Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb 1984-cü ildə istifadəyə verilən orta məktəb görkəmli akademik Yusif Məmmədəliyevin adını daşıyır və Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşir.

Məktəbin direktoru Əliyeva Leyla Əli qızıdır. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2008-ci ildə əsaslı təmir olunmuş, yeni istilik təchizatı, məktəb mebelləri, laborotoriya cihazları ilə təmin edilmişdir. 2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına əsasən məktəbə yüksək internet xətti çəkilmişdir. Məktəb 2009-2010-cu ildə "Elektron

məktəb-Pilot layihəsi"nə qoşulmuşdur. Məktəb iki növbəlidir. Bundan başqa ,məktəbimiz bir çox layihələrə qoşulmuşdur və artıq ikinci ildir ki, yəni, 2013-2014-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sağlam Təhsil- Sağlam Millət" layihəsinə qoşulmuşdur. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Məktəbdə 1275 nəfər şagird təhsil alır. Onlardan 61-i məcburi köçkün, 15-i şəhid ailəsidir. 31 nömrəli məktəbin kollektivinin ümumi sayı 120 nəfərdən ibarətdir. Məktəb layihə üzrə 1776 yerlikdir.

03/06/2026

1 İyun - Uşaqların Müdafiəsi Günü 1d sinfində...


03/06/2026

Uşaqların Müdafiə günü-2d sinfində....


Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gü...
03/06/2026

Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur.
Tədbirlərdə şagirdlər müxtəlif bədii-kompozisiyalar, musiqi nömrələri, rəqs çıxışları və əyləncəli oyunlarla iştirak etmiş, bayram sevincini bölüşmüşlər. Məktəbdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və xoşbəxt gələcəyinin təmin olunmasının vacibliyi vurğulanmışdır.
Bayram tədbirlərinin keçirilməsində əsas məqsəd uşaqlara sevinc bəxş etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.
Bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.


*"Valideyn Məktəbi" layihəsi* çərçivəsində maarifləndirici görüş keçirildi.Məktəbin ibtidai sinif müəllimi və metodisti ...
03/06/2026

*"Valideyn Məktəbi" layihəsi* çərçivəsində maarifləndirici görüş keçirildi.

Məktəbin ibtidai sinif müəllimi və metodisti Günay İbadzadə tərəfindən *"Necə danışaq ki, dinləsinlər, necə dinləyək ki, danışsınlar?"* mövzusunda maarifləndirici görüşün təşkili zamanı valideyn-övlad ünsiyyətinin əhəmiyyəti, tənqid və müqayisənin uşaqlara təsiri, eləcə də müasir dövrün uşaqları ilə sağlam münasibət qurma yolları müzakirə edildi. Təqdim olunan nümunələr, praktiki tövsiyələr və mövzu ilə bağlı sorğu vərəqlərinin valideynlər tərəfindən cavablandırılması böyük maraqla qarşılandı.

Görüşdə iştirak edən məktəbin direktoru Leyla Əliyeva mövzunun aktuallığını vurğulayaraq bildirdi ki, məktəb-valideyn əməkdaşlığının əsas məqsədi uşağın sağlam inkişafına birgə dəstək olmaqdır.

İnanırıq ki, övladlarını dinləyən, anlayan və onlarla sağlam ünsiyyət quran valideynlər onların həm akademik, həm də sosial inkişafına daha güclü dəstək olurlar.
✨*"Münasibət düzələndə, davranış da düzəlir."*


02/06/2026

Bakı Enerji Həftəsi: Azərbaycanın enerji strategiyasının qlobal təsdiqi

2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji siyasətinin və beynəlxalq əməkdaşlıq modelinin geniş mənzərəsini təqdim etdi. Dövlət başçısının çıxışında təkcə enerji sektoru ilə bağlı məsələlər deyil, həm də Azərbaycanın iqtisadi müstəqilliyi, geosiyasi rolu, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf prioritetləri əhatəli şəkildə öz əksini tapdı. Bu baxımdan çıxış enerji forumunda səsləndirilən adi bir nitqdən daha çox Azərbaycanın strateji inkişaf konsepsiyasının təqdimatı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müasir enerji tarixinin əsas mərhələlərinə nəzər salaraq vurğuladı ki, bu gün “Bakı Enerji Həftəsi” adı ilə tanınan tədbirin əsası hələ 1994-cü ildə keçirilən Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Həmin dövrdə iqtisadi böhran, siyasi qeyri-sabitlik və Ermənistanın işğalçılıq siyasəti ilə üzləşən Azərbaycan üçün enerji resursları ölkənin müstəqilliyini qorumaq və inkişafını təmin etmək baxımından həyati əhəmiyyət daşıyırdı. “Əsrin müqaviləsi”, ardınca isə 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə saziş Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi və ölkənin gələcək inkişafının əsasını formalaşdırdı.

