Müsavat Partiyası Sumqayıt şəhər təşkilatı

Müsavat Partiyası Sumqayıt şəhər təşkilatı © Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının rəsmi səhifəsi

Kılıçbayır döyüşü — Sarı Bayır Hərəkatının bir parçası olmuş və 7 avqust 1915 tarixində ingilislərin Anzak birləşmələrin...
07/08/2022

Kılıçbayır döyüşü — Sarı Bayır Hərəkatının bir parçası olmuş və 7 avqust 1915 tarixində ingilislərin Anzak birləşmələrin tərəfindən Osmanlılara qarşı yönələn hücum nəticəsində baş vermiş döyüşdür. Döyüş nəticəsində Anzak birlikləri ağır itkinlər verərək geri çəkilmək məcburiyyətində qalmışlar. Müttəfiq yazınında Nek (Boyun) Döyüşü olaraq keçən döyüş, Çanaqqala Döyüşünün ən dramatik hadisələrindən biri olaraq qəbul edilir.

03.10.2021 Bugün Müsavat Sumqayıt şəhər təşkilatının şura iclası keçirildi. İclasda partiyanın növbəti sessiyasının qəra...
03/10/2021

03.10.2021 Bugün Müsavat Sumqayıt şəhər təşkilatının şura iclası keçirildi. İclasda partiyanın növbəti sessiyasının qərarları və qəbul edilən bəyanat bəyənildi və müdafiə edildi Həmçinin partiya üzvülərinin fəallığının və tələbkarlığın artırılması,təşkilatın ümumi yığıncağının keçirilməsinin zəruriliyi və digər məsələlər müzakirədə yer aldı.Şura üzvü Sübhan Əsgərlinin doğum günü və eyni zamanda 44 günlük Vətən müharibəsində şəhid olan əqidədaşımız Xoşbəxt Əliyevin oğlu Səmid bəyin məzarının ziyarət edilməsi qeyd olundu.

Sabah-01.10.2021-ci il Müsavat Partiyasının üzvü Xoşbəxt bəy Əliyevin rabitəçi oğlu Səmid Əliyevin Vətən müharibəsində t...
30/09/2021

Sabah-01.10.2021-ci il Müsavat Partiyasının üzvü Xoşbəxt bəy Əliyevin rabitəçi oğlu Səmid Əliyevin Vətən müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda Füzuli istiqamətində gedən qanlı döyüşlərdə şəhadətə çatdığı gündür. 5 iyun-1998-ci il tarixdə Sumqayıtın Corat qəbəsində anadan olmuşdu. Üç bacının yeganə qardaşı idi. Xalası qızına nişanlanmışdı. Yaşasaydı 23 yaşı olacaqdı. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub.
Ruhu şad, məqamı uca olsun. Şəhidimizə Tanrıdan rəhmət, ailə üzvlərinə səbr diləyirəm.
Şəhidlər ölməz, Vətən bölünməz!
Rahat uyu. Əziz xatirən qəlblərdə əbədiyyən yaşayacaq
Fəxrəddin Abbasın statusu

Murov Qartalı - Raquf OrucovAllah rəhmət eləsin!
03/04/2021

Murov Qartalı - Raquf Orucov
Allah rəhmət eləsin!

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar  B Ə Y A N A T   Tarix boyu təcavüzkarlıq, etnik təmizləmə və so...
31/03/2021

