Sumqayıt Apellyasiya Məhkəməsi

Sumqayıt Apellyasiya Məhkəməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumqayıt Apellyasiya Məhkəməsi, Government Organization, Sülh prospekti 70, Sumqayıt.

16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apellyasiya Məhkəməsi cinayət, mülki, inzibati, kommersiya, inzibati xətalara və digər materiallara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Sumqayıt Apellyasiya Məhkəməsində kollektivlə görüş keçirilib03 mart 2026-cı il tarixli “Bir sıra birinci instansiya məh...
06/03/2026

Sumqayıt Apellyasiya Məhkəməsində kollektivlə görüş keçirilib

03 mart 2026-cı il tarixli “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hakim təyin olunan Sumqayıt Apellyasiya Məhkəməsinin Aparatında çalışmış əməkdaşlarla görüş keçirilib.
Görüşdə çıxış edən məhkəmənin sədri Tofiq Paşayev yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək şərəfli və məsuliyyətli hakimlik fəaliyyətlərində uğurlar arzulayıb, ədalət mühakiməsinin həyata keçirilməsində qanunun aliliyinə daim sadiq qalacaqlarına, Ölkə Başçısının və Məhkəmə-Hüquq Şurasının etimadını doğruldacaqlarına inamını ifadə edib.
Sədr kollektivin qadın hakimlərini və əməkdaşlarını qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təltif olundu2026-cı ilin 20 fevral tairixində Bakıda keçirilmiş Azərbaycan Hak...
23/02/2026

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təltif olundu

2026-cı ilin 20 fevral tairixində Bakıda keçirilmiş Azərbaycan Hakimlərinin II Forumunda səmərəli fəaliyyətlərinə görə bir sıra hakimlər, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Toğrul Axundov Fəxri Fərmanla təltif olunub.

Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib.500-dək məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üz...
23/02/2026

Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib.

500-dək məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, həmçinin dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.

Forumda əvvəlcə məhkəmə sahəsində 2025-ci il ərzində görülən işlərə dair video-çarx nümayiş etdirilib.

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyır. Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır. Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar. Qeyd edilib ki, bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında bildirib ki, birinci forumdan ötən dövr ərzində ölkəmizdə bir sıra əlamətdar hadisələr baş verib, inkişaf dinamikası uğurla davam etdirilib, genişmiqyaslı quruculuq və bərpa işləri aparılıb, bütün sahələrdə tərəqqiyə nail olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində sistemli islahatlar həyata keçirilib, milli maraqlara əsaslanan ardıcıl siyasət təmin olunub, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib.

Qeyd edilib ki, 2025-ci il məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Vurğulanıb ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə çıxışında qeyd edib ki, Konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır. Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasiminin sonunda Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində məhkəmə-hüquq sistemində uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib.

Sonra tədbir konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2025-ci il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti...
18/02/2026

Sumqayıt Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2025-ci il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair hesabat iclası keçirilib.

2026-cı ilin 17 fevral tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin “2025-ci il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair” geniş tərkibdə hesabat iclası keçirilib. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov, Ali Məhkəmənin hakimləri İlqar Cəfərov, Vüsalə Baxışova, Rahib Nəbizadə, Bəhmən Qəribov, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri, məhkəmənin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.
İclasda çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və bu münasibətlə məhkəmə hakimiyyəti tərəfindən çoxsaylı tədbirlərin, habelə Azərbaycan Hakimlərinin I Forumunun və Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsindən söz açıb.
Eyni zamanda, ötən ildə məhkəmə-hüquq sahəsində islahatların davam etdirildiyi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin təkmiləşdirilməsi məqsədilə yeni metodologiyanın hazırlanaraq təsdiq edilməsini, il ərzində 116 hakimin fəaliyyətinin yeni metodlar əsasında qiymətləndirildiyini vurğulayıb.
İclasın gündəliyinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev 2025-ci ildə Məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair geniş məlumat verib.
2025-ci ildə iş planının icrasına dair görülmüş işlər, aparılmış ümumiləşdirmələr, vətəndaşların müraciətlərinə baxılması vəziyyətinə dair məlumatlar, habelə vətəndaş qəbulları və görüşlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasın gündəliyinə uyğun olaraq cinayət, mülki, inzibati və kommersiya kollegiyalarının sədrlərinin müvafiq kollegiyalar tərəfindən 2025-ci il ərzində baxılmış işlər barədə hesabatları dinlənilib.
Hər bir kollegiyanın hesabatına dair geniş müzakirələr aparılıb, birinci instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən yol verilmiş nöqsanlar təhlil edilib, konkret işlər üzrə xarakterik pozuntular qeyd edilib.
Rəyasət Heyətinin iclasını Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev yekunlaşdıraraq, ötən il ərzində məhkəmənin yurisdiksiyasına aid olan bütün hakimlərə səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
Bununla yanaşı, 2026-cı ilin İş planının icrası və qarşıda duran vəzifələr barədə məlumat verərək, aşkar olunmuş nöqsanlardan düzgün nəticə çıxarılmasını və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı tövsiyələri hakimlərin diqqətinə çatdırıb.

