25/01/2026
📍25 yanvar 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun,Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının,Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun və Salyan Atıcılıq klubunun birgə təşkilatçılığı ilə Salyan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin atıcılıq tirində "2 Fevral-Gənclər Günü"nə həsr olunmuş məktəblilər arasında güllə atıcılığı idman növü üzrə rayon turniri keçirilib.
Gərgin və maraqlı keçən yarışda qızlar arasında Salyan rayon Rəfael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Nigar Səfərzadə birinci yerə,oğlanlar arasında isə X sinif şagirdi Nail Əliyev ikinci yerə çıxmışdır.Şagirdlərimizi və onların məşqçi müəllimi Vasif Qurbanovu ürəkdən təbrik edir,qarşıdan gələn yarışlarda uğurlar arzu edirik!
Şirvan-Salyan Regional Təhsil İdarəsi