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar

B Ə Y A N A T

Tarix boyu təcavüzkarlıq, etnik təmizləmə və soyqırım siyasəti həyata keçirən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımı aktları sırasında 31 mart soyqırımı xüsusi yer tutur. 1918-ci il mart ayının 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsinin müsəlmanlara ilk atəşi açması, bir gün sonra isə bolşevik-daşnak qruplaşmalarının azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etmələri ilə başlayan qanlı hadisələr nəticəsində erməni vandalları insanlıq əleyhinə cinayətlər törətmişlər.
Ermənilər Bakı ilə yanaşı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktı törətmişlər. Bütövlükdə isə 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda qırğınlar kütləvi xarakter almış, erməni dəstələri 50 mindən çox dinc sakinin həyatına son qoymuşlar. Hadisələr zamanı Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox, Zəngəzur qəzasının 115, Qars vilayətinin 98 kəndinin dağıdılması və yandırılması, çoxsaylı evlərin talan edilməsi, yüzlərlə günahsız insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi erməni milllətçilərinin xalqımıza qarşı soyqırımı siyasətini əks etdirən konkret faktlar və acı tarixi həqiqətdir. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilmiş, 132 min azərbaycanlı amansızcasına öldürülmüşdür. Həmçinin, azərbaycanlılara məxsus məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının, Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə”nin yandırılması, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarının, eyni zamanda, “Təzə pir” məscidinin minarələrinin dağıdılması erməni vandalizminin daha bir nümunəsidir.
1918-ci ildə ermənilərin törətdikləri cinayətlər haqqında, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin - “Numuneyi imtisali bir gün” yazısında: «Musavat firqəsinin təşəbbüsü ilə çağrılan müsəlman əmələ-konfransı martın 31-ni vətəni bir matəm üzrə elan və o günü ümumi təlil ilə keçirməyə qərar vermişdir. Müsalman əmələsinin bu qərarına Bakının bütün məhəllələri kəza-tabe olub, matəm tətil komitəsi cəmbində məhəllə məscidlərinin nümayəndələrindən ibarət bir şəhər şöbəsi təşkil etdilər. Bu günə məxsus qəzetelər nəşr olundu. Azərbaycan qəzetələri ilə Musavat vasiteyi nəşr-əfkarları olan qəzetələr matəm nömrələri çıxartdılar. Matəm səhər saət 8-dən axşam saət 6-ya qədər təyin olunmuşdur. Tətilə müsəlman olmayan əmələ təşkilatı fasil baxacaq. Tətil müntəzəm və mütəşəkkil bir surətdə gedəcəkmi? İştə Azərbaycan paytaxtını düşündürən bir məsələ! Kəndilərini bilməm, hanki həqqə görə. Bütün Bakı füqərayi-kasibəsinin nümayəndəsi adlandıran “raboçi” konfransı heyəti idarəsi ilə keçmişdəki tətilləri idarə edən “silateçniy komitet” ağızlarına su almışlardı. 26 bolşevik komisarlarından ötəri ümumi tətil etdirmək istəyən və əllərində qara bayraqlar və Şaumyanın fotografı olaraq nümayişlər yapan “fəhlə nümayəndələri” on minlərlə şəhid düşən, bıgünah mart qurbanlarını xatırlamaq üçün çox da tələsmək istəmiyorlardı. Nəhayət, müsəlman əmələlərin qəti qərarları təsirindən olmalıdır ki, “raboçiy konfrans” idarəsi ayın 31-ə deyil, 30-nu matəm günü və bu münasibətlə mitinqlər tərtibini elan elədi. Fəqət, nə mitinqlərə gələn oldu, nə də mitinq çağıranlar özləri gəldi. Onlar bildikləri kibi mart faciyəsinə gözəyarı baka bilərlərdi. “Raboçiy konfrans “ idarəsində hagdaş quran bolşevik idarə rəislər “mart gününü” matəm deyil bacarsalar da “bayram “ edə bilərdilər. Onun üçün də onlar matəmin rövnəq keçməsinə çox əhəmiyyət verməmişlərdi. Fəqət türk demokratiyası kəndi qərarında sabit qədəm idi. Onun macərapərəst politikanlarla işi yox idi. O martın 31-də kəndi qüvvələrini göstərəcək mart şühədasını matəmi ilə müvəffəqiyyətsiz milinqlər yapmaq sürətiylə oynamaq mümkün olmadığını isbat edəcək».

“1919 sənəsi mart matəmində xalqımızda görülən təşkilat istedadını hüsnü istifadə etmək heç şübhəsiz ki, 1918 sənəsi mart şühədasını ruhi məzlumini razı salacaq ən böyük mükafat ən gözəl ehsandır. Buna çalışalım. 1919 yü martın 31-i bizə birlik və ittihad üçün bir nümuneyi imtisal təşkil eyləsin” M.Ə.Rəsulzadə, “Azərbaycan”. 2 aprel 1919-cu il № 148»

həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi hələ o zamandan 1919-ci ldən Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq, bu gün də hər il Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunmaqdadır.
Aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmış, həmçinin Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Quba Soyqırımı Memorial Kompleksi erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlilləri özündə əks etdirir.
1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər məhz soyqırımı cinayətidir. Minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilmişlər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunmuşdur. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmişdir və odur ki, bu hadisələr beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi qiymətləndirilməlidir.
Tarixi faktlar göstərir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qoyulması, habelə erməni millətçilərinin təcavüzkar iddiaları sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər azərbaycanlı qətlə yetirilmişdir.
1988-ci ildən erməni millətçiləri yenidən fəallaşmağa başlamışlar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş, işğalçılıq siyasətinə başlamış, soyqırımı cinayətləri törətmiş və bu gün də həmin təcavüzün ağır nəticələri davam edir.
Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilməsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımlarından birini törətmiş və şəhəri viran etmişlər. Xocalı şəhəri ilə yanaşı, erməni millətçiləri və terrorçuları Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımılar, kütləvi qırğınlar törətmişlər.
Biz beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq dünya ictimaiyyətini – dövlətləri və beynəlxalq təşkilatları 31 mart - Azərbaycanlıların Soyqırımını tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. Azərbaycanın BMT tərəfindən tanınan əzəli torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlamış, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın Beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar.

Sarvan Vəliyev (Azərbaycanlı siyasi mühacir, Müsavat Partiyasının üzvü, «Həftəaz.tv»nin Avropa bürosunun müxbiri)

31 mart 2021-ci il

AzerbaijanEvents of 2020A woman touches a photograph of a child at the ruins of his house. He was killed in a strike by ...
30/03/2021

Azerbaijan
Events of 2020

A woman touches a photograph of a child at the ruins of his house. He was killed in a strike by Armenian forces. November 28, 2020.