Prokurorluğa namizədlərlə Sumqayıt Məhkəmə Kompleksində görüş keçirilibProkurorluq orqanlarına qulluğa qəbulla əlaqədar ...
11/01/2026

Prokurorluğa namizədlərlə Sumqayıt Məhkəmə Kompleksində görüş keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 2025-ci ildə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş 51 namizədlə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində keçirilən icbari təlim çərçivəsində 07 yanvar 2026-cı il tarixində Sumqayıt Məhkəmə Kompleksində görüş keçirilib.
Görüşün məqsədi namizədlərin məhkəmə hakimiyyətinin fəaliyyəti, məhkəmə icraatının təşkili, habelə prokurorluq orqanlarının məhkəmələrlə qarşılıqlı fəaliyyəti barədə praktiki biliklərinin artırılması olub.
Görüş zamanı iştirakçılara Sumqayıt Məhkəmə Kompleksinin strukturu, məhkəmə aparatının fəaliyyəti, məhkəmə iclaslarının təşkili qaydası, eləcə də elektron məhkəmə informasiya sisteminin tətbiqi barədə ətraflı məlumat verilib.
Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev namizədlərlə görüşərək onların suallarını cavablandırıb. Çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hakimiyyətlərin bölünməsi prinsipinə toxunaraq, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti, prokurorluq orqanlarının qanunçuluğun təmin edilməsində xüsusi rolu barədə məlumat verib.
Eyni zamanda məhkəmələr və prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Qazaxıstanda keçirilən beynəlxalq forumda iştirak edibAstana şəhərində Qazaxısta...
18/12/2025

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Qazaxıstanda keçirilən beynəlxalq forumda iştirak edib

Astana şəhərində Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasının 10 illik yubileyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsi və səmərəli ədalət mühakiməsi: milli ənənələrin və beynəlxalq standartların balanslaşdırılması” mövzusunda beynəlxalq forum keçirilib.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri – Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Abdullayev iştirak ediblər.

Sözügedən forum hakimlərin, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış alimlərin, ekspertlərin, praktiki mütəxəssislərin, dövlət orqanlarının, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyası tərəfindən Qazaxıstan Respublikasının Türk Məhkəmə Təlim Şəbəkəsinə sədrliyi çərçivəsində təşkil olunub.

Tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsi prosesində insan hüquqlarının müdafiəsi ilə bağlı milli və beynəlxalq əsasda tətbiq olunan yanaşmalar arasında tarazlığa dair aktual məsələlər geniş müzakirə olunub, insan hüquqlarının qorunması və ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində qarşılıqlı və faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Forum insan hüquqlarının mühafizəsi və ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsi xüsusunda zəngin bilik və təcrübələrin öyrənilməsinə mühüm töhfə verib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Sumqayıt Dövlət Universitetində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş Respub...
14/11/2025

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Sumqayıt Dövlət Universitetində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransda iştirak edib.

