Siyəzən rayonu üzrə gənclər və idman sektoru

Siyəzən rayonu üzrə gənclər və idman sektoru Quba-Xaçmaz Regonal Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru

Dövlətin gənclər, bədən tərbiyəsi və idman sahələrindəki siyasətini həyata keçirən yerli orqanı

04/06/2026

Siyəzən şəhərində “3 İyun – Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş keçirilib.

̇mi̇bi̇rli̇kdə

3 iyun 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Samir Muradovun adını daşıyan küçədə Quba-Xaçmaz Regional Gənclər və...
03/06/2026

3 iyun 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Samir Muradovun adını daşıyan küçədə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “3 İyun – Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş keçirilmişdir.

Veloyürüşün keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin təşviq edilməsi və idmanın kütləviliyinin artırılması olmuşdur.

İdman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov, sektorun əməkdaşları Nuran Nurullayev və Cavidan Hüseynov, Siyəzən rayon UGİŞM-nin direktoru Yavuz Əliyev, Əməkdar məşqçi Ağadədə Allahverdiyev, cüdo idman növü üzrə məşqçi-müəllim Zaur Həmzəyev və yeniyetmə və gənclər iştirak etmişdir.

̇mi̇bi̇rli̇kdə

🚴🏻‍♀️🚴🏻3 iyun - Dünya Velosiped Günüdür!
03/06/2026

🚴🏻‍♀️🚴🏻3 iyun - Dünya Velosiped Günüdür!

🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru - Ümumdünya Velosiped Gü...
02/06/2026

🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektoru

- Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş - 3 iyun, saat 15:00 (Siyəzən şəhəri, Samir Muradov küçəsi)

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin 2021-ci ili...
01/06/2026

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin 2021-ci ilin dekabrında törətdiyi təxribat nəticəsində şəhid olan Asif Əliyevin doğum günüdür.
Asif Adil oğlu Əliyev 2002-ci ilin iyunun 1-i Siyəzən rayonunun Zarat kəndində anadan olub. Kənd məktəbində orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Asif 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərmizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asif müharibədə iştirak edən ən gənc əsgərlərdən biri idi.
Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarına iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Asif Əliyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Müharibə başa çatdıqdan sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirən Asif 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqdı.
Asif Əliyev Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuşdur.
Allah rəhmət etsin!

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Siyəzən idmançılarından uğurlu nəticələr!30 may 2026-cı il tarixində Sərhədçi İdman Kompleksində keçirilən “Qızıl Barsof...
31/05/2026

Siyəzən idmançılarından uğurlu nəticələr!

30 may 2026-cı il tarixində Sərhədçi İdman Kompleksində keçirilən “Qızıl Barsofqa” turnirində Siyəzən idmançıları uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıblar:

🥈 Sazmani Tunar Rəşad oğlu (məşqçi Ağadədə Allahverdiyev) – 51 kq çəki dərəcəsində II yer

🥈 Nağılı Sahib Azər oğlu (məşqçi Cavanşir Ağayev) – 53 kq çəki dərəcəsində II yer

🥈 Abbasov Yusif Samir oğlu (məşqçi Samir Abbasov) – 36 kq çəki dərəcəsində II yer

🥉 Səmədov Yılmaz Süleyman oğlu (məşqçi Ağadədə Allahverdiyev) – 60 kq çəki dərəcəsində III yer

İdmançılarımızı və onların məşqçilərini əldə etdikləri uğurlara görə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq! 👏🏆🇦🇿

̇i̇

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿

Qurban bayramınız mübarək!
27/05/2026

Qurban bayramınız mübarək!

Address

Siyezen Sheheri, H. Aliyev 92
Siazan'

Telephone

+994233040724

Website

Alerts

Be the first to know and let us send you an email when Siyəzən rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Siyəzən rayonu üzrə gənclər və idman sektoru:

Share