© 2020 AP Photo/Emrah Gurel

Hostilities over Nagorno-Karabakh renewed at the end of September, dominating events in Azerbaijan for the rest of 2020. All parties to the conflict committed violations of international humanitarian law. The Azerbaijani military carried out attacks using banned cluster munitions.

National solidarity during the war served to suspend an intensifying conflict between the government and political opposition, however the government remained hostile to dissenting voices. Authorities misused restrictions imposed to slow the spread of Covid-19 to target critics, particularly those affiliated with the opposition Azerbaijan Popular Front Party (APFP).

In five individual cases in 2020, the European Court of Human Rights (ECtHR) found that from 2014 to 2016, Azerbaijani authorities had wrongfully imprisoned government critics in retaliation for their activism.

Restrictive laws continue to prevent nongovernmental organizations (NGOs) from operating independently. Reports of torture and ill-treatment persisted throughout the year.

The snap parliamentary vote in February was marred by credible claims of election violations and resulted in continued dominance of the ruling party.

In April, the Supreme Court acquitted two former political prisoners, politician Ilgar Mammadov and human rights defender, Rasul Jafarov, years after judgments in their favor by the ECtHR.

Conflict over Nagorno-Karabakh
On September 27, Azerbaijan launched a military offensive that escalated hostilities between Azerbaijan and Armenia and the de-facto authorities in Nagorno-Karabakh. Tens of thousands of people fled Nagorno Karabakh in response to the fighting. A Russia-brokered truce ended six weeks of fighting on November 10, with Armenia ceding control over several territories to Azerbaijan and without defining the political status of Nagorno Karabakh. Russia deployed peacekeeping forces to oversee the ceasefire it negotiated.

The warring parties committed violations of international humanitarian law (See the Armenia chapter for violations by Armenian forces), that unlawfully harmed civilians.

During the fighting, Azerbaijani forces launched large air-dropped munitions and fired rockets that lacked the capacity to be targeted with precision, into populated areas. Attacks on dual purpose infrastructure such as power stations may have caused excessive harm to the civilian population and in addition to striking military targets, some attacks damaged schools, private residences and businesses, and hospitals, and interrupted regular supply of services such as power, gas, and water to civilians.

Azerbaijan’s military also used banned cluster munitions in populated areas, resulting in civilian casualties. Cluster munitions have been banned because of their widespread indiscriminate effect and long-lasting danger to civilians.

In a serious violation of humanitarian law, Azerbaijani soldiers subjected Armenian prisoners of war to physical abuse and acts of humiliation, which were filmed and shared widely online.

Freedom of Expression, Freedom of Media
In its February decision, the ECtHR ruled that Azerbaijan had wrongfully imprisoned investigative journalist Khadija Ismayilova from 2014 to 2016 to silence and punish her.

In March, a Baku court unexpectedly ordered early release for investigative journalist Afgan Mukhtarli, and allowed him to join his family abroad. Mukhtarli had served half of his six-year sentence on bogus charges. In August, Fuad Ahmadli, a blogger and senior APFP activist was released after completing a four-year prison sentence on politically motivated charges.

At least three other journalists and bloggers who criticized the authorities are still in prison on politically motivated charges. In November 2020, Polad Aslanov was sentenced to 16 years on treason charges, and Araz Guliyev and Elchin Ismayilli continued to serve prison sentences. Others, including Ismayilova and Shahvalad Chobanoglu, continue to face arbitrary travel bans.

In September, the General Prosecutor's Office put a group of political exiles who criticize the country's authorities on an international wanted list, which included prominent bloggers Tural Sadigli and Ordukhan Babirli.

Under amendments to the Law on Information that parliament adopted in March in response to the Covid-19 pandemic, owners of internet information resources face up to three years in prison for failure to prevent the publication of information online that authorities deem false and could pose a threat to public health or safety. Human Rights Watch is aware of at least 10 cases in which the authorities invoked the law to compel website owners, bloggers, and Facebook users to delete online posts criticizing the government’s response to the pandemic.

Covid-19
In his major speech about challenges posed by the Covid-19 pandemic, President Ilham Aliyev implied he would use measures introduced to slow the spread of the coronavirus to crack down on political opponents, whom he described as traitors, enemies, and a fifth column.

Days afterwards, authorities arrested dozens of activists and bloggers. Most had criticized conditions in government-run quarantine centers or the government’s failure to provide adequate compensation to people struggling financially from the pandemic’s fallout.

Courts sentenced most to between 10 and 30 days’ detention on charges such as breaking Covid-19-related lockdown rules or disobeying police orders, which had not occurred. Among them was APFP member Niyameddin Ahmedov. Police allegedly beat Ahmedov in custody in an attempt to coerce him to falsely testify against the APFP leader. Days before his scheduled release, authorities pressed dubious charges against him for allegedly financing terrorism.

