Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb

Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəb

17/06/2026

🎓 III qrup üzrə rekord nəticə – 690 bal!

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunları arasında III ixtisas qrupu üzrə ən yüksək nəticə qeydə alınıb.
Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı hər iki mərhələnin cəminə əsasən 690 bal toplayaraq fərqlənib.
📌 O, imtahanın:
🔹 I mərhələsində – 293.8 bal,
🔹 II mərhələsində isə – 396.2 bal nəticə göstərmişdir.

👏 Fidan Hüseynzadəni təbrik edir, uğurlar arzulayırıq!

16/06/2026

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni geosiyasi mərhələsi
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanan bu sənəd təkcə Azərbaycan-Türkiyə əlaqələrinin hüquqi-siyasi əsaslarını möhkəmləndirmədi, həm də regionun gələcək geosiyasi mənzərəsini müəyyən edən mühüm strateji sənədə çevrildi. Məhz buna görə Şuşa Bəyannaməsi XXI əsrdə türk dünyasının siyasi birliyinin ən mühüm hadisələrindən biri hesab olunur.

Bəyannamənin əsas ideoloji dayağını Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan bu sənəd əcdadların siyasi və mənəvi vəsiyyətinə sadiqliyin nümayişidir. Bu baxımdan Bəyannamə sadəcə dövlətlərarası sənəd deyil, eyni zamanda ortaq tarixə, dilə, mədəniyyətə və milli kimliyə əsaslanan strateji birlik konsepsiyasının təsdiqidir.

Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir. Sənəddə siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, elm, təhsil, mədəniyyət və informasiya siyasəti kimi sahələr üzrə konkret hədəflər müəyyənləşdirilib. Bu isə Azərbaycan və Türkiyə münasibətlərini klassik tərəfdaşlıq səviyyəsindən çıxararaq tamhüquqlu müttəfiqlik mərhələsinə yüksəldib.

Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyət göstərilməsi prinsipi əks olunub. Bu müddəa regionda sülh və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda müdafiə sənayesi, hərbi təlimlər, müasir silah sistemlərinin tətbiqi və silahlı qüvvələrin modernləşdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan-Türkiyə hərbi ittifaqının daha da möhkəmlənməsinə xidmət edir.

Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın yeni mərhələsini də formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizi layihəsinin sənəddə öz əksini tapması regionun nəqliyyat və logistika xəritəsində yeni imkanlar yaradıb. Bu layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirərək Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər nəqliyyat təşəbbüsləri gələcəkdə regionun iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesi də Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biridir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrində fəal iştirak edir. Yol, enerji, kənd təsərrüfatı, yaşayış məntəqələrinin tikintisi və turizm infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq həm regionun sosial-iqtisadi inkişafına, həm də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının praktiki nəticələrinin görünməsinə şərait yaradır.

Sənəddə informasiya siyasəti və diaspor fəaliyyətinə xüsusi yer ayrılması da diqqət çəkir. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq mediada ortaq mövqenin formalaşdırılması, informasiya mübadiləsinin gücləndirilməsi və diplomatik səylərin əlaqələndirilməsi müasir dövrün mühüm çağırışlarına cavab verir. Xüsusilə qlobal informasiya müharibələrinin getdikcə intensivləşdiyi bir dövrdə bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayır.

Bu gün Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi bazası deyil, həm də regionun gələcək inkişaf konsepsiyasını müəyyən edən strateji yol xəritəsidir. Bəyannamədən irəli gələn öhdəliklərin ardıcıl icrası Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, türk dünyasının inteqrasiyasının dərinləşməsinə və hər iki dövlətin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Şuşada imzalanan bu tarixi sənəd bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər zamanın sınağından çıxmış, ortaq milli maraqlara söykənən və gələcəyə hesablanmış sarsılmaz müttəfiqlik modelidir.

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri

14/06/2026

Uğurlar olsun

13/06/2026
Bu gün məktəbimizdə möhtəşəm ,,Son zəng,, tədbiri keçirildi .
13/06/2026

Bu gün məktəbimizdə möhtəşəm ,,Son zəng,, tədbiri keçirildi .

12/06/2026

Bu gün ömrünü xalqın gələcəyinə, işıqlı sabahlarına həsr edən, qəlbləri sevgi ilə döyünən fədakar, səmimi, mehriban müəllimlərimizi ,Rəhilə müəllimi və İradə müəllimlərimizi təqaüdə yola salmaq üçün toplaşdıq. Həm şagirdlər, həm də müəllimlər olaraq çox qürurlu, eyni zamanda da çox duyğusal, təsirli bir gün yaşadıq. 65 illik ömür payının böyük bir qismini məktəb divarları arasında keçirən, minlərlə uşağın qəlbinə insanlıq, vətənpərvərlik və sevgi toxumları səpən hər iki müəllimimizi həm qürur həm də fəxr hissi ilə yola saldıq.Əziz və dəyərli Rəhilə müəllim, İradə müəllim ,biz sizin doğma addım səsləriniz, siniflərimiz isə o nurlu simalarınız üçün çox darıxacaq.
Yolunuz açıq olsun. Hər zaman yolunuzu gözləyəcəyik!

Bu gün ömrünü xalqın gələcəyinə, işıqlı sabahlarına həsr edən, qəlbləri sevgi ilə döyünən  fədakar, səmimi, mehriban müə...
12/06/2026

Bu gün ömrünü xalqın gələcəyinə, işıqlı sabahlarına həsr edən, qəlbləri sevgi ilə döyünən fədakar, səmimi, mehriban müəllimlərimizi ,Rəhilə müəllimi və İradə müəllimimizi təqaüdə yola salmaq üçün toplaşdıq. Həm şagirdlər, həm də müəllimlər olaraq çox qürurlu, eyni zamanda da çox duyğusal, təsirli bir gün yaşadıq. 65 illik ömür payının böyük bir qismini məktəb divarları arasında keçirən, minlərlə uşağın qəlbinə insanlıq, vətənpərvərlik və sevgi toxumları səpən hər iki müəllimimizi həm qürur həm də fəxr hissi ilə yola saldıq.Əziz və dəyərli Rəhilə müəllim, İradə müəllim ,biz sizin doğma addım səsləriniz, siniflərimiz isə o nurlu simalarınız üçün çox darıxacaq.
Yolunuz açıq olsun. Hər zaman yolunuzu gözləyəcəyik!

10/06/2026

Address

Sumqayıt şəhəri, 21-ci Mkr
Sumqayıt
AZ5000

Telephone

+994186580972

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər 2 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category