Çıxışın diqqət çəkən məqamlarından biri enerji siyasətinin beynəlxalq müstəvidə qiymətləndirilməsi ilə bağlı idi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın enerji sektoruna münasibətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illər neft və qaz istehsalçısı olan ölkələrə qarşı formalaşdırılan əsassız ittihamlar və siyasi təzyiqlər enerji təhlükəsizliyi məsələlərinin obyektiv dəyərləndirilməsinə mane olurdu. Dövlət başçısının fikrincə, neft və qaz təbii sərvətlərdir və ölkələr bu resurslara malik olduqları üçün deyil, onlardan necə istifadə etdiklərinə görə qiymətləndirilməlidirlər. Azərbaycanın təcrübəsi göstərir ki, enerji gəlirləri düzgün idarə olunduqda iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev Azərbaycanın son otuz ildə əldə etdiyi iqtisadi nəticələri məhz bu strateji yanaşmanın uğuru kimi təqdim etdi. Vaxtilə enerji idxal edən, yoxsulluğun 50 faizdən çox olduğu ölkə bu gün investisiya dərəcəli kredit reytinqinə malikdir. Xarici borcun ümumi daxili məhsuldakı payı cəmi 6 faiz səviyyəsindədir və ölkənin strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Bu göstəricilər enerji gəlirlərinin səmərəli idarə olunmasının, uzunmüddətli iqtisadi strategiyanın və maliyyə müstəqilliyinin nəticəsi kimi qiymətləndirilir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan beynəlxalq maliyyə institutlarından asılı olmayan nadir ölkələrdən birinə çevrilib.

Çıxışda enerji siyasəti ilə milli təhlükəsizlik arasında əlaqə də xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın güclü ordu quraraq torpaqlarını işğaldan azad etməsi iqtisadi potensialın və enerji gəlirlərinin yaratdığı imkanlarla sıx bağlıdır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yalnız hərbi uğur deyil, həm də illərlə həyata keçirilən iqtisadi və enerji strategiyasının nəticəsi kimi təqdim edildi. Bu yanaşma göstərir ki, enerji təhlükəsizliyi və milli təhlükəsizlik bir-birini tamamlayan anlayışlardır və müasir dövlət quruculuğunda ayrılmaz əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq enerji bazarındakı rolu da çıxışın əsas istiqamətlərindən biri oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin yaratdığı enerji infrastrukturu bu gün Avrasiyanın ən mühüm enerji dəhlizlərindən birini formalaşdırır. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, qlobal enerji xəritəsində Azərbaycanın rolu hər il daha da güclənir və yeni yataqların işlənməsi bu mövqeyi daha da möhkəmləndirəcək.

Dövlət başçısının çıxışında diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr oldu. Azərbaycan ənənəvi enerji resurslarına malik olmasına baxmayaraq, yaşıl enerji keçidinə böyük önəm verir. Gələn ilin sonuna qədər ölkədə günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı, Qara dəniz Enerji Kabeli layihəsi və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı Azərbaycanın gələcək enerji siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu layihələr ölkənin həm enerji ixracatçısı, həm də yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi mənfəət əldə etmək məqsədi daşımır. Bu siyasət ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə, regional əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və logistika imkanlarının artırılmasına, həmçinin qlobal enerji təhlükəsizliyinə töhfə verməyə xidmət edir. Azərbaycanın son otuz ildə keçdiyi yol sübut edir ki, milli maraqlara söykənən strateji baxış, beynəlxalq tərəfdaşlıq və resursların səmərəli idarə olunması istənilən ölkəni regional güc mərkəzinə çevirə bilər. Bakı Enerji Həftəsi isə bu uğurlu modelin dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini daha da artırır.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

01/06/2026
28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!

Müstəqillik Gününüz mübarək!