Prosecuting Political Opposition
In March, authorities arrested Tofig Yagublu, a leading politician of the opposition Musaval party, on bogus hooliganism charges. In September, he was convicted and sentenced to four years and three months in prison. Police falsely claimed Yagublu had physically attacked a motorist and his passenger after a car accident. Trial monitors noted numerous due process violations, including the court’s refusal to grant a defense request to retrieve and introduce CCTV footage that would have corroborated Yagublu’s defense. In September, a court ordered Yagublu transferred to house arrest after he needed hospitalization due to health complications arising from his hunger strike.

In May, a court sentenced Jalil Zabidov, an activist with an anti-corruption page, Korrupsiyaya-Yox-De (“Say-No-to-Corruption”), to five months in prison on bogus hooliganism charges. In February, Zabidov had filmed and posted evidence of alleged election fraud at a precinct. The next day, Zabidov said, a local election official attacked him, in response to which authorities charged Zabidov.

Authorities also continued to target both leading and rank-and-file members of the APFP with bogus or disproportionate charges and other harassment. In March, police detained Agil Humbatov, and forcibly placed him in a psychiatric clinic after he uploaded a video to Facebook criticizing the authorities’ handling of the pandemic. Several days later, a court ordered his release. Police detained Humbatov a second time after he posted a video describing conditions in the clinic, and an appeals court ordered him, groundlessly, to be forcibly placed in a psychiatric hospital. He was released in July without any explanation or medical documentation.

In August, a court sentenced APFP member Pasha Umudov to four years and five months on bogus drug charges. Authorities had detained Umudov ahead of the unsanctioned rally in October 2019.

In mid-July, authorities arrested and filed criminal charges against 17 senior APFP members for public order, property destruction, and other offenses that stemmed from a July 14 pro-war protest related to Nagorno Karabakh and neighboring Armenia. During the rally, a group of people forcibly but briefly entered the parliament building, reportedly causing minor damage. After police removed them, violent confrontations between protesters and police ensued on the street.

Most of the 17 APFP members had not participated in the rally. Among those arrested were Asif Yusifli, Mammad Ibrahim, Fuad Gahramanli, Bakhtiyar Imanov, and Ayaz Maharramli, members of the party’s leadership. Only Yusifli was at the rally but was not in the group that broke into parliament. In November, a court transferred 12 of the APFP members, including these five men, to house arrest.

Most of the 17 were refused access to a lawyer of their choosing; some, including Gahramanli, were held incommunicado for almost two weeks. Authorities did not present any material evidence to support accusations that they participated in any illegal actions.

In December, a court sentenced one of the detainees, Mahammad Imanli, to one year in prison on false criminal charges of spreading Covid-19. He remained in detention at time of writing.

In the weeks after the protest, police held at least 25 APFP members for up to 30 days on bogus charges of violating Covid-19 lockdown rules.

Freedom of Assembly
Azerbaijan effectively imposes a blanket ban on protests in the central areas of Baku.

In February, police detained over a hundred opposition supporters, including parliamentary candidates, as they were gathering to protest alleged violations during the parliamentary elections. Before the unauthorized protest was scheduled to start, police detained several activists at their homes. Police drove most of them to remote areas 200 to 300 kilometers from Baku and abandoned them there.

Torture and Ill-Treatment
Authorities routinely dismissed complaints of torture and other ill-treatment in custody, and the practice continued with impunity.

In an open letter posted on social media by his family, APFP member Alizamin Salayev, arrested in January and convicted in April on criminal defamation charges, alleged that police at the station knocked him to the ground and ordered him to film himself putting his head into the toilet. When he refused, police began to beat him. According to Salayev, while in police custody, he was twice taken to hospital. Both times, doctors recommended surgery for a ruptured hernia he said he had sustained as a result of the beatings. Police did not allow this. Salayev’s lawyer was allowed access to him only nine days after his arrest and confirmed he saw Salayev’s bruises. The trial court dismissed Salayev’s torture complaint and authorities refused to investigate the allegations.

In June, riot police in Baku raided an apartment building and detained at least 11 people. The raid came one day after police detained one of the building’s residents on suspicion of breaking Covid-19 lockdown regulations; a group of residents threw trash at the vehicle in which police detained the man. Police used excessive force to detain the 11; some were sentenced to fines, others to up to 15 days’ detention. Among the latter was Karim Suleymanli, who in a video alleged that numerous police beat him for five hours. His bruises are visible in a video published after his release. Suleymanli’s lawyer, Javad Javadov, filed the ill-treatment complaint, which authorities declined to investigate. Javadov received a warning from the Bar Association for raising concerns about his client’s treatment.

Seymur Ahmadov, one of the APFP members detained in July, filed a complaint with the prosecutor’s office describing severe beatings in custody. In a letter he wrote in remand prison, Ahmadov said a plainclothes officer beat him for an hour with a truncheon “so bad that I could no longer feel the pain.” Authorities failed to conduct an effective investigation.

