Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı əsasında yaradılıb.

Əlaqələndirmə Mərkəzinin yaradılmasında məqsəd Sumqayıt şəhərində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial vəziyyətlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etməkdir.

Sumqayıt şəhərində su və kanalizasiya təsərrüfatının modernləşdirilməsi: YENİ YANAŞMA
14/01/2026

Sumqayıt şəhərində su və kanalizasiya təsərrüfatının modernləşdirilməsi: YENİ YANAŞMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində keçirilmiş müşavirə ölkənin su təsərrüfatı sahəsində uzunmüddətli və sistemli siyasətin əsas konturlarını müəyyən etmişdir. Müşavirədə “Bakı şəhə...

Dövlət Proqramı Sumqayıtın su təhlükəsizliyində keyfiyyətcə yeni mərhələ açır
14/01/2026

Dövlət Proqramı Sumqayıtın su təhlükəsizliyində keyfiyyətcə yeni mərhələ açır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində keçirilmiş müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üz...

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın enerji strategiyasında yeni mərhələ
12/01/2026

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın enerji strategiyasında yeni mərhələ

Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış ölkənin enerji siyasətində yeni mərhələnin başlandığını nümayiş etdirən mühüm proqram xarakterli bəyanat kimi d....

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın “yaşıl enerji” kursunda mühüm hadisə
12/01/2026

Xızı–Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın “yaşıl enerji” kursunda mühüm hadisə

Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji sektorunda bərpaolunan mənbələrin rolunun artdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının mərasimdə səsləndirdiyi f...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür
28/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm ideoloji və siyasi hadisələrindən biridir. Bu əlamətdar günün təməli Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdür
18/12/2025

Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdür

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü müasir dövlətçilik fəlsəfəsinin, hüquqi dövlət quruculuğunun və humanist idarəçilik modelinin parlaq nümunəsi kimi dəyərləndiril...

Sumqayıtda qazilərə diqqət və qayğı ilə yanaşılır
25/11/2021

Sumqayıtda qazilərə diqqət və qayğı ilə yanaşılır

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzi şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllini, məşğulluğunu və sağlaml....

Əlaqələndirmə Mərkəzinin üzvləri qazilərimizi evində ziyarət etdiSumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mər...
16/11/2021

Əlaqələndirmə Mərkəzinin üzvləri qazilərimizi evində ziyarət etdi

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır.Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır.
Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Əlaqələndirmə mərkəzinin üzvləri qazilərimiz – Yəhyayev Elvin Fədail oğlunu, Məmmədov Ədalət Ramazan oğlunu, Babayev Şəhriyar Telman oğlunu, Əhmədov Bəhram Abdulkərim oğlunu evində ziyarət edib, onların sosial vəziyyəti, səhətləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib.

Qeyd edək ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid mərkəzdən həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb.

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır.Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və q...
04/11/2021

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır.
Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır.
Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.
Əlaqələndirmə mərkəzinin üzvləri qazilərimiz – Ceyhun Əhmədov, Xəzər Abdullayev və Elşən Fərzəliyevlə görüşüblər. Qazilərimizin sosial vəziyyəti, səhətləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib.
Əlaqələndirmə mərkəzinin üzvləri qazi Ceyhun Məlikşah oğlu Əhmədova elektron əlil arabası təqdim ediblər.

Qeyd edək ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid mərkəzdən həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb.

Sumqayıt şəhərində qazilərimiz diqqət mərkəzində saxlanılır.
02/11/2021

Sumqayıt şəhərində qazilərimiz diqqət mərkəzində saxlanılır.

Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı davamlıdır – SUMQAYITDA NÖVBƏTİ İCLAS KEÇİRİLDİ
26/10/2021

Şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısı davamlıdır – SUMQAYITDA NÖVBƏTİ İCLAS KEÇİRİLDİ

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, fəaliyyətə başl...

Sumqayıtda Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasını ziyarət etdiTorpaqlarımızın işğaldan azad edilməsi uğrunda ged...
25/10/2021

Sumqayıtda Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasını ziyarət etdi
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hərbçilərimizin ailələri və qazilər Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə işin operativ və effektiv təşkili məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və mərkəzin digər üzvləri şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun anasını ziyarət ediblər. Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasının qayğıları ilə maraqlanıblar.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan topraqlarımız işğaldan azad olunub. Ramiz Cəfərov kimi qəhrəman hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaət nəticəsində 44günlük Vətən Müharibəsində Azərbaycan qələbə qazanmışdır.

Şəhid anası dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə razılığını ifadə edib, övladı Ramiz Cəfərovun həyat yolundan danışıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi şəhid anasının ehtiyaclarını öyrənib, ailəyə televizor və soyuducu təqdim olunub. Bildirilib ki, bundan sonra da şəhidimizin anası hər zaman diqqət mərkəzində saxlanılacaq.

Address

6th Mkr, Sumqayit
Sumqayıt
5001

Telephone

+994777164164

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi:

Share