Sumqayıt Gənclər Evi

Sumqayıt Gənclər Evi Sumqayıt Gənclər Evi

📚 03.06.2026 tarixində Sumqayıt Gənclər Evi və Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasının birgə təşkilatçı...
04/06/2026

📚 03.06.2026 tarixində Sumqayıt Gənclər Evi və Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə iştirakçılara şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi, onun həyat sevgisi, vətənpərvərlik və humanizm ruhunda qələmə aldığı əsərlərindən nümunələr səsləndirildi.

Qısa, lakin mənalı ömrü ilə Azərbaycan poeziyasında silinməz iz qoyan Mikayıl Müşfiqin əziz xatirəsi dərin ehtiramla yad edildi.

02/06/2026

✅1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən "Uşaqlıqdan Gələcəyə" aksiyasından görüntülər. Aksiya çərçivəsində Sumqayıt Gənclər evinin könüllüləri uşaqlara şar payladı və əyləndilər.☺️



✅01.06.2026 tarixində Sumqayıt Gənclər Evinin və Zeynup English Center-in birgə təşkilatçılığı ilə “1 İyun - Uşaqların B...
02/06/2026

✅01.06.2026 tarixində Sumqayıt Gənclər Evinin və Zeynup English Center-in birgə təşkilatçılığı ilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş tədbir keçirildi.

Tədbirdə uşaqlar rəqs etdilər, əyləndilər. Daha sonra könüllülərlə birgə kiçik masterklass təşkil olundu. Ən sonda uşaqlara hədiyyələr təqdim olundu.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Şəhid Vilayət AllahverdiyevVilayət Allahverdiyev 19 avqust 2000-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində anadan o...
01/06/2026

Şəhid Vilayət Allahverdiyev

Vilayət Allahverdiyev 19 avqust 2000-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində anadan olmuşdur.

Vilayət Allahverdiyev 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində "N" saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Vilayət Allahverdiyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Vilayət Allahverdiyev 28 oktyabr 2020-ci ildə Laçın döyüşləri zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəfləE yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

✅ Əziz Gənclər, Sumqayıt Gənclər evinin həftəlik fəaliyyət cədvəlini sizə təqdim edirik.☺️Siz də bizə qoşulun.
01/06/2026

✅ Əziz Gənclər, Sumqayıt Gənclər evinin həftəlik fəaliyyət cədvəlini sizə təqdim edirik.☺️

Siz də bizə qoşulun.

29/05/2026

Tariximizi qürurla xatırlayır, gələcəyimizi ümidlə qururuq. 28 May - xalqımızın azadlıq və müstəqillik uğrunda yazdığı şərəfli tarixin başlanğıcıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu istiqlal ruhu bu gün də gənclərin düşüncəsində,
arzularında və uğurlarında yaşayır. Güclü keçmişimizdən ilham alaraq daha parlaq gələcəyə birlikdə addımlayırıq.🇦🇿💫

28 May Respublika Günümüz mübarək!

Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi...
29/05/2026

Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, “Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının dövlət qurumlarında təmin edilməsi” mövzusunda təlim proqramı keçirilib.

Təlimdə Gənclər və İdman Nazirliyinin, Gənclər Evi sosial xidmət müəssisələrinin və Regional Gənclər və İdman idarələrinin əlilliyi olan gənclərlə çalışan əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar ümumilikdə 9 saat davam edən müxtəlif mövzularda təlimlərə, əlilliyi olan şəxslərin dövlət qurumlarında xidmətlərə əlçatanlığının effektiv təmin olunmasına dair situasiya analizlərinə və interaktiv qrup işlərinə cəlb ediliblər.

Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Nərmin Fətəliyeva və “Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov təlimçi qismində çıxış edərək mövzu üzrə fəaliyyət strategiyalarını iştirakçılarla bölüşüblər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, ...
26/05/2026

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nın I mərhələsi keçirilib.

Təlim proqramında Gənclər Evləri sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Proqram çərçivəsində Türkiyə Yeşilay Cəmiyyətinin mütəxəssisləri tərəfindən “A” və “B” qruplarına bölünən iştirakçılar üçün ümumilikdə 19 saatlıq təlim təşkil olunub. Təlimlərdə “Sağlam həyat və önləyici tədbirlərə yanaşmalar”, “TBM (Türkiyə Asılılıqlarla Mübarizə) təhsil tətbiqi nümunəsi” “Asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri”, “Tütün asılılığı”, “Texnologiya asılılığı”, “Maddə asılılığı”, “Qumar asılılığı”, “Təqdimat texnikaları və interaktiv təlim metodları” mövzuları əhatə edilib.

Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstəriblər.

Mayın 25-də Bakı Gənclər Mərkəzində təşkil olunan bağlanış mərasimində iştirakçılara Gənclər və İdman Nazirliyi və Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən sertifikatlar təqdim edilib.

Təlimdə Sumqayıt Gənclər evinin psixoloqu Gülnar Yusifova da iştirak edib.

✅21.05.2026 tarixində Sumqayıt Gənclər evinin təşəbbüsü ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində iməclik keçirildi....
22/05/2026

✅21.05.2026 tarixində Sumqayıt Gənclər evinin təşəbbüsü ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində iməclik keçirildi. İməclik Sumqayıt Gənclər evi-nin bina ətrafında təşkil olundu.
Tədbir zamanı ərazinin təmizliyi və abadlaşdırılması istiqamətində işlər aparıldı. İməclik gənclərin ictimai fəallığının artırılması, ekoloji məsuliyyətin təşviqi və şəhərsalma mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli oldu.

Address

Azərbaycan
Sumqayıt
SƏMƏDVURĞUN,39

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 10:00 - 17:00

Telephone

+994186520611

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt Gənclər Evi:

Share