On 30 March, police arrested Agil Humbatov after he posted a video on social media criticizing the government. The next day, police officers took him to the Psychiatric Hospital №1, where he was confined as a patient purportedly suffering from paranoia.

Key International Actors
In January, the Parliamentary Assembly of the Council of Europe (PACE) adopted a resolution that deemed the problem of political prisoners in Azerbaijan as “systemic in nature,” which needed to be solved once and for all. It cited findings by the ECtHR, which found a “troubling pattern” of politically motivated misuse of the criminal justice in Azerbaijan.

In February, PACE, the Organization for Security and Co-operation in Europe (OSCE) Office for Democratic Institutions and Human Rights (ODIHR), and other independent observers found that the parliamentary election failed to meet international standards for a free and fair vote.

In March, the during the annual bilateral meeting on human rights, democracy and justice, the European Union welcomed Azerbaijan’s Presidential Decree on the Open Government Action Plan and addressed persisting challenges to freedoms of assembly, association, and expression, as well as developments related to gender equality and children's rights.

In May, the EU welcomed the acquittals of Ilgar Mammadov and Rasul Jafarov and urged Azerbaijan to continue to implement the remaining judgments of the ECtHR.

Yagublu’s conviction and the government’s relentless crackdown on opposition figures, which worsened during the Covid-19 pandemic, prompted statements from Azerbaijan’s international partners.

In March, the PACE rapporteurs on Azerbaijan expressed outrage at the government “launching yet another round of concerted political repression,” noting that the case against Yagublu had been “fabricated.”

In September, US Embassy called on the government “to reverse the string of recent politically-motivated detentions, reevaluate Mr. Yagublu’s case, and respect the fundamental freedoms of speech and association.”

In a September statement, the spokesperson for the EU’s Foreign Affairs and Security Policy said Yahublu’s sentencing raised questions “about the authorities’ commitment to protecting and enhancing political freedoms for all” and called for a re-examination the case.

06/03/2021

6 mart 1955-ci ilin bu günü Məhəmməd Əmin Rəsulzadənin qəlblərə köçdüyü gündür.
Allah rəhmət eləsin!

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentində çıxışı. Dekabr, 1918-ci il.1918-ci ilin dekabrın 7-də, gündüz saat 13:25-də ...
21/01/2021

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentində çıxışı.
Dekabr, 1918-ci il.

1918-ci ilin dekabrın 7-də, gündüz saat 13:25-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu.
Parlamentin ilk iclasını M. Ə. Rəsulzadə giriş nitqi ilə açdı:
"Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk Parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)... Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi..."

M. Ə. Rəsulzadənin Azərbaycan Parlamentindəki çıxışı dəfələrlə alqış-larla qarşılandı.

18/01/2021

M.Ə.Rəsulzadə: "Azərbaycan istiqlal hərəkatında yolgöstərənlik yolunda olan və qurtuluş savaşını yürüdən birinci firqə "Müsavat"dır. Bunun yanında başqa bir firqə və təşkilat yoxdur".

Müsavat Partiyası 2021-ci il üçün fəaliyyət istiqamətlərini açıqladı Müsavat Partiyası yola saldığımız 2020-ci ilin siya...
09/01/2021

Müsavat Partiyası 2021-ci il üçün fəaliyyət istiqamətlərini açıqladı

Müsavat Partiyası yola saldığımız 2020-ci ilin siyasi, iqtisadi, sosial təhlilini apararaq qarşıdan gələn 2021-ci ildə ölkə və cəmiyyət üçün vacib hesab etdiyi xüsusi fəaliyyət istiqamətlərini müəyyən edib.

Müsavat Partiyası 2021-ci ildə özünün təsir imkanlarını və cəlbediciliyini daha da artırmaq, cəmiyyətin bütün təbəqələri ilə əlaqələrini genişləndirmək, yeni üzvlərin- xüsusilə gəncləri və qadınları partiya sıralarına cəlb etməklə yerli təşkilatlarını gücləndirmək, ölkənin ictimai-siyasi həyatında iştirak payının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Müsavat Partiyası cəmiyyətin daha çox hissəsinin maraqlarını təmsil etmək məqsədi ilə təşkilati və texniki imkanlarını səfərbər etməyi, ölkədə baş verənlərin vətəndaşlara çatırılması işində müasir texnoloji vasitələrdən, həmçinin partiyanın yerli təşkilatlarının imkanlarından istifadə etməyi planlaşdırır.

Müsavat Partiyası cəmiyyətiin maraqlarını əks etdirən əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib:

1. Covid-19 pandemiyası ilə mübarizə sahəsində

Müsavat Partiyası 2020-ci ilin əvvəlindən dünyanı bürümüş Covid-19 pandemiyası ilə bağlı ümumi prosesi 2020-ci ildə olduğu kimi 2021-ci ildə də yaxından izləməklə mövcud olan və bundan sonra da ortaya çıxacaq problemlərin monitorinqini apararaq, prosesi ümumi olaraq diqqət mərkəzində saxlamaqla, cəmiyyəti narahat edən əsas problemlərin, neqativ halların müəyyənləşməsində və aradan qaldırılması işində təkliflər və tələblərlə çıxış etməyi vacib hesab edir.