26/05/2026
25/05/2026

Kənd təsərrüfatında yeni mərhələ: Dövlət Proqramı iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilir
Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu proqram təkcə aqrar sahənin inkişafını deyil, regionların iqtisadi fəallığının artmasını, yeni investisiya axınının formalaşmasını və qeyri-neft sektorunun daha da güclənməsini təmin edəcək strateji sənəddir.
Son 20 ildə həyata keçirilən regional inkişaf proqramları artıq öz nəticəsini verib. Bu gün Azərbaycanın regionlarında qazlaşdırmanın 96 faizə çatması, yeni yolların, su anbarlarının, elektrik və meliorasiya sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Vaxtilə məhsul istehsalına mane olan əsas problemlər – su çatışmazlığı, logistika çətinlikləri və enerji təminatı artıq böyük ölçüdə həll olunub. Bu infrastruktur olmadan kənd təsərrüfatında bugünkü göstəricilərə nail olmaq mümkün olmazdı.
Prezidentin müşavirədə xüsusi vurğuladığı məsələlərdən biri ərzaq təhlükəsizliyi idi. Dünyada davam edən müharibələr, logistika zəncirlərinin qırılması və iqlim dəyişiklikləri göstərir ki, hər bir ölkə daxili istehsal imkanlarını artırmalıdır. Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsinin 55 faiz olması ciddi siqnaldır. Dövlət Proqramının əsas məqsədlərindən biri məhz idxaldan asılılığı azaltmaq, yerli istehsalı genişləndirmək və strateji məhsullar üzrə daxili tələbatı təmin etməkdir.
Bu baxımdan aqroparkların yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illərdə aqropark modeli kənd təsərrüfatında müasir idarəetmə, innovativ texnologiyalar və məhsuldarlığın artması baxımından mühüm rol oynayıb. Lakin yeni mərhələdə aqroparkların yalnız xammal istehsalçısı kimi deyil, həm də emal və ixracyönümlü sənaye mərkəzləri kimi fəaliyyət göstərməsi vacibdir. Prezidentin pambıqçılıqla bağlı səsləndirdiyi fikir – mahlıc deyil, hazır məhsul ixrac etmək – məhz əlavə dəyər yaradan iqtisadi modelə keçidin göstəricisidir.
Müşavirədə diqqət çəkən mühüm istiqamətlərdən biri də gübrə istehsalı ilə bağlı idi. Azərbaycanda fəaliyyət göstərən artıq ölkənin azot gübrəsinə olan tələbatının böyük hissəsini ödəməklə yanaşı, ixrac potensialı da formalaşdırıb. Lakin Prezidentin də qeyd etdiyi kimi, aqrar sektor üçün yalnız karbamid kifayət deyil. Fosforlu və qarışıq gübrələrin istehsalı istiqamətində yeni investisiyalar vacibdir. Bu sahədə yeni zavodların yaradılması həm idxaldan asılılığı azaldacaq, həm də kənd təsərrüfatı məhsuldarlığını artıracaq. Xüsusilə Sumqayıt Kimya Sənaye Parkının bu istiqamətdə yeni layihələr üçün böyük potensiala malik olduğu görünür.
Dövlət Proqramında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinə xüsusi önəm verilməsi də mühüm iqtisadi yanaşmadır. Torpaq sahələrinin “elektron pasportlaşdırılması”, peyk nəzarəti və məhsuldarlığın rəqəmsal analiz sistemi fermerlərə daha düzgün qərar verməyə imkan yaradacaq. Bu, həm subsidiya siyasətinin daha çevik qurulmasına, həm də torpaqdan səmərəli istifadəyə səbəb olacaq. Əslində aqrar sahənin gələcəyi artıq yalnız ənənəvi əkinçiliklə deyil, texnologiya əsaslı idarəetmə ilə müəyyən olunur.
Prezident İlham Əliyevin “şəhərlərdən kəndlərə qayıdış” tezisi də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Əgər kənddə yüksək gəlir, müasir infrastruktur, keyfiyyətli təhsil və səhiyyə xidmətləri təmin edilərsə, urbanizasiya təzyiqi azalacaq. Bu isə həm regionların balanslı inkişafına, həm də böyük şəhərlərdə sosial yükün azalmasına səbəb olacaq. Kənd təsərrüfatının inkişafı təkcə aqrar məsələ deyil, həm də sosial sabitlik, məşğulluq və demoqrafik balans məsələsidir.
2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı üçün dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya nəzərdə tutulur. Bu, Azərbaycanın aqrar sektor tarixində ən böyük investisiya proqramlarından biridir. Əgər proqram çevik idarəetmə, düzgün subsidiya siyasəti və güclü özəl sektor əməkdaşlığı ilə icra olunarsa, yaxın illərdə Azərbaycan yalnız özünü təmin edən ölkəyə deyil, həm də regionun əsas aqrar və ərzaq ixracatçılarından birinə çevrilə bilər.
Hümbət Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında ictimai şuranın sədri

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbin 7ç sinif  şagirdi İsrafilli Məhəmməd “Le...
25/05/2026

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbin 7ç sinif şagirdi İsrafilli Məhəmməd “Legioner” idman klubunun təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 103 illik xatirəsinə həsr olunmuş klublararası turnirdə uğurla iştirak edərək 34 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Şagirdimizi əldə etdiyi nailiyyət münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

Address

Koroğlu Küçəsi
Sumqayıt

Telephone

+994186563524

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb:

Share