasına səbəb olur.
Bütün bu deyilənlərin məntiqi nəticəsi 06.10.2022 ci ildə baş tutmüş, Praqa görüsü toplantısı cərcivəsində bir daha öz təsdiqini tapdı. Göstərilən tarixdə baş vermiş görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Sarl Misel ve Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüş kecirildi. Görüş Azərbaycan diplomatiyasının yeni uğuru kimi yadda qaldı. Görüş çəcivəsində ölkəmizin maraqlarını təmin edən bir sira məsələlərə toxunuldu və Azərbaycanın siyasi-iqtisadi sahədə dövlət maraqlarını təmin edən bir sıra qərarlar qəbul olundu.
Görüşün baslanğıcında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxıs edərək bildirdi ki, ölkəmiz Avropa İttifaqı ilə bir çox sahələrdə fəal əməkdaşlıq edir. İlk növbədə enerji sahəsində uğurla davam edən məsələlərə toxunuldu. İlham Əliyev bildirdi ki, Azərbaycanın enerji resurslarına Avropada böyük tələbat var və buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyası ilə Bakıda imzalanmıs Anlaşma Memorondurumunu misal göstərmək olar. Görüşdə nəqliyyat sahəsində yeni tərəfdaslıq imkanları da müzakirə olundu. Həmçinin, Avropa ölkələrinin Azəbaycan ticarətində önəmli payından danışıldı və ölkəmizin əsas ticarət tərəfdaşları olduqları vurğulandı. Görüş çərçivəsində qaz ehiyatları məsələsinə toxunuldu, ötən ilə nisbətən ixracatın təxminən 30-40 faiz artdığı qeyd edilərək bildirildi ki, bu il ən azı 2 dəfə artımı nəzərdə tutulur. Həmcinin, bu il Avropaya da qaz ixracatının 2 dəfə artırılması planlasdırılır.
Görüşün ən əhəmiyyətli hissəsi Azərbaycan və Ermənistan münasibətlərinə toxunulması, yeni razılaşmalar əldə olunması oldu. Cənab Prezident İlham Əliyev öz növbəsində cıxıs edərək bildirdi ki, yavaş-yavaş sülhə yaxinlaşırıq. Məqsədimiz tezliklə Ermənistanla münasibətləri qaydaya salmaq və təmas xəttində sabitliyi bərpa etməkdir. Prezident onu da qeyd edib ki, sülh müqaviləsinin beş pirinsipi tezliklə öz həllini tapmalıdır. Həmcinin, Naxcivana könüllü keçid məsələsinə diqqəti cəlb edərək, qeyd etdi ki, Ermənistan hələ də 2020 noyabrın 10-da götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib və Azərbaycan hələ də səbr edərək təmkinlə gözləyir.
Görüşün Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qeyd edilən yekun qərarına əsasən, Azərbaycanın ərazi bütovlüyünü tanıyan bəyanət imzalanıb. Süverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərindəki hakimiyyətini tanımış oldu və sərhədlərin delimitasiyasına razılıq əldə olundu.
Beləliklə, Praqada qeyd edilən tarixdə baş tutan bu növbəti görüşdə Azəbaycanın maraqları təmin olundu və cənab Prezident İlham Əliyevin uğurlu diplomatik addımları ilə növbəti dəfə Azərbaycana göstərilən təzyiqlərin qarşısı uğurla alınd!

Əminə Əliyeva
Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin tarix müəllimi

Şanxay Əməkdaşlıq Təşkilatı və onun Azərbaycan üçün əhəmiyyətiŞanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəl...
21/09/2022