Müsavat Partiyası 2020-2021 ci illər ərzində pandemiyadan xüsusi əziyyət çəkmiş sosial qrupların müəyyənləşdirilməsi, həmin qrupların maraqlarının müdafiəsi işini artırmağı, aztəminatlı vətəndaşların, işsizlərin, iş yerini müvəqqəti itirənlərin, pensiyaçıların, sahibkarların, tibb, səhiyyə, təhsil işçilərinin, orta təbəqənin yaranmış problemlərini daim gündəmdə saxlamağa, problemləri aidiyyati qurumlar qarşısında qaldırmaqla həllinə çalışacaq. Sosial təminat və səhiyyə sahəsində mövcud olan problemlərin həlli istiqamətində hakimiyyətin lazımı addımlar atmasına nail olmaq, dövlət və hakimiyyət orqanlarının fəaliyyətini nəzarətdə saxlamaq, məsul şəxsləri və dövlət orqanlarını zərərli, vətəndaşın maraqlarına zidd olan addımlardan çəkindirmək istiqamətində fəaliyyətini daha da artıracaq.

Pandemiya dövründə aztəminatlı əhalinin həyat şəraitinin yaxşılaşdırılması, yeni və uzunmüddətli iş yerlərinin yaradılması, məvaciblərin və maaşların normal səviyyəyə qaldırılması, pandemiyadan əziyyət çəkən qruplara dövlət tərəfindən güzəştlərin və lazımi dəstəyin verilməsi məsələləri də 2021-ci il üçün diqqət mərkəzində olacaq məsələlərdəndir.

2. Suverenliyin təmin olunması sahəsində

Müsavat Partiyası 27 ildən artıq vaxt ərzində işğal altında olan ərazilərimizin əksər hissəsinin azad edilməsinin xüsusi əhəmiyyətini qeyd edərək, Yuxarı Qarabağın bütün ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməməsinin, Vətən Müharibəsinin nəticələrinin ciddi təhlilini və atılmalı olan vacib addımlarla bağlı davamlı müzakirələrin aparılmasını zəruri hesab edir.

Müsavat Partiyası suverenliyimizə aid məsələləri davamlı olaraq müvafiq dövlət qrumlarının və ictimaiyyətin diqqətində olmasının zəruriliyini vurğulayaraq, bu məsələləri xüsusi diqqət mərkəzində saxlamağı 2021-ci il üçün əsas prioritet sahə hesab edir.

Müsavat Partiyası bundan sonra da ərazi bütövlüyümüzə, dövlət suverenliyinə aid olan məsələləri xüsusi diqqətdə saxlamaqla, hakimiyyətin bu istiqamətdə siyasətini yaxından izləyəcək. Bu istiqamətdə atılan addımların Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına zidd olacağı təqdirdə ilk növbədə hakimiyyəti doğru olmayan addımlardan çəkindirməyə çalışacaq, səlahiyyətli şəxslərin daha prinsipial addımlar atması üçün xüsusi fəaliyyət göstərəcək.

Müsavat Partiyası dövlət maraqlarına zidd hesab etdiyi istənilən addımın qarşısını almaq üçün hakimiyyət də daxil olmaqla digər ciddi siyasi institutların, vətəndaş cəmiyyətinin və medianın diqqətini cəlbetmə və müzakirə yoluyla almağa, mümkün olmadıqda isə cəmiyyətin etirazını təşkil etməklə Azərbaycanın maraqlarına zidd fəaliyyətlərin qarşısını almaq üçün effektiv mübarizə aparmağa çalışacaq.

Müsavat Partiyası, həmçinin öz fəaliyyətində müharibənin nəticəsində yaranmış ümumi vəziyyəti nəzərə alaraq, Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial vəziyyətlərinin, rifahlarının yaxşılaşdırılması işini, bu qrup insanlara maddi-mənəvi və psixoloji yardımlar edilməsi işinə dəstək verəcək. Bu sahədə görülən işləri yaxından izləyərək neqativ halların qarşısını almağa çalışacaq.

Müsavat Partiyası həmçinin çalışacaq ki, azad olunmuş torpaqlarda aparılacaq yenidənqurma və təmir-bərpa işlərində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin monitorinqini aparsın, bu sahədə yeyinti və qeyri şəffaflıq olmasın, olacağı təqdirdə bu haqda ictimaiyyəti məlumatlandırsın.

Müsavat Partiyası Yuxarı Qarabağda mövcud vəziyyətin beynəlxalq hüquqa və ərazi bütünlüyü prinsipinə uyğun olaraq həll edilməsi, Azərbaycanın bütün ərazisində Azərbaycan Konstitusiyası və qanunlarının işləməsinə nail olmaq üçün öz imkanlarından da istifadə edərək fəaliyyətini daha da artıracaq.

