Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəsmi "Facebook" səhifəsi

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Badminton Federasiyasının birgə  təşkilatçılığı ilə 26 may ...
28/05/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində Xırdalan şəhər, 8 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələri (oğlan, qız) arasında badminton idman növü üzrə Abşeron rayon birinciliyi keçirilib.

Məqsəd rayonda badminton idman növünün təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, uşaqlar və yeniyetmələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və kütləviliyinin təmin edilməsidir.

Qalib və mükafatçılar diplom və medallarla təltif olunub.



Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində “Qarabağ NN” stolüstü t...
28/05/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində “Qarabağ NN” stolüstü tennis bazasında 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında stolüstü tennis idman növü üzrə Sumqayıt şəhər birinciliyi keçirilib.

Məqsəd şəhərdə güclü tennisçilərin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağın artırılması, şəhər yığma komandasının komplekləşdirilməsidir.

Qaliblər diplom və medallarla təltif olunub.




Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsi və Regional Təhsil İdarəsinin...
28/05/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 26 may 2026-ci il tarixində N saylı Hərbi hissədə "Şahin" hərbi-idman oyununun Abşeron-Xızı regionu üzrə zona birinciliyi keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi-idman oyununda I yerə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Litseyi, II yerə Abşeron rayonu Saray qəsəbə 3 N-li tam orta məktəbin, III yerə isə Xızı şəhər tam orta məktəbinin komandası layiq görülüb.

l yeri tutan komanda isə yarışların final mərhələsinə vəsiqə qazanıb.

̇dmannazirliyi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Üzməyi öyrənək” layihəsi çərçivəsində Sumqayıt Olimpiya İdman Kom...
28/05/2026

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Üzməyi öyrənək” layihəsi çərçivəsində Sumqayıt Olimpiya İdman Komplekslərində üzgüçülük üzrə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib.

Məqsəd uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını təmin etmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.

Qeyd edək ki, lahiyə bir ay ərzində davam edib, ümumilikdə lahiyəyə Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbdən 103 nəfər məktbli cəlb olunub.

Yarışın qalib və mükafatçıları Gənclər və İdman Nazirliyinin diplom və sertifikatları ilə təltif edilib.




Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

21-26 may 2026-cı il tarixlərində Şamaxı Olimpiya Mərkəzində keçirilən boks üzrə kadetlər arasında Azərbaycan birinciliy...
28/05/2026

21-26 may 2026-cı il tarixlərində Şamaxı Olimpiya Mərkəzində keçirilən boks üzrə kadetlər arasında Azərbaycan birinciliyində iştirak edən Sumqayıt idmançıları Rusif Nəsirli (42 kq) Murad Alışov (46 kq) qızıl, Kərim Qurbanlı (40 kq), Ziyarət Hümbətov (52 kq), Məhəmmədəli Bağırzadə (57 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Rusif Nəsirli birinciliyin ən texnikalı boksçusu adına layiq görülüb.

İdmançıları və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!



20-24 may 2026-cı il tarixlərində Bolqarıstanın Samokov şəhərində keçirilən sərbəst güləş (U-15) üzrə Avropa çempionatın...
28/05/2026

20-24 may 2026-cı il tarixlərində Bolqarıstanın Samokov şəhərində keçirilən sərbəst güləş (U-15) üzrə Avropa çempionatında milli yığma komandanın tərkibində iştirak edən Abşeron idmançıları Yusif Abdullayev (38 kq) qızıl, Gülay Xasməmmədova (36 kq, qadın güləşi) və Adəm Quliyev (52 kq) gümüş medal qazanıb.

İdmançıların məşqçiləri Elvin Aslanov və Azərbaycan Respublikasının Əməkdar məşqçiləri Qırxlar Bədəlov və Namiq Heybətovdur.

İdmançılarımızı təbrik edirik!



28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

22-23 may 2026-cı il tarixlərində Neftçala Olimpiya İdman Kompleksində Bədii Gimnastika üzrə 10-cu bölgələrarası kubokda...
26/05/2026

22-23 may 2026-cı il tarixlərində Neftçala Olimpiya İdman Kompleksində Bədii Gimnastika üzrə 10-cu bölgələrarası kubokda iştirak edən Region idmançıları Zeynəb Paşayeva (Sumqayıt), Kifayət Kazımzadə (Sumqayıt), Məryəm Məmmədli (Abşeron), Ayla Əhmədli (Abşeron) qızıl, İnci Ismixanlı (Sumqayıt), Nuray Dolçayeva (Sumqayıt),
Milay Babayeva (Sumqayıt), Mehriban Salayeva (Abşeron) gümüş, Aydan Məmmədli (Abşeron), Xədicə Hüsüyeva (Abşeron) bürünc medal qazanıb.

İdmançıların məşqçisi Fatimə Qurbanova və Aygül Babaşovadır.

İdmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!




Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənlərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndə...
26/05/2026

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənlərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 25 may 2026-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Gələcəyə İnam” adlı dəyirmi masa təşkil edilib.

İştirakçılar öncə insan hüquqlarından bəhs edən filmi izləyib.

Tədbirdə çıxış edənlər Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Regional Ədliyyə İdarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Sevinc Rəhimova, IV Polis bölməsinin inspektoru İqbal Həsənov və Texniki və Təbiət Elmləri Liseyinin çağırışaqədərki hazırlıq rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Sahib Quliyev qeyd etdilər ki, insan hüquqları yalnız hüquqi anlayış deyil, gündəlik həyatımızın ayrılmaz hissəsidir. Fikrimizi sərbəst ifadə etmək və bərabər imkanlardan yararlanmaq hər bir insanın əsas hüquqlarındandır. Bildirildi ki, hüquqlarımızı bilməklə yanaşı, başqalarının hüquqlarına hörmətlə yanaşmaq cəmiyyətimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

̇dmannazirliyi

Address

Mehdi Hüseynzadə Adına Sumqayıt şəhər Stadionu
Sumqayıt
AZ5000

Website

Alerts

Be the first to know and let us send you an email when Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi:

Share