Noyabrın 13-də Sumqayıt Dövlət Universitetində (SDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasında dövlət quruculuğu prosesinin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Tədbirdə AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Tofiq Paşayev, ali təhsil müəssisələrinin nümayəndələri, SDU rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstünü ziyarət ediblər. Daha sonra tədbir Akt zalında davam edib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək konfransın “Konstitusiya və Suverenlik İli” və AMEA-nın 80 illik yubileyi ilə eyni vaxtda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin elmin inkişafı, AMEA-nın formalaşması və dövlət quruculuğunda elmin mühüm rolu barədə fikirlərini diqqətə çatdırıb. Əminağa Sadıqov həmçinin Prezident İlham Əliyevin bu sahəyə dair çıxışlarına və ölkənin elmi-strateji xəttinə toxunub.
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Tofiq Paşayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Konstitusiyamızda məhkəmə hakimiyyəti üçpilləli sistem üzrə təşkil edilib, hakimlərin seçimi və müstəqilliyi kimi vacib prinsiplər öz əksini tapıb.
O, həmçinin son dövrlərdə məhkəmə hakimiyyətinin inkişafı məsələlərindən danışıb, Prezident İlham Əliyevin bununla bağlı imzaladığı fərman və sərəncamlara toxunub. Həmçinin Sumqayıt Dövlət Universiteti ilə keçirilən görüşləri də diqqətə çatdırıb.
Daha sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov çıxış edərək Akademiyanın 80 illik inkişaf yolundan, ölkənin elmi potensialının formalaşmasında görkəmli alimlərin rolundan bəhs edib. O, SDU-da yubiley tədbirinin keçirilməsini elm və təhsil inteqrasiyasının mühüm göstəricisi kimi dəyərləndirib.
Konfransın plenar iclasında müxtəlif məruzələr dinlənilib.

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti Sumqayıt Məhkəmə Kompleksində olub. 2025-ci il 30 okty...
01/11/2025

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti Sumqayıt Məhkəmə Kompleksində olub.

2025-ci il 30 oktyabr tarixində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Məhkəmə Kompleksində olub.
Nümayəndə heyəti əvvəlcə Kompleksdə yaradılmış müasir infrastruktur, elektron məhkəmə sisteminin tətbiqi sahəsində görülən işlər, vətəndaşlara göstərilən xidmət şəraiti və informasiya texnologiyalarının tətbiqi ilə yaxından tanış olub. Kompleksin “Bir qapı” prinsipi ilə fəaliyyət göstərməsi, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət etməsi nümayəndə heyətinin diqqətinə çatdırılıb. Məhkəmə zallarında proseslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə baxılması habelə, şəffaflığın təmin edilməsi üçün yaradılmış “Femida” sistemi və digər rəqəmsal innovasiyalar barədə ətraflı məlumat verilib.
Qonaqlara “Elektron məhkəmə” informasiya sistemi, onun tətbiqinin işin təşkilinə təsiri, elektron sənəd dövriyyəsi, real vaxt rejimində fiziki və hüquqi şəxslərlə məhkəmələr arasında məlumat mübadiləsi və məhkəməyə çatımlılıq barədə təqdimat nümayiş etdirilib.
Təqdimatda əks olunan məsələlər barəsində, habelə ədalət mühakiməsinin keyfiyyətli və operativ təşkili üçün Kompleksdə tətbiq olunan müasir texnologiyalarla bağlı ətraflı müzakirələr aparılıb.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Məhkəmə Kompleksində Konstitusiya Məhkəməsinin rəhbərliyinin işti...
20/10/2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Məhkəmə Kompleksində Konstitusiya Məhkəməsinin rəhbərliyinin iştirakı ilə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Sumqayıt Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə 17 oktyabr 2025-ci il tarixində Sumqayıt Məhkəmə Kompleksində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Konstitusiya Məhkəməsinin hakimi Otari Qvaladze, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti, Sumqayıt Apellyasiya Məhkəməsinin və yurisdiksiyasına daxil olan məhkəmələrin hakimləri, eləcə də gənc hüquqşünaslar iştirak ediblər.
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev açılış nitqində tədbirin məqsədi barədə məlumat verərək qeyd edib ki, bu görüş “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətçiliyimizin hüquqi əsaslarını, milli Konstitusiyamızın yaranma tarixini və bu sahədə əldə edilən nailiyyətləri bir daha nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi təminatını formalaşdıraraq ölkəmizin inkişafında dönüş nöqtəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa olunub.
Daha sonra Konstitusiyamızın hazırlanması prosesi və dövlət suverenliyimizin bərpasına dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, həyata keçirilən hüquqi islahatların konstitusion əsasları, həmçinin Məhkəmənin qəbul etdiyi qərarların hüquq sisteminin inkişafında və qanunvericilik təcrübəsində rolu barədə ətraflı məlumat verib.
Sədr qeyd edib ki, Konstitusiya nəzarəti hüquqi dövlətin əsas atributlarından biridir və bu nəzarət insan hüquq və azadlıqlarının təminatı və müdafiəsində mühüm əhəmiyyət kəsb edir.
Xaçmaz Rayon Məhkəməsinin hakimi Nərmin Abıyeva, Məhkəmə-Hüquq Şurası Aparat rəhbərinin müavini Rəşad Həsənli və Ali Məhkəmənin Aparatında sektor müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Nazənin Hüseynova çıxışlarında Konstitusiyanın hüquq sistemində ali qüvvəyə malik olmasının əhəmiyyətindən danışıb, məhkəmə fəaliyyətində konstitusion dəyərlərin tətbiqinin ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd ediblər.
Tədbir çərçivəsində iştirakçılar Konstitusiya Məhkəməsinin fəaliyyəti, qəbul etdiyi qərarların hüquq sistemində rolu və tətbiqi ilə bağlı suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Sonda belə görüşlərin hüquq ictimaiyyəti, o cümlədən gənc hüquqşünaslar arasında konstitusion dəyərlərin təbliği, hüquqi biliklərin artırılması və məhkəmə sistemində peşəkar yanaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin p...
10/10/2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib

10 sentyabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) professor-müəllim və tələbə heyəti Sumqayıt Məhkəmə Kompleksində qonaq olub.
İştirakçılar əvvəlcə Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir infrastruktur, vətəndaşlara göstərilən xidmət şəraiti və informasiya texnologiyalarının tətbiqi ilə yaxından tanış olublar.
Tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev açaraq qonaqları salamlayıb. O, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya islahatlarının başlanmasının Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin əsasını qoyduğunu, məhz Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini tələbələrin diqqətinə çatdırıb.
Sədr çıxışında gənclərə müraciətlə bildirib ki, “Konstitusiya və Suverenlik İli” yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də hər bir gəncin hüquqi şüurunun formalaşması, dövlətinə və qanuna hörmət prinsiplərinin dərinləşməsi üçün mühüm bir imkandır. Vurğulanıb ki, bu görüşün əsas məqsədi gənclərə hüququn cəmiyyətdə rolu, Konstitusiyanın dövlətçilik baxımından əhəmiyyəti və bu ilin ölkəmiz üçün daşıdığı önəmi izah etmək, eyni zamanda onların hüquqi dünyagörüşünü artırmaqdır.
Daha sonra Kommersiya kollegiyasının sədri vəzifəsini icra edən Zahid Məmmədov “Məhkəmə-hüquq islahatları” mövzusunda çıxış edərək məhkəmə sistemində həyata keçirilən yeniliklər, hakimlərin statusu və Məhkəmə-Hüquq Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib. O, iqtisadiyyatın ölkənin ümumi inkişafının və sosial rifahının əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edərək, iqtisadi sabitliyin təmin olunmasında, sağlam rəqabət mühitinin və investisiya cəlbediciliyinin artırılmasında məhkəmə hakimiyyətinin rolunu izah edib.
Hakim İlqar Dəmirov isə “Sahibkarlıq hüququnun məhkəmə müdafiəsi” mövzusunda məruzə ilə çıxış edərək sahibkarlıq fəaliyyətinin mahiyyəti və formaları, sahibkarların hüquq və vəzifələri, eləcə də kommersiya mübahisələri üzrə məhkəmə icraatının xüsusiyyətləri barədə tələbələri məlumatlandırıb.
Sonra SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək Sumqayıt Apellyasiya Məhkəməsinin kollektivinə universitet rəhbərliyi adından təşəkkürünü bildirib, göstərilən səmimi qəbula, gənclərin hüquqi maarifləndirilməsinə və davamlı əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb.

Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edib. C...
06/10/2025

Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edib.

Cari ilin 2-3 oktyabr tarixlərində Özbəkistan Respublikası Ali Məhkəmə Şurası və Özbəkistan Ədalət Akademiyasının təşkilatçılığı ilə Daşkənd şəhərində bu ölkənin Ədalət Akademiyasının rəsmi açılış mərasimi və “Yeni Özbəkistanda yüksək ixtisaslı hakimlər korpusunun komplektləşdirilməsi: İslahatların səmərəliyi və inkişaf perspektivi” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvü - Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev iştirak edib.

Açılış mərasiminda Akademiya binası ilə tanışlıq olub, eləcə də Akademiyanın tarixi, məhkəmə simulyasiyası üçün məşq zalı, auditoriyalar barədə iştirakçılara məlumat verilib.

Eyni zamanda ixtisaslı hakimlər korpusunun komplektləşdirilməsinin milli və beynəlxalq sistemləri, məhkəmə sistemi üçün ixtisaslı kadrların hazırlanmasında beynəlxalq əməkdaşlıq, peşəkar hakim korpusunun komplektləşdirilməsinin beynəlxalq standartları mövzularında müzakirələr aparılıb.

Tofiq Paşayev tərəfindən Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən son islahatlar, “Elektron məhkəmə” informasiya sisteminin funksional imkanlarının artırılması ilə rəqəmsal transformasiya sahəsində idarətmənin təkmilləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair yeni qaydaların və metodologiyanın işlənib hazırlanması, o cümlədən vakant hakim vəzifəsinə namizədlərin seçilməsinə dair təkmilləşdirilmiş normativ tənzimlənmə, məhkəmələrdə əmək və icra intizami vəziyyətinə riayət edilmə vəziyyətinin öyrənilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin məhkəmə statistikasının beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla yeni formalarının təsdiqi sahəsində görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və qazanılmış nailiyyətlərdən bəhs edilib.

Konfransda aparılan bilik və təcrübə mübadiləsinin Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün faydalı olacağı vurğulanıb.

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Sumqayıt Məhkəmə Kompleksində olubÖlkəmizdə səfərdə olan Türkiyə Respublikası ...
11/07/2025

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Sumqayıt Məhkəmə Kompleksində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrak və 2-ci Hüquq Dairəsinin üzvləri Sumqayıt Məhkəmə Kompleksinə baş çəkiblər.
Nümayəndə heyəti əvvəlcə Kompleksdə yaradılmış şəraitlə tanış olub, müasir infrastruktur, vətəndaşlara göstərilən hüquqi xidmətlərin təşkili və elektron məhkəmə sisteminin tətbiqi sahəsində görülən işlər barədə məlumatlandırılıb. Səfər çərçivəsində nümayəndələr arasında məhkəmə idarəçiliyi, proseslərin şəffaf təşkili, texnoloji həllərin tətbiqi və qarşılıqlı təcrübə mübadiləsi mövzusunda fikir mübadiləsi aparılıb.
Komplekslə tanışlıqdan sonra qonaqlar Sumqayıt şəhəri ilə tanış olmuş, şəhərin sosial və inzibati infrastrukturu barədə ümumi məlumat almışlar.
Tərəflər belə səfərlərin və işgüzar müzakirələrin hüquqi əməkdaşlığın dərinləşməsinə, eləcə də Azərbaycan və Türkiyə arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verdiyini vurğulayıblar.

Address

Sülh Prospekti 70
Sumqayıt
AZ5000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

0186550303

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Apellyasiya Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt Apellyasiya Məhkəməsi:

Share