3. Demokratiya, azadlıqlar və insan haqları sahəsində

Müsavat Partiyası postmüharibə dövrünü də nəzərə almaqla yeni yaranmış vəziyyəti analiz edərək hesab edir ki, indiki şəraitdə ölkədə demokratiya və azadlıqlarla bağlı, konkret olaraq məhkəmə-ədliyyə sahəsində, söz və ifadə azadlığı və digər fundamental hüquqlarla bağlı islahatlara daha çox ehtiyac və imkanlar var.


Müsavat Partiyası 2021-ci ildə məhkəmə-hüquq sistemində islahatların, söz və ifadə, seçki və sərbəst toplaşma azadlıqlarının təmin edilməsi üçün qanunların və şəraitin verdiyi bütün imkanlardan istifadə edərək mübarizəsini davam etdirəcək.
Siyasi məhbusların, günahsız həbs edilən vətəndaşların hüquqlarının qorunması işində yaxından iştirak edəcək. Konstitusiyaya və qanunlara, cəmiyyətin və dövlətin maraqlarına zidd bütün fəaliyyətlərin ictimailəşməsində və qarşısının alınmasında, bu sahələrdə faktların əldə edilməsi, baş verənlərin ictimai müzakirəsinin təşkilində və qiymətləndirilməsi işində fəaliyyətini artıracaq.

Müsavat Partiyası hesab edir ki, ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin, gerçək çoxpartiyalı sistemin bərqərar olmasını təmin etmək üçün demokratik islahatların aparılması, o cümlədən seçki sisteminin və qanunvericiliyinin demokratikləşdirilməsi, bu məqsədlə müvafiq qanun və qərarların hazırlanıb qəbul edilməsi zəruridir.

Müsavat Partiyası proporsianal seçki sisteminin bərpası və gerçək yerli özünüidarəetmə sisteminin formalaşmasına nail olmaq üçün 2021-ci ildə referendum keçirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məsələnin geniş təşviqi ilə məşğul olacaq. Seçki qanunvericiliyinin və seçki komissiyalarının beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına nail olmaq üçün təsir imkanlarına malik olan siyasi partiyalarla, QHT və ictimai təşkilatlarla birgə müzakirələr təşkil etmək üçün üzərinə düşün işləri görəcək.

Müsavat Partiyası demokratik dəyərlərə sadiq olan, prinsip və məramları Müsavat Partiyasının ideoloji-siyasi xəttinə zidd olmayan siyasi və ictimai təşkilatların, siyasət və dövlət xadimlərinin, ziyalıların əməkdaşlıq və mütəfiqlik münasibətlərinin təmin olunması üçün səylərini 2021-ci ildə də davam etdirəcək.

4. Korrupsiya ilə mübarizə sahəsində

Müsavat Partiyası ölkə iqtisadiyyatının korrupsiya, rüşvətxorluq və monopoliyadan əziyyət çəkdiyini, işləyən əhalinin 90 faizinin büdcədən, büdcəsi də əsasən neftdən asılı olan iqtisadi vəziyyətin pozitiv istiqamətə dəyişməsi üçün ciddi iqtisadi islahatlara və siyasi iradəyə ehtiyac olduğunu düşünür. Hazırkı şəraiti, pondemiya və postmüharibə gerçəklərini də nəzərə alaraq partiyanın mövcud sosial-iqtisadi siyasətlə bağlı proqram və təkliflərini yeniləyərək ictimai müzakirəyə çıxarmağı, ölkə iqtisadiyyatında liberallaşmanın, azad bazar iqtisadiyyatına əsaslanan bir sistemin qurulmasını və bu istiqamətdə fəaliyyətin artırılmasını vacib hesab edir.


Müsavat Partiyası 2021-ci il üçün vətəndaşın rifah şəraitinin yaxşılaşdırılması, yeni iş və istehsalat sahələrinin yaradılması, kənd təsərrüfatı sahəsində, məvaciblərin-pensiyaların artırılması, Bank faizlərinin azaldılması və digər vacib sosial-iqtisadi sahələrdə islahatların əks olunacağı proqramını yenidən işləyərək ictimai müzakirəyə çıxarmağı planlaşdırır. Həmçinin, hazırlanmış təkliflərin həyata keçirilməsində hökümətə təsir mexanizimlərinin hazırlanması və tətbiq edilməsi istiqamətində işlərin görülməsini nəzərdə tutur.

5. Partiya quruculuğu

Müsavat Partiyası təsir imkanlarını artırmaq məqsədi ilə partiya quruculuğu və təşkilatlanma işini əsas məqsədlərdən biri kimi görür. 2021-ci ildə Müsavat Partiyasının təsir imkanlarını və cəlbediciliyini artırmaq, pariyaya yeni üzvlərin, o cümlədən gənclərin, qadınların cəlb olunması məqsədi ilə müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək.