Şanxay Əməkdaşlıq Təşkilatı və onun Azərbaycan üçün əhəmiyyəti
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq səviyyəli reqional təşkilatdır. Təşkilat yaranarkən Rusiya, ÇXR, Hindistan, Qazaxıstan, Qırgızıstan, Pakistan, Tacikistan və Özbəkistan daxil olmaqla 8 üzvdən ibarət idi. Lakin qurumun Səmərqənd Sammitində İraqın tamhüquqlu üzv kimi qəbul edilməsi nəticəsində, hazırda ŞƏT üzvlərinin 9 olmuşdur. ŞƏT-ə müşahidəçi dövlətlər isə Əfqanistan, Belarus və Monqolustandır.
Məlumdur ki, sürətli dəyişiklik əsrindəyik. Sülhün, sabitliyin qorunması üçün daim inkişafda olan iqtisadi münasibətlərin dinamik dəyişikliyi üçün, ictimai-siyasi tarazlığın bərqərar olması üçün beynəlxalq təşkilatların əhəmiyyəti böyükdür. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı da beynəlxalq səhnədə nüfuzunu artırmağa, təhlükəsizlik və həmçinin iqtisadi sahədə öz sözünü deyərək əhəmiyyətli qurum kimi nüfuz qazanmağa davam edir.
Hətta Şanxay Əməkdaşlıq Təşkilatı potensial imkanları və əhəmiyyətinə görə “Böyük yeddilik” ilə müqayisə də edirlər. Təşkilatın bir beynəlxalq qurum kimi əhəmiyyəti onun hər hansı bir bloklara qoşulmama siyasətinə əhəmiyyət verməsi, digər dövlətə və beynəlxalq təşkilata qarşı yönəlməməsidir.
Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatı əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan ŞƏT-lə əməkdaşlığı möhkəmlətmək və iqtisadi-siyasi sferada ortaq maraqları genişləndirməkdə maraqlıdır.
Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı 2016-ci ildən əməkdaşlıq edir. Azərbaycanın Şimal Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşməsi, inkişaf edən nəqliyyat infrastrukturumuz bu Təşkilat üçün də mühüm əhəmiyyətə malikdir.
Səmərqənd şəhərində keçirilən Sammitdə cənab Prezident İlham Əliyevin çıxışında qeyd etmişdir ki, - Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkə üçün faydalı olacaq.
Cənab Prezident, həmçinin Qarabağ munaqişəsinin həllinin reqionumuz üçün nəqliyyat-kommunikasiya sa

Sertifikasiya imtahanında yüksək bal toplayan müəllim həmkarlarımızı təbrik edirik!Məmmədzadə Vüsalə Ədalət qızı-59 balM...
02/09/2022

Sertifikasiya imtahanında yüksək bal toplayan müəllim həmkarlarımızı təbrik edirik!
Məmmədzadə Vüsalə Ədalət qızı-59 bal
Mehrəliyeva Pərvinə Zaib qızı-58 bal
Ramazanova Nübar Akif qızı-58 bal
Ağayeva Aygün Eldar qızı-57 bal
Babayeva Validə Hüseynağa qızı-53 bal
Pəncəliyeva Xatirə Minabəddin qızı- 53 bal

Məktəbliyə fərqlənmə attestatı təqdim olunubTam orta təhsil səviyyəsini əla qiymətlərlə başa vuran məzun Baxşıyeva Nərmi...
16/07/2022

Məktəbliyə fərqlənmə attestatı təqdim olunub
Tam orta təhsil səviyyəsini əla qiymətlərlə başa vuran məzun Baxşıyeva Nərmin Nazim qızına fərqlənmə attestatı təqdim edilib.
Qeyd edək ki, məzunlara fərqlənmə attestatlarının verilməsi zamanı illik, yekun və buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması, buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplanması şərtdir.
Bu münasibətlə məzunu, onun müəllim və valideynlərini təbrik edirik.

Məzunlara attestatlar təqdim edilibİyulun 8-da məktəbin IX və XI sinfini bitirən məzunlara dövlət nümunəli təhsil sənədi...
12/07/2022

Məzunlara attestatlar təqdim edilib
İyulun 8-da məktəbin IX və XI sinfini bitirən məzunlara dövlət nümunəli təhsil sənədi- ümumi orta və tam orta təhsil haqqında adi nümunəli attestatlar təqdim olunub.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusudur.    Azərbaycan tarixinin şanlı səhifələrinə adını qızıl hərflə...
20/06/2022

Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusudur.
Azərbaycan tarixinin şanlı səhifələrinə adını qızıl hərflərlə yazan şəxsiyyətlər çoxdur. Məhz Heydər Əlirza oğlu Əliyev də elə tarixi şəxsiyyətlərdəndir ki, illər keçsə də, hər zaman onun zəngin irsi, misilsiz xidmətləri öyrənilir, araşdırılır, diqqət mərkəzində saxlanılır.
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSRİ-də hakimiyyətdə olduğu dövrdə dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət sahəsində böyük islahatlar həyata keçirmişdi. Buna görə də xalqın sevimli liderinə çevrilmiş, böyük rəğbət qazanmışdı.
XX əsrin son rübü Azərbaycanda vəziyyət gərginləşmişdi. Bir tərəfdən separatçı qüvvələr ölkəni öz içindən parçalamış, vətəndaş müharibəsi yaratmış, digər tərəfdən Dağlıq Qarabağ uğrunda Ermənistan-Azərbaycan müharibəsi baş qaldırmışdı. O zamankı hakimiyyət bu çətinliklər qarşısında aciz qalmış, ölkəni ağır durumdan xilas edə bilməmişdi. 1993-cü ilin may-iyun aylarında baş verən vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi Azərbaycan xalqınının bir olaraq Heydər Əliyevi hakimiyyətə çağırması ilə nəticələndi. Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Onun hakimiyyətə qayıdışını xalq “Qurtuluş günü” olaraq bayram etdi, böyük sevinclə qarşıladı. 24 iyun parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”.
Heydər Əliyev 1993-cü ilin iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə mühüm qərarlar qəbul etmişdi. 1993-cü il iyunun 24-dən başlayaraq Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı. Heydər Əliyev bu dövrdə qanunsuz silahlı dəstələri, separatçı qüvvələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, tez-tez xalqa müraciət edərək xalqın döyüş əzmini qaldırmağa çalışırdı. O, Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə Amnistiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu, Qarabağ müharibəsinə yollandı və vətəni üçün son ana qədər vuruşdu. Parlamentdəki qətiyyətli çıxışları, qiymətli fikirləri, dəlil-sübutları ona qarşı rəğbəti daha da artırmışdı. Gəncədəki qırğınlar dayandırılmış, qondarma Talış-Muğan Respublikası ləğv edilmiş, şimaldakı separatçı qüvvələrlə danışıqlar aparılmış, ölkənin parçalanmasının qarşısı alınmışdı. Bunlarla yanaşı, Şəhid ailələrinə güzəştlər edilmiş, kütləvi yardım tədbirləri həyata keçirilmişdi. Oktyabrın 3-ü keçirilən prezident seçkilərində xalq 98,8 faiz səslə Heydər Əliyevə səs verərək onu prezident seçmişdi. Bu isə sübut edirdi ki, Ali Sovetdə prezident vəzifəsinin ona həvalə olunduğu çətin bir zamanda, Heydər Əliyev 4 ay müddətincə vətənin dar anında layiqli bir övlad kimi vətəndaşlıq borcunu yerinə yetirmiş, xalqın ümidlərini doğrultmuş və sevgisini qazanmışdı.
Heydər Əliyevin istər 1993-1998-ci illər, istərsə də 1998-2003-cü illərdə prezident olduğu dövrlərdə həyata keçirilən geniş islahatlar Azərbaycanı dünyada tanıtmış, beynəlxalq qurumlarda və təşkilatlarda ölkəmiz də yer almış, xalqın güzəranı yaxşılaşmış, müstəqilliyimizin qorunması uğrunda atılan addımlar daha da möhkəmlənmişdi. O, yalnız sözdə deyil, əməllərində də müstəqilliyimizin dönməz, sarsılmaz, əbədi olduğunu sübut etmişdi.
Heydər Əliyev siyasi kursunun davamçısı olan İlham Əliyevin hakimiyyətə gəlişi ilə tariximizdə yeni parlaq səhifə açıldı. Azərbaycanın idman, iqtisadi, mədəni, sosial, siyasi, hərbi sahələrdə nailiyyətləri artdı. 2016-cı il Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci 44 günlük Vətən müharibəsi zamanı Ali baş komandan İlham Əliyevin əmri ilə işğal altında olan torpaqlarımızın azad edilməsi, 30 illik həsrətə son qoyulması, üçrəngli bayrağımızın fəxarətlə dalğalanması hər bir azərbaycanlının qürur mənbəyi oldu. Ümummilli liderin təməlini qoyduğu müstəqil Azərbaycan Respublikası XXl əsr İlham Əliyev siyasəti ilə yüksək zirvələr fəth etdi. Prezidentin atdığı böyük addımlar, həyata keçirtdiyi layihələr, qazandığı uğurlar gələcəkdə daha böyük nailliyyətlərdən xəbər verir. Heydər Əliyevin də dediyi kimi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Vətəni qorumaq üçün gərək nəbzin də vətənin nəbzi ilə birgə vursun”. Həqiqətən də, ürəyimizdə vətən eşqi, arxamızda belə rəşadətli ordu, qarşımızda böyük lider olduqca heç kəs bu ölkəyə, bu xalqa, bu millətə bata bilməz!
Məmmədova Aytən
Suraxanı rayonu, 84 nömrəli
tam orta məktəbin tarix müəllimi

