Sumqayıt Sukanal İdarəsi

Sumqayıt Sukanal İdarəsi ADSEA
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

02/06/2026
19/05/2026
13/05/2026

📢 Elan

Suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləri çərçivəsində 📍 Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinin su təminatında 🗓️ 14 may səhər saatlarından 16 may günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq.

ℹ️ Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.

📞 “955” Çağrı Mərkəzi (7/24)

🌐 www.isst.gov.az

12/05/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.
Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.

🔗 https://isst.gov.az/news/1205202624

30/04/2026

Elan:
Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar 01.05.2026-ci il tarixində gün ərzində 41a, 42, 49, 76-cı məhəllə və Yaşıldərə massivinin bəzi hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Anlayışla qaşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.

Address

Səməd Vurğun Küçəsi
Sumqayıt
AZ

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 10:00 - 15:00

Telephone

+994186556240

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Sukanal İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share