Pandemiya dövrünün davam etdiyi müddətdə partiya fəaliyyətinin onlayın əlaqələr vasitəsi ilə qurulması işinin yaxşılaşdırılmasına səy göstəriləcək.


Rayon təşkilatlarının möhkəmləndirməsi, fəaliyyətin dinamikliyinin artırılması, təkliflərin dinlənilməsi və müvafiq partiya tapşırıqlarının çatdırılması məqsədi ilə mütəmadi olaraq zona və Ümumrespublika müşavirələri təşkil olunacaq.

2021-ci ildə məlum pandemiya problemlərinin aradan qalxdığı halda, belə müşavirələr birbaşa regionlarda təşkil olunacaq, həmçinin ölkənin ictimai-siyasi həyatındakı problemləri davamlı müzakirə etmək üçün konfransların, dəyirmi masaların, dinləmələrin təşkil edilməsi işiləri artırılacaq.


6. Siyasi əlaqələrin genişləndirilməsi

Müsavat Partiyası keçən illərdə olduğu kimi ölkədə fəaliyyət göstərən gerçək müxalifət partiyaları, ictimai təşkilatlar, birliklər, ziyalılar, gənclər təşkilatları və digər qurumlarla yaradılmış səmərəli əməkdaşlıq mühitinin inkişaf etdirilməsini,
bununla yanaşı vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı sosial təbəqələrin və qrupların nümayəndələri ilə əlaqələrin genişləndirilməsini, ictimai rəyə təsir edə biləcək vətəndaşların aktiv siyasi proseslərə cəlb edilməsi işində fəaliyyətini gücləndirəcək.

7. Media ilə əlaqələrin genişləndirilməsi

Müsavatçılıq ideologiyasının, milli məfkurə və liberal demokratik siyasi xəttin geniş təbliğ edilməsi, mövcud media resurslarının gücləndirilməsi, mümkün olan media qurumları ilə əməkdaşlıq etməyi yenidən gözdən keçirməyi, hakimiyyətin nöqsanları və vətəndaşların maraqlarına zidd failiyyətlərlə cəmiyyəti davamlı və ardıcıl olaraq məlumatlandırmaq, belə fəaliyyətlərin qarşısını almaq uğrunda mübarizəni artırmaq Müsavat Partiyasının 2021 ci il üçün planlaşdırdığı fəaliyyət sahələrindən biridir.

8. Beynəlxalq münasibətlər və xarici siyasət

Müsavat Partiyası xarici əlaqələrini daha da gücləndirmək istiqamətində fəaliyyətin bir qədər də artırmaq məqsədi ilə dünyada, xüsusi ilə postsovet məkanında, Türkiyədə, Amerikada və Avropa ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi işində yeni addımlar atmağı,
xaricdə yaşayan müsavatçıların təşkilatlanması işini effektiv hala gətirməyi planlaşdırır.

Müsavat Partiyasının da üzvü olduğu Avropa Liberal və Demokratik Alyansının (ALDE) imkanlarından Azərbaycanın milli maraqları, o cümlədən ölkəmizdə demokratik dəyərlərin müdafiəsi və inkişafı üçün istifadə edilməsi, həmin quruma daxil olan siyasi partiyalarla əlaqələrin daha da inkişaf etdirilməsi,
Postsovet məkanı ölkələri xalqlarının Avroatlantik məkana inteqrasiya istiqamətində apardıqları mübarizəyə dəstək verilməsi,
GUAM birliyinin Türkiyə Cümhuriyyətinin də daxil olması ilə gücləndirilməsi istiqamətində təbliğat və digər səylərin artırılması,
Qafqazın demokratikləşdirilməsi uğrunda “Potsdam prosesi”nin davam etdirilməsi,
Yuxarı Qarabağla bağlı yaranmış son durumun milli maraqlarımıza və beynəlxalq hüquq normalarına uyğun olaraq həlli prosesinə dəstək verilməsi, həlli gözlənilən məsələlərin milli maraqlarımıza və beynəlxalq hüquq normalarına zidd istiqamətdə getdiyi halda isə ictimai-siyasi müqavimətin təşkil edilməsi,
Azadlıq və demokratiya sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əlaqələrin inkişaf etdirilməsi,
Güney Azərbaycanda milli hüquqlar və insan haqları uğrunda mübarizəyə, həmçinin belə mübarizəyə görə təqib edilən milli fəallara dəstək verilməsi,
Azərbaycanda fundamental hüquq və azadlıqların təmin edilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə dünya ictimaiyyətinin diqqətinin artırılması, Avrointeqrasiya siyasətinin davam etdirilməsi 2021-ci ildə Müsavat Partiyasının xarici siyasət sahəsində əsas prioritetləri olacaqdır.

Address

Sumqayıt

Telephone

+994558567005

Website

Alerts

Be the first to know and let us send you an email when Müsavat Partiyası Sumqayıt şəhər təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share