"Son zəng" tədbiri keçirilib İyunun 14-də məktəbdə  "Son zəng" tədbiri keçirilib. Tədbir məktəbin illik Fəaliyyət Planın...
14/06/2022

"Son zəng" tədbiri keçirilib
İyunun 14-də məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbir məktəbin illik Fəaliyyət Planına uyğun olaraq Məzunların doğma məktəblə vidaşması məqsədilə təşkil olunub.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra məzunlar tədbir iştirakçılarının alqışları altında meydana daxil olublar. Bədii kompozisiya, şən mahnılar və çıxışlarla davam edən tədbirdə məktəb rəhbərliyi, müəllimlər və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Məzunlarımız öz çıxışlarında məktəbə, müəllimlərə olan minnətdarlıq hislərini bildiriblər. Çıxış edənlər məzunlara xoş arzularını çatdıraraq gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər diləyiblər.

“İnsan hüquqları və erkən nikahlar!” mövzusunda  tədbir keçirilibİyun  ayının  10-da məktəbin fəaliyyət planına müvafiq ...
12/06/2022

“İnsan hüquqları və erkən nikahlar!” mövzusunda tədbir keçirilib
İyun ayının 10-da məktəbin fəaliyyət planına müvafiq olaraq Azərbaycan dili müəllimi Lalə Həsənova və tarix müəllimi Lalə Məmmədovanın təşkilatçılığı ilə “İnsan hüquqları və erkən nikahlar!” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və şagirdlər arasında maarifləndirilmə işinin aparmaqla qızların təhsildən yayınmalarının qarşısını almaqdır.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətindən, Polis İdarəsindən, ictimaiyyətdən nümayəndələr, 84 nömrəli məktəbin rəhbərliyi, müəllim və şagirdlər, valideynlər iştirak edib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin ifasında erkən nikahların fəsadlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, mövzuya uyğun videoçarxlar nümayiş olunub.
Çıxış edənlər tərəfindən erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğu qeyd edilib. Bildirilib ki, erkən nikahlar qızların təhsil almaq imkanlarını azaldır, eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır. Bu baxımdan təkcə şagirdlərin, valideynlərin deyil, bütövlükdə cəmiyyətin mövzu ətrafında maarifləndirilməsi vacibdir.

Böyük Summativ qiymətləndirmənin keçirilməsi davam edir      Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (y...
12/06/2022

Böyük Summativ qiymətləndirmənin keçirilməsi davam edir
Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydasına və məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə IV-XI siniflərdə 2021/2022-ci tədris ilinin II yarımili üçün Böyük Summativ Qiymətləndirmənin keçirilməsi davam edir.
Məlum olduğu kimi, Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.

Address

Suraxanı Rayonu, Əmircan Qəsəbəsi, Neftçi Küç . 18
Suraxanı

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta məktəb:

Share

Category